BÜTÜN MATERİALLAR
Bayden: “Dünya Rusiyadan bunun hesabını soracaq”
ABŞ prezidenti Cozef Bayden Rusiyanın Ukraynaya hücumu ilə bağlı yazılı bəyanatla çıxış edib. Novator.az-ın məlumatına görə, Bayden bildirib: “Rusiya prezidenti Vladimir Putin bilərəkdən fəlakətə və insan təlafatına gətirib çıxaracaq bir müharibəyə başlayıb. Bu hücumun səbəb...
- 24 Fevral 2022
Rusiya ilə müttəfiqlik iqtisadiyyata nə vəd edir?
İqtisadçı Rövşən Ağayev Azərbaycanla Rusiya arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında bəyannamənin iqtisadi aspektlərindən yazıb. Bəyannaməni prezidentlər İlham Əliyev və Vladimir Putin fevralın 22-si Moskvada imzalayıb. Novator.az-ın məlumatına görə, Rövşən Ağayev...
- 24 Fevral 2022
Yubiley günü
Müsavat Partiyasının başqanı Arif Hacılı siyasi xadim İsa Qəmbərin 65 illik yubileyindən yazıb. Novator.az-ın məlumatına görə, Arif Hacılı qeyd edir ki, 65 yaşın azı 35 ili Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü, azadlığı uğrunda mübarizəyə həsr olunub: “İsa Qəmbər ermən...
- 24 Fevral 2022
Əmr verdi, müharibə başladı
Fevralın 24-də Rusiya prezidenti Vladimir Putin Ukraynanın Donbas bölgəsində xüsusi hərbi əməliyyatlara əmr verib. Dövlət başçısı xalqa müraciətində əməliyyatların məqsədinin Ukraynanın silahsızlaşdırılması olduğunu bəyan edib. Səhər tezdən Donbas bölgəsində döyüşlər gedir. ...
- 24 Fevral 2022
Madlen Olbrayt: “Putin tarixi səhvə yol verir”
1997-2001-ci illərdə ABŞ-ın dövlət katibi olmuş Madlen Olbrayt “Nyu-York Tayms” qəzetində “Putin tarixi səhvə yol verir” başlıqlı məqalə ilə çıxış edib. Novator.az-ın məlumatına görə, məqalə Rusiya prezidenti Vladimir Putinin Ukraynadakı “Donetsk Xalq Respublikası” və “Luqan...
- 24 Fevral 2022
Xocalı: soyqırımı harada tanıyırlar?
Xocalı soyqırımından 30 il ötür. Azərbaycanın Yuxarı Qarabağ bölgəsində rayon mərkəzi olan Xocalı şəhərini 1992-ci il fevralın 26-da ermənilər işğal edib. Xankəndidə yerləşmiş Rusiya hərbi alayının da iştirak etdiyi istilada 613 nəfər öldürülüb. Qətlə yetirilənlərin 63-ü uşa...
- 24 Fevral 2022
Böyük liqada
UEFA-nın əsas klub turniri olan Çempionlar Liqasında 1/8 finalın ilk yarısı bitib. Novator.az-ın məlumatına görə, fevralın 23-də keçirilmiş son iki matçda heç-heçə qeydə alınıb: “Atletiko” – “Mançester Yunayted” 1:1, “Benfika” – “Ayaks” 2:2. Əvvəlki oyunlar belə nəticələnib:...
- 24 Fevral 2022
Xarici borcda nə qədər azalma var?
Maliyyə Nazirliyinin yeni hesabatına görə, 1 yanvar 2022-ci ilə Azərbaycanın xarici dövlət borcu 8 milyard 135,7 milyon ABŞ dollarına düşərək 2021-ci il üzrə ümumi daxili məhsulun 14,9 faizinə bərabər olub. Xarici dövlət borcunun bir ildə 685,8 milyon dollar azaldığı vurğula...
- 24 Fevral 2022
NATO-nun baş katibi: “Biz indi ən təhlükəli məqamdayıq”
NATO-nun baş katibi Yens Stoltenberq Rusiyanın Ukraynaya genişmiqyaslı hücum planlaşdırdığını bəyan edib və Moskvanı siyasi kursu dərhal dəyişməyə çağırıb. Novator.az saytı ABŞ-ın “Fox News” kanalına istinadla xəbər verir ki, Yens Stoltenberq jurnalistlərə açıqlamasında Rusi...
- 23 Fevral 2022
Yeni aclıq, tibbi yardım tələbi
Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili fevralın 21-dən Rustavi şəhərindəki həbsxanada aclıq aksiyası keçirir. Novator.az-ın məlumatına görə, məhbus siyasətçi gərəkli tibbi yardım göstərilməsi tələbi qoyub. 1967-ci il təvəllüdlü Saakaşvili 2004-2013-cü illərdə Gürcüst...
