İbrahimovlara hökm oxundu
Dekabrın 18-də Yasamal Rayon Məhkəməsində Qiyas İbrahimov və atası Həsən İbrahimovun işi üzrə hökm oxunub. Hakim Hüseyn Səfərovun çıxardığı hökmə əsasən, hazırda həbsdə olan Qiyas İbrahimovun cəzası 3 ay artırılıb. Həsən İbrahimov isə 1 il 6 ay müddətinə islah işlərinə məhkum edilib. Həmin müddətdə ...
11-ci milli televiziya üçün 3 sənəd verilib
Milli Televiziya və Radio Şurası ölkə üzrə yayımlanan xəbər televiziya kanalının açılması üçün elan etdiyi müsabiqəni başa çatdırıb. Müsabiqə noyabrın 16-dan dekabrın 16-dək aparılıb. Rəsmi məlumata görə, Bakı və Abşeron ərazisində 31-ci tezlik resursunu əldə etmək üçün 3 iddiaçı sənəd verib – “BAKU...
Ermənistanın yoxsulluq göstəriciləri
Ermənistanın Milli Statistika Xidməti 2016-cı il üzrə yoxsulluq hesabatı yayıb. Novator.az-ın məlumatına görə, hesabatda qeyd olunur ki, ötən il Ermənistanda yoxsulluq həddi 29,4%-ə çatıb. Bu, 2015-ci illə müqayisədə 0,5% çoxdur. Rəsmi hesabata əsasən, 2016-ci ildə Ermənistanda əhalinin sayı 2 milyo...
“Kanal 13”ün direktoruna 6 il iş kəsildi
Dekabrın 15-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Kanal 13” internet televiziyasının direktoru Əziz Orucova hökm oxunub. Hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə Əziz Orucov 6 il müddətinə azadlıqdan məhrum edilib. Əziz Orucov dövlət qeydiyyatına alınmamış qrant vəsaitlərindən külli ...
Arif Hacılını nəyə çağırmışdılar?
Dekabrın 15-də Müsavat Partiyasının başqanı Arif Hacılı Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində olub. Bastainfo.com-un məlumatına görə, idarədən çıxandan sonra mediaya açıqlamasında Arif Hacılı deyib ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılma...
Prezident: “Maliyyə vəziyyətimiz çox sabitdir”
“Valyuta ehtiyatlarımız artır, maliyyə vəziyyətimiz çox sabitdir”. Prezident İlham Əliyev dekabrın 15-də Sumqayıt Kimya Sənaye Parkında görülən işlərlə tanış olandan sonra çıxışında belə deyib. Dövlət başçısı qeyd edib ki, Sumqayıt Kimya Sənaye Parkının yaradılması Azərbaycanda sənaye sahəsində apar...
Qiyas və Həsən İbrahimovların işi: prokuror cəza təklifini açıqlayıb
Dekabrın 15-də Yasamal Rayon Məhkəməsində Qiyas İbrahimov və atası Həsən İbrahimovun işi üzrə növbəti proses keçirilib. “Report”un məlumatına görə, prosesdə dövlət ittihamçısı təqsirləndirilən şəxslərin hər birinə 6 ay həbs verilməsini təklif edib. İstintaq Qiyas və Həsən İbrahimovları Cinayət Məcəl...
Goranboylu sahibkarlar güzəştli kreditlər aldı
İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu dekabrın 15-i Goranboyun Rəhimli kəndində işgüzar forum keçirib. 90-a yaxın sahibkarın iştirakı ilə keçirilən forumda qeyd edilib ki, indiyədək Gəncə-Qazax iqtisadi rayonunda 6600-ə yaxın investisiya layihəsi üçün 238,5 milyon manat güzəştli k...
Əli Kərimlinin bacanağı beynəlxalq axtarışa verildi
Baş Prokurorluq dekabrın 14-də Rauf Hüseynov adlı şəxsin İnterpol xətti ilə beynəlxalq axtarışa verilməsi haqda məlumat yayıb. Məlumatda bildirilir ki, onun barəsində Cinayət Məcəlləsinin 320-ci (rəsmi sənədləri, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya istifadə...
Sabiq nazir məhkəmə zalında həbs edildi
Dekabrın 15-də Moskvanın Zamoskvoretski Rayon Məhkəməsində Rusiyanın sabiq iqtisadi inkişaf naziri Aleksey Ulyukayevin işi üzrə proses başa çatıb. Novator.az-ın məlumatına görə, Aleksey Ulyukayev 8 il müddətinə azadlıqdan məhrum edilib, məhkəmə zalında həbs olunub. Bundan başqa sabiq iqtisadi inkişa...
