İşğalçı ordu itki verdi
Azərbaycanın işğal olunmuş torpaqlarında qərar tutan erməni birləşmələri itki verib. Novator.az-ın məlumatına görə, noyabrın 21-i axşam saat 7 radələrində 4 hərbi qulluqçu minaya düşüb. Dağlıq Qarabağ bölgəsinin şimal-şərqində baş verən hadisədə işğalçı ordunun 3 hərbi qulluqçusunun həlak olduğu, bi...
Rəsmi məzənnələr
Noyabrın 22-də avro yenə bahalaşıb. Novator.az-ın məlumatına görə, ötən gün banklara 1,9959 manata təklif olunmuş avroya indi 1,9963 manat qiymət qoyulub. Mərkəzi Bank ABŞ dollarının və Rusiya rublunun məzənnələrini sabit saxlayıb: dollar 1,7002 manata, rubl 0,0287 manata satılır. Gürcü larisinin rə...
Ədliyyə hesabatı
Ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədovun məqaləsi yayılıb. Noyabrın 22-də qeyd olunan ədliyyə işçilərinin peşə bayramı gününə həsr edilən məqalədə bildirilir ki, ötən bir ildə 1300-ə yaxın normativ hüquqi sənəd layihəsi hazırlanıb, 2600-dən çox layihə hüquqi ekspertizadan keçi...
Neft Fondunun büdcə sistemi dəyişdi
Prezident İlham Əliyev fərman imzalayaraq Dövlət Neft Fondunun illik gəlir və xərclər proqramının (büdcəsinin) tərtibi və icrası qaydalarını dəyişib. Novator.az bildirir ki, yeniliyə görə, Neft Fondunun büdcəsi Azərbaycanın dövlət büdcəsi ilə əlaqələndirilməklə tərtib edildikdən sonra icraçı direkto...
Ərazi mübahisələrinin həllində yenilik
“Azərbaycan Respublikasının ərazi vahidlərinin, inzibati ərazi dairələrinin və sahə inzibati ərazi dairələrinin xəritələrinin hazırlanması qaydası”nda dəyişikliklər edilib. Novator.az-ın məlumatına görə, prezident İlham Əliyevin fərmanı ilə qaydaya inzibati ərazi vahidləri arasında ərazi məsələləri ...
Sükan arxasında kişi ayıqdır, ya qadın?
Maşın sürərkən qadınların diqqəti kişilərə nisbətən daha az yayınır. Novator.az-ın məlumatına görə, Oslo Nəqliyyat İqtisadiyyatı İnstitutunun araşdırmasında bu qənaətə gəlinib. Araşdırma 1100 tələbə sürücü və 617 yaşlı sürücü arasında sorğuya əsaslanır. Mütəxəssislər müəyyən edib ki, diqqətin yayınm...
Rusiya şəhərlərinin ekoloji reytinqi
Rusiyanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi şəhərlərin 2016-cı il üzrə ekoloji inkişaf reytinqini açıqlayıb. 2013-cü ildən tərtib olunan reytinq bələdiyyələrin əhalini əlverişli ətraf mühit və yüksək keyfiyyətli həyatla təminatı göstəricisinə əsaslanır. Əhalisinin sayı 500 min nəfərdən çox və a...
Büdcə layihəsi parlamentdə təqdim olunur
Noyabrın 21-də Milli Məclis 2018-ci ilin dövlət büdcəsi layihəsini müzakirəyə çıxarıb. Baş nazir Artur Rasizadə və hökumət üzvlərinin də iştirak etdiyi iclasda həmçinin “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2018-ci il büdcəsi haqqında”, “İşsizlikdən sığorta ...
21 noyabr hərracında
Əmlak Məsələləri Dövlət Komitəsinin noyabrın 21-də keçirdiyi hərracda 18 dövlət əmlakı özəlləşdirilib. Rəsmi məlumata görə, paytaxtda 1 kiçik dövlət müəssisəsi və 10 istifadəsiz qeyri-yaşayış sahəsi, bölgələrdə 4 kiçik dövlət müəssisəsi, 2 istifadəsiz qeyri-yaşayış sahəsi, 1 yarımçıq tikili sahibini...
Əsəd xilaskarın hüzurunda
Noyabrın 21-də Rusiya prezidenti Vladimir Putinin suriyalı həmkarı Bəşər Əsədlə görüşü haqda məlumat yayılıb. Novator.az-ın məlumatına görə, görüş noyabrın 20-si Rusiyanın Soçi şəhərində keçirilib, 4 saat davam edib. Vladimir Putin görüşdə qeyd edib ki, Suriyada terrorçuluqla mübarizə başa çatmaq üz...