- 23 Fevral 2022
Ukraynanın nə qədər ərazisi işğal olunub?
Novator.az Ukraynanın nə qədər ərazisinin işğalda olmasına nəzər salıb. 2014-cü ildə Rusiya Ukraynanın Krım Muxtar Respublikasını və Sevastopol şəhərini zəbt edərək özünə birləşdirib. Həmin il Rusiya Donetsk və Luqansk vilayətlərinin bir hissəsini də işğal edərək ərazidə sep...
- 23 Fevral 2022
Rusiyalılar nə qədər pensiya arzulayır?
Rusiyalılar normal yaşaya bilmək üçün nə qədər pensiya almağı arzulayır? Novator.az-ın məlumatına görə, Rusiyanın “Sberbank” Açıq Səhmdar Cəmiyyəti nəzdindəki Müstəqil Pensiya Fondu suala cavab tapmaq üçün əhali arasında sorğu keçirib. Rusiya Federal Statistika Xidmətinin he...
- 23 Fevral 2022
Boşanma göstəriciləri (1991-2021)
2021-ci ildə Azərbaycanda 17191 boşanma qeydə alınıb. Dövlət Statistika Komitəsi əhalinin hər 1000 nəfərinə 1,7 boşanma düşdüyünü açıqlayıb. Novator.az-ın məlumatına görə, Bakıda bu göstərici 2,3, paytaxtın Yasamal rayonunda 2,8, Binəqədi və Səbail rayonlarında 2,5-dir. Naxç...
- 23 Fevral 2022
“Vaşinqton Post”: Qərb daha sərt addımlara hazır olmalıdır
ABŞ-ın “Vaşinqton Post” qəzeti “Bayden Ukraynadakı kataklizm təhlükəsinə düzgün reaksiya verir” başlığı altında redaksiya məqaləsi dərc edib. Novator.az-ın məlumatına görə, məqalədə xatırladılır ki, fevralın 21-də Rusiya prezidenti Vladimir Putin Ukraynanın Donbas bölgəsində...
- 23 Fevral 2022
Konstitusiya Məhkəməsindən işdən kənarlaşdırma şərhi
Konstitusiya Məhkəməsinin Plenumu Suraxanı Rayon Məhkəməsinin müraciəti əsasında Əmək Məcəlləsinin 62-ci maddəsinin 1-ci hissəsinin “c” bəndini şərh edib. Həmin bənd işəgötürənə iş vaxtı ərzində inzibati xətaları və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməlləri törədən ...
- 23 Fevral 2022
Rusiya ilə müttəfiqlik: müxalifət nə deyir?
Prezident İlham Əliyev fevralın 22-si Moskvada həmkarı Vladimir Putinlə “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” bəyannamə imzalayıb. Novator.az-ın məlumatına görə, AXCP sədri Əli Kərimli sənədin Azərbaycanın müstə...
- 23 Fevral 2022
Klassik irsin üzünü köçürmək
Fəxri Uğurlu Oxuduğum bədii əsərlərin kino versiyasına baxmaq mənə həmişə maraqlı gəlib. Hərçənd heç bir film yüksək bədii keyfiyyətli əsərin yerini vermir. Ola bilsin, kino əhli bu fikirlə razılaşmaz, ancaq mən əsasında çəkildiyi əsəri təhrif eləməyən filmləri bəyənirəm. Ge...
- 23 Fevral 2022
100 dollardan baha
Energetika Nazirliyinin 23 fevral məlumatına görə, “AzəriLayt” markalı Azərbaycan neftinin barreli 100,68 dollara satılır. 2022-ci ilin dövlət büdcəsində bir barrel neftin qiyməti 50 dollardan götürülüb. “AzəriLayt” yanvara 82,49, fevrala 94,20 dollarla başlayıb. Yanvarın xa...
- 23 Fevral 2022
126 məhbus, 6 qrup
Siyasi Məhbuslara Azadlıq İttifaqının yenilənən siyahısına 126 nəfər daxil edilib. “Turan”ın məlumatına görə, hüquq müdafiəçiləri Leyla Yunus və Elşən Həsənovun birləşdiyi ittifaq siyasi məhbusları 6 qrupa ayırıb. Jurnalistlər və bloqçular bölümündə 5, müxalif partiyaların v...
- 23 Fevral 2022
İsa Qəmbər – 65
Siyasi xadim İsa Qəmbərin 65 yaşı tamam olur. Novator.az bildirir ki, İsa Qəmbər 1957-ci il fevralın 24-ü Bakı şəhərində doğulub. 1979-cu ildə indiki Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirib, Elmlər Akademiyasının Naxçıvan Elm Mərkəzində və Şərqşünaslıq İnstitut...
- 23 Fevral 2022