İsa Qəmbərin müalicəsi davam edir
Almaniyada klinikaya yerləşdirilən Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbərin müalicəsi davam edir. Aprelin 17-də Novator.az-a danışan həyat yoldaşı Aida Qəmbər İsa Qəmbərin səhhətinin yaxşı olduğunu deyib. 61 yaşlı İsa Qəmbər milli azadlıq hərəkatının liderlərindən biridir. 1990-1995-ci i...
İlham Əliyev dördüncü dəfə prezident elan olundu
Aprelin 17-də Konstitusiya Məhkəməsinin Plenumu 11 aprel prezident seçkisinin nəticələrini təsdiqləyib. Mərkəzi Seçki Komissiyası prezident seçkisinə aprelin 15-də yekun vuraraq nəticələrə dair protokolu müvafiq sənədlərlə birlikdə Konstitusiya Məhkəməsinə təqdim etmişdi. Rəsmi nəticələrə görə, prez...
İşsizlik müavinətinin orta məbləği 360 manatdır
Dövlət Statistika Komitəsi məşğulluq və işsizlik hesabatı yayıb. Novator.az-ın məlumatına görə, rəsmi açıqlamada qeyd olunur ki, 2018-ci il aprelin 1-nə iqtisadi fəal əhalinin sayı 5 milyon 75,9 min nəfər olub, onların 4 milyon 823,4 min nəfərini məşğul əhali təşkil edib. Hesabata əsasən, məşğulluq ...
Birinci rübün göstəriciləri
Bu ilin yanvar-mart aylarında kənd təsərrüfatının ümumi məhsulu 2017-ci ilin birinci rübü ilə müqayisədə 4,2 faiz, o cümlədən bitkiçilik məhsulları istehsalı 63,2 faiz, heyvandarlıq məhsulları istehsalı 2,8 faiz artıb. Novator.az-ın məlumatına görə, Dövlət Statistika Komitəsi belə hesabat yayıb. Mak...
Qoz-fındıq ürəyə xeyirdir (61 min adam sınağa çəkilib)
Qoz-fındıq ürək-damar xəstəliyi, habelə ürəyin ritm pozuntusu riskini azaldır. Novator.az-ın məlumatına görə, bir qrup isveçli alimin tədqiqatı belə nəticə ortaya çıxarıb. Tədqiqatın yekunları “Heart” jurnalında dərc olunub. Alimlərin tədqiqatında 45-83 yaş arası 61 min isveçli iştirak edib. İştirak...
Üç ayda 1333 nəfər ölkədən çıxarılıb
Dövlət Miqrasiya Xidməti 2018-ci ilin birinci rübünün hesabatını verib. Rəsmi məlumatda qeyd olunur ki, yanvar-mart aylarında Dövlət Miqrasiya Xidməti qanunvericiliyin tələblərinin pozulmasına görə 4665 qərar qəbul edib. Bunun 2856-sı inzibati cərimə tətbiqi, 1333-ü ölkədən inzibati qaydada çıxarılm...
Seçki: ABŞ ATƏT-in mövqeyini bölüşdü
ABŞ Dövlət Departamenti Azərbaycanda aprelin 11-də keçirilmiş prezident seçkisinə münasibət bildirib. “Turan”ın Vaşinqton müxbirinin seçki barədə sualını Dövlət Departamentində belə cavablandırıblar: “ABŞ ATƏT-in müşahidə missiyasının Azərbaycanda keçirilmiş prezident seçkisi ilə bağlı rəyini bölüşü...
Yerevan Sərkisyana müqavimət göstərir
Ermənistan parlamenti aprelin 17-də hakim Respublika Partiyasının sədri, sabiq prezident Serj Sərkisyanı baş nazir seçməyə hazırlaşır. İclas saat 12-yə təyin olunub. Serj Sərkisyanı baş nazir postuna Respublika Partiyasının və onun hökumət ortağı olan Daşnaksütun Partiyasının parlament fraksiyaları ...
Polis güc tətbiq edib
Ermənistanın paytaxtı Yerevanda aksiyaçılarla polisin toqquşmaları qeydə alınıb. Polis parlament binasına yürüş etmək istəyən aksiyaçılara qarşı səs qumbaraları tətbiq edib. Xəsarət alanlar var. Aprelin 16-da müxalif “Çıxış” blokunun çağırışı ilə küçələrə axışan aksiyaçılar mərkəzi yolları kəsiblər....
Qələbə protokolu dərc olundu
Mərkəzi Seçki Komissiyasının 15 aprel qərarı və İlham Əliyevin yenidən prezident seçilməsini əks etdirən protokol dərc olunub. Novator.az bildirir ki, MSK-nın qərarına əsasən, 57 saylı Kürdəmir seçki dairəsinin 2 saylı, 69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairəsinin 26 saylı, 73 saylı Lənkəra...
