İnflyasiya liderləri
Visualcapitalist.com saytı inflyasiya hesabatı yayıb. Novator.az bildirir ki, statistikaya görə, 2022-ci ilin avqust ayına İranda 52,2 faiz, oktyabr ayına Türkiyədə 88,5 faiz illik inflyasiya qeydə alınıb. Qiymət artımında Zimbabve birinci göstərilir: 269 faiz (oktyabr ayına olan göstərici). Avqust ...
Vergidən azadlıq layihəsi
Vergi Məcəlləsində dəyişiklik layihəsi parlamentin 17 fevral iclasında müzakirə olunaraq ilk oxunuşda qəbul edilib. Novator.az bildirir ki, layihəyə görə, media subyektlərinin (audiovizual media subyektləri istisna olmaqla) öz fəaliyyətlərindən əldə etdikləri gəlirlər (o cümlədən reklam gəlirləri), ...
Media: pozuntulara yeni cərimələr gəlir
Milli Məclisin 17 fevral iclasında İnzibati Xətalar Məcəlləsində yeniliklər layihəsi ilk oxunuşdan keçib. Novator.az bildirir ki, layihə 2022-ci il fevralın 8-dən qüvvədə olan “Media haqqında” qanunun tətbiqindən irəli gəlir. 381-ci maddə bu redaksiyada verilir: Maddə 381. Media haqqında qanunverici...
Münhen səfəri
AZƏRTAC xəbər verir ki, prezident İlham Əliyev 59-cu Münhen Təhlükəsizlik Konfransında iştirak etmək üçün Almaniyada səfərdədir. Fevralın 17-də dövlət başçısı Münhendə Almaniyanın Şərqi Biznes Assosiasiyasının baş icraçı direktoru Mixael Harmsla görüşüb. Dövlət başçısı “Boru arzuları: gələcəyə uyğun...
Gürcüstan səfərinin orta xərci
Gürcüstanın Milli Statistika Xidməti ziyarət hesabatı yayıb. Novator.az bildirir ki, məlumata görə, 2022-ci ildə ölkədə 5,4 milyon ziyarət qeydə alınıb, bunun 3,7 milyonu turizm səfəri kimi rəsmiləşib. Bir ziyarət üzrə orta xərc 2,3 min lari (1482,3 manat) göstərilir. Hesabata əsasən, 2022-ci ildə z...
Qərarlar anonsu: İlkin Rüstəmzadə və başqaları
Fevralın 23-də Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycandan şikayətlər üzrə qərar və qərardadlar elan edəcək. Aihmaz.org xəbər verir ki, İlkin Rüstəmzadə şikayətində Avropa İnsan Hüquqları Konvensiyası ilə qorunan bir çox hüququnun, o cümlədən ədalətli məhkəmə araşdırması, ifadə azadlığı hüquqları...
Gürcüstan: pensiyaçı nə qədər alır?
2023-cü il yanvarın 1-nə Gürcüstanda 808,3 min nəfərə yaxın pensiyaçı qeydə alınıb. Novator.az-ın məlumatına görə, hesabatı yayan Milli Statistika Xidməti bildirir ki, onların 28,7 faizi kişilər, qalanı qadınlardır. Ölkədə qadınlar 60, kişilər 65 yaşda pensiyaya çıxır. Açıqlamaya əsasən, hazırda 70 ...
Avropa İttifaqına ixrac hesabatı
Dövlət Gömrük Komitəsinin hesabatına görə, 2023-cü ilin yanvarında Azərbaycandan Avropa İttifaqına 1 milyard 35,2 milyon dollarlıq məhsul ixrac olunub. Novator.az ölkələr üzrə göstəricilərə nəzər salıb: İtaliya – 604,8 milyon dollar Almaniya – 95 milyon dollar Çexiya – 80,7 milyon dollar Rumıniya – ...
Zəlzələ itkiləri
Türkiyədə zəlzələ dalğası qurbanlarının sayı 38044 nəfərə çatıb. Xəbəri Fövqəladə Halların İdarə Olunması Agentliyi fevralın 17-nə keçən gecə yayıb. Fevralın 6-sı Qəhrəmanmaraş elinin Bazarcıq və Elbistan rayonlarında baş vermiş iki güclü zəlzələ Adana, Adıyaman, Diyarbəkir, Elazığ, Hatay, Kilis, Qa...
Qapı azca aralandı
UEFA Konfrans Liqasının 1/8 finalına bilet uğrunda oyunlar start götürüb. Novator.az-ın məlumatına görə, Azərbaycan təmsilçisi “Qarabağ” fevralın 16-sı Bakıda Belçikanın “Gent” komandasını qəbul edib. Görüşdə “Qarabağ” üstün gəlib – 1:0. Cavab oyunu fevralın 23-ü Belçikada keçiriləcək. “Qarabağ” doq...
