Prezident Nyu-Yorkdadır
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Amerika Birləşmiş Ştatlarına səfəri başlayıb. AZƏRTAC xəbər verir ki, sentyabrın 17-də Nyu-Yorka gedən İlham Əliyev və Mehriban Əliyeva BMT Baş Assambleyasının 72-ci sessiyasına qatılacaqlar.
Vergi orqanlarına müraciətlərin 68,2%-i müsbət həll olunub
Avqust ayında vergi orqanlarına 8828 müraciət daxil olub. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 35,9% çoxdur. Vergilər Nazirliyinin rəsmi hesabatına görə, müraciətlərin 86,1%-i ərizə, 13,7%-i şikayət, 0,2%-i təklifdir. Onların 31,3%-i müxtəlif arayışların alınması, 42,4%-i kameral vergi yoxlama...
İqtisadiyyat kiçilib, əhali artıb
Dövlət Statistika Komitəsi 8 aylıq makroiqtisadi göstəriciləri açıqlayıb. Novator.az-ın məlumatına görə, hesabatda bildirilir ki, 2017-ci ilin yanvar-avqust aylarında ölkədə fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlar 43 milyard 713,2 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrünə...
Qəbrin nurla dolsun, azman türk ozanı Dədə Ədalət!
Fəzail İsmayıl Böyükkişi Haqq aşığı Dədə Ədalət Məhəmmədəli oğlu – saz havalarının bənzərsiz və yaradıcı ifaçısı sentyabrın 14-də Bakıda, iyirmi ilə qədər kirayədə qaldığı mənzildə uzun sürən amansız xərçəng xəstəliyindən sonra haqq dünyasına qovuşdu… Ədaləti xalqımız 4-5 yaşında ilahi y...
Nuru Paşa
XX əsrin əvvəlində – çox mürəkkəb tarixi şəraitdə Türkiyənin Azərbaycana hərbi yardımı Nuru paşanın komandanlıq etdiyi Qafqaz İslam Ordusunun timsalında həyata keçirilirdi. Həm göstərilən qardaş köməyinə görə Azərbaycan xalqının Türkiyəyə olan minnətdarlıq duyğuları Nuru paşanın şəxsində öz ək...
Jurnalist son söz deyib
Sentyabrın 15-də Şəki Ağır Cinayətlər Məhkəməsində “Azadlıq” qəzetinin bölgə müxbiri Elçin İsmayıllının işi üzrə növbəti proses keçirilib. Azadliq.info xəbər verir ki, Elçin İsmayıllı prosesdə son sözlə çıxış edib. O, həbsinin jurnalist fəaliyyəti ilə əlaqəli olduğunu deyib. Vəkillər Elçin Sadıqov v...
Prezident müəllimlərin maaşından danışıb
Sentyabrın 15-də – Bilik günündə Bakının Yasamal rayonundakı Arif Hüseynzadə adına 20 nömrəli məktəb-liseyin yeni inşa edilmiş binasının açılışı olub. AZƏRTAC xəbər verir ki, prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak ediblər. Məktəbin müəllim və şagird kollekti...
Neçə nəfərin sosial sığorta hesabı var?
Yanvar-avqust aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində 146 min 329 nəfərə fərdi şəxsi hesab açılıb. Rəsmi məlumata görə, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,5 faiz çoxdur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ...
Ən ölümcül 4 virus
“Lancet” tibb jurnalı bir qrup alimin insan həyatı üçün təhlükəli viruslarla bağlı hesabatını dərc edib. Novator.az-ın məlumatına görə, məqalədə ən öldürücü virusun hepatit virusu olduğu vurğulanır. Hesabat müəllifləri ildə 1 milyon 340 min insanın hepatit virusundan öldüyünü qeyd edirlər. Alimlərin...
Ombudsman Əziz Orucova nə məsləhət görüb?
“Kanal 13” internet televiziyasının həbsdə olan direktoru Əziz Orucovun həyat yoldaşı Lamiyə Orucova sentyabrın 15-də Novator.az-a danışıb. O bildirib ki, yoldaşı ilə son söhbətində Əziz sentyabrın 12-də Bakı İstintaq Təcridxanasına baş çəkən ombudsman Elmira Süleymanova ilə görüşü haqqında danışıb....
