Hesabat və planlar
Prezident İlham Əliyev iyunun 17-də Dünya Bankının Avropa və Mərkəzi Asiya regionu üzrə vitse-prezidenti, Cənubi Qafqaz üzrə regional direktoru və digər nümayəndələri ilə videokonfransda bir araya gəlib. Rəsmi məlumata görə, dövlət başçısı Azərbaycanın Dünya Bankı ilə əməkdaşlıqdan məmnun olduğunu v...
Operativ qərargahın 17 iyun məlumatı
Nazirlər Kabineti yanında operativ qərargahın 17 iyun məlumatına görə, Azərbaycanda daha 329 nəfər koronavirus infeksiyasına yoluxub, 127 nəfər sağalaraq xəstəxanadan buraxılıb, 7 xəstə vəfat edib. Yoluxanların ümumi sayı 10 min 991 nəfər göstərilir: onların 6075-i müalicə olunaraq sağalıb, 133-ü dü...
17 iyun qiymətləri
“AzəriLayt” markalı Azərbaycan neftinin barreli 41,71 dollara yüksəlib. Xəbəri iyunun 17-də Energetika Nazirliyi yayıb. Hesabata görə, London birjasında brent markalı neftin barreli 40,27 dollara, Nyu-York birjasında layt markalı neftin barreli 37,49 dollara satılır. Azərbaycanın 2020-ci il büdcəsin...
Məzənnələr
Mərkəzi Bank iyunun 17-də ABŞ dollarının məzənnəsini 1,7 manat həddində saxlayıb. Ucuzlaşan avro banklara 1,9161, Gürcüstan larisi 0,5543, Rusiya rublu 0,0244, Türkiyə lirəsi 0,2487 manata satılır (Valyutalar). Dolların indiki qiyməti 2018-ci il martın 7-dən qüvvədədir. Avro 2020-ci ilə 1,9025, lari...
İxrac-idxal dinamikası
Novator.az Azərbaycanın 2020-ci ilin ilk beş ayındakı ixrac-idxal dinamikasına nəzər salıb. Dövlət Gömrük Komitəsinin hesabatına görə, yanvar-may aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi 11,1 milyard dollar həddində rəsmiləşib. Yanvarın dövriyyəsi 2,8 milyard dolları, fevralın dövriyyəsi 2,1...
“Ən pis ssenariyə hazırlıqlı olmalıyıq”
AZƏRTAC prezident İlham Əliyevin “Microsoft” şirkətinin vitse-prezidenti, Mərkəzi və Şərqi Avropa bölgəsinin korporativ əlaqələr və hüquqi məsələlər üzrə rəhbəri və digər nümayəndələri ilə iyunun 16-da keçirdiyi videokonfransın mətnini yayıb. İlham Əliyev deyib ki, koronavirus pandemiyası ənənəvi hə...
Kimyəvi silah: yasaqlar və nəzarət qaydası müəyyənləşdi
Prezident İlham Əliyev kimyəvi silahın hazırlanması, istehsalı, artırılması (yığılması) və tətbiqinin qadağan olunması və onun məhvi qanununu imzalayaraq tətbiqinə fərmanlar verib. Novator.az bildirir ki, qanuna əsasən, kimyəvi silahın hazırlanması, istehsalı, əldə olunması, saxlanması, artırılması ...
338 yoluxma, 209 sağalma
Azərbaycanda daha 338 nəfər koronavirus infeksiyasına yoluxub, 209 nəfər sağalaraq xəstəxanadan buraxılıb, 4 xəstə vəfat edib. Nazirlər Kabineti yanında operativ qərargahın 16 iyun məlumatında belə deyilir. Rəsmi hesabata görə, ölkədə ümumən 10662 nəfərin koronavirusa yoluxması müəyyən edilib, onlar...
Sarukyanın deputat toxunulmazlığı götürüldü
Ermənistan parlamenti iyunun 16-da baş prokurorun vəsatətinə baxaraq Çiçəklənən Ermənistan Partiyasının sədri, biznesmen Qaqik Sarukyanın deputat toxunulmazlığını götürüb. Novator.az-ın məlumatına görə, qərar 87 səslə qəbul edilib. Gizli səsverməyə yalnız hakim blokun deputatları qatılıb. Milli Təhl...
Sahələr üzrə orta maaş
2020-ci il mayın 1-nə Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin aylıq orta əməkhaqqı 736,2 manat olub. Novator.az Dövlət Statistika Komitəsinə istinadla bildirir ki, iqtisadi fəaliyyət növləri üzrə ən yüksək orta maaş mədən sənayesində qeydə alınıb – 3698,2 manat. Qalan sahələrdə rəsmi or...
