Bayramları yeniləyən layihə ilk səddi keçdi
Oktyabrın 11-də Milli Məclis “Müstəqillik Günü haqqında” qanun layihəsini ilk oxunuşda qəbul edib. Novator.az bildirir ki, layihə dövlət bayramı günləri olan mayın 28-ni Müstəqillik Günü, oktyabrın 18-ni Müstəqilliyin Bərpası Günü elan edir. Hazırda mayın 28-i Respublika Günü, oktyabrın 18-i Dövlət ...
Hərbi Dəniz Qüvvələrinin təlimi
Mod.gov.az-ın 11 oktyabr məlumatına görə, müdafiə naziri Zakir Həsənov Hərbi Dəniz Qüvvələrinin (HDQ) komanda-qərargah təliminin gedişi ilə tanış olub. HDQ-nin komandanı kontr-admiral Sübhan Bəkirov brifinqdə məruzə edib ki, təlimdə Xəzər dənizinin Azərbaycan sektorunda enerji infrastrukturlarının m...
Nobel mükafatında öncül ölkələr
Novator.az Nobel mükafatı üzrə öncül ölkələrin siyahısına nəzər salıb. Nobel mükafatı 1901-ci ildə təsis olunub. 2021-ci ilin statistikasına əsasən, ABŞ mükafat sayında ilk sırada durur: 399 mükafat. Böyük Britaniyanın 137, Almaniyanın 111, Fransanın 71, İsveçin 32, Rusiyanın (1991-ci ildə dağılmış ...
Belqrad toplantısında çıxış
Oktyabrın 11-i Serbiyanın paytaxtı Belqradda Qoşulmama Hərəkatının 60 illiyinə həsr edilmiş toplantı start götürüb. Prezident, Qoşulmama Hərəkatının sədri İlham Əliyev tədbirə Bakıdan video ilə qatılaraq çıxış edib. Dövlət başçısı deyib ki, 1961-ci ildə Belqradda təsis edildiyi vaxtdan Qoşulmama Hər...
Müsavatın 110 yaşı
Müsavat Partiyasının 110 yaşı tamam olur. 1911-ci ildə yaradılan Müsavatın ilk başqanı Məhəmməd Əmin Rəsulzadə, ikinci başqanı Mirzə Bala Məmmədzadə, üçüncü başqanı Kərim Odər, dördüncü başqanı Məhəmməd Azər Aran olub. 1920-ci ildən mühacirətdə fəaliyyət göstərən partiya 1992-ci il noyabrın 8-də Bak...
Çexiya seçkisində mandat bölgüsü
Çexiyada parlamentin aşağı palatasına oktyabrın 8-9-da keçirilmiş seçkinin rəsmi nəticələri açıqlanıb. Novator.az bildirir ki, 2017-ci il dekabrın 6-dan baş nazir postunu tutan Andrey Babişin başçılıq etdiyi Narazı Vətəndaşlar Aksiyası 200 yerlik qanunverici orqana 72 mandatla düşüb. Vətəndaş Demokr...
Yoluxma, itki və peyvənd statistikası
Novator.az Azərbaycanın koronavirus statistikasına nəzər salıb. Son rəsmi hesabata görə, ölkədə 492179 nəfər koronavirus infeksiyasına yoluxub, onların 6664-ü vəfat edib. 2019-cu ilin dekabr ayında Çində üzə çıxıb dünyanı bürüyən infeksiyaya Azərbaycanda ilk yoluxma 2020-ci il fevralın 28-də, xəstəl...
Xocavənd görüşündən
AZƏRTAC xəbər verir ki, prezident İlham Əliyev Xocavəndə 9 oktyabr səfərində rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb. Dövlət başçısı deyib: “Bu gün Hadrut qəsəbəsinin işğaldan azad olunmasının birinci ildönümüdür. Biz uzun fasilədən sonra Hadruta – Xocavəndə qayıtmışıq. Döyüşərək, qan ...
Qətər yolçuluğu
Avropada 2022-ci ilin dünya futbol çempionatının seçmə mərhələsinin yeddi turu geridə qalıb. Novator.az bildirir ki, A qrupunda Serbiya (14 xal), B qrupunda İspaniya (13 xal), C qrupunda İtaliya (14 xal), D qrupunda Fransa (12 xal), E qrupunda Belçika (16 xal), F qrupunda Danimarka (21 xal), G qrupu...
Avstriya hökumətinin başçısı istefa verdi
Avstriya hökumətinin başçısı – kansler Sebastyan Kurts oktyabrın 9-u axşam istefa verib. Novator.az-ın məlumatına görə, siyasətçi qərarını ölkə prokurorluğunun onu, eləcə də yaxın çevrəsindəki doqquz şəxsi korrupsiya və rüşvətdə şübhəli bilərək araşdırma aparması ilə bağlayıb. 1986-cı il təvəllüdlü ...
