İttihamlara nə cəza düşür?
İqtisadçı alim, siyasətçi Qubad İbadoğlunun ibtidai istintaqı yekunlaşıb, cinayət işinin məhkəməyə göndəriləcəyi anonsu verilib. Bakı İstintaq Təcridxanasında saxlanan Qubad İbadoğlunu 2023-cü il iyulun 23-də Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tutub. İstintaq m...
“Media haqqında” qanun yenilənir
“Media haqqında” qanuna dəyişikliklər parlamentin 19 aprel iclasında son oxunuşdan keçib. Yenilik Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə çap mediası subyektinin təsisçisi olmaq hüququ verir. 2022-ci ildə qüvvəyə minən qanuna görə, Milli Məclis, Konstitusiya Məhkəməsi, Ali Məhkəmə və siyahısın...
Lirənin kursu
Aprelin 19-da Türkiyədə ABŞ dollarının rəsmi məzənnəsi 32,5 lirəni ötüb. Azərbaycan Mərkəzi Bankı isə 100 Türkiyə lirəsini 5 manat 22 qəpiyə satır. Bu, ilin siftəsindən 49 qəpik aşağı qiymətdir. 2021-2023-cü illərdə 100 lirənin rəsmi kursu 22 manat 91 qəpikdən 5 manat 76 qəpiyə düşüb, 2024-cü il 5 m...
Finiş havası
UEFA-nın klub turnirlərində 2023-2024 mövsümü finişə üz tutub: yarımfinal mərhələsində olan Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasının hər birində 4 komanda yer alır. İtaliya və Almaniya turnirlərdə 3, Fransa 2, İngiltərə, İspaniya, Belçika və Yunanıstan 1 komanda ilə təmsil olunur. Avro...
İxrac və idxal tərəfdaşları
Azərbaycanın əsas ixrac və idxal tərəfdaşları bəlli olub. Dövlət Gömrük Komitəsinin hesabatına görə, 2024-cü ilin yanvar-mart aylarında İtaliyaya 1,9 milyard dollar dəyərində ixrac qeydə alınıb. Türkiyə 930,4 milyon, İsrail 626 milyon, Hindistan 455,6 milyon, Almaniya 239,3 milyon, Rusiya 228,9 mily...
Kabinetin yaşı
Nazirlər Kabineti üzvlərinin gənci 38, qocamanı 79 yaşdadır: müdafiə sənayesi naziri Vüqar Mustafayev 1986-cı, baş nazirin birinci müavini Yaqub Eyyubov 1945-ci ildə anadan olub. Kənd təsərrüfatı naziri Məcnun Məmmədov 1983-cü, elm və təhsil naziri Emin Əmrullayev 1982-ci, əmək və əhalinin sosial mü...
Yox cavabı
Bakı Şəhər İcra Hakimiyyəti müxalif qurumların aprelin 21-nə təyin etdiyi mitinqə yer ayırmaq istəyini geri çevirib. Demokratik Qüvvələrin Milli Şurası, Azərbaycan Xalq Cəbhəsi Partiyası, Azərbaycan Demokratiya və Rifah Partiyası rəsmilərinin Bakı Şəhər İcra Hakimiyyətinə müraciətində mitinq üçün bu...
Rusiya hərbçiləri Azərbaycandan çıxarılır
Rusiya hərbçilərinin Azərbaycan ərazisindən vaxtından əvvəl çıxarılmasına başlanıb. Rəsmi məlumat aprelin 17-də yayılıb. Ermənistan 1988-1994-cü illərin təcavüzündə Azərbaycanın Xankəndi şəhərini, Şuşa, Xocalı, Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan rayonlarını tam, Xocavənd, Ağdərə, Ağdam, Füzuli, Cəbr...
Gürcüstan: qalmaqallı layihədə nə var?
Novator.az Gürcüstanda siyasi qalmaqal doğuran “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinin detallarına nəzər salıb. Ölkə parlamenti 2023-cü il martın 7-də layihəni ilk oxunuşda qəbul etmiş, ancaq martın 9-da sənəd etirazlar üzündən geri götürülmüşdü. Bu ilin aprelində layihə yenidən parla...
Ticarət dövriyyəsində liderlər
2024-cü ilin ilk rübündə Azərbaycanın xarici ticarət dövriyyəsi 9,6 milyard dolları ötüb. Dövlət Gömrük Komitəsinin hesabatına görə, əsas tərəfdaşlar siyahısına 2 milyard 95 milyon dollarla İtaliya başçılıq edir. Türkiyə ilə ticarət dövriyyəsi 1,4 milyard dollar, Rusiya ilə 890,7 milyon dollar göstə...
