Təşviqat nöqtələri
Mərkəzi Seçki Komissiyası fevralın 9-na təyin edilmiş parlament seçkisində təşviqat görüşü yerlərinin siyahısını açıqlayıb. Şəhər və rayonlarda 118 seçki dairəsi üzrə 128 açıq, 128 qapalı yer müəyyən edilib (Siyahı). Açıq məkanlar arasında son vaxtlar Bakı Şəhər İcra Hakimiyyətinin mitinqlər üçün ay...
Ödənişli seçki təşviqatına qoşulan media qurumları
Mərkəzi Seçki Komissiyası fevralın 9-da keçiriləcək parlament seçkisinin ödənişli təşviqatı üçün müraciət edən media orqanlarının siyahısını açıqlayıb. Novator.az bildirir ki, ödənişli təşviqatda teleradio qurumlarından yalnız İctimai Televiziya və Radio Yayımları Şirkəti yer alır. Qəzetlərin siyahı...
Bakıdan Cocuq Mərcanlıya avtobus reysi
Yanvarın 9-da Bakı avtovağzalından Cəbrayılın Cocuq Mərcanlı kəndinə ilk avtobus reysi açılıb. AZƏRTAC xəbər verir ki, iki müntəzəm və dörd qeyri-müntəzəm xətt üzrə ümumilikdə 6 avtobus xidmətdə olacaq. Müntəzəm marşrut xətti üzrə Bakı-Sabirabad-Saatlı-İmişli-Daşburun-Horadiz-Cocuq Mərcanlı, qeyri-m...
Yaşamaq düsturu
Fiziki fəallıq daxil olmaqla faydalı vərdişlər və sağlam qidalanma adamın ömrünü 10 ilə qədər uzada bilər. Novator.az-ın məlumatına görə, Harvard Universitetinin (ABŞ) və Amsterdam Tətbiqi Elmlər Universitetinin (Niderland) alimləri xüsusi araşdırmada bu qənaətə gəliblər. Alimlər araşdırmaya 50 yaşı...
Ukrayna qəzanı dörd versiya üzrə araşdırır
Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurası yanvarın 8-də baş vermiş təyyarə qəzası ilə bağlı ilkin versiyalarını açıqlayıb. Novator.az bildirir ki, Ukraynaya məxsus “Boinq 737” sərnişin təyyarəsi İranda qəzaya uğrayıb. Paytaxt Tehrandan Kiyevə uçan sərnişin təyyarəsi yanvarın 8-i səhər tezdən ...
İqtisadi artım proqnozu: Azərbaycan və qonşular
Dünya Bankının proqnozuna görə, 2020-ci ildə Azərbaycanda ümumi daxili məhsul (ÜDM) 2,3 faiz artacaq. Novator.az yaxın ölkələr üzrə müvafiq göstəriciyə də nəzər salıb: Özbəkistan – 5,7 faiz Tacikistan – 5,5 faiz Türkmənistan – 5,2 faiz Ermənistan – 5,1 faiz Gürcüstan – 4,3 faiz Qırğızıstan – 4 faiz ...
Daşqın Ağalarlı: Norveçə, ya Azərbaycana?
Polşada tutulmuş azərbaycanlı ictimai fəal Daşqın Ağalarlı yanvarın 8-də zaminə buraxılıb. Novator.az bildirir ki, 1966-cı il təvəllüdlü Daşqın Ağalarlı indiki Neft və Sənaye Universitetinin məzunudur. Azərbaycan Xalq Cəbhəsinin öncül fəallarından biri kimi tanınıb. 1992-1993-cü illərdə Dövlət Yanac...
Avropa Parlamenti seçkini niyə müşahidə etmir?
Avropa İttifaqının qanunverici orqanı – Avropa Parlamenti Azərbaycanda fevralın 9-da keçiriləcək parlament seçkisini müşahidə etməyəcək. Yanvarın 8-də qurumdan “Turan” agentliyinə daxil olan məlumata görə, Avropa Parlamentinin və ya onun strukturlarının heç bir üzvünə Avropa Parlamenti adından seçki...
41-dən 7-si
Novator.az yenidən “Avroviziya 2020” mahnı müsabiqəsi iştirakçılarının siyahısına nəzər salıb. Mayın 12-16-da Niderlandın Rotterdam şəhərində keçiriləcək yarışa 41 ölkə qatılır. Yanvarın 8-dək onların 7-si təmsilçisini müəyyənləşdirib: Albaniya – Arilena Ara Avstriya – Vinsent Bueno Belçika – “Huver...
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin yeni sədri
Yanvarın 8-də prezident İlham Əliyev Anar Quliyevi Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri təyin edib. Bu təyinata qədər Anar Quliyev sədrin birinci müavini idi. Anar Quliyevi qəbul edən prezident İlham Əliyev deyib ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin funksiyaları genişləndir...
