Elçin Sadıqovun vəkilliyi dayandırılıb
Vəkillər Kollegiyası Rəyasət Heyətinin 6 iyul iclasında Elçin Sadıqovun vəkillik fəaliyyəti dayandırılıb, onun kollegiyadan xaric olunması üçün məhkəməyə müraciət etmək qərarı çıxarılıb. Elçin Sadıqov barəsində intizam icraatı jurnalist Eynulla Fətullayevin Vəkillər Kollegiyasına 2022-ci ilin sentya...
Məhkəmə-Hüquq Şurası tam formalaşdı
Vəkillər Kollegiyasının sədri Anar Bağırov Məhkəmə-Hüquq Şurasının üzvü təyin edilib. Qərar Vəkillər Kollegiyası Rəyasət Heyətinin 6 iyul iclasında qəbul olunub, bununla da Məhkəmə-Hüquq Şurasının yeni qaydada formalaşması başa çatıb. Novator.az bildirir ki, 2005-ci ildə fəaliyyətə başlayan Məhkəmə-...
Azərbaycanın yeni cərimələri
Avropa İnsan Hüquqları Məhkəməsi iyulun 6-da Azərbaycandan şikayətlər üzrə qərar və qərardadlar elan edib. Şamil Quliyev Avropa Məhkəməsinə prokurorluq orqanlarından qanunsuz xaric edilməsi iddiası ilə üz tutub. Aihmaz.org xəbər verir ki, məhkəmə ərizəçinin Avropa İnsan Hüquqları Konvensiyası ilə qo...
Pulu dəyişmək qaydası
Mərkəzi Bank qanununa parlamentin 6 iyul iclasında son oxunuşdan keçmiş yeniliklər layihəsi pul nişanlarının dəyişdirilməsi maddəsini də əhatə edir. Novator.az bildirir ki, 40-cı maddədə yeniliyə görə, Mərkəzi Bank tədavülə yararlı pul nişanlarını məhdudiyyətsiz dəyişdirir. Bütöv bir hissədən və ya ...
İsveç yolçuları
İsveçin ev sahibliyi edəcəyi “Avroviziya 2024” beynəlxalq mahnı müsabiqəsində iştirakını təsdiqləyən ölkələrin sayı 18-ə çatıb. Novator.az bildirir ki, yarışa İsveçlə yanaşı bu ölkələr ilkin razılıq verib: Almaniya, Avstriya, Danimarka, Estoniya, Finlandiya, Fransa, İrlandiya, İslandiya, İspaniya, İ...
Zamin Salayevin yeni məhkəməsi başladı
İyulun 6-sı Bakı Apellyasiya Məhkəməsində məhbus cəbhəçi Zamin Salayevin şikayəti üzrə hazırlıq iclası keçirilib. Novator.az-a danışan vəkil Nemət Kərimli deyib ki, Zamin Salayevin səhhəti yenə ağırdır, o, prosesə əsa ilə gəlib: “Hazırlıq iclası çoxlu pozuntu ilə müşayiət olundu, media nümayəndələri...
Mərkəzi Bankın statusu yenilənir
Milli Məclisin 6 iyul iclasında “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” qanuna dəyişikliklər və onu müşayiət edən başqa layihələr son oxunuşdan keçib. Novator.az bildirir ki, əsas yeniliyə görə, Mərkəzi Bankın İdarə Heyəti bankın sədri, bankda daimi əsaslarla işləyən 6 üzv və 2 kənar üzv...
“AzəriLayt” 80 dolları keçdi
Energetika Nazirliyinin məlumatına görə, iyulun 6-da “AzəriLayt” markalı Azərbaycan neftinin barreli 80,44 dollara satılır. Novator.az bildirir ki, bu, büdcə qiymətindən 20,44 dollar yuxarı göstəricidir. 2023-cü ilin yenilənmiş dövlət büdcəsində bir barrel neft 60 dollardan hesablanır. “AzəriLayt” y...
Həbsə etirazlar
Novator.az “Facebook” şəbəkəsində iqtisadçı alim, iş adamı, sabiq deputat Nazim Bəydəmirlinin həbsinə etirazlara nəzər salıb. AXCP sədri Əli Kərimli: “Nazim Bəydəmirli sifarişlə, saxta ittihamla həbs olunub, siyasi məhbusdur. Onun saxta, absurd ittihamla həbsi hüququn, ədalətin tapdalanması, xalqı h...
Söyüdlü məhbusları Bakıya gətirilib?
