Dünyanın səsi
Britaniyanın baş naziri postdan gedir
Böyük Britaniyanın baş naziri Liz Trass oktyabrın 20-də istefa bəyanatı verib. O, vəzifəsinin öhdəsindən gəlmədiyini bəyan edib. Novator.az bildirir ki, 1975-ci il təvəllüdlü Liz Trass hakim Mühafizəkarlar Partiyasının lideridir. Ətraf mühit, ərzaq və kənd təsərrüfatı naziri, ədliyyə naziri, xarici ...
Bəraətə etiraz
İsveçrənin Federal Prokurorluğu Federal Cinayət Məhkəməsinin FİFA və UEFA-nın sabiq prezidentləri Jozef Blatterlə Mişel Platiniyə bəraət hökmü çıxarmasından şikayət verib. Apellyasiya instansiyasına müraciətdə hökmün ləğvi istənir. Xəbəri oktyabrın 20-də “France Press” agentliyi yayıb. Novator.az bi...
Gürcüstanda turizm gəliri 190,8 faiz artıb
Gürcüstanın Milli Turizm Administrasiyası yeni statistika yayıb. Novator.az bildirir ki, rəsmi hesabata görə, ölkə 2022-ci ilin sentyabr ayında turizmdən 375,6 milyon dollar gəlir götürüb. Bu, 2021-ci ilin sentyabr ayı ilə müqayisədə 132,1 çoxdur. Yanvar-sentyabr ayları üzrə turizm gəliri 2,5 milyar...
“Vaşinqton Post”: Koronaviruslu nəslin pandemiyadan sonrakı yükü
ABŞ-ın “Vaşinqton Post” qəzetində koronavirus infeksiyasının uzun sürən fəsadları ilə bağlı aparılmış elmi tədqiqatlara istinadla məqalə dərc olunub. Novator.az-ın məlumatına görə, redaksiya heyəti adından təqdim edilən “Koronaviruslu nəslin pandemiyadan sonrakı yükü” başlıqlı məqalədə deyilir ki, h...
Ukraynalılara demokratiya mükafatı
Avropa İttifaqının qanunverici orqanı olan Avropa Parlamenti 2022-ci ilin “Azad düşüncə mükafatı”na Ukrayna xalqını layiq görüb. Oktyabrın 19-da açıqlanan qərarda qeyd olunur ki, ukraynalılar demokratiyanı, qanun aliliyini qoruyur, Avropa naminə həyatlarını riskə atır. SSRİ dövrünün məşhur dissident...
Putindən hərbi vəziyyət qərarı, başqa tədbirlər
Oktyabrın 19-da Rusiya prezidenti Vladimir Putin Ukraynadan qoparılmış Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərində hərbi vəziyyət elan edib. Dövlət başçısı 7 bölgədə (Ukraynadan ilhaq olunmuş Krım bölgəsi, Krasnodar diyarı, Belqorod, Bryansk, Voronej, Kursk və Rostov vilayətləri) xüsusi vəz...
Ölkə iqtisadiyyatları üçün proqnoz
Baş ofisi ABŞ-ın paytaxtı Vaşınqtonda yerləşən Beynəlxalq Valyuta Fondu 2022-ci ilin proqnozlarını yeniləyib. Novator.az bildirir ki, hesabata görə, 2022-ci ildə Azərbaycan iqtisadiyyatının 3,7 faiz böyümək imkanı var. Ermənistan üzrə artım proqnozu 7 faiz, Gürcüstan üzrə 9 faizidir. Estoniyada ümum...
Rusiyalılar niyə üsyana qalxmırlar? – “Deutsche Welle”
Almaniyanın “Doyçe Velle” (“Deutsche Welle”) kanalının internet səhifəsində “Rusiyalılar niyə azadlıq və demokratiyanın müdafiəsinə qalxmırlar?” başlıqlı məqalə dərc olunub. Məqalənin müəllifi kanalın aparıcı əməkdaşlarından olan Miodraq Sorikdir. Novator.az saytı məqaləni ingiliscədən çevirib təqd...
Harada neçə xəstə var?
Oktyabrın 18-nə olan beynəlxalq statistika 206 ölkə və ərazidə 14 milyon 211 minə yaxın aktiv koronavirus xəstəsinin qeydə alındığını göstərir. Xəstə sayı Almaniya və ABŞ-da 1,5 milyon, Yaponiyada 1,2 milyon, Fransada 1 milyon, Tayvan, Polşa və Vyetnamda 800 min, İtaliyada 540 min, Meksika və Cənubi...
İsveçdə baş nazir seçildi
İsveç parlamenti oktyabrın 17-də Mötədil Koalisiya Partiyasının lideri Ulf Kristerssonu baş nazir seçib. Novator.az-ın məlumatına görə, mötədillər hökuməti Xristian Demokrat Partiyası və Liberallar Partiyası ilə birgə qurur, koalisiyaya İsveç Demokratları Partiyası da dəstək verir. 1963-cü il təvəll...
