İki ayın ziyarəti
2024-cü ilin yanvar-fevral aylarında Azərbaycana 167 ölkədən 341 min əcnəbi gəlib. Onların 26,8 faizi Rusiya, 19,9 faizi Türkiyə, 9,8 faizi İran, 6,9 faizi Hindistan, 4,8 faizi Gürcüstan, 3,4 faizi Səudiyyə Ərəbistanı, qalanları başqa ölkələrin vətəndaşıdır. İki ayda xarici ölkələrə gedən Azərbaycan...
Pensiyaçılar 18,2 min nəfər azalıb
Rəsmi hesabata görə, 2024-cü ilin əvvəlinə Azərbaycanda 1 milyon 96 min pensiyaçı qeydə alınıb. Bu, bir il öncəkindən 18,2 min nəfər azdır. 2010-cu ilə pensiyaçıların sayı 1 milyon 308,4 min nəfər göstərilib. 2011-ci ilə 1 milyon 292,2 min, 2012-ci ilə 1 milyon 277,6 min, 2013-cü ilə 1 milyon 272,1 ...
Gürcüstanda orta maaş nə qədərdir?
2023-cü ilin sonuna Gürcüstanda muzdlu işçilərin orta maaşı 2044,5 lariyə (1281,6 manat) çatıb. Xəbəri yayan Milli Statistika Xidməti bildirir ki, paytaxt Tbilisidə orta aylıq əməkhaqqı 2392,9 lariyə (1500,1 manat) bərabər olub. Azərbaycanın Dövlət Statistika Komitəsi 2024-cü il fevralın 1-nə muzdlu...
Azərbaycanın neft satdığı ölkələr
2024-cü ilin yanvar-fevral aylarında Azərbaycandan 2,8 milyard dollarlıq xam neft və xam neft məhsulu ixrac olunub. Dövlət Gömrük Komitəsi ixrac ünvanlarını statistik dəyərə görə belə sıralayıb: İtaliya, İsrail, Hindistan, Tailand, Portuqaliya, Rumıniya, Çexiya, Tunis, Polşa, Fransa, İndoneziya, Alm...
Yaxın ölkələrlə alış-veriş
Dövlət Gömrük Komitəsinin hesabatına görə, 2024-cü ilin yanvar-fevral aylarında Azərbaycandan Türkiyəyə 634,3 milyon, Rusiyaya 155,1 milyon, Gürcüstana 115,1 milyon, Ukraynaya 20,7 milyon, Qırğızıstana 18,1 milyon, Türkmənistana 12,2 milyon, Qazaxıstana 7,2 milyon, Belarusa 5,4 milyon, Özbəkistana 3...
İki ayın xarici ticarəti
2024-cü ilin iki aylıq xarici ticarət hesabatı yayılıb. Dövlət Gömrük Komitəsinin məlumatına görə, yanvar-fevral aylarında 138 ölkə ilə ticarət əməliyyatı aparılıb, ixrac 4,7 milyard dolları, idxal 2,4 milyard dolları ötüb. İxracın 4,7 faizə yaxını MDB ölkələrinə, 52,9 faizə yaxını Avropa İttifaqı ö...
Şuşalıların müraciəti
Bir qrup şuşalı prezident İlham Əliyevə, Milli Məclisin sədri Sahibə Qafarovaya və baş nazir Əli Əsədova müraciət edib. Birinci Qarabağ müharibəsinin veteranı, hüquqşünas Yavər Hüseyn Novator.az-a deyib ki, müraciətdə işğaldan azad edilmiş bölgələrdə aparılan bərpa və quruculuq işlərinin təqdirəlayi...
Siyasi məhbus siyahısı yenilənib
Hüquq müdafiəçiləri Leyla Yunus və Elşən Həsənov siyasi məhbus siyahısını yeniləyib. “Turan”ın 18 mart məlumatına görə, məhbuslar siyahıda bu qruplara bölünüb: 208 inanclı; 22 jurnalist və bloqçu; müxalif partiyaların və hərəkatların 22 üzvü; “Gəncə işi” (2018-ci il) üzrə tutulan 13 nəfər; 11 ömürlü...
Doğru seçim
Hikmət Sabiroğlu 2008-ci ildən “Qarabağ”a baş məşqçilik edən Qurban Qurbanovun Azərbaycan futboluna nə xidmət göstərdiyi tarixə və yan-yörəyə baş vuranda daha aydın üzə çıxır. Əslində Azərbaycan futbolu ifadəsi şərtidir, böyük futbol məkanı deyil Azərbaycan. 1936-1991-ci illərdə Sovet İttifaqının 54...
Yaşıl meydanlarda
Milli futbol çempionatının yüksək dəstəsində 2023-2024 mövsümünün üç dövrəsi arxada qalıb. 27 turdan sonra “Qarabağ” 66, “Sabah” və “Neftçi” 40, “Zirə” və “Sumqayıt” 39, “Səbail” 37, “Turan Tovuz” 35, “Araz-Naxçıvan” 32, “Kəpəz” 27, “Qəbələ” 16 xal yığıb. Dörd dövrəlik yarış mayın 26-da bitəcək. İki...
