Əməyin haqqı (Təhlildən seçmələr)
Bakuresearchinstitute.org saytı iqtisadçı Fərid Mehralızadənin “Azərbaycanda minimum əməkhaqqı və muzdlu əmək” başlıqlı təhlilini yayıb. Yazıda qeyd olunur ki, Əmək Məcəlləsinə əsasən, minimum əməkhaqqı qanunvericiliklə ixtisassız əməyə və xidmətə görə aylıq əməkhaqqının ən aşağı səviyyəsini müəyyən...
İsa Qəmbərin çağırışı
Siyasətçi, Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər koronavirusa qarşı kütləvi peyvənd olunmağa çağırır. Novator.az-ın məlumatına görə, o yazır ki, bir il əvvəl – 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirus bəlasının hər yeri bürüyüb pandemiyaya çevrildiyini elan edib...
Ermənistanın miqrasiya göstəriciləri
Hər il 80 minə yaxın Ermənistan vətəndaşı iş üçün xaricə gedir. Əsas ünvan Rusiyadır. Ermənistan Miqrasiya Xidmətinin rəisi Armeniasputnik.am saytına belə açıqlama verib. Novator.az bildirir ki, açıqlamada 2020-ci ildə koronavirus məhdudiyyətlərinin miqrasiya prosesini zəiflətdiyi vurğulanır. Rəsmi ...
Ölüm statistikası: Azərbaycan və yaxın ölkələr
Martın ilk 10 günündə Azərbaycanda 37 nəfər koronavirus infeksiyasından vəfat edib. Yanvarda 491, fevralda 88 ölüm qeydə alınıb. İnfeksiyaya Azərbaycanda ilk yoluxma 2020-ci il fevralın 28-də rəsmiləşib, həmin il 2641 itki ilə bitib. Son rəsmi hesabata görə, ölkədə ümumən 3257 nəfər koronavirus qurb...
Dörd oldu
UEFA Çempionlar Liqasında 1/4 finalçıların sayı artıb. Novator.az-ın məlumatına görə, 1/8 finalın martın 10-da keçirilən cavab oyunlarında PSJ (Fransa) və “Liverpul” (İngiltərə) mərhələ adlayıblar. “Portu” (Portuqaliya) və “Borussiya” (Dortmund, Almaniya) növbəti raunda vəsiqəni martın 9-da əldə edi...
Azərbaycan Ordusu təlimə başlayır
Martın 15-dən Azərbaycan Ordusunda qoşun (qüvvə) növlərinin cəlb edilməsi ilə əməliyyat-taktiki təlimləri keçiriləcək. Mod.gov.az-ın məlumatına görə, müdafiə nazirinin rəhbərlik edəcəyi təlimə 10000 nəfərədək şəxsi heyət, 100-dək tank və digər zirehli texnika, 200-dək müxtəlif çaplı raket və artille...
Neftsiz ixracın əsas ünvanları
Dövlət Gömrük Komitəsinin hesabatına görə, 2021-ci ilin yanvar ayında Azərbaycan 146 milyon 58,3 min dollarlıq qeyri-neft məhsulu ixrac edib. Novator.az bildirir ki, Türkiyəyə 52,7 milyon dollarlıq, Rusiyaya 42,8 milyon dollarlıq, İsveçrəyə 10 milyon 45,5 min dollarlıq, Gürcüstan 6,4 milyon dollarlı...
General-polkovnikə “Şərəf” ordeni
General-polkovnik Bəylər Eyyubov “Şərəf” ordeni ilə təltif edilib. Dövlət başçısı İlham Əliyevin 10 mart sərəncamında təltif Bəylər Eyyubovun Prezidentin Təhlükəsizlik Xidmətində səmərəli fəaliyyəti, vəzifə borcunu peşəkarlıqla yerinə yetirməsi ilə əsaslandırılıb. Novator.az bildirir ki, Bəylər Eyyu...
Qasparyan getdi, amma məhkəməyə üz tutur
General-polkovnik Onik Qasparyan Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının rəisi postundan ayrılıb. Novator.az-ın məlumatına görə, baş nazir Nikol Paşinyan martın 10-da belə açıqlama yayıb. Fevralın 23-də Ermənistan televiziyalarının birinə müsahibə verən baş nazir Nikol Paşinyan ötən ilin payız...
Büdcə qiymətindən 28,04 dollar baha
AZƏRTAC-ın 10 mart məlumatına görə, Azərbaycan nefti “AzəriLayt”ın barreli 68,04 dollara satılır. Bu, büdcə qiymətindən 28,04 dollar yuxarı qiymətdir. Azərbaycanın 2021-ci il büdcəsində bir barrel neftin qiyməti 40 dollardan götürülüb. “AzəriLayt” yanvara 50,92, fevrala 56,68, marta 65,66 dollarla b...
