Xarici borc hesabatı
Maliyyə Nazirliyinin yenilənmiş hesabatına görə, 2024-cü il yanvarın 1-nə Azərbaycanın 6 milyard 461,2 milyon ABŞ dolları məbləğində xarici dövlət borcu olub. Bu, 2023-cü il üzrə ümumi daxili məhsulun (ÜDM) 8,9 faizinə bərabərdir. 2011-ci ilə xarici borcun ÜDM-ə nisbəti 7,4 faiz, 2012-ci ilə 7,6 fai...
Martda hava
Milli Hidrometeorologiya Xidmətinin proqnozuna görə, martda Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 6-9 dərəcə isti olması gözlənir, bəzi gündüzlər 15-20 dərəcə isti ehtimalı var. Qalan bölgələr üzrə orta aylıq temperatur proqnozu belədir: Naxçıvan şəhəri, Culfa, Ordubad, S...
Azad, qismən azad, qeyri-azad ölkələr
“Freedom House” beynəlxalq insan hüquqları təşkilatı azadlıq hesabatı yayıb. Novator.az bildirir ki, 2023-cü ili əhatə edən reytinqdə 83 ölkə azad, 56 ölkə qismən azad, 56 ölkə qeyri-azad qrupuna salınıb. Estoniya (100 mümkün baldan 95 bal alıb), Litva (89 bal), Latviya (88 bal) azad ölkələr arasınd...
Neftsiz ixrac hesabatı
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin hesabatına görə, 2024-cü ilin yanvar ayında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 222 milyon ABŞ dolları dəyərində rəsmiləşib, elektrik enerjisi ixracı 28,8 milyon dollarla birinci, xurma ixracı 17,1 milyon dollarla ikinci, pomidor ixra...
Doğum göstəriciləri
Dövlət Statistika Komitəsinin hesabatına görə, 2023-cü ildə Azərbaycanda 112620 nəfər doğulub, 2022-ci ilə nəzərən 9 faiz azalma rəsmiləşib. Hər 1000 nəfərə doğum 11,1 göstərilir. Qobustanda hər 1000 nəfərə 18,3, Xocavənddə 17, Yardımlıda 16,5, Cəlilabadda 15,6, Laçın və Sabirabadda 14,8, Biləsuvard...
Valyutaların iki ayı
Azərbaycan Mərkəzi Bankı yanvarda avronu maksimum 1,8662, fevralda 1,8485 manata təklif edib. Gürcüstan larisinin zirvəsi yanvarda 0,6406, fevralda 0,6442 manat olub. Rusiya rublunun rəsmi məzənnəsi yanvarda 0,0194, fevralda 0,0188 manatı ötməyib. Türkiyə lirəsinin yuxarı qiyməti yanvarda 0,0571, fe...
Ölüm statistikası
Rəsmi hesabata görə, 2023-cü ildə Azərbaycanda 60150 nəfər vəfat edib, hər 1000 nəfərə 5,9 ölüm düşüb. Dövlət Statistika Komitəsi bildirir ki, Beyləqan və Kürdəmirdə hər 1000 nəfərə 6 ölüm qeydə alınıb. Bakı, Xızı və Salyanda bu göstərici 6,1, Ağcabədi, Astara, Cəbrayıl və Ucarda 6,2, Ağdaş, Quba, L...
Bölgələr üzrə kredit və əmanət
2024-cü il fevralın 1-nə Bakıda 18,1 milyard manat kredit qeydə alınıb. Hesabatı yayan Mərkəzi Bank başqa bölgələri belə sıralayır: Abşeron-Xızı – 865,8 milyon manat, Gəncə-Daşkəsən – 709,4 milyon manat, Lənkəran-Astara – 545,8 milyon manat, Mərkəzi Aran – 473,4 milyon manat, Şəki-Zaqatala – 441,1 m...
Bankların nəyi var?
Mərkəzi Bank statistik bülleten yayıb. Açıqlamaya görə, 2024-cü il fevralın 1-nə Azərbaycanda 23 milyard 566,4 milyon manat kredit, 13 milyard 116,2 milyon manat əmanət rəsmiləşib. Bankların cəmi aktivləri 49 milyard 296,8 milyon manat, cəmi öhdəlikləri 43 milyard 114,4 milyon manat göstərilir. Qayt...
Ədliyyə Nazirliyində yeni rəhbər
Fərid Turab oğlu Əhmədov ədliyyə naziri təyin edilib. Prezident İlham Əliyev sərəncamı fevralın 27-də imzalayıb. 1979-cu il təvəllüdlü Fərid Əhmədov Bakı Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsində bakalavr və magistr təhsili alıb, həmçinin Böyük Britaniyada beynəlxalq insan hüquqları üzrə ...
