“AzəriLayt” ucuzlaşıb
Energetika Nazirliyinin 21 iyun məlumatına görə, “AzəriLayt” markalı Azərbaycan neftinin barrelinin qiyməti 78,25 dollara düşüb. 2023-cü ilin yenilənmiş dövlət büdcəsində bir barrel neft 60 dollardan götürülüb, “AzəriLayt” yanvara 87,99, fevrala 87,53, marta 85,01, aprelə 81,88, maya 79,04, iyuna 75...
Söyüdlü aksiyası
Gədəbəyin Söyüdlü kəndinin bir qrup sakini iyunun 20-də aksiya keçirib. “Turan”ın məlumatına görə, onlar kənddəki qızıl mədəninə bağlı ikinci süni gölün yaradılmasına etiraz edib. Sakinlər bildirir ki, filizin kimyəvi təmizlənməsindən yaranan çirkabla dolu ilk göl ərazinin ekologiyasına mənfi təsir ...
Avropa ələmələri
2024-cü ilin Avropa futbol çempionatının seçmə mərhələsi 10 qrupda aparılır. Final raunduna ilk iki yeri tutan milli komandalar çıxacaq. Novator.az bildirir ki, dörd turdan sonra A qrupunda Şotlandiya və Gürcüstan, B qrupunda Fransa və Yunanıstan, C qrupunda İngiltərə və Ukrayna, D qrupunda Türkiyə ...
Azərbaycanda qadın-kişi nisbəti (1991-2023)
Azərbaycanın Dövlət Statistika Komitəsi 2023-cü il mayın 1-nə əhalinin 50,2 faizinin qadınlar olduğunu açıqlayıb, yanvar-aprel aylarında doğulanlar arasında oğlan uşaqlarını 53,2 faizlə üstün göstərib. Novator.az bildirir ki, Azərbaycanın dövlət müstəqilliyini bərpa etdiyi 1991-ci ilin əvvəlində əha...
Finlandiyada yeni hökumət
İyunun 20-si Finlandiyada yeni hökumət fəaliyyətə başlayıb. Novator.az bildirir ki, Petteri Orponun baş nazirlik etdiyi hökumət 21 nəfərdən ibarətdir. Hökuməti parlamentdə təmsil olunan dörd partiya qurub. Koalisiya danışıqları mayın 2-də başlamışdı. Aprelin 2-də keçirilmiş parlament seçkisində qanu...
Çempionlar Liqası: “Qarabağ”ın ilk rəqibi bəlli oldu
İyunun 20-də UEFA Çempionlar Liqasının 2023-2024 mövsümünün birinci mərhələsinin (11-19 iyul) püşkü atılıb. Novator.az-ın məlumatına görə, Azərbaycan təmsilçisi “Qarabağ”a Cəbəllütariqin “Linkoln” komandası qismət olub. İkinci mərhələdə (25 iyul-2 avqust) “Qarabağ”ın bəxtinə “Aris” (Kipr), üçüncü mə...
20 yaşadək şəxslərin sayı necə dəyişib? (1991-2022)
Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunduğu 1991-ci ilin əvvəlində əhalinin 42,4 faizi 20 yaşadək şəxslər olub. Novator.az Dövlət Statistika Komitəsinə istinadla bildirir ki, 1995-ci ilin əvvəlində yaşı 20-dək şəxslərin ümumi əhalidə payı 41,6 faizə enib, 2000-ci ilin əvvəlinə 41,7 faizə yüks...
Türkiyədə minimum maaş artır
İyulun 1-dən Türkiyədə minimum aylıq maaş 11402 lirəyə (821 manata yaxın) qaldırılır. Novator.az bildirir ki, yanvarın 1-dən ölkədə minimum əməkhaqqı 8506 lirədir. Azərbaycanda minimum aylıq əməkhaqqı 345 manatdır. Mərkəzi Bank iyunun 20-də 100 Türkiyə lirəsini 7 manat 20 qəpiyə satır. 2023-cü il 9 ...
Dövlət qulluqçuları üzrə statistika
Rəsmi hesabata görə, 2023-cü il yanvarın 1-nə Azərbaycanda 27,1 min nəfər dövlət qulluqçusu qeydə alınıb, onların 7,9 faizinin 1 ilədək, 24,1 faizinin 5 ilədək, 22,9 faizinin 10 ilədək, 18,4 faizinin 15 ilədək, 26,7 faizinin 15 il və daha çox qulluq stajı olub. Dövlət qulluqçularının yaş bölgüsü bel...
20 iyun qiyməti
Energetika Nazirliyinin 20 iyun məlumatına görə, “AzəriLayt” markalı Azərbaycan neftinin barreli 79,14 dollara satılır. Bu, büdcədə nəzərdə tutulandan 19,14 dollar yuxarı qiymətdir. 2023-cü ilin yenilənmiş dövlət büdcəsində bir barrel neft 60 dollardan götürülüb, “AzəriLayt” yanvara 87,99, fevrala 8...
