Avropa Məhkəməsinin yeni qərardadları
Avropa İnsan Hüquqları Məhkəməsi iyulun 20-də Azərbaycanla bağlı qərardadlar elan edib. Aihmaz.org xəbər verir ki, Azad Həsənov və Əbülfəz Sadıqov şikayətlərində məhkəməyə qədər həbslərinin qanunsuz olduğunu, Avropa İnsan Hüquqları Konvensiyası ilə qorunan azadlıq və toxunulmazlıq hüquqlarına müdaxi...
FİFA reytinqi
FİFA iyulun 20-də milli futbol komandalarının reytinqini yeniləyib. Oyunların əhəmiyyəti, rəqiblərin çəkisi nəzərə alınmaqla əldə edilən nəticələrə əsaslanan reytinqdə Azərbaycan 208 yığma arasında 121-ci yerdə qərar tutur. İran 22-ci, Ukrayna 24-cü, Rusiya 38-ci, Türkiyə 41-ci, Özbəkistan 74-cü, Gü...
İsa Qəmbərin proqnozları, təklifləri
Siyasətçi İsa Qəmbər “Amerikanın səsi” radiosuna müsahibəsində 24 iyun hərbi qiyamının Rusiya rejiminin zəifliyini üzə çıxardığını deyib: “Rusiya korrupsioner və avtoritar Vladimir Putin rejiminin fəaliyyəti nəticəsində dərin bir böhrana düşüb. Ölkədə aqressiv repressiyalar, monopoliya və rüşvətxorl...
Gürcüstanın turizm statistikası
Gürcüstanın Milli Turizm Administrasiyası yarım illik statistika yayıb. Novator.az bildirir ki, hesabata görə, 2023-cü ilin ilk yarısında ölkəyə 2,8 milyon əcnəbi gəlib, ötən ilin yanvar-iyun ayları ilə müqayisədə 75,9 faiz artım qeydə alınıb. Ziyarətçilərin 1,9 milyon nəfərinin turistlər olduğu (20...
AXCP Ədliyyə Nazirliyindən cavab alıb
Ədliyyə Nazirliyi AXCP-nin qeydiyyatını yeniləmək müraciətinə cavab göndərib. Novator.az-ın məlumatına görə, partiya sədri Əli Kərimli yazır ki, nazirliyin məktubunda göstərilən “çatışmazlıqlar” qeyri-dəqiq və mücərrəddir: “Əvvəla, nazirliyə təqdim etdiyimiz reyestrdə 5315 AXCP üzvü haqqında bilgilə...
“Qarabağ” mərhələ adladı
Azərbaycanı UEFA Çempionlar Liqasının 2023-2024 mövsümündə təmsil edən “Qarabağ” birinci mərhələnin cavab oyununu keçirib. İyulun 19-u Bakı Olimpiya Stadionunda Cəbəllütariqin “Linkoln” komandasını qəbul edən təmsilçi 4:0 hesabı ilə qələbə qazanaraq növbəti raunda adlayıb. Cəbəllütariqdəki 11 iyul o...
İctimai Teleradio: Yayım Şurasına sədr seçildi
İyulun 19-da İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının iclası keçirilib, Azərbaycan Milli Elmlər Akademiyasının qurumdakı təmsilçisi Teymur Kərimli sədr seçilib. 9 üzvü olan Yayım Şurasının İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktorunu seçmək səlahiyyəti var. A...
İnformasiya təhlükəsizliyi: iki qayda təsdiqlənib
Nazirlər Kabineti kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydalarını təsdiqləyib. Sənədə görə, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi sahəsində səlahiyyətli orqanın funksiyalarını Dövlət Təhlükəsizliyi Xidməti (dövlət orqanlarına, dövlət ...
Balasanyan nələrdə ittiham olunur?
Azərbaycanın Yuxarı Qarabağ bölgəsindəki işğalçı rejimin “rəsmilərindən” olmuş Vitali Balasanyana hakimiyyət nümayəndəsinə həyat və ya sağlamlıq üçün təhlükəli olmayan zor tətbiqi, qanunsuz silah, döyüş sursatı və narkotik maddə saxlamaq ittihamları irəli sürülüb. Məlumat iyulun 18-də yayılıb. Fevra...
Müsavata reyestr cavabı
Müsavat Partiyası Ədliyyə Nazirliyinə yenidən qeydiyyat müraciətinə mənfi cavab alıb. Başqan Arif Hacılının iyulun 19-da yaydığı məlumata görə, nazirlikdən partiyaya göndərilən məktubda sənədlərdə qüsurlar olduğu vurğulanıb, o cümlədən qeyd edilib ki, reyestrdə adı göstərilmiş 5212 nəfərin 2766-sı b...
