Avropada Azərbaycan müzakirəsi
Martin 7-dən Fransanın Strasburq şəhərində Avropa Şurası Nazirlər Komitəsinin toplantısı keçirilir. Aihmaz.org xəbər verir ki, toplantıda Avropa İnsan Hüquqları Məhkəməsi qərarlarının icra durumuna baxılır. Müzakirələr martın 10-da bitəcək. Azərbaycanla bağlı qərarların 30-na Qafqaz Məmmədov qrupu d...
Qlobal Bakı Forumu keçirilir
Martın 9-da “Dünya bu gün: çağırışlar və ümidlər” mövzulu Qlobal Bakı Forumu start götürüb. Forum prezident İlham Əliyevin himayəsi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilir. AZƏRTAC xəbər verir ki, İlham Əliyev açılış mərasimində çıxış edib. Dövlət başçısı Ermənistan-Azərba...
Bir layihə Gürcüstanı qaynadır
Gürcüstanın paytaxtı Tbilisidə etirazlar qismən yatırılıb. Martın 9-na keçən gecə polis parlament binası qarşısında toplaşan fəalları ərazidən sıxışdırıb. Novator.az bildirir ki, martın 7-də Gürcüstan parlamenti “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini ilk oxunuşda qəbul edib. Hökumətin...
1/4 finalçıların yarısı
UEFA Çempionlar Liqasının 2022-2023 mövsümündə 1/4 finalçıların yarısı bəllidir: “Çelsi”, “Benfika”, “Bavariya”, “Milan”. Novator.az bildirir ki, 1/4 finala “Leypsiq”, “Mançester Siti”, “İnter” (İtaliya), “Portu”, “Liverpul”, “Real”, “Ayntraxt” (Frankfurt), “Napoli” komandaları da iddia edirlər. 195...
Yaxın ölkələrdə xəstə sayı
Martın 9-na olan beynəlxalq statistikaya görə, 202 ölkə və ərazidə 20,2 milyondan çox aktiv koronavirus xəstəsi var. Novator.az yaxın ölkələr üzrə göstəriciləri təqdim edir: Rusiya – 262405 xəstə Moldova – 94995 Estoniya – 87487 İran – 87111 Gürcüstan – 32085 Ukrayna ...
Jurnalist və vəkilin mühakimə anonsu
Jurnalist Əvəz Zeynallı və vəkil Elçin Sadıqovun istintaqı bitib. Mühakimə prosesinin Bakı Ağır Cinayətlər Məhkəməsində keçiriləcəyi bəyan olunub. Novator.az bildirir ki, hər iki şəxs 2022-ci il sentyabrın 10-da tutulub, Baş Prokurorluğun İstintaq İdarəsinin jurnalisti külli miqdarda rüşvət almaqda,...
“AzəriLayt” neçəyədir?
Energetika Nazirliyinin 7 mart məlumatına görə, “AzəriLayt” markalı Azərbaycan neftinin barreli 88,04 dollara satılır. 2023-cü ilin dövlət büdcəsində bir barrel neft 50 dollardan götürülüb. “AzəriLayt” yanvara 87,99, fevrala 87,53, marta 85,01 dollarla başlayıb. Rəsmi hesabata əsasən, yanvarda Azərb...
Ermənistanın demoqrafik mənzərəsi
Ermənistanın Statistika Komitəsi demoqrafik hesabat yayıb. Novator.az bildirir ki, rəsmi məlumata görə, 2023-cü ilin yanvar ayında ölkədə ötən ilin ilk ayı ilə müqayisədə 361 nəfər çox uşaq doğulub, ölənlərin sayı 302 nəfər azalıb. Nikahlarda 204 artım, boşanmalarda 36 azalma qeydə alındığı vurğulan...
Əhalinin yarıdan çoxu qadınlardır
Dövlət Statistika Komitəsi bildirir ki, 2023-cü ilə Azərbaycan əhalisinin 50,2 faizini qadınlar təşkil edib. Hesabata görə, ümumi təhsil müəssisələrində müəllimlərin 81,9 faizi, orta ixtisas təhsil müəssisələrində 81,3 faizi, ali təhsil müəssisələrində 57,4 faizi qadınlardır. Həkimlərin üçdə ikisini...
Kılıçdaroğlunun ilkin komandası
Türkiyədə mayın 14-nə təyin olunması gözlənən parlament və prezident seçkilərində əsas müxalif qüvvə Millət ittifaqıdır. Qurum prezidentliyə Kamal Kılıçdaroğlunu namizəd göstərib. 1948-ci il təvəllüdlü Kamal Kılıçdaroğlu Cümhuriyyət Xalq Partiyasının sədri, parlamentin – Türkiyə Böyük Millət Məclisi...
