Məhkəmə cəbhəçiyə iş kəsdi
Avqustun 7-də Nərimanov Rayon Məhkəməsi AXCP fəalı Paşa Umudovu 4 il 6 ay müddətinə azadlıqdan məhrum edib. Azadliq.org-un məlumatına görə, cəbhəçi satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə saxlamada təqsirli bilinib. 2019-cu il oktyabrın 15-i Bakıda tutulan Paşa Umudov məhkəmə prosesindəki ...
Operativ qərargahdan
Avqustun 7-də rəsmi məlumat yayan Nazirlər Kabineti yanında operativ qərargah bildirir ki, Azərbaycanda daha 129 nəfər koronavirus infeksiyasına yoluxub, 4 xəstə vəfat edib. Yoluxanların ümumi sayı 33376 nəfər göstərilir: onların 483-ü dünyasını dəyişib, 3197-si aktiv xəstədir. 2019-cu ilin dekabrın...
Polad Aslanov prezidentə üz tutub
Məhbus jurnalist Polad Aslanov prezident İlham Əliyevdən kömək istəyir. Xeberman.com və Press-az.com saytlarının baş redaktoru Polad Aslanovu 2019-cu il iyunun 12-də Dövlət Təhlükəsizliyi Xidməti (DTX) həbs edib və ona dövlətə xəyanət ittihamı verilib. Rəsmi açıqlamaya görə, Polad Aslanov xarici xüs...
Fərman: dövlətə bağlı qurumlar bir əldə cəmlənir
Avqustun 7-də prezident İlham Əliyev Azərbaycan İnvestisiya Holdinqinin yaradılmasına fərman verib. Publik hüquqi şəxs olan Azərbaycan İnvestisiya Holdinqinin (AİH) fəaliyyətinə rəhbərliyi həyata keçirmək üçün Müşahidə Şurası və İdarə Heyəti yaradılır. Nazirlər Kabineti qurumun idarəetməsinə veriləc...
Tofiqin məhkəməsində
Avqustun 7-si Bakının Nizami Rayon Məhkəməsində Müsavat Partiyasının və Demokratik Qüvvələrin Milli Şurasının üzvü Tofiq Yaqublunun cinayət işi üzrə proses davam etdirilib. Novator.az bildirir ki, Tofiq Yaqublu martın 22-də tutulub. O, silah qismində istifadə olunan əşyalardan istifadə etməklə xuliq...
Serbiya prezidenti üzrxahlıq edir
Avqustun 7-də Serbiya prezidenti Aleksandr Vuçiç dövlət başçısı İlham Əliyevə zəng edib. Rəsmi məlumata görə, Aleksandr Vuçiç iyul ayında Ermənistan-Azərbaycan sərhədində baş vermiş hadisələr zamanı azərbaycanlı hərbi qulluqçuların həlak olması ilə əlaqədar başsağlığı verib. O, Ermənistanın Serbiyad...
5 kürsü boşdur
2020-ci il fevralın 9-da seçilmiş parlamentin hazırda 120 deputatı var. 1991-ci ildə müstəqilliyini bərpa etmiş Azərbaycanda 2020-ci ilədək beş parlament seçkisi olub: 1995-ci il noyabrın 12-də, 2000-ci il noyabrın 5-də, 2005-ci il noyabrın 6-da, 2010-cu il noyabrın 7-də, 2015-ci il noyabrın 1-də. A...
55-dən 35-ə
2020-ci ilin yenilənən dövlət büdcəsində bir barrel neftin qiyməti 55 dollardan 35 dollara düşür. Novator.az-ın məlumatına görə, yeniliyi əsaslandıran Maliyyə Nazirliyi bildirir ki, “AzəriLayt” markalı Azərbaycan neftinin bir barrelinin dünya bazarlarında satış qiyməti iyun ayında orta hesabla 38 do...
Məclis işsizə ödəniş qaydalarında yeniliklərə səs verdi
Parlament 7 avqust iclasında “İşsizlikdən sığorta haqqında” qanunun yenilənməsinə səs verib. Novator.az bildirir ki, sonuncu – üçüncü oxunuşdan keçən dəyişikliyə görə, əmək müqaviləsinin müddətinin bitməsi əsasları ilə işini itirən və rəsmən işsiz kimi qeydiyyata alınmış şəxslər də sığorta ödənişi a...
Büdcə zərfi parlamentdən keçdi
Avqustun 7-də Milli Məclis 2020-ci ilin dövlət büdcəsinə dəyişiklikləri üçüncü – sonuncu oxunuşda qəbul edib. Novator.az bildirir ki, yeniliyə görə, dövlət büdcəsinin gəlirləri 24 milyard 124 milyon manat, xərcləri 27 milyard 492,2 milyon manat olur. Layihədə ümumi dövlət xidmətlərinin xərcləri 3 mi...