40-dan yuxarı
Energetika Nazirliyinin 16 iyun açıqlamasına görə, London birjasında brent markalı neftin barreli 39,77 dollara, Nyu-York birjasında layt markalı neftin barreli 37,13 dollara təklif olunur. “AzəriLayt” markalı Azərbaycan neftinin barrelinə 40,38 dollar qiymət qoyulduğu xəbər verilir. Azərbaycanın 20...
Çempionlar Liqasına düşən komandalar
Novator.az UEFA-nın əsas klub turniri olan Çempionlar Liqasının 2020-2021 mövsümünə vəsiqəni təmin etmiş klubların siyahısına nəzər salıb. İngiltərə – “Liverpul” Almaniya – “Bavariya”, “Borussiya” (Dortmund) Fransa – PSJ, “Marsel”, “Renn” Belçika – “Brügge”, “Gent” Ukrayna ...
Kurs yenilikləri
İyunun 16-da avro (1,9267 manat), Rusiya rublu (0,0245 manat) və Türkiyə lirəsi (0,2491 manat) bahalaşıb. Mərkəzi Bank ABŞ dollarının kursunu 1,7 manat səviyyəsində saxlayıb, dəyər itirən Gürcüstan larisini isə 0,5554 manata təklif edir (Valyutalar). 2015-ci ilin devalvasiyaları nəticəsində dolların...
İşçi və maaş statistikası
2020-ci il iyunun 1-nə Azərbaycanda iqtisadi fəal əhalinin sayı 5 milyon 206,7 min nəfər olub, onların 4 milyon 901,3 min nəfərini məşğul əhali təşkil edib. Novator.az-ın məlumatına görə, hesabatı yayan Dövlət Statistika Komitəsi mayın 1-nə muzdla işləyənlərin sayını 1 milyon 676,1 min nəfər göstəri...
Azalmalar zolağı
Dövlət Statistika Komitəsinin yeni hesabatına görə, koronavirus infeksiyasını cilovlamaq üçün tətbiq olunan məhdudiyyətlər üzündən Azərbaycana gələnlərin sayında eniş var: ötən ilin eyni ayları ilə müqayisədə gələnlərin sayı martda 2,6 dəfə, apreldə 12,1 dəfə, mayda 9,9 dəfə azalıb, bu isə ictimai i...
Koronavirus: yeni hesabat
Nazirlər Kabineti yanında operativ qərargahın 15 iyun məlumatına görə, Azərbaycanda daha 367 nəfər koronavirus infeksiyasına yoluxub, 156 nəfər sağalaraq xəstəxanadan buraxılıb, 3 xəstə vəfat edib. Yoluxanların ümumi sayı 10324 nəfər göstərilir: onların 5739-u müalicə olunaraq sağalıb, 122-si dünyas...
Operativ qərargahın 14 iyun məlumatı
Azərbaycanda daha 387 nəfər koronavirus infeksiyasına yoluxub, 274 nəfər sağalaraq xəstəxanadan buraxılıb, 4 xəstə vəfat edib. Nazirlər Kabineti yanında operativ qərargahın 14 iyun məlumatında belə deyilir. Rəsmi hesabata görə, ölkədə ümumən 9957 yoluxma müəyyən edilib, 5583 nəfər müalicə olunaraq s...
Müxalif liderə cinayət işləri
Ermənistanın Milli Təhlükəsizlik Xidməti iyunun 14-də Çiçəklənən Ermənistan Partiyasının sədri, biznesmen Qaqik Sarukyana üç cinayət işi açıb. Novator.az-ın məlumatına görə, müxalif siyasətçi qanunsuz oyun biznesi və vergidən yayınmada; 2017-ci ilin parlament seçkisi kampaniyasında seçiciləri əla al...
Toy qadağası nikahları nə qədər azaldıb?
Koronavirus pandemiyasına görə tətbiq olunan toy qadağası Azərbaycanın nikah statistikasına güclü təsir edib. Novator.az bildirir ki, 2020-ci ilin ilk dörd ayında nikahların sayı ötən ilin eyni dövrü ilə müqayisədə 25 faiz azalıb. Azərbaycanda toy mərasimləri martın 16-dan yasaqdır. Dövlət Statistik...
352 yoluxma, 2 ölüm
Nazirlər Kabineti yanında operativ qərargahın 13 iyun məlumatına görə, Azərbaycanda daha 352 nəfər koronavirus infeksiyasına yoluxub, 196 nəfər sağalaraq xəstəxanadan buraxılıb, 2 xəstə vəfat edib. Yoluxanların ümumi sayı 9570 nəfər göstərilir: onların 5309-u müalicə olunaraq sağalıb, 115-i dünyasın...