Zaman məsələsi
Əli Kərimli AXCP sədri Allah Cəfər Cabbarlıya rəhmət eləsin. Rusiyanın 1905-ci ildə ermənilərlə azərbaycanlıları vuruşdurmasını yığcam bir şəkildə ifadə edib: “Atan kazaklardır”. 118 il sonra da dəyişən bir şey yoxdur. Cənubi Qafqazda hələ də “atan kazaklardır”. Rusiya Azərbaycanla Ermənistanın sülh...
REAL-a çağırış
Respublikaçı Alternativ (REAL) Partiyasının sədri İlqar Məmmədov vətəndaşları quruma üzv olmağa çağırıb. O bildirir ki, Realuzv.org saytı partiya üzvü kimi qeydiyyat imkanı verir: “Yaxın aylarda REAL 5 min üzvdən ibarət siyahını hökumətə təqdim etməsə, partiyanın dövlət qeydiyyatı ləğv ediləcək, ölk...
Ərdoğanın yeni döyüşü
Türkiyə prezidenti Rəcəb Teyyub Ərdoğanın liderlik etdiyi Ədalət və İnkişaf Partiyası 6 parlament, 4 bələdiyyə, 2 prezident seçkisində, 3 referendumda (üst-üstə 15 ümumxalq səsverməsində) qalib olub. Novator.az bildirir ki, 2001-ci ildə yaradılmış partiya 3 noyabr 2002-ci ilin, 22 iyul 2007-ci ilin,...
1,7 manatın 5 ili
Mərkəzi Bank martın 7-də ABŞ dollarının məzənnəsini 1,7 manat həddində saxlayıb, bununla qiymət sabitliyinin 5 ili tamamlanıb. 2015-2017-ci illərdə rəsmi kursu 0,7844 manatdan 1,7001 manata yüksələn dollar 2018-ci il martın 7-dən banklara 1,7 manata təklif olunur. Manat valyuta hərraclarında qorunur...
Müdafiə Nazirliyi xəbərdar edir
Müdafiə Nazirliyi Yuxarı Qarabağdakı 5 mart toqquşması ilə bağlı yeni açıqlama yayıb. Qeyd olunur ki, həmin gün Azərbaycan Ordusunun bölmələri Xankəndi-Xəlfəli-Turşsu torpaq yolu ilə Ermənistandan qanunsuz hərbi daşımalar həyata keçirən erməni hərbi birləşmələrinin nəqliyyat vasitəsini saxlayaraq yo...
Kamal Kılıçdaroğlu vahid namizəd oldu
Türkiyənin 6 müxalif partiyasını birləşdirən Millət ittifaqı martın 6-da prezidentliyə vahid namizədinin adını açıqlayıb: Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu. Prezident seçkisi ilə eyni gündə parlament də yenilənəcək. Qoşa seçkinin mayın 14-nə təyin olunması gözlənir. Millət ittif...
Zəlzələ qurbanları 46 min nəfəri ötdü
Martın 6-da yayılan rəsmi məlumata görə, Türkiyədə zəlzələ silsiləsi 46104 nəfərin həyatına son qoyub. Fevralın 6-sı Qəhrəmanmaraş vilayətində baş vermiş iki güclü zəlzələ Adana, Adıyaman, Diyarbəkir, Elazığ, Hatay, Kilis, Qaziantep, Malatya, Osmaniyə, Şanlıurfa vilayətlərini də əhatə edib, böyük da...
Ramiz Rzayev postdan getdi
Martın 6-sı Ali Məhkəmədə sədr Ramiz Rzayevin səlahiyyət müddətinin bitməsi ilə əlaqədar tədbir keçirilib. Ali Məhkəmənin hakimləri üçün son yaş həddi 68-dir. Ramiz Rzayev 25 fevral 1953-cü ildə doğulub. Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. 1979-cu ildən prokurorluq orqanlarında ça...
Millət ittifaqı yenə bütövləşir?
Türkiyədə müxalif Millət ittifaqı yenidən tam tərkibdə bir araya gəlir. Novator.az bildirir ki, martın 6-da Yaxşı Partiyanın lideri Maral Akşenerin ittifaqdakı müzakirələrə dönmək qərarı verdiyi açıqlanıb. Millət ittifaqında Cümhuriyyət Xalq Partiyası, Səadət Partiyası, Demokratiya və Sıçrayış Parti...
Cəbhəçi aksiyadan çəkilmir
Vəkil Nemət Kərimli martın 6-sı Bakı İstintaq Təcridxanasında AXCP üzvü Zamin Salayevə baş çəkib. “Turan”a danışan vəkil deyib ki, Zamin Salayev aclıq aksiyasını davam etdirir: “Zaminin durumu çox ağırdır. Tutulandan bəri 20 kiloqram çəki itirib, çətinliklə hərəkət edir, kəskin ürək ağrısından əziyy...