15 noyabr qətnaməsinə şərh
Azərbaycanın Xarici İşlər Nazirliyi Fransa Senatının 15 noyabr qətnaməsini şərh edib. Şərhdə qeyd olunur ki, Azərbaycana sanksiyaların tətbiqinə çağıran, Ermənistan ərazisindən dərhal geri çəkilmək, atəşkəsə riayət etmək tələbləri qoyan qətnamə həqiqətdən tam uzaqdır, yalan və iftira dolu müddəaları...
Fransadan erməni küləyi
Fransa parlamentinin yuxarı palatası – Senat noyabrın 15-də Azərbaycan qətnaməsi qəbul edib. Novator.az-ın məlumatına görə, qətnamədə Azərbaycan Ermənistana təcavüzdə, Qarabağ ermənilərinin hüquqlarını pozmaqda günahlandırılır, Fransa hökuməti Azərbaycana sanksiyalar (ölkə liderlərinin aktivlərinin ...
Prezident: “Ədaləti bərpa etdik”
Noyabrın 15-i Albaniyaya səfər edən prezident İlham Əliyev həmkarı Bayram Beqayla birgə mətbuata bəyanatla çıxış edib. AZƏRTAC-ın məlumatına görə, İlham Əliyev deyib ki, Azərbaycan həm işğal dövründə, həm İkinci Qarabağ müharibəsi dövründə Albaniya rəsmilərinin ölkənin ərazi bütövlüyünə göstərdiyi d...
Müsavatçılar İrana tələblər qoydu
Müsavat Partiyasının bir qrup üzvü noyabrın 15-i Bakının mərkəzində, İran səfirliyi önündə piket keçirməyə cəhd göstərib. Bakı Şəhər İcra Hakimiyyəti aksiyaya razılıq vermədiyi üçün səfirliyin qarşısı, ətraf ərazilər, o cümlədən Axundov bağı polis nəzarətinə götürülüb, bir çox aksiyaçı tutulub. Əsas...
Pozuntular, 2104 qərar
Dövlət Miqrasiya Xidmətinin hesabatına görə, 2022-ci ilin oktyabr ayında miqrasiya qanunvericiliyinin pozulması 2104 qərarın qəbuluna gətirib. 657 qərar cərimə ödəməklə ölkəni tərk etməyi, 530 qərar ölkədə yaşamanın qanuniləşdirilməsini nəzərdə tutub. 281 qərar ölkədən inzibati qaydada çıxarılmaqla ...
Günün və ayların qiyməti
Energetika Nazirliyinin 15 noyabr məlumatına görə, “AzəriLayt” markalı Azərbaycan neftinin barreli 97,29 dollara satılır. Bu, ayın start qiymətindən 1,79 dollar yuxarı qiymətdir. Novator.az bildirir ki, Azərbaycanın 2022-ci il büdcəsində bir barrel neft 50 dollardan götürülüb, iyulun 1-də 85 dollara...
Albaniya səfəri
Noyabrın 15-də prezident İlham Əliyevin Albaniyaya dövlət səfəri başlayıb. AZƏRTAC xəbər verir ki, paytaxt Tirananın beynəlxalq hava limanında dövlət başçısını Albaniya baş nazirinin müavini, infrastruktur və energetika naziri Belinda Balluku və digər rəsmi şəxslər qarşılayıb. Rəsmi qarşılanma məras...
Sənayedə həm azalma var, həm artım
Azərbaycanın müəssisələri və fərdi sahibkarları 2022-ci ilin yanvar-oktyabr aylarında 73,3 milyard manatlıq, 2021-ci ilin eyni dövrü ilə müqayisədə 1 faiz az sənaye məhsulu istehsal edib. Novator.az-ın məlumatına görə, hesabatı yayan Dövlət Statistika Komitəsi bildirir ki, neft-qaz sektorunda 2,1 fa...
Səslər hələ sayılır
ABŞ Konqresinə 8 noyabr seçkilərinin nəticələri dəqiqləşmək üzrədir. Novator.az bildirir ki, seçkilərdə 435 nəfərlik alt qanad – Nümayəndələr Palatası tam yenilənir, 100 nəfərlik yuxarı palatanın – Senatın 35 üzvü müəyyənləşir. Son hesabata görə, Respublikaçılar Partiyasının Nümayəndələr Palatasında...
Maaş artsın, amma…
Milli Məclisin deputatı Vahid Əhmədov minimum əməkhaqqının 500 manat olmasını təklif edib. Hazırda ölkədə minimum aylıq əməkhaqqının məbləği 300 manatdır. İqtisadçı, REAL Partiyasının funksioneri Natiq Cəfərli maaşların da, pensiyaların da artırılmasına tərəfdardır: “İnflyasiya, qiymət artımı insanl...