Gerçək mənzərə üçün gerçək statistika
Dövlət Statistika Komitəsinin 2022-ci ilin əvvəlinə olan hesabatında Azərbaycan əhalisinin 4,4 faizi 70 və daha yuxarı yaşlı, 3,4 faizi 65-69 yaşlı, 5,7 faizi 60-64 yaşlı şəxslər kimi göstərilib. Özəl hesablama aparan vətəndaş cəmiyyəti eksperti Rövşən Ağayev yazır ki, bölgələrdə demoqrafik qocalman...
Futbolçu düşmən cəbhəsində
Fransız futbolçu Olivye Jiru Azərbaycan torpaqlarında qurulmuş işğalçı rejimə maddi yardım göstərib. Novator.az-ın məlumatına görə, 2022-ci ilin dünya çempionatının dörddə bir finalında geyindiyi köynəyi hərracda 35 min avroya satılan futbolçu vəsaiti işğalçı rejim üçün pul toplayan “Ermənistan üçün...
Medianın büdcə payından nə qədər kəsilib?
2023-cü ilin dövlət büdcəsinin yenilənməsi media sahəsinə də təsir göstərir. Novator.az bildirir ki, Azərbaycan Dövlət İnformasiya Agentliyinə (AZƏRTAC) ayrılan vəsait 9,3 milyon manatdan 8,3 milyon manata, Medianın İnkişafı Agentliyinin payı 6,8 milyon manatdan 6,4 milyon manata enir. Büdcədə Audio...
Yenilənmiş büdcənin xərc istiqamətləri
2023-cü ilin yenilənmiş dövlət büdcəsində 33 milyard 890,5 milyon manat gəlir, 36 milyard 624,8 milyon manat xərc nəzərdə tutulur. Novator.az-ın məlumatına görə, ən böyük xərc istiqamətləri belə sıralanır: iqtisadi fəaliyyət – 9 milyard 402,8 milyon manat, müdafiə və milli təhlükəsizlik –...
Koronavirus hesabatı
Ümumi hesabata görə, Azərbaycanda 831896 nəfər koronavirusa yoluxub, onların 10281-i vəfat edib, 16-sı aktiv xəstədir, qalanları sağalıb. 2019-cu ilin dekabrında Çində üzə çıxıb dünyanı bürüyən infeksiyaya Azərbaycanda ilk yoluxma 2020-ci il fevralın 28-də, xəstəlikdən ilk ölüm martın 12-də qeydə al...
Büdcə zərfi imzalandı
Prezident İlham Əliyev 2023-cü ilin büdcə zərfində dəyişiklikləri imzalayıb. Novator.az bildirir ki, yenilənmiş dövlət büdcəsində 33,8 milyard manat gəlir, 36,6 milyard manat xərc nəzərdə tutulur, bir barrel neft 60 dollardan götürülür. Dövlət Sosial Müdafiə Fondunun yenilənmiş büdcəsində gəlirlər v...
“Avroviziya 2024”: 17 iştirakçı məlumdur
Novator.az “Avroviziya 2024” mahnı müsabiqəsində iştirakını təsdiqləyən ölkələrin siyahısına nəzər salıb. İyunun 19-dək yarışa ev sahibi İsveç və daha 16 ölkə ilkin razılıq verib: Almaniya, Avstriya, Danimarka, Finlandiya, Fransa, İrlandiya, İslandiya, İspaniya, İsrail, İtaliya, Kipr, Lüksemburq, Ma...
Müstəqillik dövründə doğum göstəriciləri necə dəyişib?
Dövlət Statistika Komitəsinin hesabatına görə, yanvar-aprel aylarında Azərbaycanda 37159 uşaq doğulub, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 8,3 faiz azalma qeydə alınıb. Novator.az bildirir ki, dövlət müstəqilliyinin bərpa olunduğu 1991-ci ildə doğum sayı 190353 göstərilib. 1995-ci ildə 143315 uşa...
Liderlik hədəfi
Dövlət Statistika Komitəsinin hesabatına əsasən, 2023-cü ilin yanvar-may aylarında Azərbaycanda 49 milyard 580,8 milyon manatlıq (29,2 milyard dollara yaxın) ümumi daxili məhsul (ÜDM) istehsal olunub, əhalinin hər nəfərinə 4890,6 manat (2877 dollara yaxın) ÜDM düşüb. Novator.az-ın məlumatına görə, i...
İşsizlik statistikasına diqqət
Rəsmi hesabata görə, Dövlət Məşğulluq Agentliyi 2023-cü il iyunun 1-nə 250 min 138 nəfəri işsiz kimi qeydiyyata alıb, onların 2459-na işsizlikdən sığorta ödənişi verilib. “İşsizlikdən sığorta haqqında” qanuna görə, əmək münasibətlərinə əmək müqaviləsinin müddətinin bitməsi əsasları ilə xitam verilmi...