Vergi yeniliyi
Prezident İlham Əliyev Vergi Məcəlləsinə dəyişiklikləri imzalayıb. Qanun 2023-cü il martın 1-dən qüvvədə sayılır. Novator.az bildirir ki, yeniliyə görə, Azərbaycan ərazisindən tranzit keçən, xarici dövlətlərdə qeydiyyatda olan avtonəqliyyat vasitələrinin sahibləri və ya həmin nəqliyyat vasitəsini id...
Prezidentin köməkçisi Fazil Mustafaya baş çəkib
Prezidentin mətbuat xidmətinin məlumatına görə, dövlət başçısı İlham Əliyevin köməkçisi Anar Ələkbərov martın 29-da Milli Məclisin deputatı Fazil Mustafanı müalicə olunduğu xəstəxanada ziyarət edib, onun ailə üzvləri ilə görüşüb. Deputata dövlət başçısının və birinci xanım Mehriban Əliyevanın şəfa d...
Qazaxıstan yeni hökumət astasında
Martın 29-da Qazaxıstan Məclisinin yeni tərkibdə ilk iclası keçirilib və hökumət istefaya gedib. Hakim Amanat Partiyasının baş nazir vəzifəsinə namizədi yaxın günlərdə irəli sürməsi gözlənir. Novator.az bildirir ki, Məclis Qazaxıstan parlamentinin aşağı palatasıdır. Hökumət prezident və parlament qa...
Bakıda orta maaş nə qədərdir?
Bakı Şəhər Statistika İdarəsi makroiqtisadi hesabat yayıb. Novator.az bildirir ki, açıqlamaya görə, 2023-cü il fevralın 1-nə paytaxtda muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı 1086,9 manata çatıb. Yanvar-fevral aylarında paytaxt sənayesində 11 milyard manatlıq istehsal və xidmətin rəsmiləşdiyi ...
31 mart və 19 aprel hədləri
Mayın 14-ü Türkiyədə prezident seçkisi ilə yanaşı parlament seçkisi də keçiriləcək. Novator.az bildirir ki, Ali Seçki Qurumu 600 nəfərlik parlament – Türkiyə Böyük Millət Məclisi uğrunda yarışa 36 partiyanı buraxıb: Ana Vətən Partiyası, Böyük Birlik Partiyası, Böyük Türkiyə Partiyası, Cümhuriy...
Uçot dərəcəsi dəyişdi
Mərkəzi Bankın İdarə Heyəti martın 29-da uçot dərəcəsini 8,75 faizə qaldırıb. Uçot dərəcəsi Mərkəzi Bankın kommersiya banklarına manatla verdiyi borclar üzrə faiz dərəcəsidir. Fevralın 1-dən uçot dərəcəsi 8,5 faiz idi. Novator.az bildirir ki, uçot dərəcəsi üzrə növbəti qərarlar bu tarixlərdə veriləc...
Qəsd şərhləri
Müxalif siyasətçilər Milli Məclisin deputatı Fazil Mustafaya qəsdə münasibət bildirib. Novator.az-ın məlumatına görə, Müsavat Partiyasının başqanı Arif Hacılı yazır ki, Fazil Mustafanın dini məsələlərə aid fərqli fikirlərini açıq ifadə etməkdən çəkinməyən siyasətçi olduğu hər kəsə bəllidir: “Bu fakt...
Üç ayın populyar adları
2023-cü ilin yanvar-mart aylarında Azərbaycanda qızlara ən çox Zəhra adı qoyulub. Novator.az Ədliyyə Nazirliyinə istinadla bildirir ki, bu ad 298 uşağa məsləhət görülüb. Populyar qız adlarının ilk onluğunda Məryəm (257 uşaq), Aylin (213), Zeynəb (213), Fatimə (191), Nilay (186), Ayla (185), Mələk (1...
Zamin Salayev yeriyə bilmir
AXCP funksioneri Zamin Salayev aclıq aksiyası boyu 37 kiloqram arıqlayıb. Martın 28-i Bakı İstintaq Təcridxanasında Zamin Salayevə baş çəkən vəkil Nemət Kərimli “Turan”a belə deyib. Onun sözlərinə görə, cəbhəçinin durumu kəskin pisləşib: “Zamin sərbəst yeriyə bilmir, mənimlə görüşə qolundan tutub gə...
204 aktiv xəstə var
Novator.az Azərbaycanın koronavirus statistikasına nəzər salıb. Milli hesabata görə, ölkədə 829494 nəfər koronavirusa yoluxub, onların 10175-i vəfat edib, 204-ü aktiv xəstədir, qalanları sağalıb. 2019-cu ilin dekabrında Çində üzə çıxıb yayılan infeksiyaya Azərbaycanda ilk yoluxma 2020-ci il fevralın...
