Ukraynanın dördüncü böyük şəhərinin adı dəyişdirildi
Mayın 19-da Ukrayna parlamenti (Ali Rada) Dnepropetrovsk vilayət mərkəzinin adını dəyişib. Şəhərə Dnepr adı verilib. Novator.az-ın məlumatına görə, qərarı parlamentin 247 deputatı dəstəkləyib. Qərarın qəbul olunması üçün 226 deputatın səsi kifayət edirdi. Dnepropetrovsk şəhərinin adının dəyişdirilmə...
Qazaxın icra başçısı başqa vəzifəyə getdi
Mayın 19-da prezident İlham Əliyev Ayaz Əsgərovu Qazax Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edib. Başqa sərəncamla o, Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub. Rəcəb Abas oğlu Babaşov isə Qazax Rayon İcra Hakimiyyətinin başçısı postuna təyinat alıb. Transparency.az bild...
Qiyas İbrahimov da ona verilən dəhşətli işgəncələri açdı
Vəkil Elçin Sadıqov həbsdə olan gənc fəal Qiyas İbrahimova işgəncə verilməsi barədə açıqlama yayıb. Qiyas İbrahimov və digər gənc fəal Bayram Məmmədov mayın 10-da saxlanıblar. Mayın 12-də Xətai Rayon Məhkəməsində onların hər ikisi barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Gənclər hazır...
Ötən ilin büdcəsi necə icra olunub? (Qanun layihəsi və hesabat)
Maliyyə Nazirliyi Azərbaycanın 2015-ci il dövlət büdcəsinin icrası haqqında qanun layihəsini (Layihə) açıqlayıb. Transparency.az xəbər verir ki, layihəyə əsasən, dövlət büdcəsinin icrası gəlirlər 17 milyard 497 milyon 964,7 min manat, xərclər 17 milyard 784 milyon 535,2 min manat məbləğində olmaqla...
Vergilər nazirinin müavini marketləri nədə ittiham edir?
“Bəzi tanınmış super-marketlər dövriyyəni 10, 15, hətta 40 dəfə aşağı göstərirlər”. AZƏRTAC xəbər verir ki, bunu mayın 18-i Vergilər Nazirliyində keçirilən mətbuat konfransında nazir müavini Sahib Ələkbərov deyib. Onun sözlərinə görə, nazirliyin 2016-cı ildə apardığı təhlillər zamanı çox qəribə məsə...
Azərbaycanın yük təyyarəsi qəzaya uğrayıb
Azərbaycanın “Silk Way” aviaşirkətinə məxsus AN-12 yük təyyarəsi mayın 18-i Əfqanıstanda qəzaya uğrayıb. Təyyarənin 9 ekipaj üzvündən 7-si həlak olub. Dövlət Mülki Aviasiya Administrasiyasından AZƏRTAC-a bildirilib ki, hadisə Bakı vaxtı ilə təxminən saat 18:30 radələrində, təyyarə Dvayer hava limanı...
Neft Fondunun 2015-ci il büdcəsinin icrası təsdiqlənib (Gəlir mənbələri və xərc istiqamətləri)
Dövlət Neft Fondunun 2015-ci il büdcəsinin icrası haqqında prezident sərəncamı imzalanıb. Transparency.az-ın məlumatına görə, 2015-ci il büdcəsinin icrası gəlirlər 7 milyard 721 milyon 84,9 min manat, xərclər 9 milyard 187 milyon 826,9 min manat (gəlirlər üzrə 75,4%, xərclər üzrə 77,8% səviyyəsində)...
Avro və rubl ucuzlaşıb, dolların kursu dəyişməyib
Mayın 19-da avro və rubl manata nəzərən ucuzlaşıb. 1 avronun məzənnəsi 1,6948 manatdan 1,6848 manata enib. Ötən gün 0,0231 manata təklif edilən 1 Rusiya rublunu isə Mərkəzi Bank 0,0226 manata satır. Transparency.az bildirir ki, 1 ABŞ dollarının rəsmi kursu dəyişməyərək 1,5017 manat qalıb.
Vətənim adamlar… (Laçınlılara, o cümlədən kəndlilərimə həsr olunur)
Fəxri Uğurlu …Çınqılın başından fermaya enəndə qabağımızdan bir it qaçdı, bizi görən kimi səssiz-səmirsiz, hürmədən, zingildəmədən bir göz qırpımında yox oldu. Heç qorxmağa da macal tapmadıq. Ancaq mən o iti tanımağa macal tapdım – fermanın itlərindən idi. O itlər bir neçə ay irəliyəcən atlını atdan...
Britaniyada Avropa İttifaqının tərəfdarları xeyli artıb
Böyük Britaniyada ölkənin Avropa İttifaqında qalmasını istəyənlərin sayı artıb. “İpsos MORİ” şirkətinin “Evening Standard” qəzeti üçün apardığı sorğunun mayın 18-də açıqlanan nəticələri bunu göstərir. İyunun 23-də Böyük Britaniyada ölkənin Avropa İttifaqında qalıb-qalmamasını müəyyənləşdirmək üçün r...