“Avroviziya 2024”: 23 ölkə bəllidir
İsveçin Malmö şəhərində keçiriləcək “Avroviziya 2024” beynəlxalq mahnı müsabiqəsində iştirakını təsdiqləyən ölkələrin sayı 23-ə çatıb. Novator.az yenilənmiş siyahını diqqətə çatdırır: Almaniya, Avstriya, Azərbaycan, Danimarka, Estoniya, Finlandiya, Fransa, İrlandiya, İslandiya, İspaniya, İsrail, İsv...
Prezident Administrasiyasının tərkibi
Novator.az Prezident Administrasiyasının qismən yenilənmiş tərkibinə nəzər salıb: administrasiyanın rəhbəri – Samir Nuriyev birinci vitse-prezidentin Katibliyinin rəisi – Altay Həsənov prezidentin köməkçisi – Cəmilə Abbasova prezidentin köməkçisi – Anar Ələkbərov prezidentin sosial-iqtisadi məsələlə...
İlqar Məmmədov nazirlikdən siyahı istəyir
Respublikaçı Alternativ (REAL) Partiyasının sədri İlqar Məmmədov Ədliyyə Nazirliyinə məktub göndərib. O, partiya üzvlərinin reyestrinə dair iradları konkret göstərməyi xahiş edir. 1992-ci ildə qəbul edilmiş “Siyasi partiyalar haqqında” qanun dövlət qeydiyyatı üçün 1000 üzv tələbi qoyub. 2023-cü il y...
Əli Kərimli: “Hanı bərabər imkanlar?”
Bakı Şəhər İcra Hakimiyyəti AXCP Ali Məclisinin sessiyasına yer ayırmır. Partiya sədri Əli Kərimli iyulun 18-də belə açıqlama yayıb. Novator.az-ın məlumatına görə, siyasətçi qeyd edir ki, təkidli müraciətlərinə baxmayaraq Bakı Şəhər İcra Hakimiyyəti AXCP Ali Məclisinin sessiyasını keçirməyə yer verm...
Miqrasiya pozuntuları, 10166 qərar
Dövlət Miqrasiya Xidməti yarım illik hesabat yayıb. Rəsmi məlumata görə, yanvar-iyun aylarında miqrasiya tələblərinin pozulması 10166 qərarın qəbul edilməsinə gətirib. 3124 qərarda cərimə ödəməklə ölkəni tərk etmək tələbi yer alıb, 2369 qərar ölkədə yaşamanı qanuniləşdirib, 1536 qərar ölkədən inziba...
Məhərrəmlik başladı
İyulun 19-da hicri-qəməri təqvimi ilə 1445-ci il başlayıb. İlk ay olan Məhərrəmin onuncu günü iyulun 28-nə düşür. Qafqaz Müsəlmanları İdarəsinin məlumatına görə, həmin gün Bakının 8 dini ocağında (Mirmövsüm ağa ziyarətgahı, Əjdərbəy məscidi (Göy məscid), Sahib zaman məscidi, Bibiheybət məscid-ziyarə...
Lirə bu il necə ucuzlaşıb?
İyulun 19-da Türkiyə lirəsi yenə dəyər itirib. Novator.az bildirir ki, Azərbaycan Mərkəzi Bankı 100 lirəni 6 manat 31 qəpiyə satır. Ötən gün rəsmi məzənnə 6 manat 45 qəpik idi. 2023-cü il 9 manat 7 qəpiklə start götürüb, fevralın əvvəlində kurs 9 manat 4 qəpik, martın əvvəlində 9 manat, aprelin əvvə...
192 yer, 20,7 milyon xəstə
İyulun 19-da yenilənən beynəlxalq statistikaya görə, 192 ölkə və ərazidə 20,7 milyon aktiv koronavirus xəstəsi var. İlk beşlikdə Polşa (1 milyon 62,4 min xəstə), Vyetnam (937,9 min), Braziliya (750,9 min), ABŞ (658 min), Meksika (413,6 min) yer alır. Qonşu Rusiyada xəstə sayı 151707, İranda 96119, G...
Kabinetə Söyüdlü təklifləri
Gədəbəyin Söyüdlü kəndində monitorinqə məsul komissiya Nazirlər Kabinetinə təkliflər təqdim edib. İyulun 18-də yayılan rəsmi məlumatda qeyd olunur ki, ərazidə fəaliyyət göstərən müəssisə təhlükəsizlik, ekoloji, sanitar qaydalarda pozuntulara yol verib, istismar və tikinti prosesində müvafiq icra orq...
Təhlükəsiz istismar komissiyası yeniləndi
İyulun 18-də sərəncam imzalayan prezident İlham Əliyev 2022-ci il sentyabrın 24-də yaradılmış təhlükə potensiallı obyektlərin təhlükəsiz istismarının təmin edilməsi sahəsində dövlət orqanlarının (qurumlarının) fəaliyyətinin əlaqələndirilməsi üzrə koordinasiya komissiyasının tərkibini yeniləyib. Komi...