Əmanətlərin Sığortalanması Fondunun dekabrın 16-na olan hesabatına görə, qapadılmış “Atabank”, “Amrah Bank”, “AGBank” və “NBCBank” banklarının əmanətçilərinə qorunan əmanətlər üzrə 613,8 milyon manat kompensasiya ödənib. Ödəniş alanların sayı 24073 nəfər göstərilir. Mərkəzi ...
“Bakılı” Beynəlxalq Mədəniyyət Cəmiyyətinin və “Humay” Milli Mükafatı Akademiyasının təsis etdiyi “Humay” Milli Mükafatının 2020-il laureatlarının adları açıqlanıb. Bu ödülü “Humay” Milli Mükafatı Akademiyası hər il cəmiyyətin müxtəlif sahələrində fərqlənən şəxslərə verir. “...
Dekabrın 17-də “AzəriLayt” markalı Azərbaycan neftinin barreli 51,52 dollara satılır. Məlumatı Energetika Nazirliyi yayıb. Azərbaycanın 2020-ci il büdcəsində bir barrel neftin qiyməti 55 dollardan götürülüb, avqust ayında 35 dollara salınıb. “AzəriLayt” yanvara 70,04, fevral...
İqtisadçı Rövşən Ağayev 2020-ci ilin yanvar-sentyabr ayları üzrə ödəmələr balansına diqqət yönəldib. Novator.az-ın məlumatına görə, ekspert özünün “Facebook” səhifəsində yazır: “Doqquz ayda Azərbaycanın xaricdəki mülkiyyətindən (əmlakından) əldə etdiyi faiz gəlirləri, fiziki...
İtaliyanın dövlət xadimi Franko Frattini “Dağlıq Qarabağ sülh sazişinin verdiyi dərslər” adlı məqalə yazıb. Məqalə Böyük Britaniyanın Reaction.life portalında dərc olunub. 63 yaşlı Franko Frattini 1994-1995-ci illərdə İtaliya Nazirlər Şurası Rəyasət Heyətinin baş katibi, 199...
Maliyyə Nazirliyi 2021-ci ilin dövlət büdcəsinin layihəsini sentyabrın 15-də Nazirlər Kabinetinə təqdim edib, sənəd sentyabrın 23-də təsdiqlənərək prezidentə göndərilib. Gəlirləri 24,3 milyard manat, xərcləri 25,8 milyard manat məbləğində proqnozlaşdırılan layihə hələ parlam...
Arif Hacılı Müsavat Partiyasının başqanı 44 günlük Vətən müharibəsinin elə ilk günlərində aydın oldu ki, Azərbaycanın əraziləri işğaldan azad etmək üçün yetərli hərbi-siyasi gücü, bu vəzifənin öhdəsindən gəlmək əzmində olan peşəkar ordusu var. Fərqli dünyagörüşü olan sosial ...
BMT-nin 2020-ci il üzrə İnsan İnkişafı İndeksində ömür uzunluğu reytinqinə Honkonq başçılıq edir: 84,9 il. Novator.az-ın məlumatına görə, Yaponiya 84,6 illə ikinci, İsveçrə 83,8 illə üçüncü yerdə göstərilir. Sinqapur və İspaniyada orta ömür uzunluğu 83,6 il, İtaliyada 83,5 i...
BMT İnsan İnkişafı İndeksi yayıb. Novator.az-ın məlumatına görə, sağlamlıq və ömür uzunluğu, təhsil almaq imkanları, sosial rifah meyarlarına əsaslanan rəsmi hesabatda ən yaxşı beş ölkə belə sıralanır: Norveç, İrlandiya, İsveçrə, Honkonq, İslandiya. 189 ölkənin salındığı siy...
2020-ci il dekabrın 1-nə Azərbaycanda iqtisadi fəal əhalinin sayı 5 milyon 251,6 min nəfər olub, onların 4 milyon 886,2 min nəfəri məşğul əhali kateqoriyasına aid edilib. Dövlət Statistika Komitəsinin hesabatına görə, noyabrın 1-nə muzdla çalışanların 33,9 min nəfəri neft-qa...