Bəxtiyar Hacıyev quru aclığa keçdi
Məhbus ictimai fəal Bəxtiyar Hacıyev fevralın 16-sı günün ikinci yarısından su içməkdən də imtina edərək quru aclığa keçib. Xəbəri vəkil Aqil Layicə istinadla “Turan” yayıb. Vəkilin sözlərinə görə, Bəxtiyar Hacıyev Penitensiar Xidmətin Müalicə Müəssisəsində saxlanma şəraitindən, onunla davranışdan n...
Moldovada yeni kabinet rəsmiləşdi
Fevralın 16-da Moldova parlamenti yeni hökumətin tərkibini təsdiqləyib, ardınca baş nazir Dorin Reçan və kabinet üzvləri prezidentin hüzurunda and içərək səlahiyyətlərini rəsmiləşdiriblər. Novator.az bildirir ki, 1974-cü il təvəllüdlü Dorin Reçan partiyasızdır. 2010-2012-ci illərdə rabitə və informa...
Əli Kərimlidən Saakaşvili çağırışı
Avropa İttifaqının təmsilçi orqanı – Avropa Parlamenti fevralın 15-də qətnamə qəbul edərək Gürcüstan hakimiyyətini sabiq prezident Mixail Saakaşvilini həbsdən buraxmağa, onun xaricdə müayinəsinə şərait yaratmağa çağırıb. Novator.az-ın qətnaməyə münasibət bildirən AXCP sədri Əli Kərimli yazır: “Mixai...
Avropadan yeni cərimələr
Avropa İnsan Hüquqları Məhkəməsi fevralın 16-da Azərbaycandan şikayətlər üzrə qərar və qərardadlar elan edib. Aihmaz.org bildirir ki, AXCP üzvü olmuş Elnur Məcidlinin Avropa İnsan Hüquqları Konvensiyası ilə qorunan ədalətli məhkəmə araşdırması hüququnun pozulduğu, Azərbaycan dövlətinin fərdi şikayət...
Ali Məhkəmədən Abid Qafarov qərarı
Fevralın 16-da Ali Məhkəmə KİM TV internet kanalının qurucusu Abid Qafarovun şikayəti üzrə yekun qərar verib. Vəkil Aqil Layicin yaydığı məlumata görə, iş apellyasiya baxışına qaytarılıb: “Bəraət gözləyirdik, olmadı. Beləliklə, Abid bəyin əsassız və qanunsuz həbsi süni şəkildə uzadılır”. Novator.az ...
Qəzalar 1,2 faiz artıb
Dövlət Statistika Komitəsi bildirir ki, 2022-ci ildə Azərbaycanda 1668 (əvvəlki illə müqayisədə 1,2 faiz çox) yol-nəqliyyat hadisəsi baş verib, 834 nəfər həlak olub, 1456 nəfər xəsarət alıb. Hadisələrin 41 faizinin nəqliyyat vasitələrinin və piyadaların, 36,6 faizinin bir neçə nəqliyyat vasitəsinin,...
Sabiq nazir axtarışa verildi
Ermənistanın sabiq müdafiə naziri Vigen Sərkisyan axtarışa verilib. Xəbəri fevralın 16-da ölkənin Baş Prokurorluğu yayıb. Vigen Sərkisyan 2018-ci ildən ABŞ-da yaşayır. Fevralın 8-də Baş Prokurorluq onu cinayət məsuliyyətinə cəlb edib, ardınca paytaxt Yerevanda ilkin məhkəmə həbs qətimkan tədbiri seç...
Fəlakətdən yeni rəsmi bilgi
Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin 16 fevral məlumatına görə, zəlzələ dalğasında 36187 nəfər həlak olub, 108 min 68 nəfər xəsarət alıb. Qəhrəmanmaraş vilayətinin Bazarcıq və Elbistan rayonlarında fevralın 6-da baş vermiş iki güclü zəlzələ Adana, Adıyaman, Diyarbəkir, Elazığ, H...
Boş dairələrin sorğusu
Konstitusiyanın 109-cu maddəsinə görə, Milli Məclisə seçkilərin təyinatı prezidentin səlahiyyətindədir. Respublikaçı Alternativ Partiyasının sədri İlqar Məmmədov buna diqqət çəkərək yazır ki, Seçki Məcəlləsi deputat mandatının boş qalmasından sonra bir ay müddətində əlavə seçkinin təyin olunmasını h...
Güvənməməyin zirvəsi
Milli Məclisin regional məsələlər komitəsinin 15 fevral iclasında Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin illik məruzəsi təqdim olunub. Novator.az-ın məlumatına görə, vətəndaş cəmiyyəti eksperti Rövşən Ağayev yazır ki, iclasda çıxış edən ədliyyə nazirinin müavini Vilayət Zahirov bələdiyyəl...