Manatı qoruyan məbləğ
Dövlət Neft Fondu Mərkəzi Bankın 2022-ci ilin yanvar-sentyabr aylarında keçirdiyi valyuta hərraclarında 3 milyard 857,3 milyon ABŞ dolları məbləğində vəsait satıb. Novator.az bildirir ki, yanvarda fonddan 727 milyon, fevralda 371,2 milyon, martda 526,2 milyon, apreldə 548,7 milyon, mayda 288 milyon,...
Valyuta ehtiyatı nə qədər artıb?
Mərkəzi Bank valyuta ehtiyatı hesabatı yayıb. Novator.az-ın məlumatına görə, oktyabrın 1-nə ehtiyatın həcmi 7 milyard 667,3 milyon dollar göstərilir. 2022-ci il 7 milyard 75 milyon dollarla başlayıb, doqquz ayda 592,3 milyon dollar artım qeydə alınıb.
Fizika üzrə Nobel mükafatı üçlüyə getdi
İsveç Elmlər Akademiyası oktyabrın 4-də 2022-ci ilin fizika üzrə Nobel mükafatı laureatlarının adlarını açıqlayıb: Alen Aspe (Fransa), Con Klauzer (ABŞ), Anton Saylinger (Avstriya). Üçlüyün mükafata Kvant fizikası sahəsində tədqiqatlara görə layiq bilindiyi bəyan olunub. 2022-ci ilin tibb üzrə Nobel...
Ruben Vardanyan hakimiyyətə gətirilir
Azərbaycanın Qarabağ bölgəsindəki işğalçı rejimin başçısı Araik Arutunyan oktyabrın 4-də açıqlama yayıb. Topluma səslənən qondarma rəhbər Ruben Vardanyana “dövlət naziri” vəzifəsi təklif etdiyini bildirib. “Dövlət naziri” işğalçı rejimdə hökumət başçısı sayılır. Novator.az bildirir ki, 1968-ci ildə ...
Avro məkanında inflyasiya
Avro zonasına daxil olan bəzi ölkələrin inflyasiya göstəriciləri açıqlanıb. Novator.az-ın məlumatına görə, Worldofstatistics.org-a istinad edən iqtisadçı Samir Əliyev yazır ki, 2022-ci ilin sentyabr ayında Estoniyada istehlak 2021-ci ilin eyni dövrünə nəzərən 24,2 faiz bahalaşıb: “Litvada qiymətlər ...
Rusiya qoşunları niyə çıxarılmalıdır?
Azərbaycan Demokratiya və Rifah Partiyası oktyabrın 7-si Bakıda, Rusiyanın Azərbaycandakı səfirliyi qarşısında aksiya keçirmək istəyir. Bakı Şəhər İcra Hakimiyyətinə məktubda aksiyanın saat 14-ə təyin olunduğu, Rusiya qoşunlarının Qarabağ bölgəsindən çıxarılması tələbi qoyulacağı bildirilib. Novator...
Etiraz, çağırış
Demokratik Qüvvələrin Milli Şurası Bakıda sentyabrın 30-da keçirilmiş aksiya ilə bağlı bəyanat yayıb. Bəyanatda qeyd olunur ki, “Siyasi partiyalar haqqında” qanunun yeni layihəsindən narazı qalan AXCP sentyabrın 30-u Milli Məclisin binası önünə etiraz piketi təyin edib: “Yeni layihə ölkədə həqiqi mü...
Harada nə qədər xəstə var?
Oktyabrın 4-nə olan beynəlxalq statistika 207 ölkə və ərazidə 13,2 milyon aktiv koronavirus xəstəsinin olduğunu göstərir. Novator.az bildirir ki, yaxın ölkələr arasında Rusiya birincidir: 509724 xəstə. Gürcüstanda 126498, Ukraynada 80820, İranda 79065, Estoniyada 74198, Moldovada 73402 nəfər müalicə...
Böyük beşlikdə
Avropanın aparıcı milli futbol çempionatlarında növbəti oyunlar arxada qalıb. Novator.az bildirir ki, İngiltərə çempionatına 21 xalla “Arsenal” başçılıq edir. “Mançester Siti” 20, “Tottenhem” 17, “Brayton” 14, “Çelsi” 13, “Mançester Yunayted” 12 xal yığıb. İspaniya çempionatında “Barselona” və “Real...
İsveçli bioloq Nobel alır
2022-ci ilin tibb üzrə Nobel mükafatı isveçli bioloq Svante Paaboya verilir. Qalibin adını oktyabrın 3-ü Stokholmda Kral Tibb İnstitutu açıqlayıb. Svante Paabonun mükafata insan təkamülünün genetik əsaslarını tədqiq etdiyinə görə layiq bilindiyi vurğulanır. Nobel mükafatının məbləği 10 milyon İsveç ...