Gədəbəyin Söyüdlü kəndində aksiyadan sonra 11 nəfərin tutulduğu bildirilir. İyulun 5-də “Turan”a danışan vəkil Səməd Rəhimli deyib ki, onların 8-nə toplantıların təşkili və keçirilməsi qaydasının pozulması ittihamı ilə inzibati həbs cəzaları verilib, 3-nə narkotiklərin qanunsuz dövriyyəsi üzrə cinay...
Yoluxma, itki, peyvənd
Novator.az Azərbaycanın koronavirus statistikasına nəzər salıb. Son rəsmi hesabata görə, ölkədə 831954 nəfər koronavirusa yoluxub, onların 10284-ü vəfat edib, 9-u aktiv xəstədir, qalanları sağalıb. 2019-cu ilin dekabrında üzə çıxan infeksiyaya Azərbaycanda ilk yoluxma 2020-ci il fevralın 28-də, xəst...
Nazim Bəydəmirli dörd aylıq həbsə getdi
İyulun 5-də Nərimanov Rayon Məhkəməsi istintaq orqanının təqdimatına baxaraq Milli Məclisin sabiq deputatı Nazim Bəydəmirli barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib. Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin iyulun 4-də tutduğu Nazim Bəydəmirli hədə-qorxu ilə ...
“BMT Təhlükəsizlik Şurası keçmişin qalığıdır”
AZƏRTAC-ın məlumatına görə, iyulun 5-i Bakı Konqres Mərkəzində, Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşündə çıxış edən prezident İlham Əliyev beynəlxalq təşkilatların, xüsusilə BMT-nin bəşəriyyətin gözləntilərinə cavab vermədiyini vurğulayıb: “BMT-də ciddi islahatların aparılmas...
Türkiyədə bahalaşma statistikası
Türkiyənin Statistika Qurumu inflyasiya açıqlaması yayıb. Novator.az bildirir ki, rəsmi hesabata görə, 2023-cü ilin iyun ayında istehlak qiymətləri maya nəzərən 3,92 faiz, ötən ilin eyni ayına baxanda 38,21 faiz yüksəlib. Yanvar-iyun ayları üzrə bahalaşma 19,77 faiz göstərilir. Qeyd olunur ki, iyund...
Bakıda qoşulmama zirvəsi
İyulun 5-i Bakı Konqres Mərkəzində Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşü keçirilir. AZƏRTAC prezident İlham Əliyevin görüşdə çıxış etdiyini xəbər verir. 1961-ci ildə yaradılmış Qoşulmama Hərəkatında 120 dövlət, 20 müşahidəçi dövlət və 10 müşahidəçi beynəlxalq təşkilat yer alı...
Uyğur soyqırımını unutmaq olmaz – “Vaşinqton Post”
Çin hakimiyyəti uyğur soyqırımını unutdurmağa çalışır. “Vaşinqton Post” qəzetində dərc olunmuş “Çinin uyğur soyqırımını unutdurmaq cəhdi ilə necə mübarizə aparmalı?” başlıqlı məqalədə belə deyilir. Yazının müəllifi qəzetin şərhçisi, həmçinin radio aparıcısı, hüquq professoru Hyu Hyuittdir. Novator.a...
Sabiq deputat tutulub
Milli Məclisin sabiq deputatı Nazim Bəydəmirli iyulun 4-də tutulub. “Turan”ın məlumatına görə, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi onu bir vətəndaşın şikayəti əsasında saxlayaraq araşdırmaya cəlb edib. Nazim Bəydəmirlinin həmin şəxsdən hədə-qorxu ilə 50 min mana...
Jurnalistin işdən çıxarılma əmri dəyişdirilib
Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) keçmiş müxbiri Aygün Əliyevanın işdən çıxarılması ilə bağlı əmrə dəyişiklik edilib, Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi üzrə əsaslandırma (peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmaması) aradan qaldırılıb. Xəbə...
Qonşuluqda inflyasiya
2023-cü ilin iyununda Gürcüstanda istehlak qiymətləri ötən ilin eyni ayına nəzərən 0,6 faiz artıb. Novator.az-ın məlumatına görə, hesabatı yayan Milli Statistika Xidməti bildirir ki, istirahət, əyləncə, mədəniyyət sektorunda qiymətlər 0,1 faiz, rabitə sektorunda 3,1 faiz, tibbi xidmətlərdə 6,9 faiz,...
Gürcüstanın nə qədər xarici borcu var?
Gürcüstanın Milli Bankı xarici borc hesabatı yayıb. Novator.az bildirir ki, 2023-cü il martın 31-nə ölkənin ümumi xarici borcu 23,9 milyard dollar (ümumi daxili məhsulun 90,2 faizinə bərabər) göstərilir. Bu məbləğə dövlətin (hökumətin, Milli Bankın, dövlət müəssisələrinin), bank sektorunun, özəl müə...