Aksiyaların təşəbbüskarı yeni çağırış etdi
Vətəndaş Sazişi Partiyasının sədri, Ermənistan parlamentində 9 deputatla təmsil olunan müxalif “Çıxış” blokunun lideri Nikol Paşinyan paytaxt Yerevanda aksiya keçirən tərəfdarlarına müraciət edib. Novator.az-ın məlumatına görə, o, aksiyaçıları küçələri boşaltmağa, Fransa meydanında toplaşmağa çağırı...
Paytaxt qaynayır
Novator.az Ermənistanın paytaxtı Yerevandan 16 aprel fotolarını təqdim edir. Aprelin 16-da müxalif “Çıxış” blokunun çağırışı ilə küçələrə axışan aksiyaçılar mərkəzi yolları kəsiblər. Nəqliyyatın hərəkəti iflic olub. Aksiyaçılar metroda da hərəkəti dayandırmağa cəhd göstəriblər. Blokun lideri, Vətənd...
Sərkisyan rəsmən namizəd oldu
Hakim Ermənistan Respublika Partiyasının və onun hökumət ortağı olan Daşnaksütun Partiyasının parlament fraksiyaları aprelin 16-da sabiq prezident Serj Sərkisyanı baş nazir postuna namizəd irəli sürüb. Novator.az bildirir ki, 63 yaşlı Serj Sərkisyan 1993-cü ildən Ermənistanın müdafiə naziri olub. 19...
Ramiz Mehdiyev 80 yaşında yeni mükafat aldı
Dövlət başçısı İlham Əliyev aprelin 16-da Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevi yubileyi münasibətilə təbrik edib, onu dövlətçiliyin möhkəmləndirilməsində səmərəli fəaliyyətinə və elmin inkişafında böyük xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif edib. Aprelin 17-də Ramiz Mehdiyevi...
Ağrıkəsici və yuxu dərmanları ilə bağlı xəbərdarlıq
Kəskin ağrıkəsici preparatlarla yuxu dərmanlarının birgə qəbulu sağlamlığa ciddi təhlükə yarada bilər. Novator.az-ın məlumatına görə, bunu ABŞ-ın Stenford Universitetinin alimləri apardıqları tədqiqat nəticəsində bəyan ediblər. Alimlər 2001-2013-cü illərdə güclü ağrıkəsici dərman qəbul edən, yaşı 18...
Erkən qaliblər
Avropanın daha iki nəhəng futbol ölkəsində milli çempionatın qalibi bəlli olub. Novator.az-ın məlumatına görə, “Mançester Siti” İngiltərə çempionatının finişinə 5 tur qalmış 87 xalla zirvə yarışını öndə bitirib. 5-ci dəfə çempionluq titulu əldə edən klub ən yaxın izləyicisi “Mançester Yunayted”i 16 ...
15 ildə pensiyanın orta aylıq məbləği 11,3 dəfə artıb
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Yap.org.az-a müsahibədə deyib ki, pensiya təminatı ilə 1,3 milyon nəfər, əhalinin 13,3 faizi əhatə olunur: “2006-cı ildə qurulan müasir sığorta-pensiya sisteminin uğurlu fəaliyyəti, həmçinin həyata keçirilən məqsədyönlü sosial müdafiə tədbirlər...
Arizona ştatının Senatı Azərbaycana dəstək verdi
ABŞ-ın Arizona ştatının Senatı Azərbaycanın ərazi bütövlüyünə dəstək verən bəyannamə qəbul edib. AZƏRTAC-ın məlumatına görə, bəyannamədə 100 il öncə Azərbaycan xalqının müsəlman dünyasında ilk dünyəvi və demokratik respublika yaratdığı, həmin respublikanın qısa müddətdə mütərəqqi islahatlara imza at...
Avropadan demokratiya mesajları
Avropa Şurasının baş katibi Torbyorn Yaqland İlham Əliyevi yenidən prezident seçilməyi münasibətilə təbrik edib. Təbrik məktubunda Azərbaycanda Avropa İnsan Hüquqları Konvensiyasına əsaslanan insan hüquqları, demokratiya və qanunun aliliyi standartlarının üstünlüyünün təmin olunması istiqamətində iş...
Etiraz doğuran hesabatda nələr var?
Xarici İşlər Nazirliyi aprelin 11-də keçirilmiş prezident seçkisinə ATƏT və AŞPA missiyasının rəyini ədalətli və obyektiv saymadığını bəyan edib. Rəsmi açıqlamada qeyd olunur ki, ilkin hesabatda seçkinin müşahidə edilməsi üzrə metodoloji və texniki yanaşmadan çox subyektiv iddialar və qərəzli siyasi...