Ermənilər 4 günə nə qədər vəsait topladı?
Dünya ermənilərini birləşdirən “Ayastan” fondunun noyabrın 15-dən 19-dək Fransada keçirdiyi telefon marafonunun nəticələri açıqlanıb. Novator.az-ın məlumatına görə, aksiyada “Ayastan” fondunun Fransa, Almaniya, İsveçrə və Yunanıstan filialları iştirak edib. Dağlıq Qarabağa kömək marafonuna 4 gün ərz...
Naxçıvan Qarnizonunda döyüş təlimləri
Noyabrın 21-də Müdafiə Nazirliyi rəsmi məlumat yayıb. Qeyd edilir ki, Naxçıvan Qarnizonundakı komanda-qərargah hərb oyunlarında praktiki atışlar icra olunub: “Praktiki fəaliyyətlərə cəlb edilən bölmələr yaranmış əməliyyat şəraitinə uyğun olaraq şərti düşmənin hücumunu dəf edərək onu öz mövqelərinə g...
Əfqan Muxtarlının məhkəməsinin vaxtı məlum olub
Həbsdə olan jurnalist Əfqan Muxtarlının işi üzrə məhkəmə iclasının vaxtı məlum olub. Vəkil Elçin Sadıqov “Report”a deyib ki, Balakən Rayon Məhkəməsinin sədri Hümbət Səlimovun sədrliyi ilə keçiriləcək proses noyabrın 30-na təyin edilib. Bununla əlaqədar olaraq yaxın vaxtda Əfqan Muxtarlı Bakı İstinta...
Əli Həsənov: “Bu, dünya nizamı üçün böyük təhdid deməkdir”
Noyabrın 20-də Belçikanın paytaxtı Brüsseldə Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin və Avropa Azərbaycanlıları Konqresinin təşkilati dəstəyi ilə “Avropa Azərbaycanlılarının Qarabağ Forumu” keçirilir. Beynəlxalq forumda Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli H...
Sosial ödənişlər hesabatı
Novator.az bildirir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun hesabatına əsasən, bu ilin yanvar-sentyabr aylarında pensiya və müavinətlərə 2 milyard 524,5 milyon manat vəsait yönəldilib. Vəsaitin 97,3 faizini pensiya xərcləri təşkil edib. 2017-ci ilin doq...
Təcili tibbi yardım statistikası
Bakı Şəhər Təcili Tibbi Yardım Stansiyası bu ilin 10 ayı ərzində 567,7 min müraciət alıb. Səhiyyə Nazirliyinin yaydığı məlumatda bildirilir ki, çağırışlar nəticəsində 52 min 965-dən çox şəxs xəstəxanalara yerləşdirilib. Hesabata görə, müraciətlərin 123,4 mini ürək-qan damar xəstəlikləri, 697-i mioka...
Rusiyalıların 57%-i banka borcludur
Ümumrusiya İctimai Rəyi Öyrənmə Mərkəzi kredit sorğusu keçirib. Novator.az xəbər verir ki, noyabrın 20-də açıqlanan nəticələrə görə, Rusiya əhalisinin 57%-nin bağlanmamış krediti var. Bu, 2009-cu illə müqayisədə iki dəfədən çoxdur. O vaxt əhalinin 26%-nin bağlanmamış krediti olub. Sorğunun nəticələr...
Məmmədyarov-Lavrov görüşündə
Xarici işlər naziri Elmar Məmmədyarov noyabrın 20-si Bakıda rusiyalı həmkarı Sergey Lavrovla görüşüb. Görüşdə Azərbaycanla Rusiya arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi münasibətilə zərf imzalanıb. Sənədin iki ölkə arasında diplomatik münasibətlərin inkişafının əlaməti olacağı bəyan e...
Avtobuslar yeni yanacaq növünə keçib
Londonun məşhur qırmızı avtobusları qismən yeni yanacaq növünə keçib. Novator.az-ın məlumatına görə, prosesə noyabrın 20-dən start verilib. Yeni yanacaq dəmlənmiş qəhvənin xıltından hazırlanır. “Royal Dutch Shell”in dəstəyi ilə “Bio-bean” şirkətinin hazırladığı bu yanacaq qəhvə tullantısından alınan...
15 günün yoxlamaları, cəzalar
1-15 noyabr arası ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlayan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamenti hesabat yayıb. Rəsmi məlumatda qeyd olunur ki, atmosfer havasının, su və torpaq ehtiyatlarının, yerin təkinin, fauna və floranın mühafizəs...