İranın Azərbaycan və Bəhreyn xofu – “Yerusəlim Post”
İsrailin “Yerusəlim Post” qəzetində “İran Bəhreyndən Azərbaycanadək “sionist təhdidlər”lə üzləşdiyinə israr edir” başlıqlı məqalə dərc olunub. Novator.az-ın məlumatına görə, məqalədə vurğulanır ki, Tehran İsrailin Fars körfəzindəki rolundan, eləcə də Azərbaycanla münasibətlərinin istiləşməsindən nar...
Pensiyaçıların sayı 61,8 min nəfər azalıb
Rəsmi hesabata görə, 2022-ci il oktyabrın 1-nə Dövlət Sosial Müdafiə Fondunda 1 milyon 138,7 min nəfər pensiyaçı qeydiyyatda olub. Novator.az bildirir ki, bu, ilin əvvəli ilə müqayisədə 61,8 min nəfər azdır. Yanvarın 1-nə 1 milyon 200,5 min pensiyaçı vardı. Azərbaycanda kişilər 65, qadınlar 63 yaşda...
Harada boşanma çoxdur?
Rəsmi hesabata görə, 2022-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda hər 1000 nəfərə 1,6 boşanma düşüb. Novator.az Dövlət Statistika Komitəsinə istinadla bildirir ki, bəzi bölgələrdə hər 1000 nəfərə boşanma göstəricisi daha yüksəkdir: Zəngilan – 2,4 Bakı – 2,3 Mingəçevir – 2,2 ...
Xarici medianın Azərbaycan qeydiyyatı
Xarici media nümayəndələrinin Azərbaycanda fəaliyyəti necə tənzimlənir? Novator.az bildirir ki, “Media haqqında” qanuna görə, Azərbaycanda xarici media subyektlərinin filial və nümayəndəlikləri ölkənin tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda açılır. Xarici jurnalistlərin ...
Ekspert nazirin iddiasını necə şərh edir?
Parlamentin 16 noyabr iclasında çıxış edən iqtisadiyyat naziri Mikayıl Cabbarov 2022-ci ilin yanvar-oktyabr aylarında Azərbaycan əhalisinin real gəlirlərinin inflyasiya tempini üstələdiyini deyib. Novator.az-ın məlumatına görə, iqtisadçı Rövşən Ağayev nazirin iddiası ilə razılaşmadığını yazır: “Əvvə...
Şengen zonası böyüyür
Avropa İttifaqının icra orqanı – Avropa Komissiyası Bolqarıstan, Xorvatiya və Rumıniyanın Şengen zonasına alınması təklifi verib. Təklifə ali orqan – Avropa İttifaqı Şurası baxacaq. Əsası 1957-ci ildə qoyulan Avropa İttifaqı 27 ölkəni birləşdirir. Novator.az bildirir ki, dövlət sərhədlərindən asan k...
Əhali statistikası (100 min+)
2022-ci il oktyabrın 1-nə Azərbaycan əhalisinin sayı 10 milyon 204,8 min nəfər göstərilib. Dövlət Statistika Komitəsinin hesabatına əsasən, Bakıda 2 milyon 311,1 min, Sumqayıtda 347,9 min, Gəncədə 336,5 min, Lənkəranda 232,3 min, Cəlilabadda 231,8 min, Masallıda 231,1 min, Şəmkirdə 223 min, Abşeron ...
İranın problemi var: hərəkatın lideri yoxdur
İrandakı etirazların bir problemi var, bu hərəkatın lideri yoxdur. Novator.az-ın məlumatına görə, Böyük Britaniyanın “Middle East Eye” internet nəşrində dərc olunan məqalədə belə deyilir. Bildirilir ki, əslində lidersiz aksiyalar da rejimləri devirə bilər, 2011-ci ildə bir sıra ərəb ölkəsini əhatə e...
Tofiq Yaqubluya səfər icazəsi verilmədi
Noyabrın 16-da Suraxanı Rayon Məhkəməsi azadlıqdan şərti məhkum olunmuş siyasətçi Tofiq Yaqublunun ölkədən çıxışına icazə verilməsi barədə müraciətinə baxıb. Novator.az-a danışan Tofiq Yaqublu deyib ki, Bakı Şəhər Probasiya İdarəsi və prokurorluq nümayəndələrinin mülahizələrini əsas götürən hakim An...
Sahələr üzrə orta maaş
2022-ci il oktyabrın 1-nə Azərbaycanda muzdlu işçilərin orta aylıq əməkhaqqı 827,4 manat göstərilib. Novator.az Dövlət Statistika Komitəsinə istinadla bildirir ki, iqtisadi fəaliyyət növləri orta maaşa görə belə sıralanır: mədən sənayesi – 3298,2 manat; maliyyə və sığorta fəaliyyəti – 2084,3 manat; ...
