Sülh və real sülh
Respublikaçı Alternativ (REAL) Partiyasının sədri İlqar Məmmədov hesab edir ki, Azərbaycanın Ermənistanla sülh müqaviləsi imzalaması və “söhbətin bağlanması” bəzi xarici qüvvələrin qondarma Dağlıq Qarabağ rejimini rəsmən tanımasına yol aça bilər: “Sülh müqaviləsində keçmiş Dağlıq Qarabağ Muxtar Vila...
İstiqlal təbriki
AXCP sədri Əli Kərimli istiqlal təbriki yayıb. Oktyabrın 18-i Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür. 1991-ci il avqustun 30-da parlament dövlət müstəqilliyinin bərpası haqqında bəyannaməyə səs verib, Azərbaycan Respublikası 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin varis...
ADR-in bir ili, niyyəti
Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyasının 1 yaşı tamamlanıb. Novator.az-ın məlumatına görə, partiya sədri Qubad İbadoğlu yazır ki, il tarix üçün çox qısa müddət olsa da, ADR ölkənin ictimai-siyasi həyatında doğru mövqe tutmağı, xalqın dərdlərini ölkənin gündəliyinə çevirməyi, ədalətsizliyə,...
Bankların mənfəəti, zərəri
Mərkəzi Bank 2022-ci ilin ilk yarısı üzrə maliyyə sabitliyi hesabatı yayıb. Rəsmi açıqlamaya görə, yarım ildə bank sistemi 401 milyon manat xalis mənfəət götürüb: “Bu, 2021-ci ilin yanvar-iyun aylarına nəzərən 9,6% çoxdur. 24 bank mənfəətlə işləyib, 2 bank yarım ili zərərlə bitirib. Zərərlə işləyən ...
Harada neçə xəstə var?
Oktyabrın 18-nə olan beynəlxalq statistika 206 ölkə və ərazidə 14 milyon 211 minə yaxın aktiv koronavirus xəstəsinin qeydə alındığını göstərir. Xəstə sayı Almaniya və ABŞ-da 1,5 milyon, Yaponiyada 1,2 milyon, Fransada 1 milyon, Tayvan, Polşa və Vyetnamda 800 min, İtaliyada 540 min, Meksika və Cənubi...
İsveçdə baş nazir seçildi
İsveç parlamenti oktyabrın 17-də Mötədil Koalisiya Partiyasının lideri Ulf Kristerssonu baş nazir seçib. Novator.az-ın məlumatına görə, mötədillər hökuməti Xristian Demokrat Partiyası və Liberallar Partiyası ilə birgə qurur, koalisiyaya İsveç Demokratları Partiyası da dəstək verir. 1963-cü il təvəll...
İxrac 10,7 faiz artıb, idxal 1 faiz azalıb
Dövlət Statistika Komitəsi xarici ticarət əlaqələri haqqında hesabat yayıb. Rəsmi məlumata görə, 2022-ci ilin yanvar-avqust aylarında Azərbaycanın hüquqi və fiziki şəxsləri 174 ölkədəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 119 ölkəyə ixrac, 160 ölkədən idxal qeydə alınıb. Xarici ti...
Göyçayda yeni icra başçısı
Göyçay Rayon İcra Hakimiyyətinə yeni başçı təyin edilib: Natiq Ağayev. Sərəncam oktyabrın 17-də imzalanıb. Novator.az bildirir ki, Göyçayın icra başçısı vəzifəsi 2022-ci il fevralın 28-dən, Mehdi Səlimzadə işdən götürülən gündən boş idi.
Səfir təyinatları
Prezident İlham Əliyev Azərbaycanın xaricdəki diplomatik korpusunda yeniliklərə imza atıb. Mahir Məmməd oğlu Əliyev Birləşmiş Ərəb Əmirliklərində səfir vəzifəsindən geri çağırılıb, Elçin Tələt oğlu Bağırov prezidentin protokol xidmətinin rəisi vəzifəsindən çıxarılaraq Birləşmiş Ərəb Əmirliklərində s...
Dövlət büdcəsinin icra statistikası
Novator.az 2022-ci ilin dövlət büdcəsinin icra statistikasına nəzər salıb: yanvar – 2 milyard 750,5 milyon manat gəlir, 983,4 milyon manat xərc; fevral – 1 milyard 879,1 milyon manat gəlir, 1 milyard 701,8 milyon manat xərc; mart – 2 milyard 383,5 milyon manat gəlir, 2 milyard 944,3 milyon manat xər...