İxrac-idxal incəlikləri
Dövlət Gömrük Komitəsi 2024-cü ilin ilk rübündə qeyri-neft/qaz sektorunun payına düşən ixracın detallarını açıqlayıb. Meyvə-tərəvəz ixracı 132,5 milyon dollar, plastmas və ondan hazırlanan məmulatlar ixracı 95,4 milyon dollar, kimya sənayesi məhsulları ixracı 65,4 milyon dollar, pambıq lifi ixracı 5...
Yaxın ölkələrlə alış-veriş
Dövlət Gömrük Komitəsinin hesabatına görə, 2024-cü ilin ilk rübündə Azərbaycandan Türkiyəyə 930,4 milyon, Rusiyaya 228,9 milyon, Gürcüstana 160,8 milyon, Ukraynaya 30,1 milyon, Qırğızıstana 20,8 milyon, Türkmənistana 16,9 milyon, Qazaxıstana 11,9 milyon, Belarusa 9,5 milyon, Özbəkistana 5,8 milyon, ...
İlk rübün xarici ticarəti
2024-cü ilin ilk rübünün xarici ticarət hesabatı yayılıb. Dövlət Gömrük Komitəsinin məlumatına görə, yanvar-mart aylarında 149 ölkə ilə ticarət əməliyyatı aparılıb, ixrac 5,9 milyard dolları, idxal 3,7 milyard dolları ötüb. Yanvarda ixrac 1,8 milyard dollar, fevralda 2,9 milyard dollar, martda 1,2 m...
Azərbaycandan neft alan ölkələr
2024-cü ilin yanvar-mart aylarında Azərbaycandan 3 milyard 490,1 milyon dollarlıq xam neft və xam neft məhsulu ixrac olunub. Dövlət Gömrük Komitəsi ixrac ünvanlarını belə sıralayır: İtaliya, İsrail, Hindistan, Almaniya, Tailand, Tunis, Portuqaliya, Çexiya, Rumıniya, Türkiyə, Polşa, Fransa, İndoneziy...
Lirə nə qədər dəyər itirib?
Azərbaycan Mərkəzi Bankı aprelin 16-da 100 Türkiyə lirəsini 5 manat 24 qəpiyə satır. Bu, ilin siftəsindən 47 qəpik aşağı qiymətdir. 2021-2023-cü illərdə 100 lirənin rəsmi kursu 22 manat 91 qəpikdən 5 manat 76 qəpiyə düşüb, 2024-cü il 5 manat 71 qəpiklə başlayıb. Hazırda ABŞ dollarının rəsmi məzənnəs...
Miqrasiya Xidmətinin hesabatı
Dövlət Miqrasiya Xidmətinin hesabatına görə, 2024-cü ilin ilk rübündə qanunvericiliyin tələblərinin pozulması 4417 qərarın qəbul edilməsinə gətirib. 1131 qərarda cərimə ödəməklə ölkəni tərk etmək tələbi yer alıb, 1156 qərar ölkədə yaşamanı qanuniləşdirib. 490 qərar ölkədən inzibati qaydada çıxarılma...
Demoqrafik göstəricilər (1991-2024)
Dövlət Statistika Komitəsinin hesabatına görə, 2024-cü ilin yanvar-fevral aylarında Azərbaycanda hər 1000 nəfərə 10,2 doğum, 6,2 ölüm, 4 nikah, 2,1 boşanma qeydə alınıb. Novator.az bildirir ki, Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunduğu 1991-ci ildə hər 1000 nəfərə 26,6 doğum düşüb. 1992-ci ...
Aksiya müraciəti
Müxalif qurumlar Bakı Şəhər İcra Hakimiyyətinə mitinq müraciəti təqdim edib. “Turan”ın məlumatına görə, Demokratik Qüvvələrin Milli Şurası, Azərbaycan Xalq Cəbhəsi Partiyası, Azərbaycan Demokratiya və Rifah Partiyası rəsmilərinin imzaladığı müraciətdə mitinqin aprelin 21-i saat 15-dən 17-dək keçiril...
Məşğulluq, işsizlik, maaş
2024-cü il aprelin 1-nə Azərbaycanda 4 milyon 966,4 min nəfər məşğul şəxs, 209,8 min nəfər işsiz qeydə alınıb. Dövlət Statistika Komitəsi bildirir ki, martın 1-nə muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı 946,8 manata çatıb, iqtisadi fəaliyyət növləri üzrə orta maaş belə rəsmiləşib: mədən sənaye...
Boşanma 16,7 faiz artıb
2024-cü il martın 1-nə Azərbaycan əhalisinin sayı 10 milyon 187 min 539 nəfərə çatıb. Hesabatı yayan Dövlət Statistika Komitəsi bildirir ki, yanvar-fevral aylarında 17081 doğulan körpə, 10395 ölüm halı, 6739 nikah, 3456 boşanma qeydə alınıb. Rəsmi açıqlamaya görə, 2023-cü ilin yanvar-fevral aylarına...