Bloqçu Mehman Hüseynov sentyabrın 8-i İsveçrədə, Cenevrə Universitet Hospitalında xərçəng şişinin cərrahi yolla xaric edilməsi əməliyyatından keçir. Novator.az bildirir ki, məlumatı bloqçunun qardaşı Emin Hüseynov yayıb: “Ortancıl qardaşım İbrahimlə xəstəxanadayıq, əməliyyat...
Sentyabrın 8-də Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb. Məlumatda xatırladılır ki, 1980-ci il təvəllüdlü Azərbaycan vətəndaşı Elvin İsayev Ukrayna miqrasiya qanunvericiliyinin tələblərini pozduğuna görə 12 dekabr 2019-cu ildə Azərbaycana deportasiya olunub və Baş Pr...
Oktyabrın 31-i Gürcüstanda parlament seçkisi keçiriləcək. 120 nəfəri proporsional sistemlə (partiya siyahıları üzrə), 30 nəfəri majoritar üsulla (dairələrdən) seçilən 150 yerlik parlamentə azı 76 mandatla düşən partiya hökumət qurmaq hüququ qazanacaq. Müxalif Vahid Milli Hər...
Hüquqşünas, dövlət xadimi, alim, diplomat Eldar Həsənov 2020-ci il avqustun 13-dən həbsdədir. O, vəzifə səlahiyyətlərindən sui-istifadə, dövlət büdcəsinin vəsaitindən təyinatı üzrə istifadə etməmədə ittiham olunur. Eldar Həsənov ittihamları qəbul etmir, həbsini əsassız sayır...
Ümumi təhsil pilləsi üzrə tədris planları təsdiqlənib. Novator.az bildirir ki, təhsil nazirinin əmrinə əsasən, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunun ümumi təhsil müəssisələrinin fəaliyyəti həftədə 2 dəfə, digər şəhər və rayonlarda həftədə 3 dəfə isə əyani təşkil olun...
Nazirlər Kabineti icbari tibbi sığorta üzrə dövlət büdcəsinin vəsaiti hesabına verilən haqqın mərhələli şəkildə ödənməsi qaydasını yeniləyib. Qərara görə, sığorta haqqının adambaşına məbləği icbari tibbi sığortanın ölkənin inzibati ərazi vahidləri üzrə tətbiqi ardıcıllığına ...
Nazirlər Kabineti yanında operativ qərargahın 7 sentyabr məlumatına görə, Azərbaycanda daha 89 nəfər koronavirus infeksiyasına yoluxub, 3 xəstə vəfat edib. Yoluxanların ümumi sayı 37418 nəfər göstərilir: onların 551-i dünyasını dəyişib, 2030-u aktiv xəstədir. 2019-cu ilin de...
Bakıdakı 14-15 iyul aksiyasına görə tutulan AXCP Ali Məclisi Rəyasət Heyətinin üzvü Məmməd İbrahimə ittihamlarda dəyişiklik var. İyulun 14-ü axşamdan iyulun 15-nə keçən gecəyədək Bakıda Azərbaycan Ordusuna dəstək aksiyası keçirilib. Bir qrup şəxs Milli Məclisin binasına girə...
Haqq-Ədalət Partiyası sədrinin köməkçisi, qurumun İdarə Heyətinin üzvü Rəşad Abbaslıya 30 sutka inzibati həbs cəzası verilib. O, polis işçisinin qanuni tələbinə qəsdən tabe olmamaqda təqsirli bilinib. Qərarı sentyabrın 7-də Binəqədi Rayon Məhkəməsi çıxarıb. Novator.az bildir...
Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan “Atabank”, “Amrah Bank”, “AGBank” və “NBCBank” bankları üzrə yeni hesabat yayıb. Rəsmi məlumata görə, ümumilikdə 21506 əmanətçiyə qorunan əmanətlər üzrə 507,9 milyon manat kompensasiya ödənib. Mərkəzi Bank “Atabank”la “Am...
