Azərbaycan nefti nə qədər bahalaşıb?
Energetika Nazirliyinin 3 iyun məlumatına görə, “AzəriLayt” markalı Azərbaycan neftinin barreli 71,28 dollara satılır. Novator.az bildirir ki, bu, büdcə qiymətindən 31,28 dollar, 2021-ci ilin start qiymətindən 20,36 dollar yuxarı göstəricidir. 2021-ci ilin dövlət büdcəsində bir barrel neftin qiyməti...
Aksiya işində finiş zamanı
Azərbaycan Ordusuna dəstək aksiyasından sonra cinayət məsuliyyətinə alınmış şəxslərin bir qrupunun məhkəmə istintaqı bitib. Mühakiməni 2021-ci ilin fevral ayında Səbail Rayon Məhkəməsi başlayıb. Təqsirləndirilən şəxslər üç qrupa bölünüb. Prosesdə Bakı Apellyasiya Məhkəməsinin iclas zallarından istif...
Yeni qiymətin qiyməti
Azərbaycanda Aİ-95 (“Premium”) markalı benzinin litri iyunun 2-dən 1 manat 25 qəpikdən 1 manat 40 qəpiyə, Aİ-98 (“Super”) markalı benzinin litri 1 manat 40 qəpikdən 1 manat 55 qəpiyə qaldırılıb. Novator.az-ın məlumatına görə, bahalaşmanı şərh edən iqtisadçı Qubad İbadoğlu yazır ki, 2020-ci ildə, pan...
Bazara çıxış yolu
İqtisadçı Qubad İbadoğlu Azərbaycanın kənd təsərrüfatı istehsalçılarının problemlərindən yazıb. Novator.az-ın məlumatına görə, ekspert qeyd edir ki, fermerlər məhsullarının Rusiya bazarına çıxarılmasında böyük çətinliklərlə üzləşir: “Rusiya istiqamətində hərəkət edən yüzlərlə yük maşını sərhədi keçm...
12-ci oyun, 2-ci qələbə
Azərbaycanın milli futbol komandası italiyalı Canni De Byazinin baş məşqçiliyi ilə 12-ci oyununu keçirib. İyunun 2-si Minskdə Belarus yığması ilə yoldaşlıq görüşü keçirən milli komanda 2:1 hesablı qələbə qazanıb. Novator.az bildirir ki, Canni De Byazi milli komandaya 2020-ci il iyulun 10-dan baş məş...
Avropadan zəng
Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel iyunun 2-də prezident İlham Əliyevə zəng edib. Telefon söhbəti zamanı regionda təhlükəsizlik və sabitliyin təmin olunması məsələlərinə toxunulub. Şarl Mişel Avropa İttifaqının Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası və demarkasiyas...
Şəhid və itkin hərbçilərin yeni siyahısı
İyunun 2-də Müdafiə Nazirliyi Azərbaycan Silahlı Qüvvələrinin 2020-ci ilin Vətən müharibəsində şəhid olmuş 2900 nəfər hərbi qulluqçusunun və itkin düşmüş sayılan 14 nəfərin siyahısını yayıb. Ermənistan 1988-1994-cü illərin təcavüzündə Azərbaycanın bütün cənub-qərbini işğal edib. 2020-ci il sentyabrı...
Tilsimi qıranlar
UEFA məkanında 2020-2021 mövsümü uzun illərdir çempionluq həsrəti ilə yaşayan bəzi komandalar üçün uğurlu olub. Novator.az-a bu barədə danışan futbol icmalçısı Rasim Mövsümzadə deyir ki, tanınmış klublardan “İnter” İtaliyada, “Atletiko” İspaniyada, Kiyev “Dinamo”su Ukraynada, “Sportinq” Portuqaliyad...
Azərbaycan ərazisinə müdaxilə, cavab tədbiri
Azərbaycanın Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidməti birgə məlumat yayıb. Qeyd olunur ki, iyunun 1-i saat 20 radələrində Ermənistan silahlı qüvvələri təqribən 40 nəfərə yaxın şəxsi heyətlə Kəlbəcər rayonunun Armudlu kəndi istiqamətində 400 metr Azərbaycan ərazisinə girərək mövqe tutublar: “Azərba...
Avropa futbol çempionatının iştirakçıları
Novator.az 16-cı Avropa futbol çempionatına qatılan komandaların siyahısına nəzər salıb. Final mərhələsi iyunun 11-dən iyulun 11-dək keçiriləcək. A qrupunda Türkiyə, İtaliya, Uels və İsveçrə yer alır. Oyunlar Bakı və Romada olacaq. İtaliya 9 dəfə final mərhələsində oynayıb, 1 dəfə çempion olub, İsve...
