Sərmayə və sənaye hesabatı
2023-cü ilin yanvar-iyun aylarında Azərbaycanda iqtisadi və sosial sahələrin inkişafına 7 milyard 148,3 milyon manat məbləğində, ötən ilin ilk yarısı ilə müqayisədə 10,4 faiz çox vəsait yönəldilib. Novator.az-ın məlumatına görə, hesabatı yayan Dövlət Statistika Komitəsi bildirir ki, neft-qaz sektoru...
Azərbaycanlı müxaliflər Londonda fond yaradıb
İngiltərə və Uels üçün Xeyriyyə Komissiyası Böyük Britaniyanın paytaxtı Londonda təsis olunmuş Azərbaycan Gənclərinin Təhsil Fondunu qeydiyyata alıb. Qurumu tarixçi alim, müxalif Demokratik Qüvvələrin Milli Şurasının sədri Cəmil Həsənli, diplomat Arif Şahmarlı (Məmmədov), iqtisadçı alim, müxalif Azə...
Maaş və qiymət artımı açıqlanıb
2023-cü il iyunun 1-nə Azərbaycan iqtisadiyyatında muzdlu işçilərin sayı 1 milyon 726,3 min nəfər olub. Hesabatı yayan Dövlət Statistika Komitəsi yanvar-may aylarında işçilərin orta aylıq nominal əməkhaqqının əvvəlki ilin eyni dövrünə nisbətən 11,1 faiz artaraq 916,8 manata çatdığını bəyan edib. Nov...
Söyüdlü xronikası
Rəsmi dairələr Gədəbəyin Söyüdlü kəndində aksiyadan sonra tutulmuş şəxslərin sayını, onlara hansı ittihamların irəli sürüldüyünü açıqlamır, başqa mənbələrin, o cümlədən hüquq müdafiəçilərinin bu barədə bilgiləri isə məhduddur. Bir qrup Söyüdlü sakini iyunun 20-də aksiya keçirib. Onlar kənddəki qızıl...
Yarım ilin cinayətləri
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası bildirir ki, 2023-cü ilin yanvar-iyun aylarında 5881 cinayət faktı aşkarlanıb, onların 2048-i narkotik vasitələrin satışı, 3638-i narkotik vasitələrin əldə edilib saxlanması, 166-sı narkotik xassəli bit...
12 iyul qiyməti
Rəsmi məlumata görə, iyulun 12-də “AzəriLayt” markalı Azərbaycan neftinin barreli 83,28 dollara satılır. Novator.az bildirir ki, bu, ayın start qiymətindən 4,43 dollar yuxarı rəqəmdir. 2023-cü ilin yenilənmiş dövlət büdcəsində bir barrel neft 60 dollardan hesablanır. “AzəriLayt” yanvara 87,99, fevra...
Lirə nə qədər ucuzlaşıb?
Azərbaycan Mərkəzi Bankı iyulun 12-də 100 Türkiyə lirəsini 6 manat 51 qəpiyə təklif edir. Bu, siftə məzənnəyə nəzərən 2 manat 56 qəpik aşağı göstəricidir. 2023-cü il 9 manat 7 qəpiklə start götürüb. Hazırda 1 ABŞ dolları 26 lirədən bahadır. Novator.az bildirir ki, lirə 2021-ci ildən dəyər itirir. Hə...
Harada neçə xəstə var?
İyulun 12-nə olan beynəlxalq statistikaya görə, 190 ölkə və ərazidə 20,6 milyondan çox aktiv koronavirus xəstəsi var. Novator.az bildirir ki, ilk onluqda qərar tutan Rusiyada xəstə sayı 153018 nəfər göstərilir. Moldovada 104470, İranda 96094, Estoniyada 91306 şəxs müalicə altındadır. Gürcüstanda 518...
“Qarabağ”ın siftəsi
Azərbaycanı UEFA Çempionlar Liqasının 2023-2024 mövsümündə təmsil edən “Qarabağ” birinci mərhələnin ilk oyununu keçirib. İyulun 11-i Cəbəllütariqdə yerli “Linkoln”la üz-üzə gələn komanda rəqibi üstələyib – 2:1. Cavab oyunu iyulun 19-na, Bakı Olimpiya Stadionuna təyin olunub. Novator.az bildirir ki, ...
Zamin Salayev yenə aclıq edir
Bakı İstintaq Təcridxanasında saxlanan AXCP üzvü Zamin Salayev iyulun 10-dan yenə aclıq aksiyası keçirir. İyulun 11-də “Turan”a danışan vəkil Nemət Kərimli deyib ki, Zamin Salayev azadlığa buraxılmaq tələbi qoyub. AXCP Salyan şöbəsinin sədri olan Zamin Salayev fevralın 7-si Bakıda tutulub. İttihama ...
