Dünyanın səsi
Yerli seçkilərdə növbəti mərhələ
Gürcüstanda oktyabrın 4-nə təyin olunmuş yerli seçkilərin növbəti mərhələsi başlayıb: Mərkəzi Seçki Komissiyası partiyaların namizəd siyahılarını çözələyib qeydiyyat aparır. 17 partiyanın qatıldığı marafonda 64 şəhər/rayonda mer və məclis seçiləcək. Məclis seçkilərində qarışıq sistem (proporsional v...
Azərbaycanı İbrahim sazişlərinə cəlb etmək – “Uoll Strit Jurnal”
ABŞ-ın “Uoll Strit Jurnal” (“Wall Street Journal”) qəzetində “Azərbaycanı və başqa ölkələri İbrahim sazişlərinə cəlb etməyin vaxtıdır” başlıqlı yazı dərc olunub. Məqalənin iki müəllifi var: Vaşinqtonda yerləşən Yorktaun İnstitutunun prezidenti Set Kropsi və institutun nəzdindəki “Turan” Araşdırmalar...
İctimai nəqliyyat niyə pulsuz oldu? – “Röyter”
İsveçrənin Cenevrə şəhərində bütün ictimai nəqliyyat müvəqqəti olaraq ödənişsiz xidmətə keçib. “Röyter” agentliyinin məlumatına görə, qərar havanın çirklənməsini önləmək çərçivəsində verilib, şəhərdə ekoloji durum sabitləşənə qədər şəxsi avtomobillərdən istifadəni məhdudlaşdırmaq məqsədi daşıyır. No...
Ukrayna savaşında diplomatiya – “Associated Press”
ABŞ və Rusiya prezidentlərinin avqustun 15-nə təyin olunmuş görüşü dünyanın diqqətindədir. Alyaska ştatının Ankoric şəhərində bir araya gələsi Donald Trampla Vladimir Putinin Ukrayna böhranından çıxış variantlarını müzakirə edəcəkləri bəyan olunub. 2014-cü ilin fevralında Ukraynada Qərbə bağlı, ölkə...
Türkiyənin nə qədər əhalisi var?
Türkiyənin Statistika Qurumu demoqrafik hesabat yayıb. Novator.az bildirir ki, rəsmi məlumata görə, 2025-ci il iyulun 1-nə ölkə əhalisinin sayı 85 milyon 824 min 854 nəfərə çatıb. Yarım ildə əhalinin sayında 159 min 910 nəfər artım qeydə alındığı xəbər verilir. Cins bölgüsündə kişilərin 50,01 faizlə...
Putin Alyaskaya nə təkliflə gedir?
ABŞ və Rusiya prezidentlərinin avqustun 15-nə təyin olunmuş görüşü ərəfəsində Moskva Ukrayna böhranından yeni çıxış variantı səsləndirir. Donald Trampla Vladimir Putinin Alyaska ştatının Ankoric şəhərində bir araya gələcəkləri açıqlanıb. Novator.az-ın məlumatına görə, İtaliyanın “Corriere della Sera...
Gürcüstan: yerli seçkilərə 17 partiya buraxılıb
Gürcüstanın Mərkəzi Seçki Komissiyası yerli seçkilərə qatılan partiyaların ilkin qeydiyyatını bitirib. Novator.az-ın məlumatına görə, seçki yarışında 17 partiya yer alır. 9 müxalif partiya, o cümlədən sabiq prezident, məhbus Mixail Saakaşviliyə bağlı Vahid Milli Hərəkat Partiyası boykot qərarı verib...
Yenə İsrail-İran müharibəsi – “Foreign Policy”
ABŞ-ın “Foreign Policy” jurnalında “Üfüqdə növbəti İsrail-İran müharibəsi görünür” adlı məqalə dərc olunub. Yazının müəllifi Kuinsi adına Məsuliyyətli Dövlət İdarəçiliyi İnstitutunun icraçı vitse-prezidenti Trita Parsidir. 2019-cu ildə yaradılan, ABŞ-ın 6-cı prezidenti (1825-1829-cu illər) Con Kuins...
Netanyahunun sülh şərtləri
İsrailin baş naziri Benyamin Netanyahu Qəzza müharibəsinin bitməsi şərtlərini açıqlayıb. Avqustun 10-u Yerusəlimdə mətbuat konfransı keçirən hökumət başçısı deyib ki, ilk növbədə HƏMAS təşkilatının bütün hərbi imkanları məhv edilməlidir. Novator.az-ın məlumatına görə, Benyamin Netanyahu qalan şərtlə...
Gürcüstan seçki havasında
Gürcüstanda oktyabrın 4-nə təyin olunmuş yerli seçkilərə dair arayış yayılıb. Novator.az bildirir ki, 64 şəhər və rayonda həm mer, həm də məclis seçilməsi nəzərdə tutulub. Mer seçilmək üçün sadə səs çoxluğu (50 faiz+) tələb olunur, yerli məclislərə düşmək üçün partiyalar etibarlı səslərin azı 4 faiz...