Ağıllı Ağdamın kölgəsi
Vahid Qazi İki fərqli duyğu yaşayır adam. Biri şirin eyforiyadır, o biri acı nigarançılıq. Xoş emosiyalar yaşamaqdan zövq almaqla yanaşı soyuq başla düşünməli də olursan. O ikinci duyğu bundan sonra yaranır. Ağdamın baş planının təqdimatına, özül qoyma mərasiminə mən də baxdım. Neçə gündür TV-lərdə,...
Uşağa nə düşür?
İqtisadçı Qubad İbadoğlu Azərbaycan dövlətinin uşaqlara ayırdığı vəsaitlərə diqqət çəkib. Novator.az-ın məlumatına görə, ekspert bildirir ki, sağlamlıq imkanları məhdud 18 yaşadək əlil uşağa 150 manat, müddətli həqiqi xidmətdə olanın uşağına 100 manat, ailə başçısını itirən uşağa 80 manat, bir yaşad...
Aqrar özbaşınalıq
Azərbaycanın kənd təsərrüfatında subsidiyalarla bağlı qərarlar – subsidiyanın növləri, hansı məhsullara subsidiya verilməsi, hər hektara üzrə subsidiya əmsalları, birdəfəlik subsidiyaların məbləği, ayrı-ayrı subsidiya növlərinin əhatə etdiyi rayonların siyahısı kimi məsələlər Aqrar Subsidiya Şurasın...
Ərdoğan niyə gəlir?
İyunun 15-də Türkiyə prezidenti Rəcəb Teyyub Ərdoğanın Azərbaycana səfəri, o cümlədən Yuxarı Qarabağa, işğaldan azad edilmiş Şuşa şəhərinə getməsi planlaşdırılır. Novator.az-ın məlumatına görə, AXCP funksioneri Fuad Qəhrəmanlı yazır ki, Ərdoğanın səfəri Qarabağda Rusiyanın hərbi nəzarəti fonunda Azə...
Yaxın ölkələrin itkiləri
İyunun 2-nə olan beynəlxalq statistikaya görə, koronavirus infeksiyası 208 ölkə, ərazi və məkanda 3,5 milyondan çox adamın ölümünə səbəb olub. Novator.az bildirir ki, yaxın ölkələr üzrə itkilər belə göstərilir: Rusiya – 121873 ölüm İran – 80327 Ukrayna – 50857 Türkiyə – 47656...
Hasilat qərarı yenilənib
Əsas neft ixracçıları olan OPEK ölkələri (Anqola, Birləşmiş Ərəb Əmirlikləri, Ekvador, Ekvatorial Qvineya, Əlcəzair, İraq, İran, Konqo, Küveyt, Qabon, Liviya, Nigeriya, Səudiyyə Ərəbistanı, Venesuela) və qeyri-OPEK ölkələri (Azərbaycan, Bəhreyn, Bruney, Cənubi Sudan, Qazaxıstan, Malayziya, Meksika, ...
İlkini hədələyirlər
Gənc fəal İlkin Rüstəmzadə iyunun 1-də “Turan”a açıqlama verib. O deyib ki, mayın 31-i axşam bacısı Türkan Rüstəmzadə Bakı metrosunun “Əhmədli” stansiyası yaxınlığında tanımadığı oğlanın hədəsi ilə üzləşib: “Arxadan yaxınlaşıb bacımın ağzını əli ilə tutan gənc “Qardaşını xəbərdar elə ağıllı olsun” d...
Şuşada təqdimat
Müdafiə Nazirliyinin 1 iyun məlumatına görə, Şuşa şəhərində, Gəncə qapısının qarşısında “Vətən müharibəsi şəhidləri” silsiləsindən birinci kitab təqdim olunub. Əməkdar incəsənət xadimi, polkovnik Abdulla Qurbaninin müəllifliyi hazırlanan nəşrin yeddi kitabdan ibarət olacağı bildirilir. Kitabın ilk n...
Səmədağa Şıxlarov həlak olub
Futbol veteranı Səmədağa Şıxlarov iyunun 1-də həlak olub. Report.az-ın məlumatına görə, onu Bakının Həsən Əliyev küçəsi ilə Azadlıq prospektinin kəsişməsində minik avtomobili vurub, veteran futbolçu hadisə yerində keçinib. Novator.az bildirir ki, 1955-ci il təvəllüdlü Səmədağa Şıxlarov 1974, 1977-19...
Mərkəzi Bankın ehtiyatı
Mərkəzi Bank valyuta ehtiyatının həcmini açıqlayıb. Rəsmi hesabata görə, iyunun 1-nə ehtiyatın həcmi 6 milyard 460,4 milyon dollardır. Novator.az bildirir ki, 2021-ci il 6 milyard 369,4 milyon dollarla başlayıb, beş ayda 91 milyon dollar artım qeydə alınıb. 2015-ci ilin əvvəlinə valyuta ehtiyatı 13 ...