İş və işsizlik
Dövlət Statistika Komitəsinin hesabatına görə, 2022-ci il oktyabrın 1-nə Azərbaycanda iqtisadi fəal əhalinin sayı 5 milyon 351,3 min nəfər olub, onların 5 milyon 49,2 min nəfəri məşğul əhali kimi rəsmiləşib. Bu, 302,1 min nəfər işsiz deməkdir. Oktyabrın 1-nə statistik vahidlərin (fərdi sahibkarlar i...
Ayların hasilatı
2022-ci ilin sentyabr ayında Azərbaycanın gündəlik xam neft hasilatı 543 min barrel olub. Hesabatı oktyabrın 17-də Energetika Nazirliyi yayıb. Novator.az bildirir ki, yanvar-sentyabr aylarında ölkədə 24,5 milyon ton neft çıxarılıb, gündəlik xam neft hasilatı yanvarda 580,9 min barrel, fevralda 566,3...
Sahələr üzrə orta maaş
Dövlət Statistika Komitəsi 2022-ci il sentyabrın 1-nə muzdlu işçilərin orta aylıq nominal əməkhaqqını 829 manat göstərib. Novator.az-ın məlumatına görə, iqtisadi fəaliyyət növləri üzrə orta maaş belə rəsmiləşib: mədən sənayesi – 3340,5 manat; maliyyə və sığorta fəaliyyəti – 2115,7 manat; peşə fəaliy...
Fərqli adam
Novator.az mərhum jurnalist Şakir Yaqubov barədə yazılara nəzər salıb. Publisist, filoloq alim, deputat Rafael Hüseynov: “Daha bir əbədi ayrılıq soyuq üzünü göstərdi. Jurnalist Şakir Yaqubovu itirdik. Həmişə az olan yaxşılardan hər birinin gedişi yandırır, ağrıdır. Şakir Yaqubov əsl peşəkar qəzetçil...
Miqrasiya pozuntuları, qərarlar
Dövlət Miqrasiya Xidməti yanvar-sentyabr ayları üzrə hesabat yayıb. Statistikaya görə, miqrasiya sahəsində qanunvericiliyin tələblərinin pozulması 12964 qərarla nəticələnib. 3568 qərarda cərimə ödəməklə ölkəni tərk etmək tələbi yer alıb, 3621 qərar ölkədə yaşamanı qanuniləşdirib. 850 qərarda ölkədən...
Demoqrafik hesabat
Azərbaycan əhalisinin sayı 2022-ci il sentyabrın 1-nə 10 milyon 198 min 640 nəfərə çatıb. Novator.az-ın məlumatına görə, hesabatı yayan Dövlət Statistika Komitəsi bildirir ki, yanvar-avqust aylarında 83010 doğulan körpə qeydə alınıb, onların 52,9 faizi oğlan, 47,1 faizi qızdır. 41758 ölümün, 40277 n...
Artım və azalma göstəriciləri
2022-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda 98,1 milyard manatlıq, ötən ilin eyni dövrü ilə müqayisədə 5,6 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub. Novator.az-ın məlumatına görə, hesabatı yayan Dövlət Statistika Komitəsi bildirir ki, iqtisadiyyatın neft-qaz sektorunda 2,5 faiz aza...
Dünya Bankının Azərbaycan proqnozları
İqtisadçı, Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu Dünya Bankının Azərbaycan proqnozlarından yazıb: “Dünya Bankı Azərbaycan iqtisadiyyatının gələcəyinə nəzər salıb bildirir ki, indiki iqtisadi siyasət davam edərsə, 2050 ilə qədər ölkəni iqtisadi və demoqrafik fəlakətlər göz...
Rusiya gəmisində boşalan yer
Arif Hacılı Müsavat Partiyasının başqanı Yüz illərdir Rusiyanın Türkiyə və Azərbaycana qarşı hərbi məkan kimi istifadə etdiyi satellit dövlət olan Ermənistan indi Rusiyadan aralanmağa çalışır. 30 il əvvəl ərazilərimiz Rusiya silahı və Rusiya silahlı qüvvələrinin birbaşa iştirakı ilə işğal olunmuşdu....
Böyük beşlikdə
Avropanın aparıcı milli futbol çempionatlarında növbəti oyunlar arxada qalıb. Novator.az bildirir ki, İngiltərə çempionatına 27 xalla “Arsenal” başçılıq edir. “Mançester Siti” və “Tottenhem” 23, “Çelsi” 19, “Mançester Yunayted” 16 xal yığıb. İspaniya çempionatında “Real” 25 xalla liderdir. “Barselon...