24 ildən sonra
Sentyabrın 15-də Cəbrayılın Cocuq Mərcanlı kəndində 24 ildən sonra ilk dəfə məktəb zəngi çalınıb. Məktəbin 60-a yaxın şagirdi var. Ermənistan silahlı birləşmələri Cocuq Mərcanlını 1993-cü ilin oktyabrında tutub. 1994-cü ilin yanvarında Azərbaycan Ordusu kəndi işğaldan azad edib. 2016-cı ilin aprel a...
Türk Şəhidliyində anım
Sentyabrın 15-i Bakının erməni-bolşevik işğalından və daşnak quldurlarından azad edilməsinin 99-cu ildönümü tamam olur. 1918-ci ilin həmin günü Osmanlı Türkiyəsinin Qafqaz İslam Ordusu Azərbaycan Demokratik Respublikasının milli ordu hissələri ilə birlikdə Bakını və ətraf rayonları erməni-bolşevik i...
Sərmayədə 0,1 faiz artım var
Dövlət Statistika Komitəsi sərmayə hesabatı yayıb. Novator.az-ın məlumatına görə, hesabatda bildirilir ki, yanvar-avqust aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün əsas kapitala 9 milyard 868,5 milyon manat və ya əvvəlki ilin 8 ayı ilə müqayisədə 0,1 faiz çox vəsait yönəldilib. S...
Pulun 45,7 faizi ərzağa gedir
Bu ilin yanvar-avqust aylarında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 2 faiz üstələyərək 21,7 milyard manata bərabər olub. Novator.az-ın məlumatına görə, ticarət dövriyyəsinin 11 milyard manatını ərzaq məhsulları, içki...
London metrosunda partlayış
Sentyabrın 15-i səhər Böyük Britaniya paytaxtı Londonun metrosunda partlayış baş verib. İlkin xəbərdə bir neçə nəfərin yanıq xəsarəti aldığı bildirilir. Novator.az-ın məlumatına görə, London polisi partlayışın “Parsons-Qrin” stansiyasında, vaqonların birində baş verdiyini bəyan edib.
Azərbaycan nefti yenə bahalaşdı
Sentyabrın 15-də Nyu-York birjasında “Layt” markalı neftin bir barreli 49,75 dollara, London birjasında “Brent” markalı neftin bir barreli 55,30 dollara satılır. 92 sent bahalaşan “AzəriLayt” markalı neftin bir barreli isə 58,55 dollardır. Novator.az bildirir ki, sentyabrın 5-də “AzəriLayt” 54,55 do...
Krediti olanlara kömək üçün fond yaradıldı
Sentyabrın 15-də prezident İlham Əliyev sahibkarların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsinə dövlət dəstəyi ilə bağlı bir sıra tədbirlərə fərman verib. Novator.az-ın məlumatına görə, fərman “Azərbaycan Respublikasının Kredit Zəmanət Fondu” Açıq Səhmdar Cəmiyyətinin yaradılmasını...
Milli Şura mitinq təyin etdi
Müxalif Demokratik Qüvvələrin Milli Şurası Bakıda kütləvi aksiya keçirmək qərarı verib. Qurumun Koordinasiya Mərkəzinin qərarı ilə mitinq sentyabrın 23-ü saat 15-ə, Yasamal rayonundakı İdman-Sağlamlıq Kompleksinin stadionuna (“İnşaatçılar” metro stansiyasının yanı) təyin edilib. Milli Şuranın liderl...
Təhsil statistikası
Sentyabrın 15-də yeni tədris ili başlayıb. AZƏRTAC xəbər verir ki, 2017-2018-ci tədris ilində ümumtəhsil məktəblərində 164 min 945 şagird birinci sinfə gedir. On birinci sinif şagirdlərinin sayı isə 87 min nəfərdir. Ölkədə 4 min 457 ümumtəhsil məktəbi fəaliyyət göstərir, bu müəssisələrdə 1 milyon 45...
Sıfırlı start
UEFA Avropa Liqasında yarışan Türkiyə klubları qrup mərhələsinə qolsuz başlayıblar. Novator.az-ın məlumatına görə, C qrupunda mübarizə aparan “Başakşəhər” sentyabrın 14-də Bolqarıstanın “Ludoqorets” komandasını qəbul edib. Matçda hesab açılmayıb. Qrupdakı digər oyunda “Hoffenhaym” (Almaniya) evində ...