Sənayedə 4 faiz, sərmayədə 32 faiz azalma var
Sənaye müəssisələri və fərdi sahibkarlar 2021-ci ilin yanvar-fevral aylarında 7,1 milyard manatlıq və ya 2020-ci ilin eyni dövrü ilə müqayisədə 4 faiz az sənaye məhsulu istehsal edib. Novator.az-ın məlumatına görə, hesabatı yayan Dövlət Statistika Komitəsi bildirir ki, neft-qaz sektorunda məhsul ist...
Birlik məsələsi
Fuad Qəhrəmanlı Azərbaycan Xalq Cəbhəsi Partiyası “Müxalifət niyə birləşmir” müzakirələri yenidən gündəmə gəlib. Rejimin özbaşınalıqları, cəmiyyətin problemlərinə saymazyana davranışları artdıqca insanlar çıxış yolu üçün müxtəlif variantlar axtarırlar. Ancaq bu məsələdə xüsusi diqqət tələb edən məqa...
Fəlakətə izahat
İqtisadçı Rövşən Ağayev ölkənin səhiyyə sisteminə məsul orqanların 2020-ci ildəki demoqrafik vəziyyətlə bağlı hesabat hazırlayıb təqdim etməsini vacib sayır. Novator.az bildirir ki, rəsmi statistikaya görə, 2020-ci ildə Azərbaycanda 75647 ölüm qeydə alınıb. Bu, 2019-cu illə müqayisədə 35,7% çoxdur. ...
Qadın jurnalistlərə basqı hesabatı
“Justice for Journalists Foundation” təşkilatı qadın jurnalistlərin hansı postsovet ölkəsində daha çox basqıya məruz qaldığını araşdırıb. Novator.az-ın məlumatına görə, hüquqşünas Xalid Ağalıyev yazır ki, hesabata əsasən, 2020-ci ildə peşə fəaliyyətini yerinə yetirən xanım jurnalistlər ən çox Qazaxı...
Şikayət statistikasından
Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri, iqtisadçı Qubad İbadoğlu Nazirlər Kabinetinin hesabatına nəzər salıb. Novator.az-ın məlumatına görə, o yazır ki, 2020-ci ildə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi vətəndaşların 9,2 min müraciətinə baxıb: “Həmin müraciətlər əs...
İkisi məlum
UEFA Çempionlar Liqasının iki 1/4 finalçısı müəyyənləşib. Novator.az-ın məlumatına görə, 1/8 finalın martın 9-da keçirilən cavab matçlarında “Portu” (Portuqaliya) və “Borussiya” (Dortmund, Almaniya) növbəti raunda vəsiqə əldə ediblər. 1/8 finalda “Borussiya” (Mönhenqladbah, Almaniya), “Mançester Sit...
İşsizlikdən sığorta qanunu yeniləndi
“İşsizlikdən sığorta haqqında” qanun yenilənib. Novator.az bildirir ki, prezident İlham Əliyevin imzası ilə rəsmiləşən dəyişikliyə görə, sığorta ödənişinin hesablanması üçün orta aylıq əməkhaqqının məbləği rəsmi elektron informasiya sistemində sığortaolunanın sığorta haqları üzrə hesabatlarda olan a...
Baydenin 10 naziri təsdiqlənib
Novator.az ABŞ-ın yeni prezidenti Cozef Baydenin nazirlərinin siyahısına nəzər salıb. Martın 9-dək 10 katib (nazir) Konqresin yuxarı palatası olan Senatda təsdiqlənərək vəzifəsinin icrasına başlayıb: Entoni Blinken – dövlət katibi (xarici işlər naziri) Lloyd Ostin – müdafiə naziri Alexandro Mayorkas...
Tahir Budaqov YAP-da təqdim olunub
Yeni Azərbaycan Partiyasının (YAP) 5 mart 2021-ci il qurultayında qurumun nizamnaməsi yenilənib, Siyasi Şura ləğv edilib, Təftiş Komissiyası və İdarə Heyəti seçilib, Veteranlar Şurası yaradılıb. Həmin gün partiya sədri İlham Əliyevin sərəncamı ilə birinci vitse-prezident Mehriban Əliyeva sədrin biri...
Bələdiyyələrlə İş Mərkəzi hesabat verib
Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzi Milli Məclisin 9 mart iclasında 2020-ci ilin hesabatını verib. AZƏRTAC bildirir ki, bələdiyyə hesabatını ədliyyə nazirinin müavini Vilayət Zahirov təqdim edib. Hesabata görə, 2020-ci ildə Ədliyyə Nazirliyində 79858, o cümlədən Naxçıvan Muxtar Respublika...