Bəxtiyar Hacıyev: yeni ünvan, yenə aclıq
Məhbus ictimai fəal Bəxtiyar Hacıyev fevralın 10-u axşam Bakı İstintaq Təcridxanasından Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülüb. “Turan”ın məlumatına görə, fevralın 11-də fəala vəkilləri Elçin Sadıqov və Zibeydə Sadıqova, həmçinin qardaşı Vüqar Hacıyev baş çəkiblər. Bəxtiyar Hacıyevin ac...
Fəlakət statistikası
Türkiyədəki zəlzələ dalğasından yeni rəsmi bilgiyə görə, 20213 nəfər həlak olub, 80052 nəfər xəsarət alıb. Qəhrəmanmaraş elinin Bazarcıq və Elbistan rayonlarında fevralın 6-da baş vermiş iki güclü zəlzələ Adana, Adıyaman, Diyarbəkir, Elazığ, Hatay, Kilis, Qaziantep, Malatya, Osmaniyə, Şanlıurfa ellə...
Yoxlamalar qanunu yeniləndi
Prezident İlham Əliyev sahibkarlıq sahəsində yoxlamaları dayandıran qanuna dəyişikliyi imzalayıb. Yenilik qanunun qüvvəsini 2024-cü il yanvarın 1-dək uzadır. Novator.az bildirir ki, 2015-ci il noyabrın 1-də rəsmiləşən qanun yoxlamaları (Baş Prokurorluğun korrupsiya cinayətlərinin araşdırılması üzrə ...
Moldovanın baş naziri istefa verdi
Moldovanın baş naziri Natalya Qavrilitsa fevralın 10-da istefa verib. Prezidentin istefanı qəbul etdiyi, yeni hökumətin qurulması üçün parlament fraksiyaları ilə müzakirələrə başlayacağı bəyan olunub. Novator.az bildirir ki, Moldova parlament respublikasıdır, hökuməti 101 yerlik qanunverici orqanda ...
Bəxtiyar quru aclığa keçmək istəyib
Vəkil Rövşanə Rəhimli fevralın 10-da Bakı İstintaq Təcridxanasında məhbus ictimai fəal Bəxtiyar Hacıyevə baş çəkib. “Turan”a danışan vəkil deyib ki, Bəxtiyar Hacıyev təcridxananın tibbi-sanitar bölümündə aclığı davam etdirir: “Bu gündən sudan da imtina edib quru aclığa keçmək istəyirdi. Ancaq onu fi...
Pensiyada artım faizi bilindi
Dövlət Statistika Komitəsinin 10 fevral məlumatına görə, 2022-ci ildə Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilə nisbətən 14,7 faiz artaraq 839,4 manat olub. Novator.az bildirir ki, bu açıqlama bütün pensiyaların yanvarın 1-dən 14,7 faiz artacağını ...
İxracda nə qədər artım var?
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi 2023-cü ilin yanvarı üzrə ilkin hesabatında Azərbaycanın qeyri-neft ixracını 284,5 milyon ABŞ dolları dəyərində göstərib, 2022-ci ilin ilk ayı ilə müqayisədə 22,6 faiz artımın qeydə alındığını bəyan edib. Novator.az bildirir ki, rəsmi hesabata g...
Rəsmi: ərzaq 17,5 faiz bahalaşıb
Dövlət Statistika Komitəsi 2023-cü ilin ilk inflyasiya hesabatını yayıb. Novator.az bildirir ki, rəsmi məlumata görə, yanvarda istehlak qiymətləri 2022-ci ilin ilk ayı ilə müqayisədə 13,6 faiz artıb. Ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə bahalaşma 17,5 faiz, qeyri-ərzaq məhsulları üzrə...
Pensiya çağırışı
İqtisadçı, Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu fevral pensiyalarının gecikməsinə diqqət çəkib. Novator.az-ın məlumatına görə, o yazır ki, adətən pensiyalar hər ayın ikinci həftəsi, uzağı ayın 9-da verilir: “Amma fevralda indeksləşdirmə gözləndiyindən pensiyaların verilm...
Türkiyədə yenilik ehtimalı
Respublikaçı Alternativ Partiyasının funksioneri Natiq Cəfərli Türkiyədə hakimiyyətin dəyişmə ehtimalının yüksəldiyini düşünür: “Yeni iqtidar demokratik idarəçiliyə məcbur, Türkiyənin daxili problemlərinə, sistem dəyişikliklərinə, fəlakətli zəlzələ dalğasının nəticələrinin aradan qaldırılmasına yönə...