Rusiya büdcəsi kəsirlə icra olunub – “Reuters”
2025-ci ilin yanvar-iyul aylarında Rusiyanın dövlət büdcəsi 4,9 trilyon rubl kəsirlə icra olunub. Hesabatı yayan Maliyyə Nazirliyi bildirir ki, illik büdcə kəsirinin 3,8 trilyon rublu ötməməsi nəzərdə tutulmuşdu. Novator.az-ın məlumatına görə, “Röyter” (Reuters) agentliyi qeyd edir ki, 2024-cü ilin ...
Ukraynalılar hansı sülhə razılaşır? – Sorğu
Kiyev Beynəlxalq Sosiologiya İnstitutu Ukrayna əhalisinin Rusiya ilə müharibədən qurtulmaq şərtlərinə münasibətini öyrənib. Sosioloqlar sorğuda mümkün sülhü üç varianta – şərti planlara bölüb: ABŞ-ın planı, Avropa İttifaqı və Ukraynanın planı, Rusiyanın planı. Novator.az-ın məlumatına görə, iy...
Rusiyadan uzaqlaşmaq sülhə yol açır – “Euronews”
“Euronews” kanalının internet səhifəsində ABŞ prezidentinin Azərbaycan və Ermənistan rəhbərləri ilə gözlənən görüşündən yazı dərc olunub. Avqustun 8-i ABŞ prezidenti Donald Tramp paytaxt Vaşinqtonda Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla danışıqlar aparacaq. G...
Yeni prezidentdən yeni konstitusiya vədi
Polşa prezidenti səlahiyyətlərinin icrasına başlayan Karol Navrotski konstitusiya islahatı anonsu verib. Novator.az-ın məlumatına görə, avqustun 6-da keçirilmiş andiçmə mərasimində çıxış edən Karol Navrotski dövlət quruluşu islahatlarına məsul şura yaratmaq niyyətində olduğunu deyib. O, şuranın işin...
Türkiyədə yeni çözüm cəhdi
Türkiyə Böyük Millət Məclisi (TBMM) partiyalarının qurduğu Milli Həmrəylik, Qardaşlıq və Demokratiya Komissiyası dekabrın 31-dək fəaliyyət göstərəcək. Novator.az bildirir ki, reqlament fəaliyyətin erkən dayandırılmasına və ya fəaliyyət müddətinin uzadılmasına da imkan verir. İlk iclası avqustun 5-də...
“Bloomberg”: Rusiyanın neft-qaz gəliri 27 faiz azalıb
İyulda Rusiyanın neftə bağlı vergi daxilolmaları 2024-cü ilin eyni ayı ilə müqayisədə 33 faiz azalıb. Hesablamanı ölkənin Maliyyə Nazirliyinin göstəriciləri əsasında “Blumberq” agentliyi aparıb. Novator.az bildirir ki, hesablamaya görə, Rusiyanın neft-qaz gəlirləri ötən ilin iyul ayına nəzərən 27 fa...
Qaqauz başqan həbsə getdi
Moldovanın Qaqauz Muxtar Ərazi Qurumunun (Qaqauz Yeri) başqanı Yevgeniya Qutsul 7 il müddətinə azadlıqdan məhrum edilib. Novator.az-ın məlumatına görə, hökmü avqustun 5-də paytaxt Kişinyovun Buykon Rayon Məhkəməsi çıxarıb. Yevgeniya Qutsul seçkinin və hökumət əleyhinə aksiyaların qanunsuz maliyyələş...
Ermənistanın istehlak bazarı: yeni bilgi
İyulda Ermənistanın istehlak bazarı 2024-cü ilin eyni ayına nəzərən 3,4 faiz bahalaşıb. Hesabatı yayan Statistika Komitəsi ərzaq və spirtsiz içkilərdə qiymət artımını 4,7 faiz, spirtli içkilər və tütün məmulatlarında 6,7 faiz, kommunal xidmətlərdə 0,8 faiz göstərir. Novator.az Armstat.am saytına ist...
“Putin ölümsüz deyil” – amerikalı alimin proqnozları
Rusiyalı yazıçı və ədəbiyyatşünas Dmitri Bıkov tarixçi alim, ABŞ-ın Pensilvaniya Universitetinin professoru Bencamin Natansdan müsahibə götürüb. Bencamin Natans yəhudidir. 1962-ci ildə ABŞ-da doğulub. Tibb üzrə Nobel mükafatı laureatı olan mikrobioloq Daniel Natansın oğludur. ABŞ-da, Almaniyada və İ...
Litvada müvəqqəti hökumət
Litvada baş nazir səlahiyyətlərinin icrası maliyyə naziri Rimantas Şadcyusa həvalə olunub. 2024-cü ilin dekabrından baş nazir olan Gintautas Palutskas iyulun 31-də istefa verib, həmçinin hakim Sosial Demokrat Partiyasının sədrliyindən getdiyini açıqlayıb. Novator.az-ın məlumatına görə, avqustun 4-də...