Nüvə böhranı. Putinə baxanda nə görünür? – “Nyu-York Tayms”
ABŞ-ın “Nyu-York Tayms” qəzetində “Mən 13 günlük Kuba raket böhranını araşdırmışam. Putinə baxanda nə görürəm?” başlıqlı məqalə dərc olunub. Məqalənin müəllifi jurnalist Maykl Dobbsdur. O həmçinin “Gecə yarısına bir dəqiqə qalmış: Kennedi, Xruşşov və Kastro nüvə müharibəsi astanasında” kitabının müə...
Baydenin Milli Təhlükəsizlik Strategiyası – “Reuters”
“Reuters” agentliyi Ağ evin yenicə açıqladığı Milli Təhlükəsizlik Strategiyası ilə bağlı şərh yayıb. Novator.az saytı şərhi qısa ixtisarla ingiliscədən çevirərək oxucuların diqqətinə çatdırır. Ağ ev, nəhayət, Milli Təhlükəsizlik Strategiyasını açıqlayıb. Strategiyanın açıqlanması bir müddət idi təxi...
Astanada MDB zirvəsi
Oktyabrın 14-ü Qazaxıstanın paytaxtı Astanada Müstəqil Dövlətlər Birliyinin (MDB) sammiti keçirilib. Novator.az-ın məlumatına görə, sammitə Rusiya, Belarus, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan, Türkmənistan prezidentləri, Ermənistanın baş naziri və MDB İcraiyyə Komitəsinin sə...
Ermənistan hərbi toplanış qaydasını dəyişir
Ermənistanda ehtiyatda olan hərbi vəzifəlilərin toplanış müddəti 3 aydan 25 günə endirilir. Novator.az-ın məlumatına görə, hökumətin 13 oktyabr iclasında çıxış edən müdafiə naziri Suren Papikyan belə deyib. O, qərarı 3 aylıq hərbi toplanışların effektsiz olması, həmçinin iş yerlərində problem yaratm...
Rus hərbi əsirlərinin ağrılı tarixçəsi – “The Moscow Times”
“Rusiya prezidenti Vladimir Putin Cinayət Məcəlləsinə “Könüllü təslim olma” maddəsinin salınmasını nəzərdə tutan düzəlişi təsdiqləməklə rusiyalı hərbi əsirlərin vətənə dönməsinin acınacaqlı tarixçəsinə yeni bir səhifə əlavə edib”. Novator.az-ın məlumatına görə, Rusiyanın ingilis dilində çıxan “The M...
Azərbaycan Ukrayna səsverməsindən yayınıb
BMT Baş Məclisinin 12 oktyabr iclasında Ukraynanın 4 vilayətinin Rusiyaya birləşdirilməsini qanunsuz akt sayan qətnamə qəbul olunub. Novator.az bildirir ki, sənədə 143 ölkə dəstək verib. Rusiya, Belarus, Suriya, Şimali Koreya və Nikaraquanın əleyhinə çıxdığı qətnaməyə 35 ölkə, o cümlədən Ermənistan,...
Harada neçə xəstə var?
Oktyabrın 13-nə olan beynəlxalq statistikaya görə, 206 ölkə və ərazidə 14 milyon 134,1 min nəfər aktiv koronavirus xəstəsi var. Novator.az yaxın ölkələr üzrə göstəriciləri təqdim edir: Rusiya – 359133 min xəstə Gürcüstan – 126498 İran – 80321 Estoniya – 76677 Moldova – ...
BMT: İnsan Hüquqları Şurasının üzvləri seçilib
BMT Baş Məclisi İnsan Hüquqları Şurasına yeni üzvlər seçib. Novator.az bildirir ki, 11 oktyabr iclasında dəstək qazanan 14 ölkə bunlardır: Banqladeş, Qırğızıstan, Maldiv, Vyetnam, Cənubi Afrika Respublikası, Əlcəzair, Mərakeş, Sudan, Belçika, Almaniya, Gürcüstan, Rumıniya, Çili, Kosta Rika. Onların ...
Kremlin saxta xəbərlərini ifşa edən Avropa saytı bloklanıb
Rusiyanın informasiya texnologiyaları və kütləvi kommunikasiyalara nəzarəti həyata keçirən federal xidməti – “Roskomnadzor” Kremlin saxta xəbərlərini ifşa edən “EUvsDisinfo” saytına (Euvsdisinfo.eu) girişi bloklayıb. Novator.az-ın məlumatına görə, “EUvsDisinfo” saytının bununla bağlı yaydığı a...
Ən dinc ölkə, başqa ölkələr
İqtisadiyyat və Sülh İnstitutu 2022-ci ilin Qlobal Sülh İndeksini açıqlayıb. Daxili və xarici təhdidlər meyarlarına əsaslanan reytinqdə İslandiya, Yeni Zelandiya, İrlandiya, Danimarka, Avstriya ən dinc 5 ölkə kimi göstərilir. Novator.az-ın məlumatına görə, 163 ölkənin yer aldığı siyahıda Rusiya 160-...