Litva: parlament seçkisi yarılandı
Litvada parlament seçkisinin ilk turunun nəticələri açıqlanıb. Rəsmi hesabata görə, oktyabrın 13-də keçirilmiş səsvermədə Sosial Demokrat Partiyası 20, Vətən İttifaqı – Xristian Demokratlar Partiyası 18, Neman Şəfəqi Partiyası 15, Demokratların Litva Uğrunda İttifaqı və Liberallar Hərəkatı hərəyə 8,...
Artım və azalmalar
Yanvar-sentyabr aylarında Azərbaycanda 92 milyard 829,5 milyon manatlıq, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 4,7 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub. Hesabatı yayan Dövlət Statistika Komitəsi bildirir ki, neft-qaz sektorunda 0,9 faiz, qeyri-neft/qaz sektorunda 7,1 faiz artım qeydə ...
İnflyasiya hesabatı
Sentyabrda istehlak qiymətləri 2023-cü ilin eyni ayı ilə müqayisədə 3,5 faiz artıb, qida məhsulları, içkilər və tütün məmulatları 2,9 faiz, qeyri-qida məhsulları 1,9 faiz, ödənişli xidmətlər 5,7 faiz bahalaşıb. Hesabatı yayan Dövlət Statistika Komitəsi yanvar-sentyabr ayları üzrə inflyasiyanı 1,5 fa...
Eldar Həsənovun doğum günü
Dövlət xadimi, hüquqşünas alim Eldar Həsənovun 69 yaşı tamam olur. 1955-ci il oktyabrın 10-da Kəlbəcərin Laçın kəndində doğulan Eldar Həsənov Azərbaycan Texniki Universitetini elektronika mühəndisi ixtisası, SSRİ Daxili İşlər Nazirliyinin Akademiyasını hüquqşünas ixtisası ilə bitirib. 1977-ci ildən ...
Gürcüstanda seçki sorğusu
İctimai rəy üzrə ixtisaslaşan GORBİ Beynəlxalq Tədqiqat Mərkəzi Gürcüstanda keçirdiyi seçki sorğusunun nəticələrini açıqlayıb. Hesabata görə, 18-30 sentyabr arası 1700 nəfər arasında aparılmış sorğuda hakim Gürcü Arzusu – Demokratik Gürcüstan Partiyası önə çıxıb: respondentlərin 59,5 faizi oktyabrın...
Bir kursun 6 il 7 ayı
Azərbaycan Mərkəzi Bankı oktyabrın 7-də ABŞ dollarının kursunu 1,7 manat həddində saxlayıb, bununla qiymət sabitliyinin 6 il 7 ayı tamamlanıb. 2015-ci ilin devalvasiyalarında dolların rəsmi məzənnəsi 0,7844 manatdan 1,5594 manata yüksəlib, 2016-cı ildə qiymət 1,7707 manata çatıb. 2017-ci ilin fevral...
Ermənistanın istehlak bazarı
Sentyabrda Ermənistanın istehlak bazarı 2023-cü ilin eyni ayına nəzərən 0,6 faiz bahalaşıb. Hesabatı yayan Statistika Komitəsi bildirir ki, ərzaq 0,1 faiz ucuzlaşıb. Tərəvəzdə qiymət azalması 4,3 faiz, balıq və dəniz məhsullarında 2,9 faiz, kərə yağı və bitki yağında 1,7 faiz, ət məhsullarında 1,4 f...
Liqa raundlarında
UEFA Çempionlar Liqası (1) və Avropa Liqasının (2) liqa raundlarında səkkiz turun ikisi, Konfrans Liqasının (3) liqa raundunda altı turun biri arxada qalıb. Hər birində 36 komandanın yarışdığı liqa raundlarında ilk 8 pilləni tutanlar 1/8 finala, 9-24-cü yerləri tutanlar 1/16 finala çıxacaq. Avropa L...
Azərbaycandan köç (1991-2024)
Rəsmi statistikaya görə, 2024-cü ilin ilk yarısında Azərbaycandan 1,2 min nəfər köçüb. Dövlət müstəqilliyinin bərpa olunduğu 1991-ci ildə ölkəni 106,4 min nəfər tərk edib. 1992-ci ildə bu göstərici 49,9 min nəfər, 1993-cü ildə 28,5 min nəfər, 1994-cü ildə 19,6 min nəfər, 1995-ci ildə 16 min nəfər ol...
Bələdiyyə seçkiləri yaxınlaşır
Oktyabrın üçüncü ongünlüyündə bələdiyyə seçkilərinin elan olunması gözlənir. Seçkilərin dekabrın 22-də keçirilməsi ehtimalı var. Bələdiyyələrin səlahiyyət müddəti 5 ildir. Səlahiyyət müddətinin hesablanması səsvermənin keçirildiyi gündən başlanır. Sonuncu bələdiyyə seçkiləri 2019-cu il dekabrın 23-d...