2022-ci il büdcəsinin icra statistikası
Novator.az 2022-ci ilin dövlət büdcəsinin icra göstəricilərini təqdim edir: yanvar – 2 milyard 750,5 milyon manat gəlir, 983,4 milyon manat xərc; fevral – 1 milyard 879,1 milyon manat gəlir, 1 milyard 701,8 milyon manat xərc; mart – 2 milyard 383,5 milyon manat gəlir, 2 milyard 944,3 milyon manat xə...
Nikah 9,1 faiz artıb, boşanma 5,9 faiz azalıb
Azərbaycan əhalisinin sayı 2022-ci il oktyabrın 1-nə 10 milyon 204 min 774 nəfərə çatıb. Novator.az-ın məlumatına görə, hesabatı yayan Dövlət Statistika Komitəsi bildirir ki, yanvar-sentyabr aylarında 93612 doğulan körpə qeydə alınıb, onların 52,8 faizi oğlandır. Doqquz ayda 46372 ölümün, 45321 nika...
Tramp prezidentlik iddiasını rəsmiləşdirdi
ABŞ-ın sabiq prezidenti Donald Tramp 2024-cü ilin seçkisində dövlət başçısı postuna namizəd olmaq istəyir. “Fox News” telekanalının məlumatına görə, sabiq prezident noyabrın 15-də Federal Seçki Komissiyasına rəsmi ərizə ilə müraciət edib. Novator.az bildirir ki, 1946-cı il təvəllüdlü Donald Tramp Pe...
Şair Təbibin “Yusif zirvəsi”
Akademik Yusif Məmmədəliyevə (1905-1961) həsr olunan “Yusif zirvəsi” poeması işıq üzü görüb. Əsərin müəllifi Şair Təbibdir. Poemada alimin şəxsi həyatı və yaşadığı mühit vəhdət şəklində həssaslıqla qələmə alınıb. Qədim Ordubadın qarlı qış günü Bir körpə dünyaya açdı gözünü – ifadəsi ilə şair s...
Rusiya almanları necə aldatmaq istəyir? – “EUObserver”
Redaksiyası Belçikanın paytaxtı Brüsseldə yerləşən “EUObserver” internet nəşri Rusiyanın Almaniyada apardığı dezinformasiya kampaniyasından yazıb. Novator.az-ın məlumatına görə, yazı “Siyasi kapital” təşkilatının bugünlərdə yaydığı hesabat əsasında qurulub. “Siyasi kapital” Macarıstanda fəaliyyət gö...
Maaş artsın, amma…
Milli Məclisin deputatı Vahid Əhmədov minimum əməkhaqqının 500 manat olmasını təklif edib. Hazırda ölkədə minimum aylıq əməkhaqqının məbləği 300 manatdır. İqtisadçı, REAL Partiyasının funksioneri Natiq Cəfərli maaşların da, pensiyaların da artırılmasına tərəfdardır: “İnflyasiya, qiymət artımı insanl...
Dünya çempionatının mükafat fondu
Novator.az 2022-ci ilin dünya futbol çempionatının mükafat fonduna nəzər salıb. Noyabrın 20-dən dekabrın 18-dək Qətərdə keçiriləcək çempionata qatılan 32 milli komanda 8 qrupa bölünüb. 1/8 finala adlamaq üçün qrupları azı ikinci sırada bitirmək gərəkdir. Qrupda ələnən komandaya 9 milyon dollar vermə...
Azərbaycanda daxili köç
İqtisadçı, vətəndaş cəmiyyəti eksperti Rövşən Ağayev daxili miqrasiya problemini təhlil edib. Bakı Araşdırmalar İnstitutunun saytında dərc edilən təhlıldə qeyd olunur ki, Azərbaycanda əhalinin daxili miqrasiyasına dair hər hansı statistik informasiya bazası yoxdur: “Hüquqi tələblərə görə, daxili miq...
Çinin uyğurlara qarşı casus proqramı ifşa olunub – “The Guardian”
Təhlükəsizlik mütəxəssisləri Çində yaşayan, eyni zamanda Çindən mühacirət edib başqa ölkələrə sığınmış uyğurların mobil telefonlarında casus proqramı aşkarlayıblar. Novator.az-ın məlumatına görə, bununla bağlı Böyük Britaniyanın “The Guardian” qəzetində məqalə dərc olunub. Məqalədə mobil cihazların ...
Rusiya xəlvətcə sığınacaqları yoxlayır – “Bloomberg”
ABŞ-ın “Bloomberg” agentliyinin internet səhifəsində “Rusiya müharibənin genişlənməsi xofu altında xəlvətcə bomba sığınacaqlarını yoxlayır” başlıqlı yazı dərc olunub. Novator.az-ın məlumatına görə, yazıda deyilir ki, Ukrayna cəbhəsində hərbi mövqelərini qorumaqdan ötrü çaba göstərən Rusiya öz ərazis...