“Bəxtiyar Hacıyevi itirə bilərik”
AXCP sədri Əli Kərimli ictimai fəal Bəxtiyar Hacıyevi həbsdən buraxmağa çağırıb. Novator.az-ın məlumatına görə, siyasətçi məhbusun vəkili Aqil Layicə istinadla Bəxtiyar Hacıyevin tanınmaz vəziyyətdə olduğunu, hər an faciə baş verə biləcəyini yazır: “Bəxtiyar Hacıyevi itirə bilərik. O, qanunsuz həbsi...
Özəlləşdirmə və icarə gəlirləri açıqlanıb
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin hesabatına görə, 2022-ci ildə 304 kiçik dövlət müəssisə və obyekti, 16 açıq səhmdar cəmiyyətin səhmləri, 262 obyektin yerləşdiyi dövlət mülkiyyətində olan torpaq sahəsi, 513 nəqliyyat vasitəsi özəlləşdirilib. Özəlləşdirmədən dövlət bü...
Koronavirus hesabatı
Ümumi hesabata görə, Azərbaycanda 828174 nəfər koronavirusa yoluxub, onların 10097-si vəfat edib, 155-i aktiv xəstədir, qalanları sağalıb. 2019-cu ilin dekabrında Çində üzə çıxıb daha 230 ölkə, ərazi və məkana yayılan infeksiyaya Azərbaycanda ilk yoluxma 2020-ci il fevralın 28-də, xəstəlikdən ilk öl...
Bəxtiyar sistem qəbulundan imtina etdi
Tibb elmləri doktoru Adil Qeybulla fevralın 10-da Bakı İstintaq Təcridxanasının tibbi-sanitariya bölümündə məhbus ictimai fəal Bəxtiyar Hacıyevə baş çəkib. “Turan”a danışan həkim deyib ki, Bəxtiyar Hacıyev aclıq müddətində çox çəki itirib, onun arterial təzyiqi, qanında şəkərin səviyyəsi normadan aş...
Qənimət Zahid 60-ı haqladı
Jurnalist, nasir Qənimət Zahidin 60 yaşı tamam olur. Novator.az bildirir ki, 1963-cü il fevralın 10-u Şamaxıda doğulan Qənimət Zahid Bakı Dövlət Universitetini bitirib. Milli azadlıq hərəkatının öncül şəxslərindəndir. 1990-cı ildən “Azadlıq” qəzetində çalışıb, 1991-1994-cü illərdə redaktor postunu t...
Sabiq nazir həbsə gedir?
Ermənistanın Baş Prokurorluğu sabiq müdafiə naziri Vigen Sərkisyanı cinayət məsuliyyətinə cəlb edib. Fevralın 9-da yayılan rəsmi məlumata görə, məhkəməyə təqdimatda sabiq nazir barəsində həbs qətimkan tədbirinin seçilməsi istənir. İttihama əsasən, Vigen Sərkisyan 2018-ci ildə vəzifə səlahiyyətlərini...
Zəlzələ 110 min kvadrat kilometri vurub
Fevralın 9-da yayılan yeni rəsmi bilgiyə görə, Türkiyədə zəlzələ dalğası 14351 nəfərin həyatına son qoyub, 63794 nəfər xəsarət alıb. Qəhrəmanmaraş bölgəsində fevralın 6-da baş vermiş iki güclü zəlzələ Adana, Adıyaman, Diyarbəkir, Elazığ, Hatay, Kilis, Qaziantep, Malatya, Osmaniyə, Şanlıurfa bölgələr...
Dövlət təzminatlara boyun olub
Fevralın 9-da Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycandan şikayətlər üzrə qərardadlar elan edib. Aihmaz.org xəbər verir ki, Cabbar Cabbarov, Etibar İsmayılov, Abbas Hüseynov, İbrahim Xudaverdiyev, Ramil Seyfullayev, Mübariz İbrahimov, Cabir Əliyev və Ruzi İsmayılov şikayətlərində tutularkən, həbs...
Meksikada erməni ləhcəsi
Meksika parlamentinin yuxarı palatası – Senat fevralın 8-də qondarma erməni soyqırımını tanıyan sənədə səs verib. Xəbəri yayan Newsarmenia.am saytı sənəddə hökumətə “soyqırımını” rəsmən tanımaq çağırışı yer aldığını iddia edir. Novator.az bildirir ki, saxta soyqırımı iddialarına əsasən, 1915-c...
İsa Qəmbərin şikayətinə baxılacaq
Bakı Apellyasiya Məhkəməsi Dövlət Sosial Müdafiə Fondu ilə çəkişən siyasətçi İsa Qəmbərin şikayətinə fevralın 15-də baxacaq. Vəkil Nemət Kərimli Novator.az-a deyib ki, şikayətdə Bakı İnzibati Məhkəməsinin 12 sentyabr 2022-ci il qərarının ləğvi istənir. 1957-ci il təvəllüdlü İsa Qəmbər milli azadlıq ...