Koronavirus ölümləri
Aprelin 12-nə olan beynəlxalq statistikaya görə, yeni növ koronavirus infeksiyası 219 ölkə, ərazi və məkanda 6,2 milyondan çox adamın ölümünə gətirib. Yaxın ölkələr arasında ən çox Rusiya itki verib: 371964 nəfər. İranda 140650, Ukraynada 108139, Türkiyədə 98437 ölüm rəsmiləşib. Novator.az bildirir ...
Əli Əsədovdan yoxlama sərəncamı
Baş nazir Əli Əsədov aprelin 11-də sərəncam imzalayıb. Sənəd Fövqəladə Hallar Nazirliyinə 6 ay müddətində Energetika Nazirliyinin, Bakı Şəhər İcra Hakimiyyətinin (şəhər və rayon mərkəzlərinə münasibətdə yerli icra hakimiyyəti orqanlarının), “Azəriqaz” İstehsalat Birliyinin və “Azərişıq” Açıq Səhmdar...
Qəzanın cəzası: Konstitusiya Məhkəməsi şərh verdi
Konstitusiya Məhkəməsinin Plenumu Cinayət Məcəlləsinin 263-cü maddəsinin qeyd hissəsini və İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsinin bəzi müddəalarını şərh edib. Qərarda deyilir ki, cinayət törətmiş şəxsin Cinayət Məcəlləsinin 263-cü maddəsinin qeyd hissəsinə müvafiq olaraq cinayət məsuliyyətin...
Pakistanda yeni baş nazir
Pakistan parlamentinin aşağı palatası – Milli Assambleya aprelin 11-də ölkənin yeni baş nazirini seçib. Novator.az bildirir ki, hökumətə rəhbərlik Müsəlman Liqasından Şahbaz Şərifə həvalə olunub. Şahbaz Şərif 1951-ci ildə doğulub, sabiq baş nazir Nəvaz Şərifin qardaşıdır. 1949-cu il təvəllüdlü Nəvaz...
Elman Rüstəmov postdan gedir
Milli Məclisin 12 aprel iclasında prezident İlham Əliyevin iki təqdimatına baxılacaq. Təqdimatların biri Elman Rüstəmovun Mərkəzi Bankın İdarə Heyəti üzvlüyündən azad edilməsi, digəri Taleh Kazımovun İdarə Heyətinin üzvü təyin olunması barədədir. Azərbaycan Konstitusiyasına görə, Mərkəzi Bankın İdar...
45 partiya maliyyə hesabatı verib
Siyasi partiyalar hər il Mərkəzi Seçki Komissiyasına maliyyə hesabatı təqdim etməyə borcludur. Novator.az bildirir ki, dövlət qeydiyyatında olan 58 partiyanın 45-i 2021-ci ilin maliyyə hesabatını verib. Azərbaycan Naminə Alyans Partiyası, Liberal Partiyası, Respublikaçılar Partiyası, Tərəqqi Partiya...
Nazirlik evləri necə satacaq?
Prezident İlham Əliyevin 16 dekabr 2021-ci il fərmanına görə, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sifarişi əsasında Sabunçu rayonunun Ramana qəsəbəsində, Qaradağ rayonunun Ümid qəsəbəsində, Binəqədi rayonunun Хocasən qəsəbəsində, Abşeron, Lənkəran və Samux rayonlarında ...
İlahiyyat İnstitutunun yeni binası
Prezident İlham Əliyev aprelin 11-də Azərbaycan İlahiyyat İnstitutunun yeni binasının açılışında iştirak edib. Bakının Yasamal rayonunda inşa olunan beşmərtəbəli binada inzibati otaqlar və sinif otaqları, kitabxana, kişilər və qadınlar üçün ayrı-ayrılıqda namaz otaqları, həmçinin dəstəmaz və mətbəə ...
Tanış rəqiblər
Novator.az Fransada prezident seçkisinin ikinci turuna çıxmış namizədləri təqdim edir. Aprelin 10-da keçirilmiş ilk turda dövlət başçısı Emmanuel Makron (27,8%) və müxalif lider Marin Le Pen (23,1%) uğur qazanıblar. Onlar mübarizəni aprelin 24-nə təyin olunan ikinci turda davam etdirəcək. Beş il önc...
Dünyanın yolu, bizim yol
Samir Əliyev Lüksemburq 2020-ci ilin mart ayından ictimai nəqliyyatda (avtobus, tramvay, qatar) gedişi pulsuz edib. Malta 2022-ci ilin oktyabr ayından belə addım atmağa hazırlaşır. Almaniyada bu barədə müzakirələr başlayıb. Bir sıra ölkənin ayrı-ayrı şəhərlərində pulsuz ictimai nəqliyyat sistemi var...