Prezidentdən Söyüdlü şərhi, tapşırıqlar
İyulun 11-i sosial-iqtisadi müşavirədə çıxış edən prezident İlham Əliyev Gədəbəyin Söyüdlü kəndində baş vermiş hadisəyə də toxunub. Bir qrup Söyüdlü sakini iyunun 20-də aksiya keçirib, ərazidəki qızıl mədəninin tullantılarının ekologiyaya mənfi təsirinin aradan qaldırılması tələbi qoyub. Polis aksiy...
“Öz ləyaqətimizi qoruya bilmişik”
AZƏRTAC prezident İlham Əliyevin 2023-cü ilin ilk yarısının sosial-iqtisadi yekunlarına həsr olunmuş 11 iyul müşavirəsindəki çıxışının mətnini yayıb. Dövlət başçısı deyib ki, altı ay ərzində ölkə iqtisadiyyatı inkişaf edib: “Mütləq rəqəmlər o qədər də böyük deyil, ancaq qeyri-neft sektorumuz və qeyr...
Yarım ilin nöqtəsi
Prezident İlham Əliyev iyulun 11-də 2023-cü ilin ilk yarısının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirə keçirib. AZƏRTAC xəbər verir ki, dövlət başçısı müşavirədə çıxış edib, sonra müzakirələr aparılıb.
Elşad Hacıyevə rəislik səlahiyyəti verildi
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi vəzifəsinin icrası polis polkovnik-leytenantı Elşad Hacıyevə həvalə olunub. Xəbər iyulun 11-də yayılıb. Elşad Hacıyev 2020-ci ildən mətbuat xidmətinin şöbə rəisidir. İyulun 10-da 2017-ci ildən mətbuat xidmətinə rəislik edən polis polkovniki Ehsan Za...
Bağlı sərhəd, qonşunun nəfi
Rəsmi hesabata görə, 2023-cü ilin yanvar-may aylarında Azərbaycana 713 min əcnəbi gəlib. İqtisadçı, Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu bu göstəricini qonşu ölkələrin rəsmi turizm statistikası ilə müqayisə edib. Novator.az-ın məlumatına görə, o yazır ki, 2023-cü ilin il...
İqtisadi böyümənin gerçək mənzərəsi
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin sədri, iqtisadiyyat üzrə fəlsəfə doktoru Azər Mehtiyev Azərbaycan iqtisadiyyatının 2006-2022-ci illərdə necə böyüməsinə nəzər salıb. Novator.az-ın məlumatına görə, ekspert Bakuresearchinstitute.org saytında dərc olunan məqaləsində yazır ki, 2022-ci ild...
Şakir Yaqubovun yeni kitabı
Mərhum jurnalist Şakir Yaqubovun “Yaddaşa son səyahət” kitabı çapdan çıxıb. RAF poliqrafiya müəssisəsində jurnalistlər Elşən Əliyev, Süleyman Qaradağlı, Hikmət Sabiroğlu, Azər Qaraçənlinin redaktorluğu ilə buraxılan kitabda Şakir Yaqubovun 2017-2020-ci illərdə Novator.az saytında dərc edilmiş publis...
Türkiyə parlamentində yeni mandat bölgüsü
Türkiyə Böyük Millət Məclisi partiyaların mandat bölgüsünü yeniləyib. Novator.az bildirir ki, 600 nəfərlik parlamentdə Ədalət və İnkişaf Partiyası 263 mandatla göstərilir. Cümhuriyyət Xalq Partiyasının 130, Yaşıllar və Sol Gələcək Partiyasının 55, Milliyyətçi Hərəkat Partiyasının 50, Yaxşı Partiyanı...
Yarım ilin xam neft hasilatı
Novator.az 2023-cü ilin ilk yarısı üzrə xam neft hasilatı statistikasına nəzər salıb. Energetika Nazirliyi gündəlik hasilatı yanvarda 533 min barrel, fevralda 531 min barrel, martda 515 min barrel, apreldə 512 barrel, may və iyunda 500 min barrel göstərib. Beynəlxalq razılaşma 2023-cü il üçün gündəl...
Türkiyə İsveçə yol açır
İsveçin Şimali Atlantika Müqaviləsi Təşkilatına (NATO) yolu açılır. Novator.az-ın məlumatına görə, Türkiyə prezidenti Rəcəb Teyyub Ərdoğan, İsveçin baş naziri Ulf Kristersson və NATO-nun baş katibi Yens Stoltenberq iyulun 10-u Litvanın paytaxtı Vilnüsdə bu barədə müzakirə aparıblar. Görüşdə terrorla...