Avropa meydanlarında
Avropanın aparıcı milli futbol çempionatlarında növbəti oyun günləri arxada qalıb. Novator.az bildirir ki, İngiltərə çempionatında “Mançester Siti” 57 xalla öndədir. “Liverpul”un 48, “Çelsi”nin 47, “Mançester Yunayted”in 38, “Vest Hem”in 37, “Arsenal” və “Tottenhem”in 36 xalı var. İspaniya çempionat...
Yaxın ölkələrdə itki
Yanvarın 24-nə olan beynəlxalq statistika 213 ölkə, ərazi və məkanda koronavirus infeksiyasından 5 milyon 614 mindən çox adamın öldüyünü göstərir. Novator.az bildirir ki, yaxın ölkələr arasında ən çox Rusiya itki verib: 326112 nəfər. İranda 132230, Ukraynada 99215, Türkiyədə 85969 ölüm qeydə alınıb....
Ermənistan prezidentindən istefa bəyanatı
Yanvarın 23-də Ermənistan prezidenti Armen Sərkisyanın istefa bəyanatı yayılıb. Novator.az bildirir ki, dövlət başçısı postundan ayrılmaq qərarını səlahiyyətlərinin azlığı, daxili və xarici siyasətdə rolunun yox dərəcəsində olması ilə əsaslandırıb. Armen Sərkisyan 1953-cü ildə doğulub. Yerevan Dövlə...
Eldar Həsənova hökm oxundu
Yanvarın 21-də Bakı Ağır Cinayətlər Məhkəməsi dövlət xadimi Eldar Həsənova 10 il müddətinə azadlıqdan məhrumetmə cəzası kəsib. Hökm Eldar Həsənovun 3 il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum olunmasını, ona məxsus olduğu iddia edil...
Gedən 16,3 faiz, gələn 0,5 azalıb
2021-ci ildə xaricə gedən Azərbaycan vətəndaşlarının sayı 2020-ci illə müqayisədə 16,3 faiz azalaraq 974,5 min nəfər olub, onların 47,3 faizi Türkiyəyə, 24,3 faizi Rusiyaya, 7,8 faizi Gürcüstana, 6,8 faizi İrana, 13,8 faizi digər ölkələrə səfər edib. Hesabatı Dövlət Sərhəd Xidmətinə istinadla Dövlət...
Sosial sığortanın 5 ili
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Sosial Müdafiə Fonduna məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların hesabatını yayıb. Rəsmi məlumatda sosial sığorta daxilolmalarının illər üzrə həcmi belə göstərilir: 2017-ci il – 2 milyard 85,7 milyon manat; 2018-ci il – 2 milyard 327...
21 yanvar qiyməti
Energetika Nazirliyinin 21 yanvar məlumatına görə, “AzəriLayt” markalı Azərbaycan neftinin barreli 92,89 dollara təklif olunur. Bu, büdcə qiymətindən 42,89 dollar yuxarı qiymətdir. 2022-ci ilin dövlət büdcəsində bir barrel neftin qiyməti 50 dollardan götürülüb. “AzəriLayt” ilə 82,49 dollarla başlayı...
Yoxlamalara yasaq qanununun müddəti uzadılır
Milli Məclisə sahibkarlıq sahəsində yoxlamaları dayandıran qanuna dəyişiklik layihəsi daxil olub. Layihə qanunun qüvvəsini 2023-cü il yanvarın 1-dək uzatmağı nəzərdə tutur. Novator.az bildirir ki, 2015-ci il noyabrın 1-də rəsmiləşən qanun yoxlamaları (Baş Prokurorluğun korrupsiya cinayətlərinin araş...
Miqrasiya: cəza qərarları açıqlanıb
Dövlət Miqrasiya Xidməti illik hesabat yayıb. Rəsmi məlumata görə, 2021-ci ildə qanunvericiliyin tələblərinin pozulması üzrə məsuliyyət müəyyən edən 9074 qərar çıxarılıb. 1920 qərar cərimə ödəməklə ölkə ərazisini tərk etmək tələbini, 3134 qərar ölkədə yaşamanın qanuniləşdirilməsini, 144 qərar ölkədə...
2021-ci ilin büdcəsi necə icra olunub?
Maliyyə Nazirliyi 2021-ci ilin dövlət büdcəsinin icrasına dair məlumat yayıb. Hesabata görə, büdcə gəlirləri 26 milyard 395,5 milyon manat təşkil edib (2020-ci illə müqayisədə 6,9 faiz çox). Vergi orqanları xətti ilə büdcəyə 8 milyard 531,4 milyon manat, gömrük orqanları xətti ilə 4 milyard 343 mily...