Milli Şuranın bəyanatı
Demokratik Qüvvələrin Milli Şurası 11 noyabr aksiyası ilə bağlı bəyanat yayıb. Bəyanatda qeyd olunur ki, AXCP noyabrın 11-i paytaxtda, Bakı Şəhər İcra Hakimiyyətinin binası qarşısında sərbəst toplaşmaq azadlığının təmin olunması, siyasi məhbuslara azadlıq, azad seçki, quru sərhədlərin açılması və kö...
Yaxın ölkələrin koronavirus itkiləri
Noyabrın 15-nə olan beynəlxalq statistika 225 ölkə, ərazi və məkanda 6 milyon 616,5 mindən çox şəxsin yeni koronavirus infeksiyasından öldüyünü göstərir. Novator.az bildirir ki, yaxın ölkələr arasında ən çox Rusiya itki verib: 391085 nəfər. İranda 144613, Ukraynada 110300, Türkiyədə 101327 ölüm qeyd...
Büdcə zərfində nələr var?
Milli Məclis 2023-cü ilin büdcə zərfinin layihələrini açıqlayıb. Sənədlərin müzakirəsi noyabrın 16-da başlayır. Novator.az bildirir ki, dövlət büdcəsi layihəsində 30 milyard 720,7 milyon manat gəlir, 33 milyard 300 milyon manat xərc nəzərdə tutulur. Dövlət Sosial Müdafiə Fondunun büdcə layihəsində g...
Məhkəmə vəkilə yox dedi
Noyabrın 14-də Binəqədi Rayon Məhkəməsi ev dustağı olan vəkil Elçin Sadıqovun müraciətinə baxıb. Vəkil istintaq orqanının ona məxsus iki mobil telefonu və kompüterin yaddaş kartını götürməsinin qanunsuz sayılmasını, qaytarılmasını istəmişdi. Novator.az-ın məlumatına görə, hakim Mahirə Muradovanın sə...
ÜDM 5,2 faiz, investisiya 8,2 faiz artıb
Dövlət Statistika Komitəsi bildirir ki, 2022-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanda 111 milyard manatlıq, ötən ilin eyni dövrü ilə müqayisədə 5,2 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub. İqtisadiyyatın neft-qaz sektorunda 2,4 faiz azalmanın, qeyri neft-qaz sektorunda 9,7 faiz yüksə...
Dünya çempionatının mükafat fondu
Novator.az 2022-ci ilin dünya futbol çempionatının mükafat fonduna nəzər salıb. Noyabrın 20-dən dekabrın 18-dək Qətərdə keçiriləcək çempionata qatılan 32 milli komanda 8 qrupa bölünüb. 1/8 finala adlamaq üçün qrupları azı ikinci sırada bitirmək gərəkdir. Qrupda ələnən komandaya 9 milyon dollar vermə...
Qəzalar 7,5 faiz artıb
2022-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda 1259 (ötən ilin eyni dövrü ilə müqayisədə 7,5 faiz çox) yol-nəqliyyat hadisəsi baş verib, 599 nəfər həlak olub, 1099 nəfər xəsarət alıb. Hesabatı Dövlət Statistika Komitəsi yayıb.
Ticarət göstəriciləri
Dövlət Statistika Komitəsinin hesabatına görə, 2022-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılara 22,7 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 17,7 milyard manatlıq qeyri-ərzaq malları satılıb, dövriyyə ötən ilin eyni ayları ilə m...
Aksiyanın cəzası
Bakıda noyabrın 11-də keçirilmiş aksiyada tutulan AXCP üzvü Rövşən Məmmədova 30 sutka inzibati həbs cəzası verilib. “Turan”ın məlumatına görə, qərarı noyabrın 12-də Səbail Rayon Məhkəməsi polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmamaq ittihamı ilə çıxarıb. İlkin xəbərlərdə Rövşən Məmmədovun p...
Azərbaycanda daxili köç
İqtisadçı, vətəndaş cəmiyyəti eksperti Rövşən Ağayev daxili miqrasiya problemini təhlil edib. Bakı Araşdırmalar İnstitutunun saytında dərc edilən təhlıldə qeyd olunur ki, Azərbaycanda əhalinin daxili miqrasiyasına dair hər hansı statistik informasiya bazası yoxdur: “Hüquqi tələblərə görə, daxili miq...