Azadlıq bölgəsində
Prezident İlham Əliyev oktyabrın 9-da Xocavənd rayonuna səfər edib. AZƏRTAC xəbər verir ki, dövlət başçısı Hadrut-Cəbrayıl-Şükürbəyli, Tuğ-Hadrut və Füzuli-Hadrut yollarında aparılan tikinti işləri ilə tanış olub, Hadrut qəsəbəsində yeni məscidin, “Hadrut” qovşaq yarımstansiyasının təməllərini qoyub...
Karantin dairəsi
2020-ci il martın 31-dən Azərbaycanda koronavirus infeksiyasını cilovlamaq üçün xüsusi karantin rejimi tətbiq olunur. Novator.az bildirir ki, Nazirlər Kabinetinin yenilənmiş qərarına görə, 2021-ci il noyabrın 1-dək ölkə ərazisinə giriş-çıxış məhduddur, mədəniyyət obyektləri, eləcə də kinoteatrlar, t...
Ali Radada yeni sədr
Ukrayna parlamenti – Ali Rada oktyabrın 8-də hakim Xalq Xidmətçisi Partiyasının üzvü Ruslan Stefançuku spiker seçib. Novator.az bildirir ki, 1975-ci il təvəllüdlü Ruslan Stefançuk bu günə qədər parlament sədrinin müavini postunu tuturdu. Əvvəlki spiker Dmitri Razumkov oktyabrın 7-də vəzifədən kənarl...
Cəbhəçiyə 13 il iş kəsildi
Oktyabrın 8-də Bakı Ağır Cinayətlər Məhkəməsi AXCP fəalı Niyaməddin Əhmədova 13 il müddətinə azadlıqdan məhrumetmə cəzası kəsib. O, terrorçuluğu maliyyələşdirmə; qanunla mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaları qanunsuz olaraq hazırlama, əldə etmə, saxlama, da...
Mitinq işində yeni məhkəmə
Bakı Apellyasiya Məhkəməsi Azərbaycan Ordusuna dəstək aksiyasından sonra cinayət məsuliyyətinə alınıb məhkum olunan şəxslərin işi üzrə növbəti proses təyin edib. Novator.az-ın məlumatına görə, oktyabrın 14-də AXCP üzvləri Telman Seyfullayev, İsmayıl Həsənov, Baba Süleymanov, Ceyhun Novruzov, Məhəbbə...
66-cı “Avroviziya”nın yeri
66-cı “Avroviziya” mahnı müsabiqəsinin dəqiq yeri açıqlanıb: yarışma 2022-ci ilin may ayında İtaliyanın Turin şəhərində, “Pala Alpitur” idman-konsert kompleksində keçiriləcək. Novator.az bildirir ki, 2021-ci il oktyabrın 8-dək “Avroviziya 2022”də iştirak niyyətini ev sahibi İtaliya və daha 32 ölkə t...
Türkiyədən irad, ekspertdən xəbərdarlıq
Türkiyə Böyük Millət Məclisinin üzvü, müxalif Cümhuriyyət Xalq Partiyasının lideri Kamal Kılıçdaroğlu oktyabrın 6-sı Mersin şəhərində iri yük maşınları sürücüləri ilə keçirdiyi görüşdə Azərbaycandan narazılıq edib. O deyib ki, Azərbaycanda türkiyəli sürücülərdən başqa ölkələrin sürücülərindən çox – ...
9 ay, 19 min nəfər
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin hesabatına görə, 2021-ci ilin yanvar-sentyabr aylarında 19 min nəfərə pensiya kəsilib. Azərbaycanda kişilər 65, qadınlar 62 yaş yarımda pensiyaya çıxır. 2027-ci il iyulun 1-dək qadınların da pensiya yaşı 65-ə qalxacaq. Novator.az bildirir ki, 2021-ci il...
Manatdan baha valyutalar
Novator.az Mərkəzi Bankın rəsmi saytında Azərbaycan manatını üstələyən xarici valyutaların məzənnələrinə nəzər salıb. Oktyabrın 8-də Küveyt dinarı banklara 5,6364 manata satılır. İngiltərə funt sterlinqinə 2,3138, avroya 1,9640, İsveçrə frankına 1,8288 manat qiymət qoyulub. ABŞ dolları 1,7 manatadır...
Zoopark yenilənib
Oktyabrın 7-də Bakı Zooloji Parkının yenidənqurmadan sonra açılışı olub. AZƏRTAC xəbər verir ki, prezident İlham Əliyev açılışda iştirak edib. Arayışa görə, təxminən 4 il davam edən əsaslı yenidənqurma işləri nəticəsində Zooloji Parkın ümumi ərazisi 4,25 hektara çatdırılıb. Zooparkdakı heyvan növlər...