Yenə Putin
Rusiyada martın 15-17-də keçirilmiş prezident seçkisinin ilkin nəticələri açıqlanıb. Mərkəzi Seçki Komissiyasının hesabatına görə, dövlət başçısı Vladimir Putin 87,32 faiz səslə önə çıxıb. Kommunist Partiyasından Nikolay Xaritonov 4,32 faiz, Yeni Adamlar Partiyasından Vladislav Davankov 3,79 faiz, L...
Demoqrafik hesabat
2024-cü il fevralın 1-nə Azərbaycan əhalisinin sayı 10 milyon 183 min 661 nəfərə çatıb. Hesabatı yayan Dövlət Statistika Komitəsi bildirir ki, yanvar ayında 8389 doğum, 5518 ölüm halı, 3657 nikah, 1729 boşanma qeydə alınıb. 2023-cü ilin ilk ayına nəzərən doğumun 15,7 faiz, ölüm hallarının 5,9 faiz, ...
Orta maaş hədləri
2024-cü il martın 1-nə Azərbaycanda 216,6 min nəfər işsiz qeydə alınıb. Rəsmi hesabat iqtisadi fəal əhalinin 4 milyon 964,1 min nəfərini məşğul şəxslər kimi göstərib. Dövlət Statistika Komitəsi bildirir ki, fevralın 1-nə muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı 942,4 manata çatıb, neft-qaz sekt...
Azalma və artım statistikası
Dövlət Statistika Komitəsinin hesabatına görə, yanvar-fevral aylarında kənd təsərrüfatının ümumi məhsulu 2023-cü ilin eyni dövrü ilə müqayisədə 0,1 faiz azalıb, heyvandarlıq məhsulları istehsalında 0,3 faiz düşmə, bitkiçilik məhsulları istehsalında 3,8 faiz yüksəliş qeydə alınıb. Nəqliyyat sektorund...
İnanılmaz görünən zərurət
Hikmət Sabiroğlu Azərbaycan-Ermənistan sülhünü əngəlləyən tək bir qüvvə var – Rusiya. İki ölkə anlaşsa, təhlükədən qurtulub əməkdaşlıq yoluna çıxar. Erməni görər ona nə Azərbaycandan zaval var, nə Türkiyədən. Azərbaycanlı da başqa problemlərin həllinə köklənər. Xalqları qırdıra-qırdıra bölgəni...
“Qarabağ”lı yol
UEFA-nın klub turnirlərinin 2023-2024 mövsümünə Çempionlar Liqasında start verən Azərbaycan təmsilçisi “Qarabağ” Avropa Liqasının 1/8 finalına qədər irəliləyə bildi. “Qarabağ” əvvəllər 18 dəfə UEFA-nın əsas klub turnirlərinə vəsiqə əldə edib, 2014-cü ildən başlayaraq təsnifat mərhələlərini keçib. 20...
10 ölkə, 24 komanda
UEFA-nın klub turnirlərində 2023-2024 mövsümünü 24 komanda davam etdirir: 1/4 final mərhələsində olan Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasının hər birində 8 komanda yer alır. Rusiya turnirlərdən kənardır, 44 UEFA üzvünün, o cümlədən Azərbaycanın təmsilçisi qalmayıb. Çempionlar Liqasınd...
Lirənin kursu
Martın 14-ü Türkiyədə ABŞ dollarının rəsmi məzənnəsi 32,1 lirəyə yaxınlaşıb. Azərbaycan Mərkəzi Bankı isə 100 Türkiyə lirəsini 5 manat 29 qəpiyə satır. Bu, ilin siftəsindən 42 qəpik aşağı qiymətdir. 2021-2023-cü illərdə 100 lirənin rəsmi kursu 22 manat 91 qəpikdən 5 manat 76 qəpiyə düşüb, 2024-cü il...
Kabinetdə bir boşluq
Azərbaycanın Nazirlər Kabinetində bir post – Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsi boşdur. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi 2001-ci il iyunun 21-də yaradılıb, həmin gün Rafiq Əliyev komitə sədri postuna təyinat alıb. 25 iyul 2006-cı ildən Hidayət Orucov, 31 may 2012-ci ild...
İddiaçılar dəqiqləşir
ABŞ prezidentliyinə əsas iddiaçılar dəqiqləşir. Martın 13-nə olan məlumata görə, Demokratlar Partiyasından iddiaçı, dövlət başçısı Cozef Bayden və Respublikaçılar Partiyasından iddiaçı, sabiq prezident Donald Tramp ilkin seçkilərdə minimum nümayəndə həddini aşıblar. Partiyaların prezidentliyə rəsmi ...