Hakimliyə 800-dən çox namizəd var
Hakimlik üçün elan edilən müsabiqədə 800-dən artıq hüquqşünas namizəd qeydə alınıb. Məhkəmə-Hüquq Şurasının verdiyi məlumata görə, Hakimlərin Seçki Komitəsi namizədlər üçün imtahanla bağlı kurslar keçirir. Müsabiqənin test mərhələsi iyunun 9-da Bakı Kristal Zalının mətbuat mərkəzində Dövlət İmtahan ...
Mehriban Əliyevanın təqdim etdiyi amnistiya layihəsinin detalları məlum olub
Deputat Mehriban Əliyevanın parlamentə təqdim etdiyi amnistiya layihəsinin detalları məlum olub. APA-nın məlumatına görə, layihəyə əsasən, böyük ictimai təhlükə törətməyən cinayətlər törətdiklərinə görə müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş şəxslər, müəyyən müddətə azadlıqdan...
Nağdsız ödənişlər azalır, ekspert qaydalara yenidən baxmağa çağırır
“Ölkədə nağdsız ödənişlər kəskin azalıb və proses bundan sonra da azalmaqda davam edəcək”. İqtisadçı ekspert Samir Əliyev belə yazır. Transparency.az-ın məlumatına görə, ekspert qeyd edir ki, devalvasiyaların fasadları aradan qalxmamış nağdsız ödənişlərə növbəti zərbəni Maliyyə Bazarlarına Nəzarət P...
Rusiyada dövlət qulluqçularının pensiya yaşını qaldıran qanun parlamentdən keçdi
Rusiya parlamentinin yuxarı palatası – Federasiya Şurası mayın 18-də dövlət qulluqçularının pensiya yaşını mərhələli şəkildə qaldıran qanunu qəbul edib. Novator.az xəbər verir ki, ölkə prezidenti sənədi təsdiqləyərsə, qanun 2017-ci ilin yanvarın 1-dən qüvvəyə minir. Rusiyanın hazırkı qanunvericiliyi...
Azərbaycan-Avropa İttifaqı biznes forumu keçirilir
Mayın 18-i Bakıda, ADA Universitetində Azərbaycan-Avropa İttifaqı biznes forumu keçirilir. AZƏRTAC-ın məlumatına görə, iqtisadiyyat naziri Şahin Mustafayev biznes forumunda çıxış edərək deyib ki, Avropa İttifaqı Azərbaycanın əsas xarici ticarət tərəfdaşıdır: “2015-ci ildə xarici ticarət dövriyyəsind...
Mərkəzi Bank manatı bahalaşdırıb
Mərkəzi Bank mayın 18-də manatı bahalaşdırıb. Transparency.az xəbər verir ki, 1 ABŞ dollarının rəsmi kursu 1,5033 manatdan 1,5017 manata, 1 avronun məzənnəsi 1,7008 manatdan 1,6948 manata enib. Mayın 17-də 0,0232 manata satılan 1 Rusiya rubluna isə Mərkəzi Bank bu gün 0,0231 manat qiymət qoyub.
İnvestisiya və ticarət dövriyyəsinə dair statistika
Bu ilin yanvar-aprel aylarında Azərbaycan iqtisadiyyatına 4 milyard 291,3 milyon manat məbləğində sərmayə qoyulub. Transparency.az-ın məlumatına görə, Dövlət Statistika Komitəsinin hesabatında belə deyilir. Hesabata əsasən, yanvar-aprel aylarında əsas kapitala yönəldilən vəsaitin 3 milyard 724,7 mil...
Orta əməkhaqqı 485 manatdan çoxdur
Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-mart aylarında muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı ötən ilin müvafiq dövrü ilə müqayisədə 8 faiz artaraq 485,5 manat təşkil edib. Transparency.az bildirir ki, rəsmi hesabata əsasən, əhalinin gəlirləri yanvar-aprel aylarında ə...
Ümumi daxili məhsul 4,5 faiz azalıb
Dövlət Statistika Komitəsi 2016-cı ilin yanvar-aprel ayları üzrə makroiqtisadi göstəriciləri yayıb. Transparency.az-ın məlumatına görə, hesabatda deyilir ki, yanvar-aprel aylarında Azərbaycanda fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlar 16 milyard 867,9 milyon manatlıq və ya əvvəlki ...
Parlamentə amnistiya layihəsi təqdim olunub
Milli Məclisə 28 May Respublika Günü münasibətilə “Amnistiya aktı haqqında” qanun layihəsinin qəbul olunması üçün müraciət daxil olub. Müraciəti Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin üzvü Mehriban Əliyeva edib. Mayın 17-də Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov parlamentin...