Müsavat israr edir
Müsavat Partiyası noyabrın 15-i Bakıda, İranın Azərbaycandakı səfirliyinin binası önündə piket keçirmək niyyətindədir. Saat 15-ə təyin olunan aksiyanın əsas şüarı “Azadlıq, ədalət, milli hökumət!” şüarıdır. Başqan Arif Hacılı bildirir ki, aksiyada İranın anti-Azərbaycan siyasətinə və bu ölkədə dinc ...
Rəsmi: casus şəbəkəsi ifşa edilib
Dövlət Təhlükəsizliyi Xidmətinin 14 noyabr məlumatına görə, İran xüsusi xidmət orqanlarının yaratdığı casus şəbəkəsi ifşa edilib: “Xəzər Dəniz Neft Donanmasında gəmi kapitanı Əsgərov Zahir Fəxrəddin oğlu İranın Qum şəhərində dini təhsil aldığı müddətdə maddi maraq müqabilində məxfi əməkdaşlığa cəlb ...
Beşlikdə tətil
Avropanın aparıcı milli futbol çempionatları tətilə çıxıb. Fasilə noyabrın 20-dən dekabrın 18-dək Qətərdə keçiriləcək dünya çempionatı ilə bağlıdır. Novator.az bildirir ki, İngiltərə çempionatına 37 xalla “Arsenal” başçılıq edir. “Mançester Siti” 32, “Nyukasl” 30, “Tottenhem” 29, “Mançester Yunayted...
Azərbaycanın koronavirus statistikası
Novator.az Azərbaycanın koronavirus statistikasına nəzər salıb. Milli hesabata görə, ölkədə 823721 nəfər koronavirusa yoluxub, onların 9963-ü vəfat edib, 188-i aktiv xəstədir, qalanları sağalıb. 2019-cu ilin dekabrında Çində üzə çıxıb dünyanı bürüyən infeksiyaya Azərbaycanda ilk yoluxma 2020-ci il f...
Sloveniyanın seçimi
Sloveniyada prezident seçkisi yekunlaşıb. Noyabrın 13-də keçirilmiş ikinci turda müstəqil namizəd Nataşa Pirts-Musarın 54 faizə yaxın səslə önə çıxdığı bəyan olunub. Novator.az bildirir ki, 1968-ci il təvəllüdlü Nataşa Pirts-Musar hüquqşünasdır, vəkil və jurnalist kimi tanınıb. İkinci turda Nataşa P...
Elçin Sadıqovun müraciətinə baxılacaq
Noyabrın 14-də Binəqədi Rayon Məhkəməsi ev dustağı olan vəkil Elçin Sadıqovun müraciətinə baxacaq. Novator.az-a danışan vəkil deyib ki, müraciətində istintaq orqanının iki mobil telefonunu və kompüterinin yaddaş kartını götürməsinin qanunsuz sayılmasını, onların qaytarılmasını istəyib. Elçin Sadıqov...
Bakıda aksiya
Noyabrın 11-i saat 16-dan bir qrup AXCP üzvü və başqa fəallar paytaxtın İstiqlaliyyət küçəsində, Bakı Şəhər İcra Hakimiyyətinin binası qarşısında aksiya keçirməyə cəhd göstərib. Polis əməkdaşları ərazidə toplaşmaq istəyənləri dağıdıb, tutulanlar var. AXCP rəsmiləri Bakı Şəhər İcra Hakimiyyətinə müra...
Məhkəmə günü dəyişib
Suraxanı Rayon Məhkəməsi siyasətçi Tofiq Yaqublunun ölkədən çıxışına icazə verilməsi istəyi yer alan ərizəsinə noyabrın 16-da baxacaq. Məlumatı vəkil Aqil Layic yayıb. Hakim Anar İbrahimovun icraatında olan proses öncə noyabrın 11-nə təyin edilmişdi. Novator.az bildirir ki, Tofiq Yaqublu ata yurdu G...
Pensiyalar nə qədər arta bilər?
Azərbaycanda əmək pensiyası orta maaşın illik artım tempinə uyğun indeksləşdirilir, proses Dövlət Statistika Komitəsindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim olunan rəsmi bilgi əsasında aparılır. İllik yekun rəqəm 2023-cü ilin fevral ayında açıqlanacaq. Novator.az bildirir ki, rəsmi...
Bahalıq və maaş artımı statistikası
2022-ci ilin yanvar-oktyabr aylarında istehlak qiymətləri ötən ilin eyni dövrünə nisbətən 13,7 faiz artıb. Novator.az-ın məlumatına görə, hesabatı yayan Dövlət Statistika Komitəsi bildirir ki, ərzaq məhsulları, içkilər və tütün məmulatları 19,4 faiz, qeyri-ərzaq məhsulları 7,9 faiz, ödənişli xidmətl...
