Bölgələr üzrə kredit statistikası
Novator.az bankların bölgələr üzrə kredit göstəricilərinə nəzər salıb. Mərkəzi Bankın rəsmi hesabatına görə, paytaxt Bakıda 11 milyard 881,7 milyon manatlıq kredit rəsmiləşib. İqtisadi rayonlar üzrə statistika belədir: Aran – 737,7 milyon manat Gəncə-Qazax – 604,3 milyon manat Abşeron – 533,6 milyon...
Kredit, əmanət, problemli kredit
Mərkəzi Bank hesabatlar açıqlayıb. Novator.az-ın məlumatına görə, 2020-ci il mayın 1-nə kreditlər 14 milyard 742,2 milyon manat, əmanətlər 7 milyard 758 milyon manat məbləğində göstərilir. 2020-ci ilin əvvəlinə 14 milyard 900,9 milyon manatlıq kredit, 8 milyard 637,9 milyon manatlıq əmanət qeydə alı...
Operativ qərargahın 31 may məlumatı
Azərbaycanda daha 248 nəfər koronavirus infeksiyasına yoluxub, 101 nəfər sağalaraq xəstəxanadan buraxılıb, 1956 və 1960-cı il təvəllüdlü iki xəstə vəfat edib. Nazirlər Kabineti yanında operativ qərargahın 31 may məlumatında belə deyilir. Rəsmi hesabata görə, ümumən ölkədə 5494 yoluxma müəyyən edilib...
Populyar adlar
2020-ci ilin ilk beş ayında Azərbaycanda doğulan oğlan uşaqlarına ən çox Uğur adı qoyulub. Novator.az Ədliyyə Nazirliyinə istinadla bildirir ki, bu adı yanvar-may aylarında 609 uşaq alıb. Yusif populyar oğlan adları içində ikincidir: 600 uşaq. Beş ayın digər populyar adları bunlardır: Əli – 58...
Məzənnələrin beş ayı
Novator.az xarici valyutaların yanvar-may ayları üzrə rəsmi məzənnələrinə nəzər salıb. Avro 2020-ci ilə 1,9025 manatla başlayıb. Fevralda maksimal qiymət 1,8839 manat, martda 1,9332 manat, apreldə 1,8740 manat, mayda 1,8873 manat olub. Gürcüstan larisi 0,5947 manatla start götürüb. Fevralda ən yüksə...
Hansı qadağalar qalır?
Mayın 31-i Azərbaycanda koronavirus pandemiyasına görə tətbiq olunmuş xüsusi karantin rejimi ilə bağlı yeni qərar rəsmiləşib. Novator.az bildirir ki, Nazirlər Kabinetinin qərarına əsasən, ölkədə bu məhdudiyyətlər qüvvədə qalır: – yük daşımaları istisna olmaqla ölkə ərazisinə giriş-çıxışın daya...
Yoluxma statistikası
Nazirlər Kabineti yanında operativ qərargahın 30 may məlumatına görə, Azərbaycanda daha 257 nəfər koronavirus infeksiyasına yoluxub, 202 nəfər sağalaraq xəstəxanadan buraxılıb, 1948, 1953 və 1957-ci il təvəllüdlü üç xəstə vəfat edib. Ümumən ölkədə 5246 nəfərin koronavirusa yoluxmasının müəyyən edild...
Koronavirus: karantin yenilikləri, rəsmi hesabat
Nazirlər Kabinetinin 29 may qərarına görə, koronavirus infeksiyası ilə bağlı xüsusi karantin rejiminin müddəti 2020-ci il iyunun 15-dək uzadılır. Fəaliyyətinə məhdudiyyət tətbiq edilmiş bu iş və xidmət sahələrinin fəaliyyəti 2020-ci il mayın 31-dən bərpa olunur: – Bakı, Sumqayıt, Gəncə, Lənkər...
3022 sağalan var
Azərbaycanda daha 191 nəfər koronavirus infeksiyasına yoluxub, 125 nəfər sağalaraq xəstəxanadan buraxılıb, 1954-cü və 1956-cı il təvəllüdlü iki xəstə vəfat edib. Nazirlər Kabineti yanında operativ qərargah mayın 28-də belə məlumat yayıb. Rəsmi hesabatda ümumilikdə yoluxanların sayı 4759 nəfər göstər...
Respublika Günündə
AZƏRTAC mayın 28-də qeyd olunan Respublika Günündən rəsmi xəbərlər yayıb. 102 il əvvəl – 1918-ci il may ayının 28-də Azərbaycanın istiqlal bəyannaməsi qəbul edilib, Azərbaycan Xalq Cümhuriyyəti yaradılıb. Müstəqil respublika 1920-ci ilin aprel ayındakı bolşevik işğalınadək yaşayıb. Prezident İlham Ə...