Avropa Liqasının səkkizliyi
UEFA Avropa Liqasının 2019-2020 mövsümündə mübarizəni 8 komanda davam etdirir. Tək oyunluq 1/4 final, yarımfinal, eləcə də final 10-21 avqust arası Almaniyada keçiriləcək. Novator.az bildirir ki, 1/4 final cütlükləri belə müəyyənləşib: “Saxtyor” (Ukrayna) – “Bazel” (İsveçrə) “Mançester Yunayted” (İn...
29 ay bir nöqtədə
Mərkəzi Bank avqustun 7-də ABŞ dollarını 1,7 manata təklif edir. Novator.az-ın məlumatına görə, bununla qiymət sabitliyinin 29-cu ayı – iki il beş ayı tamam olur. 2015-ci il fevralın 21-də və dekabrın 21-də rəsmiləşən iki devalvasiya nəticəsində dolların kursu 0,7844 manatdan 1,5594 manata yüksəlib....
Məhkəmə imtina qərarını qüvvədə saxladı
Bakı Apellyasiya Məhkəməsi avqustun 6-da AXCP sədri Əli Kərimlinin və həyat yoldaşı Samara Seyidovanın şikayəti üzrə qərar çıxarıb. Şikayət Nəsimi Rayon Məhkəməsinin qərardadından verilmişdi. Bakının Süleyman Rəhimov küçəsində yaşayan Əli Kərimli bu il aprelin 13-dən internet və rabitə problemi yaşa...
Qəbələdə Polad Həşimov küçəsi
AZƏRTAC-ın 6 avqust məlumatına görə, Qəbələdə mərkəzi küçələrdən birinə – Şəhidlər xiyabanı yerləşən küçəyə şəhid general-mayor Polad Həşimovun adı verilib. Ötən gündən etibarən Polad Həşimov yazılan lövhələr küçə boyu yerləşdirilib. Əslən Qəbələnin Vəndam kəndindən olan Polad Həşimov 1975-ci ...
190 manat ödənişinə 53 milyon manat ayrılıb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, sərt xüsusi karantin rejiminin tətbiq olunduğu Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərləri və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Salyan rayonları üzrə rəsmi yaşayış minimumu həcmində – 190 manat birdəf...
3493 aktiv xəstə var
Nazirlər Kabineti yanında operativ qərargahın 6 avqust məlumatına görə, Azərbaycanda 144 nəfər koronavirus infeksiyasına yoluxub, 3 xəstə vəfat edib. Yoluxanların ümumi sayı 33247 nəfər göstərilir: onların 479-u dünyasını dəyişib, 3493-ü aktiv xəstədir. 2019-cu ilin dekabrında Çində üzə çıxaraq düny...
Müşavirədə hesabat, tənqidlər
Avqustun 6-da prezident İlham Əliyev koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı video formatında müşavirə keçirib. AZƏRTAC xəbər verir ki, dövlət başçısı koronavirusa qarşı mübarizə işində müsbət dinamikanın müşahidə olunduğunu vurğulayıb: “İ...
Cəbhəçiyə 15 sutka
AXCP fəalı Cavid Əliyev 15 sutka inzibati həbs cəzası alıb. Partiyadan Novator.az-a verilən məlumata görə, cəbhəçi avqustun 5-i Gəncədə tutulub, həmin gün yerli məhkəmə onu polis işçisinin qanuni tələbinə qəsdən tabe olmamaqda təqsirli bilib. Hazırda partiyanın daha 15 üzvü inzibati həbsdədir. Onlar...
8274 hadisə, 28 itki
Fövqəladə Hallar Nazirliyinin rəsmi hesabatına görə, 2020-ci ilin ilk yarısında Azərbaycanda 8274 fövqəladə hadisə baş verib, bu da 2019-cu ilin yanvar-iyun ayları ilə müqayisədə 16% çoxdur. Hadisələr nəticəsində 28 nəfərin həlak olduğu, 107 nəfərin xəsarət aldığı bildirilir. Açıqlamaya əsasən, 23 n...
Döyüş elementləri icra olunub
Müdafiə Nazirliyinin 6 avqust məlumatına görə, Azərbaycan-Türkiyə taktiki təlimlərinin növbəti mərhələsi keçirilib, bölmələr zirehli texnika və helikopterlərin istifadəsi ilə müxtəlif döyüş elementlərini, eləcə də digər təlim-döyüş tapşırıqlarını icra ediblər. Azərbaycanla Türkiyənin Quru Qoşunları ...