Bəxtiyarın həbsi yenə uzandı
Xətai Rayon Məhkəməsi iyunun 22-də ictimai-siyasi fəal Bəxtiyar Hacıyevin həbs müddətini iyulun 28-dək uzadıb. “Turan”ın məlumatına görə, qərar istintaq orqanının vəsatəti əsasında qəbul olunub. Bəxtiyar Hacıyev Bakı İstintaq Təcridxanasında saxlanır. Xətai Rayon Məhkəməsi 2022-ci il dekabrın 9-da o...
Türkiyə Mərkəzi Bankı lirəni bahalaşdırdı
Türkiyənin Mərkəzi Bankı iyunun 22-də banklara verilən borclar üzrə faiz dərəcəsini – uçot dərəcəsini 8,5 faizdən 15 faizə qaldırıb. Qərarın Türkiyə lirəsinin ucuzlaşmasını cilovlamaq məqsədi güddüyü vurğulanır. Hazırda 1 ABŞ dolları 23,5 lirədən bahadır. Lirə 2021-ci ildən dəyər itirir. Azərbaycan ...
Neft Fondunun büdcəsi yeniləndi
İyunun 22-də fərman imzalayan prezident İlham Əliyev Dövlət Neft Fondunun 2023-cü il büdcəsini yeniləyib. Dəyişikliyə görə, fondun gəlirləri 16,3 milyard manata, xərcləri 11,8 milyard manata yüksəlir. Xərc istiqamətləri belə rəsmiləşir: 2023-cü ilin dövlət büdcəsinə köçürmə – 11 milyard 737,7 milyon...
Yığmanın üç ili
Yoldaşlıq görüşlərini saymasaq, Azərbaycanın milli futbol komandası italyan Canni De Byazinin baş məşqçiliyi dövründə 23 rəsmi oyun keçirib. Novator.az bildirir ki, bu oyunların 4-ü qələbə, 6-sı heç-heçə, 13-ü məğlubiyyətlə bitib. Canni De Byazi milli komandaya 2020-ci il iyulun 10-dan baş məşqçilik...
Varlı ölkələr reytinqi
ABŞ-ın “Global Finance” jurnalı 193 ölkəni adambaşına ümumi daxili məhsul göstəricisi üzrə sıralayıb. Hesablama alıcılıq qabiliyyəti pariteti (ölkələrdə mal və xidmət səbətinin dəyəri) əsasında aparılıb. Novator.az bildirir ki, “Global Finance” varlı ölkələr reytinqinin ilk üçlüyündə İrlandiya, Lüks...
Ali Məhkəmənin qərarlarından şikayət məhdudlaşdırılır
Milli Məclisə “Konstitusiya Məhkəməsi haqqında” qanunda dəyişikliklər layihəsi daxil olub. Novator.az bildirir ki, əsas təkliflərdən biri Ali Məhkəmənin qərarları üzrə işlərə baxılmasını məhdudlaşdırır. Azərbaycan Konstitusiyasına görə, Konstitusiya Məhkəməsinin Ali Məhkəmənin qərarlarının konstitus...
Azərbaycan nefti 80 dolları keçdi
Rəsmi məlumata görə, iyunun 22-də “AzəriLayt” markalı Azərbaycan neftinin barreli 80,28 dollara satılır. Bu, ayın start qiymətindən 5,23 dollar yuxarı göstəricidir. 2023-cü ilin yenilənmiş dövlət büdcəsində bir barrel neft 60 dollardan götürülüb, “AzəriLayt” yanvara 87,99, fevrala 87,53, marta 85,01...
Suriyada döyüşmüş 13 nəfər tutulub
Dövlət Təhlükəsizliyi Xidmətinin 22 iyun məlumatına görə, qeyri-leqal yollarla Suriyaya keçdikdən sonra İdlib şəhərində hərbi təlimlərə cəlb olunaraq odlu silahlardan istifadə qaydalarına yiyələnmiş, “Taifatul Mansura” adlı qanunsuz silahlı dəstənin tərkibində döyüşlərdə iştirak etmiş qrupun üzvləri...
Partiyalara cərimə seli
Milli Məclis İnzibati Xətalar Məcəlləsində yeniliklər layihəsini dərc edib. Novator.az bildirir ki, əsas təklif siyasi partiyalar haqqında qanunvericiliyin pozulması üzrə cəzaların sərtləşməsinə yönəlib. Siyasi partiyanın dövlət qeydiyyatına alınmadan fəaliyyət göstərməsinə görə fiziki şəxslərə yedd...
Zamin Salayev: yeni proses təyin olunub
Bakı Apellyasiya Məhkəməsi məhbus cəbhəçi Zamin Salayevin şikayəti üzrə hazırlıq iclasını iyulun 6-na təyin edib. Xəbəri iyunun 21-də “Turan” yayıb. Şikayətdə Zamin Salayevə bəraət istənir. AXCP Salyan şöbəsinin sədri olan Zamin Salayev fevralın 7-si Bakıda tutulub. İttihama görə, cəbhəçi həmin gün ...
