Azərbaycan kubokunu alanlar
Futbol üzrə Azərbaycan kubokunun 2023-2024 mövsümünün qalibi müəyyənləşib. İyunun 2-si Bakıda keçirilən finalda “Zirə” və “Qarabağ” görüşüb, ağdamlılar 2:1 hesabı ilə üstün gəlib. 1992-ci ildən başlayaraq “Qarabağ” 8, “Neftçi” 6, “Kəpəz” 4, “Bakı” və “Xəzər Lənkəran” 3, “Keşlə” (indiki “Şamaxı”) və ...
Klub turnirlərinin qalibləri
UEFA-nın mövcud klub turnirlərində qalib olmuş komandaların siyahısı yenilənib. 1955-ci ildən keçirilən, 1991-ci ilə qədər Çempionlar kuboku adlanmış Çempionlar Liqasında “Real” 15, “Milan” 7, “Bavariya” və “Liverpul” 6, “Barselona” 5, “Ayaks” 4, “İnter” (İtaliya) və “Mançester Yunayted” 3, “Benfika...
Bəraət
Ermənistanın paytaxtı Yerevanda birinci instansiya məhkəməsi sabiq prezident Serj Sərkisyana və daha iki şəxsə bəraət verib. Qərar mayın 31-də çıxarılıb. 2019-cu ilin dekabr ayında irəli sürülmüş ittihama əsasən, Serj Sərkisyan 2013-cü ildə prezident vəzifəsini tutarkən bir qrup şəxsin kənd təsərrüf...
Separatçılara amnistiya
İspaniya parlamentinin aşağı palatası katalon separatçılara amnistiya layihəsini qəbul edib. Mayın 30-da səsvermədən keçən qanun Kataloniya vilayətinin İspaniyadan ayrılmasına görə cinayət məsuliyyətinə cəlb olunmuş 300-dən çox məmur və fəalın bağışlanmasını nəzərdə tutur. Kataloniya 1979-cu ildə mu...
Məzənnələrin beş ayı
Mərkəzi Bank avronu yanvarda maksimum 1,8662, fevralda 1,8485, martda 1,8602, apreldə 1,8456, mayda 1,8505 manata təklif edib. Gürcüstan larisinin zirvəsi yanvarda 0,6406, fevralda 0,6442, martda 0,6407, apreldə 0,6379, mayda 0,6363 manat olub. Rusiya rublunun rəsmi məzənnəsi yanvarda 0,0194, fevral...
Günün və ayların qiyməti
Rəsmi hesabata görə, 2024-cü ilin yanvar-aprel aylarında “AzəriLayt” markalı Azərbaycan neftinin barrelinin orta ixrac qiyməti 87,3 dollar olub, bu da büdcə parametrlərinin hesablanması zamanı götürülmüş qiymətdən 27,3 dollar çoxdur. 2024-cü ilin dövlət büdcəsində bir barrel neft 60 dollardan götürü...
Nə vaxt yığışırıq?
28 may axşamıdır. Səhər görüş yeri olmuş meydan indi ayrılıq nöqtəsidir. Hamını yola salıb dayanacağa diklənirəm. *** …Bu, on iki ay səkkiz gündə dördüncü görüşdür. Gendən baxan bəxtəvər deyər. Bilməz yanımızdan ötmüş ömrü qovuruq, ildə dörd kərə yox, hər ay da toplaşsaq, itirilmişin əvəzi çıx...
Ermənistanın makroiqtisadi göstəriciləri
Ermənistanın Statistika Komitəsi makroiqtisadi hesabat yayıb. Rəsmi açıqlamaya görə, yanvar-aprel aylarında ölkənin ümumi daxili məhsulu 2023-cü ilin eyni dövrünə nəzərən 10,4 faiz artıb. Ticarət dövriyyəsində yüksəliş 27,2 faiz, tikinti sektorunda 17,8 faiz, sənaye istehsalında 16,3 faiz, xidmət sa...
Gürcüstan: hökumət layihəsi qanun olur
“Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsi Gürcüstan parlamentində daha bir mərhələni keçib. Layihə 2023-cü il martın 7-də ilk oxunuşda qəbul edilmiş, ancaq martın 9-da etirazlar üzündən geri götürülmüşdü. Bu ilin aprelində layihə yenidən parlament müzakirəsinə çıxarılıb və mayın 14-də son ...
Seçicilərin sayı
Mayın 27-də Mərkəzi Seçki Komissiyası seçicilərin sayını açıqlayıb. Rəsmi hesabata görə, siyahıya 6 milyon 326 min 764 nəfər daxil edilib. 1991-ci ildə dövlət müstəqilliyi bərpa olunandan bəri Azərbaycanda 6 referendum (1-i dövlət müstəqilliyi haqda konstitusiya aktının təsdiqi, 1-i prezidentə etima...
