Ünvanlı yardım yenilikləri rəsmiləşdi
“Ünvanlı dövlət sosial yardımı haqqında” qanunda dəyişikliklər prezident İlham Əliyevin imzası ilə rəsmiləşib. Novator.az bildirir ki, əsas yeniliklərin birinə görə, sosial yardım almaq hüququ olan ailələr belə təsnif olunur: “Sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərd...
2019-un büdcəsinə nöqtə qoyuldu
Prezident İlham Əliyev 2019-cu ilin dövlət büdcəsinin icrası haqqında qanunu imzalayıb. Novator.az bildirir ki, qanunda büdcənin gəlirləri 24,2 milyard manat göstərilir. Gəlirlərdə ən böyük pay Dövlət Neft Fondundan transfert olub: 11 milyard 364,3 milyon manat. Xərclər 24,4 milyard manat həcmində q...
Nazir müavini səlahiyyətləri kimə keçib?
Müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini-Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi vəzifəsinin icrası general-leytenant Osmanov Nizam Ramazan oğluna həvalə olunub. Novator.az bildirir ki, Nizam Osmanov 16 iyun 1965-ci ildə Ermənistanda doğulub. 1986-cı ildə Bakı Ali Ümumqoşun Komandirlə...
Vərəsələrə ödəmə statistikası
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi daha 51 şəhidin 75 vərəsəsinə 11 min manat birdəfəlik ödəmə verilməsi barədə qərar çıxarıb. Rəsmi məlumat iyulun 14-də yayılıb. Novator.az bildirir ki, 1997-ci il avqust ayının 2-dək şəhid olmuş şəxslərin vərəsələrinə prezident İlham Əliyevin 2018-ci il ap...
Turizmin əziyyəti
Dövlət Statistika Komitəsi turizm hesabatı yayıb. Novator.az bildirir ki, Dövlət Sərhəd Xidmətinə istinad olunan rəsmi məlumatda koronavirus pandemiyası üzündən turizm sektorunda ciddi tənəzzül yarandığı vurğulanır. Hesabata görə, 2020-ci ilin yanvar-iyun aylarında Azərbaycana 152 ölkədən 590,1 min ...
Neft bazarında
AZƏRTAC-ın 14 iyul məlumatına görə, “AzəriLayt” markalı neftin barreli 44,52 dollara yüksəlib. London birjasında brent markalı neftin barrelinin 42,11 dollara, Nyu-York birjasında layt markalı neftin barrelinin 39,44 dollara satıldığı bildirilir. Azərbaycanın 2020-ci il büdcəsində bir barrel neftin ...
Qazıyevin işi: maddələr nə cəza nəzərdə tutur?
İyulun 12-dən 13-dək Ermənistan-Azərbaycan sərhədinin Tovuz rayonu istiqamətində döyüşlər gedib, Azərbaycan Ordusunun hərbi qulluqçuları çavuş Vüqar Lətif oğlu Sadıqov, baş əsgər Elşad Dönməz oğlu Məmmədov, əsgər Xəyyam Məhəmməd oğlu Daşdəmirov, baş leytenant Rəşad Rəşid oğlu Mahmudov həlak olub. Dö...
Düşmənin silahdaşı
İyulun 12-13-də Azərbaycanın Ermənistanla sərhəddə yerləşən Tovuz rayonu hücumlara məruz qalıb. 1988-ci ildən Azərbaycana qarşı hərbi-siyasi təcavüz aparan və ölkənin Dağlıq Qarabağ bölgəsini (Xankəndi şəhərini, Şuşa, Xocalı rayonlarını tam, Xocavənd rayonunu, keçmiş Ağdərə rayonunu qismən), Dağlıq ...
Operativ qərargahdan
Nazirlər Kabineti yanında operativ qərargahın 13 iyul məlumatına görə, Azərbaycanda daha 529 nəfər koronavirus infeksiyasına yoluxub, 7 xəstə vəfat edib. Yoluxanların ümumi sayı 24570 nəfər göstərilir: onların 313-ü dünyasını dəyişib, 8617-si aktiv xəstədir. 2019-cu ilin dekabrında Çində üzə çıxaraq...
Kredit faizlərinə subsidiya qaydaları
Nazirlər Kabineti koronavirusdan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə veriləcək bank kreditləri üzrə dövlət zəmanəti və kredit faizlərinin subsidiyalaşdırılması qaydasını, həmçinin onların mövcud kredit portfeli üzrə kredit faizlərinin subsidiyalaşdırılması qaydasını t...