AXCP fəalı cəzasını başa vurub
AXCP fəalı Sərdar Qubadsoy mayın 27-də 25 sutkalıq inzibati həbs cəzasını başa vuraraq azadlığa çıxıb. Novator.az bildirir ki, o, mayın 2-si Salyanda tutulmuşdu. Martın 22-dən bəri daha 15 AXCP fəalı müxtəlif inzibati xətalarda (karantin rejimini pozmaq, polis işçisinin qanuni tələbinə qəsdən tabe o...
Operativ qərargahdan
Nazirlər Kabineti yanında operativ qərargahın 27 may məlumatına görə, Azərbaycanda daha 165 nəfər koronavirus infeksiyasına yoluxub, 78 nəfər sağalaraq xəstəxanadan buraxılıb, 1949 və 1957-ci il təvəllüdlü iki xəstə vəfat edib. Ümumilikdə yoluxanların sayı 4568 nəfər göstərilir: onların 2897-si müal...
132 yoluxma, bir ölüm
Azərbaycanda daha 132 nəfər koronavirus infeksiyasına yoluxub, 78 nəfər sağalaraq xəstəxanadan buraxılıb, 1948-ci il təvəllüdlü bir xəstə vəfat edib. Nazirlər Kabineti yanında operativ qərargah mayın 26-da belə məlumat yayıb. Rəsmi hesabata görə, fevralın 28-dən bəri ölkədə 4403 nəfərin koronavirusa...
Qarabağdakı “hökumətin” yeni strukturu
Dağlıq Qarabağ rejiminin yeni rəhbəri Araik Arutunyan mayın 26-da “hökumətin” strukturunu təsdiqləyib. Novator.az-ın məlumatına görə, “dövlət nazirinin” rəhbərlik edəcəyi hökumətə bu qurumlar daxildir: “Xarici İşlər Nazirliyi” “Müdafiə Nazirliyi” “Ədliyyə Nazirliyi” “Maliyyə Nazirliyi” “İqtisadiyyat...
100 min nəfərdən çox əhalisi olan bölgələr
Rəsmi statistikaya görə, 2020-cu il aprelin 1-nə Azərbaycan əhalisinin sayı 10 milyon 80 min nəfər olub. Novator.az bildirir ki, Dövlət Statistika Komitəsinin hesabatında paytaxt Bakının əhalisi 2 milyon 294,8 min nəfər, Naxçıvan Muxtar Respublikasının əhalisi 460,2 min nəfər, Sumqayıt şəhərinin əha...
Faiq Əmirli yenə həbsdədir
Sabirabad Rayon Məhkəməsi AXCP sədri Əli Kərimlinin köməkçisi, “Azadlıq” qəzetinin əməkdaşı Faiq Əmirlini xırda xuliqanlıqda təqsirli bilərək 15 sutka inzibati həbsə məhkum edib. Qərar mayın 25-də çıxarılıb. “Turan” bildirir ki, həmin gün Faiq Əmirli ata yurdu Sabirabadın Rüstəmli kəndindən rayonun ...
Şamaxı ziyarəti
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 25-də Şamaxı rayonuna səfər ediblər. AZƏRTAC xəbər verir ki, onlar Şamaxı şəhərində Pirsaat Baba ziyarətgahının yenidən qurulması çərçivəsində görülən işlərlə tanış olublar. Arayışa görə, ziyarətgahda yeni avtomobil dayanacağı, mərasim z...
Koronavirus: 1466 xəstə var
Azərbaycanda daha 140 nəfər koronavirus infeksiyasına yoluxub, 101 nəfər sağalaraq xəstəxanadan buraxılıb. Nazirlər Kabineti yanında operativ qərargahın 24 may hesabatına görə, ilk xəstənin qeydə alındığı fevralın 28-dən bəri ölkədə 4122 nəfərin koronavirusa yoluxması müəyyən edilib, onların 2607-si...
Naxçıvana baş nazir təyin edilib
Mayın 23-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyası keçirilib. AZƏRTAC-ın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyevin təqdimatına baxılan sessiyada Səbuhi Hidayət oğlu Məmmədov Naxçıvan Muxtar Respublikasının baş naziri təyin edilib. Səbuhi Məmmədov 1 may 1969-cu ildə Şərur r...
Operativ qərargahın yeni açıqlaması
Nazirlər Kabineti yanında operativ qərargahın 23 may məlumatına görə, Azərbaycanda koronavirus infeksiyasına daha 127 yoluxma qeydə alınıb, 107 nəfər sağalaraq xəstəxanadan buraxılıb, 1948, 1952 və 1982-ci il təvəllüdlü 3 xəstə vəfat edib. 2019-cu ilin dekabrında Çində üzə çıxaraq dünyanı bürüyən ko...