Astarada Şakir Yaqubov guşəsi
Astaranın Kakalos kəndindəki Folklor evinə bağlı tarix-diyarşünaslıq muzeyində mərhum jurnalist, Əməkdar mədəniyyət işçisi Şakir Yaqubovun xatirə guşəsi yaradılıb. Bu, muzeyin yaradıcısı və könüllü baxıcısı Fərbiyə Şabanovanın təşəbbüsüdür. Şakir Yaqubov Kakalosa qonşu Bala Şahağac kəndində doğulub,...
Lirənin kursu
Azərbaycan Mərkəzi Bankı fevralın 27-də 100 Türkiyə lirəsini 5 manat 44 qəpiyə satır. Bu, ilin siftə məzənnəsindən 27 qəpik aşağı qiymətdir. 2021-2023-cü illərdə 100 lirənin rəsmi kursu 22 manat 91 qəpikdən 5 manat 76 qəpiyə düşüb, 2024-cü il 5 manat 71 qəpiklə başlayıb. Türkiyə Mərkəzi Bankı ABŞ do...
Ermənistanda qiymətlər nə qədər düşüb?
Ermənistanın Statistika Komitəsi makroiqtisadi göstəriciləri açıqlayıb. Rəsmi məlumata görə, yanvarda ölkənin ümumi daxili məhsulu 2023-cü ilin ilk ayına nəzərən 10,7 faiz artıb. Sənaye istehsalında yüksəliş 21 faiz, ticarət dövriyyəsində 19,3 faiz, tikinti sektorunda 9,5 faiz, xidmət sahəsində 4,4 ...
Xocalı ziyarəti
Prezident İlham Əliyev fevralın 26-sı Xocalıda soyqırımı memorialının təməlini qoyub, rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb, şəhərdə aparılan tikinti işləri ilə tanış olub, sonra Xankəndiyə baş çəkib. Azərbaycanın Qarabağ bölgəsindəki Xocalı şəhərini 1992-ci il fevralın 26-da ermənilər işğ...
Jurnalistlərə hökm oxundu
Bakı Ağır Cinayətlər Məhkəməsi jurnalistlər Əvəz Zeynallı və Elnur Şükürovun mühakimə prosesini başa çatdırıb. Fevralın 26-da çıxarılan hökmlə Əvəz Zeynallı 9 il, Elnur Şükürov 4 il azadlıqdan məhrumetmə cəzası alıb. Əvəz Zeynallı “Xural” internet televiziyasının, Elnur Şükürov “Səda” internet telev...
Ərdoğan – 70
Türkiyə prezidenti Rəcəb Teyyub Ərdoğanın 70 yaşı tamam olur. 1954-cü il fevralın 26-sı İstanbulda doğulan Rəcəb Teyyub Ərdoğan Mərmərə Universitetində iqtisadiyyat və ticarət üzrə ali təhsil alıb. Siyasətə 1976-cı ildə qoşulub. Milli Salamat, Rifah, Fəzilət partiyalarının üzvü olub. 1994-1998-ci il...
Böyük beşlikdə
Avropanın aparıcı milli futbol çempionatlarında növbəti oyunlar arxada qalıb. İngiltərə çempionatında “Liverpul” 60 xalla öndədir. “Mançester Siti” 59, “Arsenal” 58, “Aston Villa” 52, “Tottenhem” 47, “Mançester Yunayted” 44 xal toplayıb. İspaniya çempionatına 65 xalla “Real” başçılıq edir. “Barselon...
Bakıda orta maaş, başqa göstəricilər
2024-cü il yanvarın 1-nə paytaxtda muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı 1183 manata çatıb. Hesabatı yayan Bakı Şəhər Statistika İdarəsi bildirir ki, yanvarda paytaxt sənayesində istehsal və xidmətlər 4,3 milyard manat həcmində rəsmiləşib, 2023-cü ilin ilk ayına nəzərən ticarət dövriyyəsinin...
“Qarabağ”ın Avropa yolu
UEFA Avropa Liqasında Azərbaycanı təmsil edən “Qarabağ” 1/8 finalda (7-14 mart) “Bayer” (Almaniya) komandası ilə üz-üzə gələcək. 2023-2024 mövsümünə Çempionlar Liqasının birinci mərhələsində start verən “Qarabağ” ikinci raundda ilişərək Avropa Liqasına köçüb, turnirin H qrupunda “Bayer”ə səfərdə 1:5...
Məhkəmə-Hüquq Şurası yeni səlahiyyətlər alır
Milli Məclisin 23 fevral iclasında “Məhkəmələr və hakimlər haqqında” qanuna dəyişikliklər ilk oxunuşdan keçib. Təklifə görə, Məhkəmə-Hüquq Şurası məhkəmə statistikasının aparılması, məhkəmələrdə kargüzarlığın təşkili, hakimlərin əmək və sosial hüquqlarının təmin edilməsi, məhkəmələrdə icra və əmək i...