İxrac-idxal statistikası
2024-cü ilin yanvar-iyul aylarında Azərbaycanın ixracının 88,3 faizi (14,2 milyard dolları) neft-qaz sektorunun payına düşüb. Dövlət Gömrük Komitəsi qeyri-neft/qaz sektoru üzrə ixracı 1,8 milyard dollar göstərir. Hesabata görə, meyvə-tərəvəz ixracı 383,8 milyon dollar, plastmas və ondan hazırlanan m...
Gələnlər, gedənlər
Rəsmi hesabata görə, 2024-cü ilin yanvar-iyul aylarında Azərbaycana 182 ölkədən 1 milyon 502,7 min əcnəbi gəlib: onların 29,2 faizi Rusiya, 16,5 faizi Türkiyə, 9,3 faizi Hindistan, 8,3 faizi İran, 4,2 faizi Səudiyyə Ərəbistanı, 4 faizi Gürcüstan, 3,2 faizi Qazaxıstan, 2,7 faizi Pakistan, qalanları b...
Azərbaycandan neft alan ölkələr
2024-cü ilin yanvar-iyul aylarında Azərbaycandan 9,2 milyard dollarlıq xam neft və xam neft məhsulu ixrac olunub. Rəsmi məlumatı yayan Dövlət Gömrük Komitəsi ixrac ünvanlarını statistik dəyərə görə belə sıralayıb: İtaliya, İsrail, Çexiya, Hindistan, Xorvatiya, Portuqaliya, Böyük Britaniya, Almaniya,...
Yeddi aylıq xarici ticarət
Yeddi aylıq xarici ticarət hesabatı yayılıb. Dövlət Gömrük Komitəsi bildirir ki, 2024-cü ilin yanvar-iyul aylarında 169 ölkə ilə ticarət əməliyyatı aparılıb, 16 milyard 98,9 milyon dollarlıq ixrac, 10 milyard 793,2 milyon dollarlıq idxal qeydə alınıb. İxracın yanvarda 1,8 milyard, fevral və mayda 2,...
Son raund ərəfəsi
Klub turnirlərinin 2024-2025 mövsümündə üç təsnifat raundu bitib, UEFA-nın yarışlara buraxdığı 236 komandanın 104-ü mübarizəni dayandırıb, Çempionlar Liqasında 43, Avropa Liqasında 41, Konfrans Liqasında 48 komanda qalıb. Son ələmə mərhələsində Azərbaycan iki təmsilçisi ilə yarışır. Avropa Liqasının...
Əhali hesabatı
2024-cü il iyulun 1-nə Azərbaycan əhalisinin sayı 10,2 milyon nəfərə çatıb. Dövlət Statistika Komitəsinin hesabatına görə, Bakıda 2 milyon 347,8 min, Abşeron rayonunda 433,4 min, Sumqayıtda 427,4 min, Gəncədə 330,8 min nəfər əhali qeydə alınıb. Lənkəranın əhalisi 227,7 min, Masallının əhalisi 227,1 ...
Fəxri adların təqaüdü
Rəsmi hesabata əsasən, 2024-cü il iyulun 1-nə 180 nəfərə Vətən Müharibəsi Qəhrəmanı adına görə təqaüd (2000 manat), 177 nəfərə Azərbaycanın Milli Qəhrəmanı adına görə təqaüd (1800 manat) verilib. Təqaüdləri ya həmin adları daşıyan şəxslər, ya da onların dul arvadları və 18 yaşına çatmamış uşaqları a...
Superkubok tarixçəsi
UEFA superkubokunu almış komandaların siyahısı yenilənib. “Real” (Madrid) turnirdə 6, “Milan” və “Barselona” 5, “Liverpul” 4, “Atletiko” 3 zəfər əldə edib. “Ayaks”, “Anderlext”, “Valensiya”, “Yuventus”, “Çelsi” və “Bavariya”nın 2 qələbəsi var. “Dinamo” (Kiyev), “Nottingem Forest”, “Aston Villa”, “Ab...
Orta maaş
Dövlət Statistika Komitəsi 2024-cü il iyulun 1-nə muzdlu işçilərin orta aylıq nominal əməkhaqqını 1002,8 manat göstərib. Hesabata görə, iqtisadi fəaliyyət növləri üzrə orta maaş belə rəsmiləşib: mədən sənayesi – 3702 manat; maliyyə və sığorta fəaliyyəti – 2878,3 manat; peşə fəaliyyəti, elmi və texni...
Makroiqtisadi hesabat
Dövlət Statistika Komitəsinin yeddi aylıq hesabatına görə, Azərbaycanda kənd təsərrüfatının ümumi məhsulu 2023-cü ilin yanvar-iyul ayları ilə müqayisədə 0,8 faiz artıb (heyvandarlıq məhsulları istehsalı 1,5 faiz, bitkiçilik məhsulları istehsalı 0,2 faiz). Nəqliyyat sektorunda yük daşınmasının 4,1 fa...
