31 ilin Cəbhəsi
Azərbaycan Xalq Cəbhəsinin (AXC) yaradılmasından 31 il ötür. Novator.az bildirir ki, AXC 1989-cu il iyulun 16-sı Bakıda təsis olunub. Qurucu konfransda Əbülfəz Elçibəy AXC sədri seçilib. 1989-cu il iyulun 16-dan 1990-cı il yanvarın 8-dək fəaliyyət göstərən ilk İdarə Heyətində Canbaxış Umudov, Etibar...
Ceyhun Bayramova tapşırıqlar
Prezident İlham Əliyev iyulun 16-da Ceyhun Bayramovu xarici işlər naziri təyin olunması ilə əlaqədar video formatında qəbul edib. AZƏRTAC xəbər verir ki, dövlət başçısı nazirə bunları deyib: “Bu sahə sizin üçün yeni olsa da, idarəetmə təcrübəniz kifayət qədər böyükdür, müxtəlif vəzifələrdə işləmisin...
16-cı nazir
2020-ci il iyulun 16-da Azərbaycanın xarici işlər naziri dəyişdi: Elmar Məmmədyarovu Ceyhun Bayramov əvəzlədi. 1973-cü il təvəllüdlü Ceyhun Bayramov iqtisadiyyat və hüquq üzrə iki ali təhsil alıb. Vergilər Nazirliyində çalışıb, Təhsil Nazirliyi Aparatının rəhbəri, təhsil nazirinin müavini olub, 23 a...
Xarici işlər naziri dəyişdi
İyulun 16-da sərəncam imzalayan prezident İlham Əliyev Elmar Məmmədyarovu xarici işlər naziri vəzifəsindən azad edib. O, 2004-cü il aprelin 2-dən nazir idi. Novator.az bildirir ki, 1960-cı il təvəllüdlü Elmar Məmmədyarov əvvəllər Xarici İşlər Nazirliyinin dövlət protokolu şöbəsinin müdiri, Azərbayca...
Fondun nəyi var?
Dövlət Neft Fondunun (DNF) rəsmi hesabatına görə, 2020-ci ilin yanvar-iyun aylarında neft və qaz sazişlərindən 4 milyard 914,7 milyon manat gəlir əldə edilib, büdcədən 5 milyard 824,8 milyon manat xərclənib. İyulun 1-nə DNF-nin aktivləri 43 milyard 223,3 milyon ABŞ dolları göstərilir. 1999-cu ildə y...
Nikahlar 36,2 faiz azalıb
Azərbaycan əhalisinin sayı 2020-ci ilin əvvəlindən 0,2 faiz artaraq iyunun 1-nə 10 milyon 89 min 853 nəfərə çatıb. Novator.az-ın məlumatına görə, Dövlət Statistika Komitəsi bildirir ki, yanvar-may aylarında Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri 47206 doğulan körpə qeydə alıb, onların 53,2 faizi oğ...
Bazarın nəbzi
2020-ci ilin yanvar-iyun aylarında Azərbaycanda istehlak ötən ilin ilk yarısına nisbətən 3 faiz bahalaşıb. Novator.az-ın məlumatına görə, bu barədə hesabat yayan Dövlət Statistika Komitəsi bildirir ki, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 5,5 faiz, qeyri-ərzaq məhsulları üzrə 1,3 faiz...
Rəsmi hesabat: istehsal da düşüb, sərmayə də
Dövlət Statistika Komitəsi yeni hesabatlar yayıb. Novator.az-ın məlumatına görə, 2020-ci ilin yanvar-iyun aylarında ölkədə 33 milyard 803,9 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,7 faiz az ümumi daxili məhsul (ÜDM) istehsal olunduğu bildirilir. Hesabata əsasən, iqtisadiyyatın...
Gömrük pozuntularının yeni statistikası
Gömrük pozuntularının yarım illik hesabatı verilib. Novator.az-ın məlumatına görə, Dövlət Gömrük Komitəsi bildirir ki, 2020-ci ilin yanvar-iyun aylarında 103 qaçaqmalçılıq faktı, 67 narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi faktı, 6 aksiz markası olmadan mal idxal etmə faktı, ...
Yarım ilin xarici ticarəti
Yarım illik xarici ticarət statistikası açıqlanıb. Novator.az bildirir ki, Dövlət Gömrük Komitəsinin rəsmi hesabatına görə, 2020-ci ilin yanvar-iyun aylarında Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 12,6 milyard dolları ötüb, 7,6 milyard dollardan çox ixrac, 5 milyard dollara yaxın idxal ...