Turizm hesabatı
2023-cü ilin yanvar-may aylarında Azərbaycana 176 ölkədən 713 min əcnəbi gəlib. Hesabatı Dövlət Sərhəd Xidmətinin məlumatına istinadla Dövlət Statistika Komitəsi yayıb. Rəsmi bilgiyə görə, gələnlərin 32,4 faizi Rusiya, 20 faizi Türkiyə, 8,1 faizi İran, 5,2 faizi Gürcüstan, 4,9 faizi Hindistan, 2,3 f...
Baş nazir Söyüdlü komissiyası yaratdı
İyunun 21-də baş nazir Əli Əsədov Gədəbəy rayonunun Söyüdlü kəndindəki tullantıxana sahəsində monitorinq aparmağa və vəziyyəti qiymətləndirməyə məsul komissiya yaradıb. Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin sədr təyin edildiyi komissiyaya səhiyyə nazirinin müavini, fövqəladə hallar na...
UEFA turnirlərində yeni püşklər
Azərbaycanı UEFA Çempionlar Liqasının 2023-2024 mövsümündə təmsil edən “Qarabağ” birinci mərhələdə (11-19 iyul) Cəbəllütariqin “Linkoln” komandasına rəqib olub. Novator.az bildirir ki, iyunun 21-də atılan püşkə görə, ikinci mərhələyə (25 iyul-2 avqust) yüksələcəyi halda Azərbaycan təmsilçisi “Rakov”...
Gədəbəy: Söyüdlü əhli bu dəfə şəhərdə toplaşıb
Gədəbəyin Söyüdlü kəndinin sakinləri iyunun 21-i rayon mərkəzində yürüş keçiriblər. Rayon polis şöbəsinin qarşısına toplaşan sakinlər iyunun 20-si kənddə keçirilmiş aksiyanın güc tətbiqi ilə dağıdılmasını pisləyib, tutulanların buraxılmasını tələb edib. Bir qrup söyüdlülü iyunun 20-si kənddə aksiya ...
Məhkəmə-Hüquq Şurasına üzvlər seçildi
İyunun 21-i Bakıda məhkəmə hakimlərinin konfransı keçirilib. Rəsmi məlumata görə, konfransda Məhkəmə-Hüquq Şurasına üzvlər seçilib: Ali Məhkəmədən – İnam Kərimov, Çingiz Əsgərov, Sənan Hacıyev, apellyasiya məhkəmələrindən – Səadət Bəktaşi, Mübariz Əkbərov, Tofiq Paşayev, birinci instansi...
Uçot dərəcəsi dəyişmədi
Mərkəzi Bankın İdarə Heyəti iyunun 21-də kommersiya banklarına manatla verilən borclar üzrə faiz dərəcəsini – uçot dərəcəsini 9 faiz həddində saxlayıb. Bu dərəcə mayın 4-dən qüvvədədir. Növbəti qərarlar bu tarixlərdə veriləcək: 26 iyul, 20 sentyabr, 1 noyabr, 20 dekabr. Novator.az bildirir ki,...
“AzəriLayt” ucuzlaşıb
Energetika Nazirliyinin 21 iyun məlumatına görə, “AzəriLayt” markalı Azərbaycan neftinin barrelinin qiyməti 78,25 dollara düşüb. 2023-cü ilin yenilənmiş dövlət büdcəsində bir barrel neft 60 dollardan götürülüb, “AzəriLayt” yanvara 87,99, fevrala 87,53, marta 85,01, aprelə 81,88, maya 79,04, iyuna 75...
Söyüdlü aksiyası
Gədəbəyin Söyüdlü kəndinin bir qrup sakini iyunun 20-də aksiya keçirib. “Turan”ın məlumatına görə, onlar kənddəki qızıl mədəninə bağlı ikinci süni gölün yaradılmasına etiraz edib. Sakinlər bildirir ki, filizin kimyəvi təmizlənməsindən yaranan çirkabla dolu ilk göl ərazinin ekologiyasına mənfi təsir ...
Avropa ələmələri
2024-cü ilin Avropa futbol çempionatının seçmə mərhələsi 10 qrupda aparılır. Final raunduna ilk iki yeri tutan milli komandalar çıxacaq. Novator.az bildirir ki, dörd turdan sonra A qrupunda Şotlandiya və Gürcüstan, B qrupunda Fransa və Yunanıstan, C qrupunda İngiltərə və Ukrayna, D qrupunda Türkiyə ...
Azərbaycanda qadın-kişi nisbəti (1991-2023)
Azərbaycanın Dövlət Statistika Komitəsi 2023-cü il mayın 1-nə əhalinin 50,2 faizinin qadınlar olduğunu açıqlayıb, yanvar-aprel aylarında doğulanlar arasında oğlan uşaqlarını 53,2 faizlə üstün göstərib. Novator.az bildirir ki, Azərbaycanın dövlət müstəqilliyini bərpa etdiyi 1991-ci ilin əvvəlində əha...