Türkiyədə bahalaşma 49 faizi ötür
Türkiyənin Statistika Qurumu inflyasiya hesabatı yayıb. Rəsmi məlumata görə, sentyabrda istehlak qiymətləri 2023-cü ilin eyni ayına nəzərən 49,38 faiz artıb, 143 əsas mal, məhsul və xidmətin 110-da bahalaşma, 27-də ucuzlaşma qeydə alınıb, 6-da qiymət dəyişməyib. Azərbaycan Mərkəzi Bankı oktyabrın 3-...
“AzəriLayt” neçəyədir?
Oktyabrın 3-də “AzəriLayt” markalı Azərbaycan neftinin barreli 76,89 dollara düşüb. 2024-cü ilin dövlət büdcəsində bir barrel neft 75 dollardan götürülüb, “AzəriLayt” yanvara 80,19, fevrala 86,28, marta 87,51, aprelə 91,85, maya 89,10, iyuna 82,75, iyula 90,06, avqusta 84,02, sentyabra 81,56, oktyab...
Valyuta hərracları statistikası
Rəsmi statistikaya görə, Dövlət Neft Fondu Mərkəzi Bankın 2024-cü ilin yanvar-sentyabr aylarında keçirdiyi valyuta hərraclarında 5 milyard 745 milyon ABŞ dolları məbləğində vəsait satıb: yanvarda fonddan 417 milyon, fevralda 920,5 milyon, martda 498,3 milyon, apreldə 623,4 milyon, mayda 558,6 milyon...
Populyar adlar
2024-cü ildə Azərbaycanda doğulmuş 970 qıza Zəhra adı qoyulub. Ədliyyə Nazirliyinin təqdim etdiyi statistikaya görə, Zeynəb adı 955, Məryəm adı 939 uşağa məsləhət görülüb. İlk onluqda Nilay (865 uşaq), Aylin (863), Ayla (842), Melisa (840), Fatimə (723), İnci (719), Mələk (669) adları da var. Oğlan ...
3979 itkin
Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla Əlaqədar Dövlət Komissiyasının 2024-cü il oktyabrın 1-nə olan məlumatına görə, Ermənistanın Azərbaycana hərbi təcavüzü illərində 3979 nəfər itkin qeydiyyata alınıb, onların 3973-ü Birinci Qarabağ müharibəsində, 6-sı 2020-ci ilin Vətən müharibəsind...
Valyuta ehtiyatı nə qədər artıb?
Mərkəzi Bank oktyabrın 1-nə valyuta ehtiyatını 11 milyard 795,8 milyon dollar göstərib. 2024-cü il 11 milyard 613 milyon dollarla başlayıb, doqquz ayda 182,8 milyon dollar artım qeydə alınıb. 2015-ci ilə 13 milyard 758,3 milyon dollar valyuta ehtiyatı olub, 2016-cı ilə 5 milyard 16,7 milyon dollara,...
Vidadi İsgəndərli keçinib
Mühacir hüquqşünas Vidadi İsgəndərli oktyabrın 1-də keçinib. Xəbəri “Turan” agentliyi yayıb. Vidadi İsgəndərli sentyabrın 29-u Fransanın Müluz şəhərində, yaşadığı evdə bıçaqlanmış, çoxsaylı xəsarətlərlə xəstəxanaya yerləşdirilmişdi. Məlumata görə, səhər saat 7-də Vidadi İsgəndərlinin evinə üç maskal...
Oktyabr siftəsi
“AzəriLayt” markalı Azərbaycan neftinin barreli oktyabra 75,19 dollarla start verib. Bu, büdcə qiymətindən 0,19 dollar yuxarı göstəricidir. 2024-cü ilin dövlət büdcəsində bir barrel neft 75 dollardan götürülüb, “AzəriLayt” yanvara 80,19, fevrala 86,28, marta 87,51, aprelə 91,85, maya 89,10, iyuna 82...
Bakıda orta maaş
2024-cü il avqustun 1-nə Azərbaycan paytaxtında muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı 1267 manata çatıb. Hesabatı yayan Bakı Şəhər Statistika İdarəsi bildirir ki, yanvar-avqust aylarında sənayedə 35,4 milyard manatlıq istehsal və xidmət qeydə alınıb, ötən ilin eyni dövrünə nəzərən ticarət dö...
Məzənnələrin doqquz ayı
Mərkəzi Bank avronu yanvarda maksimum 1,8662, fevralda 1,8485, martda 1,8602, apreldə 1,8456, mayda 1,8505, iyunda 1,8546, iyulda 1,8588, avqustda 1,9010, sentyabrda 1,9033 manata təklif edib. Gürcüstan larisinin zirvəsi yanvarda 0,6406, fevralda 0,6442, martda 0,6407, apreldə 0,6379, mayda 0,6363, ...