35 bölgə, 50 xəstəxana…
Baş nazir Əli Əsədov Nazirlər Kabinetinin 15 iyul iclasında koronavirus epidemiyası ilə bağlı vəziyyətdən danışıb: “Koronavirus xəstələri ölkənin 35 şəhər və rayonunda yerləşən 50 xəstəxanada müalicə alırlar. Qısa müddətdə modul tipli xəstəxanalar istifadəyə verilib. Əlavə olaraq son günlər koronavi...
Prezident nazirdən niyə narazıdır?
İyulun 15-i Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxış edən prezident İlham Əliyev Xarici İşlər Nazirliyini tənqid edib. Video formatında keçirilən iclasa baş nazir Əli Əsədov, bəzi hökumət üzvləri, sosial-i...
Məlum, qeyri-məlum
UEFA Çempionlar Liqasının 2020-2021 mövsümündə 26 komanda turnirə qrup mərhələsindən başlayacaq. Novator.az-ın məlumatına görə, oktyabrın 20-dən dekabrın 9-dək çəkəcək həmin raunda İspaniyadan “Real”, “Barselona”, “Atletiko”, “Sevilya”, İngiltərədən “Liverpul”, “Mançester Siti”, İtaliyadan “Yuventus...
İqtisadiyyat 2,7% geriləyib
Dövlət Statistika Komitəsi makroiqtisadi göstəriciləri açıqlayıb. Novator.az bildirir ki, rəsmi hesabata görə, 2020-ci ilin yanvar-iyun aylarında Azərbaycanda ümumi daxili məhsul ötən ilin eyni dövrü ilə müqayisədə 2,7% azalaraq 33 milyard 803,9 milyon manat dəyərində olub. Adambaşına ümumi daxili m...
Səid Dadaşbəyli işi: içəridə bir nəfər qaldı
2007-ci ildən bəri həbsdə olan Səid Dadaşbəyli iyulun 15-də azadlığa çıxıb. Novator.az bildirir ki, o, Siyasi Məhbusların Vahid Siyahısı üzrə İşçi Qrupun (Akif Qurbanov, Ənnağı Hacıbəyli, Xalid Ağalıyev, Xədicə İsmayıl, İntiqam Əliyev, Rövşən Hacıbəyli, Samir Kazımlı, Yalçın İmanov və başqaları) siy...
Cəbhənin məhkumları
2020-ci ilin mart-iyul aylarında Azərbaycan Xalq Cəbhəsi Partiyasının 19 üzvü müxtəlif inzibati xətalar üzrə (karantin rejimini pozmaq, polis işçisinin qanuni tələbinə qəsdən tabe olmamaq, internet informasiya ehtiyatında yayılması qadağan edilən informasiya yerləşdirmək, xırda xuliqanlıq) həbs cəza...
Aksiya ilə bağlı cinayət işi açılıb
Baş Prokurorluq və Daxili İşlər Nazirliyi 14-15 iyul aksiyası ilə bağlı birgə məlumat yayıb. İyulun 12-dən Ermənistan-Azərbaycan sərhədinin Tovuz rayonu sahəsində gedən döyüşlərdə Azərbaycan Ordusunun hərbi qulluqçuları – general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev, mayorlar Namiq Əhmədov,...
Aksiyaya müdaxilə
İyulun 14-ü axşamdan paytaxt Bakıda keçirilən kütləvi aksiya iyulun 15-nə keçən gecə, saat 4 radələrində polisin müdaxiləsi ilə dağıdılıb. Aksiya iştirakçıları iyulun 14-ü axşam Heydər Əliyev prospekti boyunca yürüş ediblər, Azadlıq meydanından keçərək Şəhidlər xiyabanında, həmçinin Milli Məclisin b...
Sabiq nazir barəsində həbs qətimkan tədbiri seçildi
İyulun 14-də Səbail Rayon Məhkəməsi sabiq müdafiə naziri Rəhim Qazıyev barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib. Rəhim Qazıyev iyulun 13-də tutulub. Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun həmin gün yaydığı birgə məlumatda Rəhim Qazıyevin sosial şəbəkələrdə Azərbaycan-Ermənistan sərh...
Sahibkarlara dəstək rəqəmləri
Koronavirus pandemiyasından zərər çəkən sahibkarlara maliyyə dəstəyi üzrə yeni hesabat yayılıb. İqtisadiyyat Nazirliyinin məlumatına görə, iyulun 10-na muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənməsi üçün 28 min 941 vergiödəyicisi, maliyyə dəstəyi almaq üçün 117 min 928 fərdi (mikro) sahib...