Dünyanın səsi
Prezident əvəzi
Qırğızıstanda prezident səlahiyyətləri baş nazir Sadır Japarova keçib. Novator.az bildirir ki, 1968-ci il təvəllüdlü Sadır Japarov paytaxt Bişkekdəki Bədən Tərbiyəsi Universitetini və Qırğız-Rusiya Slavyan Universitetinin hüquq fakültəsini bitirib. 1994-cü ildən neft biznesi ilə məşğul olub, məsul v...
Yaxın ölkələrdə nə qədər xəstə var?
Nazirlər Kabineti yanında operativ qərargahın 14 oktyabr hesabatına görə, Azərbaycanda 2564 nəfər aktiv koronavirus xəstəsi var. 2019-cu ilin dekabrında Çində üzə çıxaraq dünyanı bürüyən koronavirus infeksiyasına Azərbaycanda ilk yoluxma bu il fevralın 28-də qeydə alınıb, 616 xəstə vəfat edib. Novat...
Jeenbekov istefa verdi
Oktyabrın 15-də Sooronbay Jeenbekov Qırğızıstan prezidenti postundan istefa verib. Novator.az-ın məlumatına görə, o, qərarını ölkədə vətəndaş sülhünə nail olmaq istəyi ilə əsaslandırıb. Qırğızıstanda siyasi sabitlik oktyabrın 4-də keçirilən parlament seçkisindən sonra pozulub. Seçkiyə qatılan 16 siy...
Koronavirus itkiləri
2019-cu ilin dekabr ayında Çində üzə çıxaraq dünyanı bürüyən koronavirus infeksiyası 193 ölkə, ərazi və məkanda 1 milyon 90,9 min adamın ölümünə gətirib. Novator.az-ın məlumatına görə, ABŞ-da 220,8 min, Braziliyada 151 min, Hindistanda 110,6 min, Meksikada 84,4 min, Böyük Britaniyada 43 min nəfər ko...
Seçki sorğusu nə göstərir?
ABŞ-da prezidenti ştatların seçki günü müəyyənləşdirdiyi nümayəndələrdən ibarət Seçicilər Kollegiyası seçir. Prezident seçilmək üçün 538 nümayəndədən 270-nin səsini qazanmaq lazımdır. Ümumxalq səsverməsindən sonra Seçicilər Kollegiyası yekun qərar verir və həmin qərar Konqresin iclasında təsdiqlənir...
Qaldı 68 mandat
Litvada parlament seçkisinin ikinci turu oktyabrın 25-nə təyin olunub. 141 yerlik Seymin 70 deputatı proporsional, 71 deputatı majoritar sistemlə seçilir. Novator.az-ın məlumatına görə, oktyabrın 11-də keçirilmiş ilk turda Vətən İttifaqı – Xristian Demokratlar Partiyası proporsional sistem üzrə 23, ...
Ermənistanın Konstitusiya Məhkəməsində yeni sədr
Oktyabrın 12-də Ermənistanın Konstitusiya Məhkəməsinə yeni sədr seçilib: Arman Dilanyan. Novator.az bildirir ki, 1974-cü il təvəllüdlü Arman Dilanyan Yerevan Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Hüquq elmləri namizədi olan Arman Dilanyan 2018-ci ildən Konstitusiya Məhkəməsinin üzvüdür. ...
Nobel mükafatında lider ölkələr
2020-ci ilin fiziologiya və tibb üzrə Nobel mükafatına Harvi Alter, Çarlz Rays (hər ikisi ABŞ), Maykl Houton (Böyük Britaniya); fizika üzrə Nobel mükafatına Rocer Penrouz (Böyük Britaniya), Reynhard Genzel (Almaniya), Andrea Ges (ABŞ); kimya üzrə Nobel mükafatına Emmanuel Şarpentye (Fransa), Cennife...
İqtisadiyyat üzrə Nobel: amerikalılar qalib oldu
2020-ci ilin iqtisadiyyat üzrə Nobel mükafatına amerikalı alimlər Pol Milqrom və Robert Uilson layiq görülüblər. Novator.az bildirir ki, qərarı İsveç Dövlət Bankı oktyabrın 12-də açıqlayıb. İqtisadçıların yeni hərrac formatlarının kəşfinə görə mükafatlandırıldığı bəyan edilib. Səidə Hüseynova Hepati...
Azərbaycan və yaxın ölkələrdə koronavirus itkiləri
Rəsmi hesabata görə, Azərbaycanda 41982 nəfər koronavirus infeksiyasına yoluxub, onların 609-u dünyasını dəyişib, 2016-sı aktiv xəstədir, qalanları sağalıb. 2019-cu ilin dekabrında Çində üzə çıxaraq dünyanı bürüyən infeksiyaya Azərbaycanda ilk yoluxma bu il fevralın 28-də qeydə alınıb, martda 5, apr...