Babam, Stalin, ruslar
Natiq Cəfərli REAL Partiyası Son həftələr çox düşünürəm: nədən intellektual rusiyalılar vəhşiliyə göz yumurlar, nə səbəbə televiziyalarından axan üfunətdən boğulmurlar, niyə Kremlin rəsmi təbliğat maşını bu qədər effektiv çalışır? Bu fenomeni tək beyinlərin yuyulması, zombiləşmə, imperialist düşüncə...
Yox cavabına etiraz
Bakı Şəhər İcra Hakimiyyəti Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyasının paytaxtda, Rusiya səfirliyi qarşısında keçirmək istədiyi piketə razılıq verməyib. İmtina qərarı koronavirus infeksiyasını cilovlamaq üçün tətbiq olunan məhdudiyyətlə əsaslandırılıb. Nazirlər Kabinetinin tətbiq etdiyi xüsu...
Sosial dalan
İlqar Məmmədov REAL Partiyasının sədri Əvvəllər vətəndaşlar öz haqlarını tələb edəndə dövlətin maddi imkanlarının necə paylanmasından çox da söhbət getmirdi. Əsasən məhkəmənin, hüquq mühafizə və seçki orqanlarının ədalətsiz, korrupsiya dolu və digər xəstə motivli qərarları hədəfə alınırdı. Son illər...
Avropa meydanlarında
Novator.az Avropanın aparıcı milli futbol çempionatlarının gedişinə nəzər salıb. İngiltərə çempionatında “Mançester Siti” 74 xalla öndədir. “Liverpul”un 73, “Çelsi”nin 62, “Tottenhem”in 57, “Arsenal”ın 54, “Vest Hem” və “Mançester Yunayted”in 51 xalı var. İspaniya çempionatında “Real” 72 xalla lider...
Yoluxma, itki, peyvənd
Son rəsmi hesabata əsasən, Azərbaycanda 202 nəfər koronavirus xəstəsi var, infeksiyaya yoluxmuş 792237 nəfərin 9703-ü vəfat edib. 2019-cu ilin dekabrında Çində üzə çıxıb dünyanı bürüyən infeksiya Azərbaycanda 2020-ci il fevralın 28-də qeydə alınıb, həmin il 218700 yoluxma, 2641 ölüm, sonrakı il 3982...
Fransa: seçim ikinci tura qaldı
Fransada aprelin 10-da keçirilmiş prezident seçkisinin ilkin nəticələri açıqlanıb. Novator.az bildirir ki, 12 namizədin yarışdığı marafonda dövlət başçısı Emmanuel Makron 27,6% səslə önə çıxıb. Onu 23,4% səslə Milli Birlik Partiyasının lideri Marin Le Pen təqib edir. Bu şəxslər aprelin 24-nə təyin o...
300 min 197 seçici deputatsızdır
125 nəfərlik Azərbaycan parlamentinin hazırda 118 deputatı var. Milli Məclisə son seçki 2020-ci il fevralın 9-da keçirilib. Mərkəzi Seçki Komissiyasının 13 fevral 2020-ci il qərarları ilə 33 saylı Xətai, 35 saylı Xətai, 74 saylı Lənkəran kənd və 80 saylı İmişli-Beyləqan dairələri üzrə nəticələr ləğv...
Keşlədən Şamaxıya
“Keşlə” futbol klubunun adı rəsmən dəyişib: “Şamaxı”. Komanda ev oyunlarını ötən ilin payızında istifadəyə verilmiş 2200 yerlik Şamaxı şəhər stadionunda keçirəcək. 1997-ci ildə Bakıda “Xəzər Universiteti” adı ilə yaradılan klub 2004-cü ildən “İnter”, 2017-ci ildən “Keşlə” adlanıb. Novator.az bildiri...
Qələbədən vacib
Aprelin 8-də prezident İlham Əliyev Avropa güləş çempionatında iştirak etmiş Azərbaycan millisinin üzvləri ilə görüşüb. AZƏRTAC xəbər verir ki, dövlət başçısı qəbulda çıxış edib: “Budapeştdə keçirilmiş Avropa çempionatında güləşçilərimiz bir daha xalqımızı sevindiriblər, böyük qələbə ilə qayıdıblar....
“AzəriLayt” neçəyədir?
Energetika Nazirliyinin 8 aprel məlumatına görə, “AzəriLayt” markalı Azərbaycan neftinin barreli 102,69 dollara satılır. Novator.az bildirir ki, 2022-ci ilin dövlət büdcəsində bir barrel neftin qiyməti 50 dollardan götürülüb. “AzəriLayt” yanvara 82,49, fevrala 94,20, marta 102,30, aprelə 112,33 doll...