2020-ci il noyabrın 1-nə Azərbaycan əhalisinin sayı 10 milyon 121 min 809 nəfər olub. Novator.az-ın məlumatına görə, hesabatı yayan Dövlət Statistika Komitəsi bildirir ki, yanvar-oktyabr aylarında 106 min 569 doğulan körpə qeydə alınıb: onların 53,3 faizi oğlan, 46,7 faizi q...
Dövlət Statistika Komitəsi makroiqtisadi hesabat yayıb. Novator.az bildirir ki, rəsmi məlumata görə, 2020-ci ilin yanvar-noyabr aylarında kənd təsərrüfatının ümumi məhsulu ötən ilin eyni dövrü ilə müqayisədə 2 faiz, o cümlədən bitkiçilik məhsullarının istehsalı 1 faiz, heyva...
Siyasətçi Aleksey Navalnının zəhərlənməsi əməliyyatını Rusiya Federal Təhlükəsizlik Bürosunun səkkiz əməkdaşı icra edib. Novator.az xəbər verir ki, bunu bir neçə KİV-i təmsil edən jurnalistlərin birgə apardığı araşdırma üzə çıxarıb. Araşdırmada Rusiyanın “The İnsider”, Böyük...
Vahid Qazi Ağdam taksiçilərinin Xankəndi, Əsgəranla yanaşı Qarabağın yaxın erməni kəndlərində də dost-tanışları olardı. Şəhərin dəmiryol vağzalından, bazarından yaranan sürücü-sərnişin münasibət zaman keçdikcə istiləşib tanışlıq, bəzən dostluq səviyyəsinəcən çatırdı. Hələ Xa...
Emin Hüseynzadə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) son elanı jurnalistlər üçün ciddi problemlər yaradır. Dekabrın 9-da KİVDF müxtəlif mövzularda yazı müsabiqəsi elan edib. Müsabiqəyə qatılmaq istəyən jurnalistlərə dekabrın 16-sı saat...
Fuad Qəhrəmanlı Qarabağda atəşkəsin lokal pozulması və Rusiya hərbçilərinin dislokasiya yerlərini dəyişməsi gündəmin əsas mövzusudur. Deməli, üçtərəfli bəyanat hərbi konflikti tam arxada qoya bilməyib. Əksinə, indi Azərbaycanın hərbi uğurunun nəticələrini zəiflətmək üçün Rus...
Gürcüstanda mübahisəli parlament seçkisinin doğurduğu siyasi böhran davam edir. Seçki iki turda – oktyabrın 31-i və noyabrın 21-də keçirilib. Hakim Gürcü Arzusu – Demokratik Gürcüstan Partiyası 150 yerlik parlamentə 90 mandat əldə edib. Hökumət qurmaq üçün 76 mandat kifayətd...
Nazirlər Kabineti icbari tibbi sığorta vəsaitlərinin uçotunun aparılması və hesabatının təqdim edilməsi qaydasını təsdiqləyib. Novator.az-ın məlumatına görə, sənəddə icbari tibbi sığortanın maliyyə mənbələri belə sıralanır: sığorta haqları, o cümlədən dövlət büdcəsinin vəsai...
Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üç üzvündən ikisi Rusiyanın xarici işlər naziri Sergey Lavrovu qəbul etməkdən boyun qaçırıb. Novator.az xəbər verir ki, hadisə dekabrın 15-də Sergey Lavrov Bosniya və Herseqovinada işgüzar səfərdə olduğu vaxt baş verib. Lavrovu qəb...
Dekabrın 15-də Ədliyyə Nazirliyinin Kollegiyası Gələcək Azərbaycan Partiyasını dövlət qeydiyyatına alıb. Bununla rəsmi partiyaların sayı 62-yə yüksəlib. Novator.az bildirir ki, əsası 2013-cü ildə qoyulmuş Gələcək Azərbaycan Partiyasına Ağasif Şakiroğlu sədrlik edir. Partiya ...