Almaniya yolu, liderlər
2024-cü ilin Avropa futbol çempionatının seçmə mərhələsi 10 qrupda aparılır. Final raunduna ilk iki yeri tutan milli komandalar çıxacaq. Novator.az bildirir ki, iki turdan sonra A qrupunda Şotlandiya və İspaniya, B qrupunda Fransa və Yunanıstan, C qrupunda İngiltərə və İtaliya, D qrupunda Xorvatiya ...
İstintaqı DTX aparır
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) siyasətçi Fazil Mustafaya qəsdlə bağlı məlumat yayıb. Qeyd olunur ki, martın 28-i saat 21:51-də Milli Məclisin deputatı Fazil Mustafaya yaşadığı evin qarşısında – Bakının Zabrat-1 qəsəbəsi, Babək küçəsi, ev 2 “Z” ünvanında “Kalaşnikov” konstruksiyalı avtomat...
Fazil Mustafaya sui-qəsd
Martın 28-i axşam Bakıda siyasətçi, deputat Fazil Mustafaya sui-qəsd edilib. Zabrat qəsəbəsindəki evinin yaxınlığında siyasətçiyə avtomat silahdan atəş açılıb. Çiynindən və ayağından iki güllə yarası alan Fazil Mustafa Kliniki Tibbi Mərkəzə aparılıb. Novator.az bildirir ki, Fazil Mustafa 19 oktyabr ...
Ermənilər Bakıya gəlməkdən imtina etdi
Azərbaycanın Qarabağ bölgəsindəki işğalçı rejimin “Xarici İşlər Nazirliyi” Prezident Administrasiyasına cavab verib. Martın 28-də yayılan açıqlamada qeyd olunur ki, Azərbaycan rəsmiləri ilə hər hansı görüş Qarabağ ərazisində və Rusiya sülhməramlılarının vasitəçiliyi ilə mümkündür. Prezident Administ...
Yaxın paytaxtlarda mənzil neçəyədir?
Sputnik.by saytı keçmiş SSRİ məkanının baş şəhərlərində mənzil bazarlarına nəzər salıb. Araşdırmaya görə, Bakının ilkin mənzil bazarında bir kvadratmetrin orta qiyməti 1500 dollar, təkrar mənzil bazarında 1100 dollardır. Novator.az bildirir ki, Yerevanın həm ilkin, həm təkrar mənzil bazarında bir kv...
Laçına xüsusi nümayəndə təyin edildi
Məsim Əhməd oğlu Məmmədov prezidentin Laçın rayonunda xüsusi nümayəndəsi təyin edilib. Dövlət başçısı İlham Əliyev sərəncamı martın 28-də imzalayıb. AZƏRTAC-ın məlumatına görə, martın 28-də Məsim Məmmədovu qəbul edən İlham Əliyev deyib ki, Laçın rayonunun təhlükəsizliyinin qorunması, oraya keçmiş mə...
Pozuntuların 1543 qərarı
Dövlət Miqrasiya Xidmətinin hesabatına görə, 2023-cü ilin fevralında qanunvericiliyin tələblərinin pozulması 1543 qərarın qəbuluna gətirib: “403 qərarda cərimə ödəməklə ölkəni tərk etmək tələbi yer alıb, 426 qərar ölkədə yaşamanı qanuniləşdirib. 255 qərar ölkədən inzibati qaydada çıxarılmaqla cərimə...
28 mart qiyməti
Energetika Nazirliyinin 28 mart məlumatına görə, “AzəriLayt” markalı Azərbaycan neftinin barreli 78,28 dollara satılır. Bu, büdcədə nəzərdə tutulandan 28,28 dollar yuxarı qiymətdir. 2023-cü ilin dövlət büdcəsində bir barrel neft 50 dollardan götürülüb. “AzəriLayt” yanvara 87,99, fevrala 87,53, marta...
Qiymətə rəqabət əlacı
Natiq Cəfərli Sosial şəbəkələrdə bu tip narazılıqlar artıb: filan mağazada alçanın kilosu 90 manat, çiyələyin kilosu 25 manat, filan restoranda kababın şişi 15-20 manatdır… Çox pis tendensiyadır, sovet dövründən qalma instinktlərdir, vətəndaşları sollaşdıran yanaşmadır. Ən əsası – problemin kö...
Bank sistemində inhisar
İqtisadçı alim, Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu bank sistemindən yazıb. Novator.az-ın məlumatına görə, o qeyd edir ki, ölkənin ən böyük üç bankı – Azərbaycan Beynəlxalq Bankı, “Paşa Bank”, “Kapital Bank” bazar payını artırır, bu da bank bazarında inhisarçılığın artd...