Prezident təqaüdü alacaq tələbələr
2022-ci ilin tələbə qəbulu imtahanlarında ən yüksək nəticələr göstərib Azərbaycanın ali məktəblərinə daxil olan 102 tələbəyə prezident təqaüdü kəsilib. Dövlət başçısı İlham Əliyev sərəncamı oktyabrın 3-də imzalayıb. 2001-ci il sentyabrın 3-də təsis edilən prezident təqaüdü tədris ilinin birinci seme...
Bina: qanunla reallıq arasında
İqtisadçı Samir Əliyev Bakuresearchinstitute.org saytında mənzillərin idarə edilməsi probleminə toxunub: “Mənzil idarəçiliyində problemlər hüquqi bazanın olmamasından yox, hökumətin siyasi qərar verməməsindən qaynaqlanır. Təkmil olmasa da, dünya təcrübəsinə uyğunlaşdırılmış qanunvericilik bazası möv...
Elçin Sadıqov: “Vəkillik fəaliyyətim təhlükədədir”
Ev dustağı olan vəkil Elçin Sadıqov hüquqlarının pozulduğunu yazır. Novator.az-ın məlumatına görə, o qeyd edir ki, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanun vəkilin peşə sirrinə tam təminat verdiyi halda ofisində və evində axtarış zamanı götürülmüş iki mobil telefonu və kompüterinin yaddaş ka...
Büdcəni 100 manatdan götürsək…
2023-cü ilin dövlət büdcəsi layihəsində 33 milyard 300 milyon manat xərc nəzərdə tutulur, istiqamətlər belə sıralanır: iqtisadi fəaliyyət – 6 milyard 884,9 milyon manat, müdafiə və milli təhlükəsizlik – 5 milyard 320,1 milyon manat, sosial müdafiə və sosial təminat – 4 milyard 411,8 milyon manat, tə...
Braziliya: seçki yarışı ikinci tura qaldı
Braziliyada oktyabrın 2-də keçirilmiş prezident seçkisi qalibi müəyyən etməyib. Novator.az bildirir ki, 11 namizədin yarışdığı seçkidə iki nəfər önə çıxıb: sabiq prezident Luis İnasiu Lula da Silva 48,4 faiz, indiki dövlət başçısı Jair Bolsonaru 43,2 faiz səs toplayıb. Onlar oktyabrın 30-na təyin ol...
Cenevrədə görüş, sülh çağırışı
Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramovla Ararat Mirzoyanın oktyabrın 2-si İsveçrənin Cenevrə şəhərində keçirdiyi görüşdən rəsmi məlumat yayılıb. Xarici İşlər Nazirliyi bildirir ki, görüş Azərbaycan prezidenti ilə Ermənistan baş nazirinin sülh müqaviləsinin mətninin hazırla...
Sabiq baş nazir qayıdır?
Bolqarıstanda oktyabrın 2-də keçirilmiş növbədənkənar parlament seçkisinin ilkin nəticələri açıqlanıb. Novator.az-ın məlumatına görə, GERB Partiyası ilə müttəfiqi Demokratik Qüvvələr İttifaqı 25,4 faiz səslə öndə göstərilir. GERB Partiyasına 1959-cu il təvəllüdlü Boyko Borisov liderlik edir. O, 2009...
Latviyada seçki
Latviyada oktyabrın 1-də keçirilmiş parlament seçkisinin ilkin nəticələri açıqlanıb. Novator.az bildirir ki, Mərkəzi Seçki Komissiyasının hesabatına görə, proporsional üsulla formalaşan 100 nəfərlik Seymə 5 faizlik səddi aşan 8 siyasi qüvvə düşür. Baş nazir Krişyanis Karinşin Yeni Birlik Partiyasını...
Oktyabrın ilk qiyməti, hasilat norması
AZƏRTAC-ın məlumatına görə, “AzəriLayt” markalı Azərbaycan neftinin barreli oktyabr ayına 91,68 dollarla start verib. 2022-ci ilin dövlət büdcəsində bir barrel neftin qiyməti əvvəl 50 dollardan götürülüb, iyulun 1-dən 85 dollara qaldırılıb. “AzəriLayt” yanvara 82,49, fevrala 94,20, marta 102,30, apr...
Rəsmi: Bakıda orta maaş 1071 manatı ötür
Bakı Şəhər Statistika İdarəsi bildirir ki, 2022-ci ilin yanvar-avqust aylarında paytaxt sənayesində istehsal və xidmətlərin həcmi 68,1 milyard manat olub. Rəsmi hesabata görə, səkkiz ayda ticarət dövriyyəsinin həcmi 2021-ci ilin yanvar-avqust ayları ilə müqayisədə 3,5 faiz, ictimai iaşə dövriyyəsini...