11 noyabr qiyməti
AZƏRTAC-ın 11 noyabr məlumatına görə, “AzəriLayt” markalı Azərbaycan neftinin barreli 95,96 dollara təklif olunur. Bu, dövlət büdcəsində nəzərdə tutulandan 10,96 dollar yuxarı qiymətdir. 2022-ci ilin büdcəsində bir barrel neft 50 dollardan götürülüb, iyulun 1-də 85 dollara qaldırılıb. “AzəriLayt” ya...
Rəsmi təbliğat nəyi unudur?
2023-cü ilin dövlət büdcəsi layihəsində yerli gəlir və xərcləri tənzimləmək üçün mərkəzləşdirilmiş xərclərdən 12 milyon 306 min manat ayırmaq proqnozlaşdırılır. Həmin vəsait 8 rayon arasında bölünəcək: Cəbrayıl, Xocalı, Xocavənd, Kəlbəcər, Laçın, Lerik, Yardımlı, Zəngilan. Qalan şəhər və rayonlara d...
“İşğal bitsə də, fəsadları qalır”
AZƏRTAC prezident İlham Əliyevin noyabrın 11-i Səmərqənddə, Türk Dövlətləri Təşkilatının zirvə görüşündəki çıxışının mətnini yayıb. Dövlət başçısı deyib ki, quruma üzv ölkələrlə əlaqələrin bütün sahələrdə möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir: “Azərbaycan ...
Səmərqənd sammiti
Noyabrın 11-i Özbəkistanın Səmərqənd şəhərində Türk Dövlətləri Təşkilatının zirvə görüşü başlayıb. Sammitə Azərbaycan prezidenti İlham Əliyev, Türkiyə prezidenti Rəcəb Teyyub Ərdoğan, Qazaxıstan prezidenti Qasım-Comərd Tokayev, Özbəkistan prezidenti Şövkət Mirziyayev, Qırğızıstan prezidenti Sadır Ja...
Koronavirus: beynəlxalq statistika nə göstərir?
Worldometers.info-da yer alan beynəlxalq statistikaya görə, noyabrın 11-nə 205 ölkə və ərazidə 13 milyon 810,5 min aktiv koronavirus xəstəsi var. İlk üçlükdə göstərilən Yaponiyada 2,3 milyon, ABŞ-da 1,3 milyon, Almaniyada 956,3 min nəfərin müalicə altında olduğu xəbər verilir. Novator.az bildirir ki...
Avropa Məhkəməsindən Azərbaycan qərarları
Noyabrın 10-da Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycan qərarları elan edib. Aihmaz.org xəbər verir ki, Abşeron rayonunun Mehdiabad qəsəbəsində əmlakları alınmış 22 şikayətçinin Avropa İnsan Hüquqları Konvensiyası ilə tanınan mülkiyyət hüquqlarının pozulduğu qənaətinə gəlinib. Qərara əsasən, məhk...
Türk zirvəsinə
Noyabrın 10-da prezident İlham Əliyevin Özbəkistanın Səmərqənd şəhərinə səfəri başlayıb. Türk Dövlətləri Təşkilatının zirvə görüşünə qatılacaq prezidenti birinci vitse-prezident Mehriban Əliyeva da müşayiət edir. 2009-cu il oktyabrın 3-də Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstanın imzaladığı s...
Büdcənin gəlir mənbələri
2023-cü ilin dövlət büdcəsi layihəsində 30 milyard 720,7 milyon manat gəlir nəzərdə tutulur. Novator.az mənbələrə nəzər salıb: Dövlət Neft Fondundan köçürmə – 11 milyard 280 milyon manat; hüquqi şəxslərin mənfəət (gəlir) vergisi – 6 milyard 417 milyon manat; əlavə dəyər vergisi – 6 milyard 10,3 mily...
Qələbədən qələbəyə…
Azərbaycana Rusiya hərbi kontingentinin yeridilməsindən iki il ötür. AXCP sədri Əli Kərimli yazır ki, 2020-ci il noyabrın 10-na keçən gecə imzalanmış bəyanatla Azərbaycana gətirilən Rusiya ordusu Azərbaycan Silahlı Qüvvələrinin zəfər yürüşünü dayandırdı, ölkənin qələbəsini oğurladı, Ermənistanı tam ...
Hansı rayonlara dotasiya ayrılacaq?
2023-cü ilin dövlət büdcəsi layihəsində yerli gəlir və xərcləri tənzimləmək üçün mərkəzləşdirilmiş xərclərdən 12 milyon 306 min manat ayırmaq proqnozlaşdırılır. Novator.az bildirir ki, həmin vəsait 8 rayon arasında bölünəcək: Kəlbəcər – 2 milyon 347 min manat Yardımlı – 2 milyon 184 min ...