Demoqrafik göstəricilər
2024-cü il iyulun 1-nə Azərbaycan əhalisinin sayı 10 milyon 200 min 13 nəfərə çatıb. Hesabatı yayan Dövlət Statistika Komitəsi bildirir ki, yanvar-iyun aylarında 48702 doğulan körpə, 29775 ölüm halı, 22250 nikah, 10430 boşanma qeydə alınıb, 1487 nəfər daimi yaşamaq üçün Azərbaycana gəlib, 1171 nəfər...
Pensiyaçı statistikası
Dövlət Sosial Müdafiə Fondu bildirir ki, 2024-cü il iyulun 1-nə Azərbaycanda 1 milyon 101 min nəfər pensiyaçı olub, onların 64,4 faizi yaşa, 23,3 faizi əlilliyə, 12,3 faizi ailə başçısını itirməyə görə pensiya alıb, pensiyaların orta aylıq məbləği 491,3 manata çatıb. Minimum pensiya 280 manatdır. Öl...
Dövlət Miqrasiya Xidmətinin hesabatı
Dövlət Miqrasiya Xidmətinin hesabatına görə, 2024-cü ilin iyul ayında verilən 601 qərarda cərimə ödəməklə ölkəni tərk etmək tələbi qoyulub, 535 qərar ölkədə yaşamanı rəsmiləşdirib. 224 qərarda ölkədən inzibati qaydada çıxarılmaqla cərimə tətbiqi, 926 qərarda ölkəyə girişə məhdudiyyət nəzərdə tutulub...
Kərimli işi
Nəsimi Rayon Məhkəməsi AXCP sədri Əli Kərimliyə qarşı xüsusi ittiham qaydasında şikayətə baxır. Vətəndaş Aydın Əliyev Əli Kərimlinin Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunmasını istəyir. 147.1-ci maddəyə görə, böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və l...
Artımlar, azalmalar
Yanvar-iyul aylarında Azərbaycanda 70 milyard 544 milyon manatlıq, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 4,5 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub. Hesabatı yayan Dövlət Statistika Komitəsi bildirir ki, neft-qaz sektorunda 1,2 faiz, qeyri-neft/qaz sektorunda 6,7 faiz yüksəliş qeydə alı...
Seçki yarışında deputatlar
Sentyabrın 1-də keçiriləcək parlament seçkisində namizədliyi qeydə alınmış şəxslərin 88-i deputat mandatı daşıyır: 1 saylı Şərur-Sədərək: Ziyafət Əsgərov, Yeni Azərbaycan Partiyası (YAP) 2 saylı Şərur-Kəngərli: Siyavuş Novruzov, YAP 3 saylı Babək-Şahbuz-Kəngərli: Səttar Möhbalıyev 4 saylı Naxçıvan ş...
Bakının yarım ili
Bakı Şəhər Statistika İdarəsinin hesabatına görə, yanvar-iyun aylarında paytaxt sənayesində 2023-cü ilin ilk yarısı ilə müqayisədə 2,2 faiz az məhsul istehsal edilib. Kənd təsərrüfatı məhsulunun 16 faiz (bitkiçilik məhsulları istehsalının 7,5 faiz, heyvandarlıq məhsulları istehsalının 1,8 dəfə) artd...
İlin populyar adları
2024-cü ildə Azərbaycanda doğulmuş 748 qıza Zeynəb adı verilib. Ədliyyə Nazirliyinin açıqladığı statistikaya görə, populyar qız adlarının ilk onluğunda Zəhra (747 uşaq), Məryəm (735), Aylin (673), Ayla (666), Nilay (642), Melisa (627), Fatimə (571), İnci (556), Mələk (529) adları da var. Oğlan adlar...
Olimpiada hesabatı
Azərbaycan iyulun 26-dan avqustun 11-dək Fransanın paytaxtı Parisdə keçirilmiş Yay Olimpiya Oyunlarında 2 qızıl, 2 gümüş, 3 bürünc medal götürüb. İlk beşlikdə qərar tutan ABŞ və Çin 40, Yaponiya 20, Avstraliya 18, Fransa 16 çempionluq əldə edib. 1991-ci ildə dövlət müstəqilliyini bərpa etmiş Azərbay...
Təşviqat dövrü
Avqustun 9-da növbədənkənar parlament seçkisinin təşviqat mərhələsi başlayıb. Sentyabrın 1-də keçiriləcək seçkiyə 25 partiyanın təmsilçiləri və partiyasız iddiaçılar qatılıb. Rəsmi məlumata görə, 1052 namizəd qeydə alınıb. Seçkidə qələbə üçün nisbi səs çoxluğu kifayət edir, yekunları Konstitusiya Mə...