İlqar prosesi işə düşdü
Avropa Şurası Nazirlər Komitəsinin məhbus siyasətçi İlqar Məmmədovla bağlı 5 dekabr qərarı üzrə ilk addımlar atılıb. Novator.az-ın məlumatına görə, Nazirlər Komitəsinin sorğusu dekabrın 11-də Avropa İnsan Hüquqları Məhkəməsinə daxil olub. Məhkəmə dekabrın 14-də açıqlama yayaraq bildirib ki, sorğu il...
“Hesablama Palatası haqqında” qanun ilk oxunuşdan keçdi
Parlamentin 15 dekabr iclasında “Hesablama Palatası haqqında” qanun ilk oxunuşda qəbul olunub. Novator.az-ın məlumatına görə, 40 maddəlik layihə Hesablama Palatasının statusunu, fəaliyyətinin hüquqi əsaslarını, idarəetmə və təşkilati strukturunu, habelə dövlət vəsaitlərinin qanunauyğun, məqsədyönlü ...
Silahlı Qüvvələrin rəhbər heyəti toplanıb
Müdafiə Nazirliyinin 15 dekabr məlumatına görə, Silahlı Qüvvələrin bütün rəhbər heyətinin iştirakı ilə toplantı keçirilib. Toplantıda müdafiə nazirinin müavinləri, komandanlar, nazirliyin baş idarə, idarə və xidmət rəisləri, birlik və birləşmə komandirləri, qərargah rəisləri və digər məsul zabitlər ...
Fələstin torpağına İsrail köçü (Statistika)
Novator.az İsrailin işğal etdiyi Fələstin torpaqlarında yəhudilərin sayının necə artmasına nəzər salıb. Ria.ru-da yayılan tarixi arayışa görə, 1948-ci ildə Şərqi Qüdsdə bir nəfər də yəhudi olmayıb. 1972-ci ildə yəhudi əhalisinin sayı 8 min 600-ü ötüb. 1983-cü ildə Şərqi Qüdsdə yəhudilərin sayı 76 mi...
Sumqayıt səfəri
Prezident İlham Əliyev dekabrın 15-də Sumqayıt şəhərinə səfər edib, Bayraq Muzeyinin açılışına qatılıb. AZƏRTAC xəbər verir ki, sonra Sumqayıt Kimya Sənaye Parkında görülən işlərlə tanış olan dövlət başçısı yeni müəssisələrin təməl və açılış mərasimlərində iştirak edib. Sumqayıt Kimya Sənaye Parkını...
İşğal olunmuş dövlətlərə dəstək sənədi
Avropa Parlamenti dekabrın 12-də Avropa İttifaqının “Xarici işlər və təhlükəsizlik siyasətinə dair illik hesabat” qəbul edib. Böyük səs çoxluğu ilə (408 lehinə, 132 əleyhinə) rəsmiləşən sənədin 20-ci bəndində Ukraynadakı müharibə misal gətirilərək ilk dəfə olaraq bütün Şərq Tərəfdaşlığı ölkələrinin ...
52 min nikah, 12 min boşanma
Dövlət Statistika Komitəsi demoqrafik vəziyyətlə bağlı hesabat yayıb. Novator.az-ın məlumatına görə, hesabatda qeyd olunur ki, ölkə əhalisinin sayı 2017-ci ildə 0,7 faiz artaraq noyabrın 1-nə 9,8 milyon nəfərə çatıb. Əhalinin 49,9 faizi kişi, 50,1 faizi qadındır. Bu ilin 10 ayı ərzində Ədliyyə Nazir...
Təzələnmiş rüsumlar
“Dövlət rüsumu haqqında” qanuna dəyişikliklər imzalanıb. Prezident İlham Əliyevin imzası ilə rəsmiləşən yeniliklər 2018-ci il yanvarın 1-dən qüvvəyə minəcək. Novator.az-ın məlumatına görə, Azərbaycan vətəndaşlarına xaricə getmək hüququ verən pasportların itirilməsi və ya korlanması ilə əlaqədar yeni...
Borc cəzaları təsdiqlənib
Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə dəyişiklikləri nəzərdə tutan qanunlar prezident İlham Əliyevin dekabrın 14-də imzaladığı sərəncamlarla rəsmiləşib. Novator.az bildirir ki, Cinayət Məcəlləsinə əlavə edilən yeni maddə daxili və xarici borcalma qaydasını pozmağa görə məsuliyyət müəyy...
Yeni təhsil proqramı
Prezident İlham Əliyev sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı proqramını təsdiqləyib. 2018-2024-cü illəri əhatə edən proqramın icrasını əlaqələndirmək dekabrın 14-də imzalanan sərəncamla Təhsil Nazirliyinə həvalə olunub. Novator.az-ın məlumatına görə, sənəddə qeyd olunur ...