“Zirə”, “Sabah” və “Sumqayıt”ın mümkün rəqibləri
UEFA Avropa Liqasının 2024-2025 mövsümündə Azərbaycanı təmsil edəcək “Zirə” komandası turnirə birinci mərhələdən başlayır. Potensial rəqiblər bunlardır: “Şerif” (Moldova), “Maribor” (Sloveniya), “Tobol” (Qazaxıstan), “Visla” (Polşa), “Pafos” (Kipr), “Pakş” (Macarıstan). Dörd təsnifat mərhələsinin hə...
Prezident kürsüdə qalır
Litvada prezident seçkisi başa çatıb. Mayın 26-da keçirilmiş ikinci turda dövlət başçısı Gitanas Nauseda 74 faizdən çox səs yığaraq rəqibini – baş nazir İnqrida Şimoniteni xeyli qabaqlayıb. İlk turda – mayın 12-də 8 namizəd yarışmış, Gitanas Nauseda ilə İnqrida Şimonite önə çıxmışdılar. ...
Çempionlar Liqasında yarışacaq komandalar
UEFA Çempionlar Liqasının 2024-2025 mövsümündə yarışacaq komandaların siyahısı yenilənib. Reqlamentə görə, 29 komanda liqa raunduna birbaşa vəsiqə alır, 5 bilet dörd mərhələdən ibarət çempionlar yolunda, 2 bilet üç mərhələdən ibarət liqalar yolunda əldə olunur. Turnirə liqa mərhələsindən başlayan bu...
24-cü zəfər
Mayın 26-sı Türkiyə milli futbol çempionatında 2023-2024 mövsümü başa çatıb, qızıl medallar “Qalatasaray”a qismət olub. Bu, komandanın 24-cü çempionluğudur. İndiyədək daha beş komanda Türkiyə çempionatında zirvəyə sahib çıxıb. “Fənərbaxça”nın 19, “Beşiktaş”ın 16, “Trabzonspor”un 7, “Bursaspor” və “B...
Dövlət büdcəsi necə yenilənir?
2024-cü ilin dövlət büdcəsində gəlirlər 34 milyard 173 milyon manat, xərclər 36 milyard 763 milyon manatdır. Milli Məclisə təqdim olunan dəyişikliklər layihəsində gəlirlər 36 milyard 353 milyon manata qaldırılır. Bunun 42 faizi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə daxilol...
Məşğulluq, işsizlik, pensiya
2024-cü ilin ilk rübü Azərbaycanda 22,5 min yeni iş yeri açılıb. Hesabatı yayan Dövlət Statistika Komitəsi bağlanan iş yerlərinin sayını 2,5 min göstərir. Rəsmi açıqlamaya əsasən, mayın 1-nə iqtisadi fəal əhalinin sayı 5 milyon 260,1 min nəfər olub, onların 4 milyon 973,1 min nəfəri məşğul şəxs kimi...
Dörd kənd işğaldan qurtuldu
Mayın 24-də yayılan rəsmi məlumata görə, Qazax rayonunun Aşağı Əskipara, Bağanıs Ayrım, Xeyrımlı və Qızılhacılı kəndləri işğaldan azad olunub, Dövlət Sərhəd Xidməti əraziləri nəzarətə götürüb. Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin dəqiqləşdirilməsi üzrə komissiyalara baş nazirin müavinl...
İsraili və Fələstini neçə ölkə tanıyır?
1947-ci ildə BMT Fələstin torpaqlarının bölünərək ərazidə İsrail və Fələstin dövlətlərinin qurulmasına qərar verib. 1948-ci ildə yaradılan, 1949-cu ildə BMT-yə qəbul olunan İsrail Dövlətini 165 ölkə, o cümlədən Azərbaycan tanıyır. BMT-nin Fələstinə ayırdığı ərazilərin xeyli hissəsi İsrailin işğalı a...
Büdcənin ayları
İlkin hesabata görə, yanvar-aprel aylarında Azərbaycanın dövlət büdcəsinə 13 milyard 259,4 milyon manat daxil olub, büdcədən 10 milyard 749,5 milyon manat xərclənib. 2024-cü ilin dövlət büdcəsində gəlirlər 34 milyard 173 milyon manat, xərclər 36 milyard 763 milyon manat göstərilib, ilk üç ayda icra ...
Britaniya seçki yolunda
İyulun 4-də Böyük Britaniya parlamentinin alt qanadına – İcmalar Palatasına növbədənkənar seçki keçiriləcək. Krallıq olan Böyük Britaniya İngiltərə, Şotlandiya, Uels və Şimali İrlandiyanı birləşdirir. Dövlət başçısı kürsüsünü kral III Karl tutur, hökumət 650 nəfərlik İcmalar Palatasına seçkinin nəti...