İnflyasiyanı necə hesablamalı?
Dövlət Statistika Komitəsinin hesabatına görə, 2021-ci ildə Azərbaycanda istehlak qiymətləri 2020-ci ilə nisbətən 6,7 faiz yüksəlib, ərzaq məhsulları, içkilər və tütün məmulatları 8,1 faiz, qeyri-ərzaq məhsulları 5,1 faiz, ödənişli xidmətlər 5,8 faiz bahalaşıb. Novator.az bildirir ki, açıqlamaya mün...
Avropa Məhkəməsinə çıxış yolu qısalır
Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət müddəti azalır. Fevralın 1-dən Avropa Məhkəməsinə yekun milli məhkəmə qərarından sonrakı 4 ay ərzində şikayət etmək mümkün olacaq. İndi müddət 6 aydır. Aihmaz.org-un məlumatına görə, yeni qayda yekun qərarların 1 fevral 2022-ci il və sonrakı tarixlərdə veri...
Ziyarətdən
AXCP sədri Əli Kərimli Bakının Şəhidlər xiyabanını ziyarətdən yazıb. 1990-cı il yanvarın 20-nə keçən gecə SSRİ Silahlı Qüvvələrinin bölmələri Azərbaycanda milli azadlıq hərəkatını yatırtmaq üçün paytaxt Bakıda qırğın törədib, 131 nəfər öldürülüb. 20 yanvar qırğınının 32-ci ili günü Bakının Şəhidlər ...
Kəlbəcərdə
Mod.gov.az-ın 21 yanvar məlumatına görə, müdafiə nazirinin müavini, Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi general-leytenant Nizam Osmanov Kəlbəcər rayonunda yeni istifadəyə verilən modul tipli infrastrukturla tanış olub. Bildirilib ki, hərbi qulluqçuların bütün zəruri ehtiyaclarını təmin etmək ...
Arif Hacılı – 60
Müsavat Partiyasının başqanı Arif Hacılının 60 yaşı tamam olur. Novator.az bildirir ki, 1962-ci il yanvarın 22-də Zaqatalanın Yuxarı Tala kəndində doğulan Arif Hacılı Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib, Zaqatala radiosunun əməkdaşı olub. 1988-ci ildə milli azadlıq hərəkatın...
Lukaşenkolu referendum
Belarus prezidenti Aleksandr Lukaşenko fevralın 27-nə referendum təyin edib. Ümumxalq səsverməsində yenilənmiş konstitusiya layihəsinə münasibət öyrəniləcək. Novator.az bildirir ki, ana qanunda əsas dəyişiklik təşəbbüsü eyni şəxsin iki dəfədən çox prezident seçilməsinə məhdudiyyətin bərpasıdır. Layi...
Yoluxma, ölüm, peyvənd
Rəsmi statistikaya görə, 2020-2022-ci illərdə Azərbaycanda 629352 nəfər koronavirus infeksiyasına yoluxub, onların 8564-ü vəfat edib. Novator.az bildirir ki, yoluxmaların 12405-i, itkilərin 206-sı bu ilin payına düşür. 2019-cu ilin dekabrında Çində üzə çıxıb dünyanı bürüyən infeksiyaya Azərbaycanda ...
1649 qəza, 706 ölüm
Baş Dövlət Yol Polisi İdarəsi 2021-ci ilin yol-nəqliyyat hadisələrinin statistikasını açıqlayıb. Hesabata görə, ötən il Azərbaycanda 1649 yol-nəqliyyat hadisəsi baş verib, 706 nəfər həlak olub, 1452 nəfər xəsarət alıb. Həlak olanların 49-u 16 yaşadək şəxslər, 148-i qadındır. Qəzaların 514-ü Bakıda q...
Poroşenkonun ölkədən çıxması yasaqlandı
Yanvarın 19-da Ukrayna paytaxtı Kiyevin Peçerski Rayon Məhkəməsi sabiq prezident, parlamentin deputatı Pyotr Poroşenko barədə qətimkan tədbiri seçib. Novator.az bildirir ki, qərar Pyotr Poroşenkonun xaricə səfərinə qadağını, pasportunu təhvil verməsini nəzərdə tutur. Onun və həyat yoldaşının əmlakı ...
Azərbaycan maaşda artım autsayderidir
Azərbaycanda muzdlu işçilərin orta aylıq maaşının 2021-ci ilin yanvar-noyabr aylarında 2,9 faiz artdığı bəyan olunub. Novator.az-ın məlumatına görə, London İqtisadiyyat Məktəbinin professoru, Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu yazır ki, bu, yaxın ölkələr arasında ən aş...