“Qanun” Nəşrlər Evinin çap etdiyi yeni kitablar haqda qısa məlumatları təqdim edirik. Stefan Sveyq, “Fantastik gecə” Stefan Sveyqin həyati süjet əsasında qurulmuş “Fantastik gecə” romanında cərəyan edən hadisələr, əsərin adından göründüyü kimi, demək olar, bir gecə ərzində b...
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi hesabatına görə, 2020-ci il iyulun 1-nə Azərbaycanda aylıq pensiyaların orta məbləği 297,9 manat olub. Novator.az yaxın ölkələr üzrə göstəricilərə də nəzər salıb. Qazaxıstanda son dəfə fevral ayında açıqlanan rəsmi statist...
Vəkil Aqil Layıc sentyabrın 7-də məhbus siyasətçi Tofiq Yaqublu ilə görüşüb. Tofiq Yaqublu Bakının Şüvəlan qəsəbəsindəki 3 saylı İstintaq Təcridxanasında saxlanır. O, sentyabrın 2-dən aclıq aksiyası keçirir. Novator.az-ın məlumatına görə, Aqil Layıc yazır ki, Tofiq Yaqublu t...
Haqq-Ədalət Partiyası sədrinin köməkçisi, qurumun İdarə Heyətinin üzvü Rəşad Abbaslıdan hələ də xəbər yoxdur. Rəşad Abbaslı sentyabrın 5-i Bakıda tutularaq naməlum istiqamətə aparılıb. Saxlanan andan onun mobil telefonu söndürülüb. Partiya sədri Əli İnsanovun bəyanatına görə...
Aynur Təmkin *** Bu gediş son gediş oldu. Vasifin bünövrəsi möhkəm sandığı sevgisi bir andaca kağız qüllələr kimi uçub dağıldı. Səmanın söylədiklərini nə qədər çalışsa da əfv edə bilmədi. Amma boşanmadı da. Özünə zaman qazanıb nə qədər bağışlamağa səy göstərsə də, sınmış qür...
Məhbus siyasətçi Tofiq Yaqubluya çıxarılmış hökmdən apellyasiya şikayəti verilib. Vəkil Aqil Layıcın yaydığı məlumata görə, Bakı Apellyasiya Məhkəməsinə ünvanlanan şikayətdə Tofiq Yaqubluya bəraət istənir, azadlığa buraxılması tələb edilir. Novator.az bildirir ki, 1961-ci il...
Prezident İlham Əliyev sentyabrın 7-də paytaxtın Nizami rayonundakı 251 nömrəli tam orta məktəbdə aparılan əsaslı təmir işləri ilə tanış olub, təhsil ocağının yeni korpusunun açılışında iştirak edib. AZƏRTAC xəbər verir ki, 1974-cü ildən fəaliyyətdə olan məktəbdə ümumilikdə ...
İnsan hüquqları üzrə müvəkkil (ombudsman) Səbinə Əliyeva bir qrup abituriyentin müraciəti əsasında Dövlət İmtahan Mərkəzinə üz tutub. Rəsmi məlumata görə, məktubda koronavirus pandemiyası ilə bağlı karantin rejimi çərçivəsində məktəblərin bağlanmasının, qrup halında məşğələl...
Son rəsmi hesabata görə, Azərbaycanda 37329 nəfər koronavirus xəstəliyinə yoluxub, onların 548-i dünyasını dəyişib. Sentyabrın 8-də xüsusi karantin rejimi ilə bağlı yeniliklər qüvvəyə minir. Novator.az bildirir ki, həmin gündən ölkə üzrə bu qadağalar qalır: – yük daşım...
Mərkəzi Bank sentyabrın 7-də ABŞ dollarının kursunu 1,7 manat saxlayıb. Novator.az-ın məlumatına görə, bununla qiymət sabitliyinin 30-cu ayı – iki il altı ayı tamam olub. 2015-ci il fevralın 21-də və dekabrın 21-də rəsmiləşən iki devalvasiya nəticəsində dolların məzənnəsi 0,...