Şimali Kipr: seçim ikinci tura qaldı
Şimali Kipr Türk Respublikasında prezident seçkisi ikinci tura qalıb. Novator.az-ın məlumatına görə, oktyabrın 11-də keçirilmiş ilk tura qatılan 11 namizədin heç biri 50 faiz səs həddini aşmayıb. 32,3 faiz səslə önə çıxan baş nazir Ersin Tatar və 29,8 faiz səs yığan prezident Mustafa Akıncı oktyabrı...
Seçkidə müxalif partiya önə çıxdı
Vətən İttifaqı – Xristian Demokratlar Partiyası Litvada oktyabrın 11-də keçirilmiş parlament seçkisində önə çıxıb. Novator.az bildirir ki, Baş Seçki Komissiyasının ilkin hesabatına görə, müxalif qurum 24,7% səs toplayıb. Hakim Kəndlilər və Yaşıllar İttifaqı 17,5% səslə ikinci, Əmək Partiyası 9,4% sə...
Rəhmanın uduşu
Tacikistanda oktyabrın 11-də keçirilmiş prezident seçkisinin ilkin nəticələri açıqlanıb. Novator.az-ın məlumatına görə, Mərkəzi Seçki Komissiyası beş namizədin qatıldığı marafonda dövlət başçısı, Xalq Demokrat Partiyasının lideri İmaməli Rəhmanın 90,9% səslə önə çıxdığını bəyan edib. İmaməli Rəhman ...
İsveçdə yanlış Qarabağ təsəvvürü
Nərgiz Qazi Lund Universitetinin tələbəsi Bir neçə gün əvvəl İsveç parlamenti üzvlərinin Dağlıq Qarabağ münaqişəsindən danışarkən böyük yanlışlığa yol verdiklərini gördüm. Bunu bilərəkmi edirlər, yoxsa doğrudan da həqiqəti bilmirlər, demək çətindir. İsveç parlamentinin bəzi üzvləri ermənipərəst mövq...
Aclıqla mübarizə Nobelə layiq bilindi
Oktyabrın 9-da Norveç Nobel Komitəsi 2020-ci ilin sülh mükafatı laureatının adını açıqlayıb. Novator.az bildirir ki, Nobel sülh mükafatı BMT-nin Dünya Ərzaq Proqramına qismət olub. Dünyanın ən böyük humanitar təşkilatı sayılan Dünya Ərzaq Proqramının aclıq təhlükəsi ilə mübarizəyə görə mükafata layi...
Amerikalı şairə Nobel aldı
Oktyabrın 8-də İsveç Elmlər Akademiyası 2020-ci ilin ədəbiyyat üzrə Nobel mükafatı laureatının adını açıqlayıb. Novator.az-ın məlumatına görə, mükafat amerikalı şairə Luiza Qlyuka verilib. Rəsmi açıqlamada qeyd olunur ki, Luiza Qlyuk poeziyanın səsi ilə insanı bəşəri səviyyəyə ucaldıb gözəlləşdirdiy...
Harada nə qədər xəstə var?
2019-cu ilin dekabrında Çində üzə çıxaraq dünyanı bürüyən koronavirus infeksiyasına Azərbaycanda ilk yoluxma bu il fevralın 28-də qeydə alınıb. Hazırda 1653 aktiv xəstə var. Novator.az bildirir ki, aktiv xəstə sayına görə ABŞ ilk sırada durur: 2,5 milyon nəfər. Hindistanda 902,3 min, Fransada 521,2 ...
Putin Qarabağdan danışıb
Oktyabrın 7-də Rusiya prezidenti Vladimir Putin “Rossiya-1” telekanalına müsahibəsində “Dağlıq Qarabağ ətrafındakı son hadisələri necə dəyərləndirirsiniz” sualını cavablandıırb. AZƏRTAC-ın məlumatına görə, Vladimir Putin deyib: “Bu, faciədir, biz çox narahatıq. Azərbaycan da, Ermənistan da, Dağlıq Q...
Kimya üzrə Nobel iki qadına qismət oldu
Fransalı Emmanuel Şarpentye və amerikalı Cennifer Dudna 2020-ci ilin kimya üzrə Nobel mükafatına layiq görülüblər. Novator.az xəbər verir ki, qərarı oktyabrın 7-də İsveç Elmlər Akademiyası açıqlayıb. Alimlərə Nobel mükafatının genomun (orqanizmin quruluşu və fəaliyyəti üçün gərəkli bioloji informasi...
Üçlüyə Nobel
2020-ci ilin fizika üzrə Nobel mükafatının qalibləri alimlər Rocer Penrouz (Böyük Britaniya), Reynhard Genzel (Almaniya) və Andrea Ges (ABŞ) olub. Qərarı oktyabrın 6-da İsveç Elmlər Akademiyası açıqlayıb. Novator.az xəbər verir ki, alimlər Nobel mükafatına qara dəlikləri araşdırdıqlarına görə layiq ...