Sosial təminat hesabatı
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2020-ci ilin yanvar-iyun ayları üzrə sosial təminat hesabatı yayıb. Rəsmi məlumata görə, yarım ildə 1,3 milyon nəfərə yaxın pensiyaçının pensiyalarının maliyyələşdirilməsinə 2 milyard 250 milyon manat xərclənib. 743 min nəfərə sosial müavinət və təqaüd ödə...
Media azadlığı: Ermənistan 61-ci, Azərbaycan 168-ci yerdə
Mərkəzi qərargahı Fransanın paytaxtı Parisdə olan “Sərhədsiz reportyorlar” beynəlxalq təşkilatı media azadlığı reytinqi açıqlayıb. Reytinq jurnalistlərin fəaliyyəti üçün şərait, ifadə azadlığı imkanları, hüquqi müdafiə, media müxtəlifliyi və müstəqilliyi kimi meyarlara əsaslanır. Novator.az-ın məlum...
Yoluxma və itki statistikası
2019-cu ilin dekabrında Çində üzə çıxaraq 215 ölkə, ərazi və məkana yayılan yeni koronavirus infeksiyası 571 mindən çox adamın həyatına son qoyub. Son rəsmi hesabata görə, Azərbaycanda 24041 nəfər yoluxub, onların 306-sı vəfat edib. Novator.az yaxın ölkələr üzrə yoluxma və itki statistikasını da təq...
Çempionlar Liqasına kimlər çıxıb?
Novator.az UEFA Çempionlar Liqasının 2020-2021 mövsümünə vəsiqə alan komandaların yenilənmiş siyahısına nəzər salıb. İlkin mərhələ (8-11 avqust) tək oyunluq yarımfinal və finaldan ibarətdir. Bu raunda Şimali İrlandiyadan “Linfild”, San Marinodan “Tre Fiori” bilet alıb. Tək oyunlardan ibarət birinci ...
Prezident yenə prezident oldu
Polşada prezident seçkisi başa çatıb. Novator.az-ın məlumatına görə, iyulun 12-də keçirilmiş ikinci turda dövlət başçısı Anjey Duda səslərin 51,2%-ni toplayaraq postunu qoruyub. 11 iddiaçının yarışdığı ilk turda – iyunun 28-də Anjey Duda (43,5%) ilə müxalif Vətəndaş Platforması Partiyasının na...
Subsidiya əməliyyatı: tutulanlar var
İyulun 11-də Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Kənd Təsərrüfatı Nazirliyinin birgə məlumatı yayılıb. Qeyd olunur ki, 2020-ci ildən fermerlərə dövlət yardımlarının vahid mexanizm vasitəsilə çatdırılmasına başlanıb: “Lakin həmin vəsaitlərin təyinatı üzrə istifadə olunmaması və mənimsənməsində...
Kompensasiya ödənişi hesabatı
İyulun 11-də Mərkəzi Bankın və Əmanətlərin Sığortalanması Fondunun birgə məlumatı yayılıb. Məlumatda “Atabank”, “Amrah Bank”, “AGBank” və “NBCBank” banklarının lisenziyalarının ləğv edildiyi, onların məhkəmə qərarı ilə müflis elan olunduğu xatırladılır. Qeyd olunur ki, 1 iyun 2020-ci ildən “Atabank”...
Yığmanın yeni sınağı, təqvim
Sentyabrın 3-də yığma futbol komandalarının yarışı olan UEFA Millətlər Liqasının qrup mərhələsi başlayacaq. Novator.az bildirir ki, A divizionunun 1-ci qrupunda Niderland, İtaliya, Bosniya, Polşa; 2-ci qrupunda İngiltərə, Belçika, Danimarka, İslandiya; 3-cü qrupunda Portuqaliya, Fransa, İsveç, Xorva...
Operativ qərargahın 11 iyul məlumatı
Azərbaycanda daha 531 nəfər koronavirus infeksiyasına yoluxub, 514 nəfər sağalaraq xəstəxanadan buraxılıb, 6 xəstə vəfat edib. Nazirlər Kabineti yanında operativ qərargahın 11 iyul məlumatında belə deyilir. Rəsmi hesabata görə, ölkədə ümumən 23521 nəfərin koronavirusa yoluxması bilinib: 14607 nəfər ...
Başçı işdən götürüldü
İyulun 11-də sərəncam imzalayan prezident İlham Əliyev Arif Adil oğlu Qasımovu Bakının Nizami Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edib. O, 22 sentyabr 2015-ci ildən rayona başçılıq edirdi. Novator.az bildirir ki, Arif Qasımov 1965-ci il martın 12-də Şərurun Xanlıqlar kəndində doğulub...