Martın 7-də Dövlət Statistika Komitəsi Bakı Şəhər Statistika İdarəsinin yeni inzibati binasının açılışı olub. AZƏRTAC xəbər verir ki, prezident İlham Əliyev açılışda iştirak edib. Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov görülən işlər və binada yaradılan şərait barə...
ABŞ-ın “Forbes” jurnalı dünya milyarderlərinin yeni siyahısını açıqlayıb. Novator.az-ın məlumatına görə, 2017-ci ilin nəticələri üzrə birinci yerdə “Amazon” şirkətinin sahibi Ceff Bezos dayanır. Onun 112 milyard dollar varidatı olduğu bildirilir. İkinci yerdə “Microsoft” kom...
Ali Məhkəmə martın 6-da AXCP üzvü Fuad Əhmədlinin şikayətinə baxıb. Fuad Əhmədli 2016-cı il avqustun 18-də tutulub. O, operator işlədiyi “Azerfon” şirkətində abonentin şəxsi məlumatlarını başqasına ötürməkdə ittiham olunub. Bakı Ağır Cinayətlər Məhkəməsi Fuad Əhmədlini əməli...
Avropa İnsan Hüquqları Məhkəməsinin 2017-ci ilin noyabrında Azərbaycanda həbsdə olan siyasətçi İlqar Məmmədovla bağlı çıxardığı qərar qüvvəyə minib. Həmin il noyabrın 16-da Avropa Məhkəməsi İlqar Məmmədovun ədalətli mühakimə hüququnun pozulduğu (bu, Avropa İnsan Hüquqları Ko...
UEFA Çempionlar Liqasının ilk 1/4 finalçıları bəlli olub. Novator.az-ın məlumatına görə, Fransa təmsilçisi PSJ martın 6-sı Parisdə İspaniya paytaxtının “Real” klubuna 1:2 hesabı ilə uduzub. 1/8 finalın ilk görüşünü də udmuş (3:1) madridlilər növbəti raunda adlayıblar. İngilt...
Mərkəzi Bankın valyuta ehtiyatı və pul bazasında artım qeydə alınıb. Novator.az bildirir ki, bu gün yayılan yeni hesabata görə, martın 1-nə valyuta ehtiyatının həcmi 5 milyard 387,3 milyon dollar, pul bazasının həcmi 9 milyard 180,6 milyon manat olub. Fevralın 1-nə valyuta e...
Martın 7-də ABŞ dollarının rəsmi kursu 1,7 manata düşüb. Novator.az-ın məlumatına görə, bu, 2017-ci il dekabrın 13-dən bəri ilk dəyişmədir: 84 gün idi dollar 1,7001 manata təklif olunurdu. 2017-ci ildə dolların ən aşağı rəsmi qiyməti 6-13 dekabr arası qeydə alınıb: 1,7 manat...
Prezident İlham Əliyev təhsil, səhiyyə və mədəniyyət sahələrində fəaliyyət göstərən bir qrup qadını 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə təltif edib. Cavadova Dursun Salman qızı, Qasımova Fəridə Səfər qızı, Quliyeva Nazifə Halay qızı, Quliyeva Səadət Əlisahib qızı, M...
Daxili İşlər Nazirliyinin xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşları martın 1-dən orta hesabla 10 faiz artırılıb. Prezident İlham Əliyevin sərəncamı ilə eyni artım Daxili Qoşunların Baş İdarəsinin hərbi qul...
Böyük Britaniyanın “Quacquarelli Symonds” konsaltinq şirkəti dünya universitetlərinin yeni reytinqini açıqlayıb. Novator.az-ın məlumatına görə, ən yaxşı universitetlər siyahısına ABŞ-ın Massaçusets Texnologiya İnstitutu başçılıq edir. İkinci yerdə Stenford Universiteti, üçün...
Demokratik Qüvvələrin Milli Şurası fevralın 27-də Müsavat Partiyasına və REAL Hərəkatına birgə mitinqlər keçirmək təklifi ilə müraciət edib. Müsavat təklifə müsbət cavab verib. İlk birgə mitinqi Yasamal rayonundakı İdman-Sağlamlıq Kompleksinin stadionunda (“İnşaatçılar” metr...
Romanın əvvəli: 1 2 3 4 5 6 7 8 Firuzə DAVUDQIZI *** Səhər mən yuxudan oyananda onu yerində görmədim. Geyinib yuyunduqdan sonra mətbəxə keçdim. Mətbəxin pəncərəsindən baxanda gördüm həyətdə idmanla məşğuldur. Jim edir. Dayanıb bir qədər onu seyr elədim. Evdə ...
Parlamentin 6 mart iclasında “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” qanun qəbul edilib. Novator.az-ın məlumatına görə, qanunda sığortaedənlərin Dövlət Sosial Müdafiə Fondunun uçot sistemində 2006-cı il yanvarın 1-nə yaranmış və 2018-ci il ...
Çoxlu duz qəbul etmək təzyiqdən əziyyət çəkən insanlara ziyandır. Bu, hətta düzgün həyat tərzi keçirən təzyiqli adamlara da aiddir. Novator.az bildirir ki, Böyük Britaniyanın London İmperiya Kolleci və ABŞ-ın Şimal-Qərb Universiteti alimlərinin apardığı araşdırma bunu təsdiq...
Dövlət Statistika Komitəsi 8 Mart Beynəlxalq Qadınlar Günü ərəfəsində açıqlama yayıb. Novator.az-ın məlumatına görə, bildirilir ki, 2018-ci ilin əvvəlinə ölkə əhalisinin 50,1 faizi və ya 4 milyon 960,1 min nəfəri qadınlar olub: “Azərbaycan qadınlarının məşğul əhalinin ümumi ...
6 mart hərracında 17 dövlət əmlakı özəlləşdirilib. Onların 5-i kiçik dövlət müəssisəsi, 12-si qeyri-yaşayış sahəsidir. Əmlak Məsələləri Dövlət Komitəsi bildirir ki, Gəncənin Nizami rayonunda yerləşən qeyri-yaşayış sahəsinin hərracında təklif çox olub. Ümumi faydalı sahəsi 10...
Martın 6-da Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin mətbuat xidmətləri Respublika Narkoloji Mərkəzində baş vermiş yanğınla bağlı birgə məlumat yayıb. Məlumatda deyilir: – Xəbər verilidiyi kimi, 2018-ci il mart ayının 2-də Bakı şəhərinin Xətai rayonu ərazisində y...
Əmlak Məsələləri Dövlət Komitəsinin hesabatına görə, 50 rayon üzrə səmərəsiz istifadə olunan 255 min hektara yaxın kənd təsərrüfatı təyinatlı torpaqlar geri qaytarılaraq təkrar istifadəyə verilib. 2017-ci ildə kənd təsərrüfatı sahəsində əkin dövriyyəsinin artırılması məqsədi...
Respublika Narkoloji Mərkəzindəki yanğında həlak olmuş şəxslərin hamısının meyiti ailələrinə təhvil verilib. Bunu “Report”a Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru Ədalət Həsənov deyib. 9 meyitin kimliyi martın 3-də müəyyənləşdir...
Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti cəbhə bölgəsində yerləşən ön xətt bölmələrinə baş çəkiblər. Mod.gov.az-ın 6 mart məlumatına görə, nazir müdafiənin ön xəttindəki bölmələrdə olaraq üzbəüz yerləşən düşmən mövqelərini müşahidə edi...