Valyuta ehtiyatı 632,3 milyon dollar artıb
Mərkəzi Bankın rəsmi hesabatına görə, 2020-ci il yanvarın 1-nə valyuta ehtiyatının həcmi 6 milyard 258 milyon dollara çatıb. Novator.az bildirir ki, bu, 2019-cu ilin əvvəli ilə müqayisədə 632,3 milyon dollar çoxdur. Ötən il yanvarın 1-nə 5 milyard 625,7 milyon dollarlıq valyuta ehtiyatı vardı. 2009-...
Müsavatın 6 namizədi qeydə alınıb
Fevralın 9-da keçiriləcək parlament seçkisinə qatılan Müsavat Partiyasının hələlik 6 namizədi rəsmən qeydə alınıb. Yanvarın 8-də partiyanın mətbuat xidmətindən Novator.az-a bildiriblər ki, Müsavatın ümumilikdə 75-ə yaxın namizədi qeydiyyat üçün tələb olunan sənədləri dairə seçki komissiyalarına təhv...
Turizm göstəriciləri
Dövlət Turizm Agentliyi statistika yayıb. Novator.az bildirir ki, rəsmi hesabata görə, 2019-cu ildə Azərbaycana səfər edən xaricilərin sayı 2018-ci illə müqayisədə 11,4% artaraq 3 milyon nəfəri ötüb: “Avropa ölkələrindən gələnlərin sayı 224 min nəfər olub, bu da 2018-ci ilə nisbətdə 14,7% çoxdur. Bö...
Şəhid əsgər dəfn edildi
Şəhid əsgər Fərzəli Fərzəliyev yanvarın 8-də dəfn edilib. Dövlət Sərhəd Xidmətinin rəsmi məlumatına görə, sərhədçi əsgər yanvarın 7-də Ermənistan silahlı qüvvələrinin Qazax rayonunun Quşçu Ayrım kəndi istiqamətində açdığı snayper atəşi ilə öldürülüb. AZƏRTAC xəbər verir ki, Fərzəli Fərzəliyev yanvar...
Sosial sığortada nələr dəyişsin?
İqtisadçı Rövşən Ağayev sosial sığorta qanununa dəyişikliklər təklif edir. Novator.az-ın məlumatına görə, ekspert özünün “Facebook” səhifəsində yazır ki, qanunun 14.5.6-cı maddəsinə əsasən, mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları (alınan əmlak və torpaq payı hesabına şəxsi yardımçı ...
Silahlı Qüvvələrə Yardım Fondunun vəsaiti
Silahlı Qüvvələrə Yardım Fonduna toplanan vəsaitin məbləği açıqlanıb. Müdafiə Nazirliyinin 8 yanvar hesabatına görə, fonda 106,9 milyon manat toplanıb. Bir ildə 10,5 milyon manatlıq artım qeydə alınıb. 2019-cu ilin əvvəlinə fonda 96,4 milyon manat daxil olmuşdu. 2002-ci ildə yaradılmış Silahlı Qüvvə...
İqtisadi artım nədən yavaşıyır?
Dünya Bankı yeni hesabatında Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) artım tempini 2020-ci il üçün 2,3 faiz, 2021-ci il üçün 2,1 faiz göstərir. İqtisadçı alim Qubad İbadoğlu bununla bağlı şərhində qeyd edir ki, proqnoz Dünya Bankının 2019-cu ilin iyun ayındakı rəsmi açıqlamasından kəskin fərqlənir:...
Dörd ildə manatı qorumağa 21,6 milyard dollar gedib
Dövlət Neft Fondu Mərkəzi Bankın 2019-cu ilin dekabr ayında keçirdiyi valyuta hərraclarında 886,3 milyon ABŞ dolları məbləğində vəsait satıb. Rəsmi açıqlama yanvarın 8-də yayılıb. Novator.az bildirir ki, 2019-cu ildə Dövlət Neft Fondu manatın qorunması üçün 6 milyard 593,7 milyon dollar sərf ...
Bölgələrin kredit statistikası
Novator.az bölgələr üzrə kredit göstəricilərinə nəzər salıb. Mərkəzi Bankın hesabatına görə, paytaxt Bakıda 11 milyard 854,2 milyon manatlıq kredit rəsmiləşib. İqtisadi rayonlar üzrə statistika belədir: Aran – 743,2 milyon manat Gəncə-Qazax – 608,9 milyon manat Abşeron – 539,8 milyon manat Lənkəran ...
Pedro Sançes baş nazir oldu
İspaniya parlamentinin aşağı palatası yanvarın 7-də Sosialist Fəhlə Partiyasının lideri Pedro Sançesi baş nazir postuna təsdiqləyib. Novator.az-ın məlumatına görə, qərar 167 səslə çıxarılıb. 1972-ci il təvəllüdlü Pedro Sançes hökumətə 2018-ci il iyunun 1-dən başçılıq edir. Sosialistlər ötən il aprel...