Neftsiz ixrac hesabatı
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi bildirir ki, 2023-cü ilin yanvar-may aylarında Azərbaycanın qeyri-neft ixracı 1,5 milyard ABŞ dolları dəyərində olub, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 22,1 faiz artım qeydə alınıb. Hesabata görə, beş ayın əsas üç ixrac məhsulu siyahısında ...
Lalə Şövkətin partiyası fəaliyyətini dayandırdı
İyunun 24-ü Musavat.com-da bəyanat yayan Azərbaycan Liberal Partiyası fəaliyyətini dayandırdığını elan edib. 1995-ci ildən dövlət qeydiyyatında olan Azərbaycan Liberal Partiyası Lalə Şövkətin (Hacıyeva) liderliyi ilə qurulmuşdu. Novator.az bildirir ki, 1951-ci il təvəllüdlü Lalə Şövkət 1993-cü il iy...
AXCP-nin qurultayı
İyunun 24-ü Maştağa Mədəniyyət Mərkəzində AXCP-nin 7-ci (10-cu) qurultayı keçirilir. Novator.az-ın məlumatına görə, cəbhəçilər partiya sədri Əli Kərimlinin, Ali Məclisin sədri Nurəddin Məmmədlinin və Mərkəzi Nəzarət-Təftiş Komissiyasının sədri Aydın Əliyevin hesabatlarını dinləyib, məruzələr ətrafın...
Dövlət satınalmaları: yeni qanun gəlir
Milli Məclisin 24 iyun iclasında “Dövlət satınalmaları haqqında” qanun layihəsi ilk oxunuşdan keçib. Layihəyə görə, qanun ölkədə dövlət satınalmalarının iqtisadi, hüquqi və təşkilati əsaslarını və qaydalarını müəyyən edir, satınalan təşkilatların keçirdiyi bütün satınalmalara şamil edilir. Bir çox m...
Məhkəmə-Hüquq Şurası nöqtə ərəfəsində
Parlamentin 24 iyun iclasında Milli Məclisin deputatı Nizami Səfərov Məhkəmə-Hüquq Şurasının üzvü təyin olunub. Novator.az bildirir ki, Məhkəmə-Hüquq Şurası yenilənmiş qanun əsasında qurulur. Hakimlərin konfransında Ali Məhkəmənin sədri İnam Kərimov, sədr müavini Çingiz Əsgərov, Mülki Kollegiyasının...
Bölgələrin kredit və əmanəti
2023-cü il iyunun 1-nə Bakıda 15,7 milyard manat kredit qeydə alınıb. Novator.az bildirir ki, Mərkəzi Bank hesabatında başqa bölgələri belə sıralayır: Abşeron-Xızı – 808,4 milyon manat Gəncə-Daşkəsən – 640,7 milyon manat Lənkəran-Astara – 496,8 milyon manat Mərkəzi Aran – 424,3 milyon manat Qazax-To...
İkinci prezidentin doğum günü
İyunun 24-ü Azərbaycanın ikinci prezidenti Əbülfəz Elçibəyin doğum günü, 85 illik yubileyidir. 1938-ci ildə Ordubadın Kələki kəndində doğulan Əbülfəz Elçibəy indiki Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsini, həmin təhsil ocağının aspiranturasını bitirib, tərcüməçiliklə, elmi-pedaqoji fəal...
Problemli kreditlər nə qədər azalıb?
2023-cü ilin yanvar-may aylarında Azərbaycanda problemli kreditlər 103,6 milyon manat azalıb. Novator.az Mərkəzi Bankın statistik bülleteninə istinadla bildirir ki, il 593,7 milyon manatla başlayıb, iyunun 1-nə 490,1 milyon manata düşüb. 2015-ci ilin əvvəlində problemli kreditlər 976,3 milyon manat ...
24 bankın 45,9 milyard manatı var
Mərkəzi Bank hesabatlar yayıb. Novator.az bildirir ki, statistikaya görə, 2023-cü il iyunun 1-nə Azərbaycanda 20 milyard 659,3 milyon manat kredit, 12 milyard 400,7 milyon manat əmanət rəsmiləşib. İl 19 milyard 594,4 milyon manat kredit, 11 milyard 743 milyon manat əmanətlə başlamışdı. 24 bankın cəm...
Sıradan çıxan və qalan partiyalar
2023-cü ildə Azərbaycanın 27 siyasi partiyası fəaliyyətini rəsmən dayandırıb: Aydınlar Partiyası, Azərbaycan Azad Respublikaçılar Partiyası, Azərbaycan Kommunist Partiyası, Azərbaycan Liberal Demokrat Partiyası, Azərbaycan Milli Demokrat Partiyası, Azərbaycan Naminə Alyans Partiyası, Azərbaycan Resp...
Qiyas İbrahimov aclığa başlayıb
Daxili İşlər Nazirliyinin Binəqədi rayonundakı inzibati həbs məntəqəsində saxlanan ictimai fəal Qiyas İbrahimov iyunun 23-də evə zəng vurub. O, anasına aclıq aksiyasına başladığını deyib. Xəbəri “Turan” yayıb. Nizami Rayon Məhkəməsi iyunun 22-də Qiyas İbrahimova 30 sutkalıq inzibati həbs cəzası kəsi...
“Dərman vasitələri haqqında” qanun yenilənir
Milli Məclisin 23 iyun iclasında “Dərman vasitələri haqqında” qanunda dəyişikliklər layihəsi ilk oxunuşdan keçib. Novator.az bildirir ki, qanun ölkədə dövlət qeydiyyatına alınmış dərman vasitələri, dərman maddələri və tibb vasitələri barədə məlumatlardan ibarət informasiya sistemi qurulmasını nəzərd...
AXCP qurultayının gündəliyi
AXCP-nin 7-ci (10-cu) qurultayına 63 rayon təşkilatından 300-ə yaxın nümayəndə seçilib. Partiyadan Novator.az-a verilən məlumata görə, iyunun 24-ü Maştağa Mədəniyyət Mərkəzində keçiriləcək qurultay sədrin və Mərkəzi Nəzarət-Təftiş Komissiyasının hesabatlarını dinləyəcək. Gündəlikdə sədrin, Mərkəzi N...
Karantin payıza getdi
Nazirlər Kabineti koronavirus infeksiyasını cilovlamaq üçün tətbiq olunan xüsusi karantin rejiminin müddətini oktyabrın 2-dək uzadıb. Qərar iyunun 23-də verilib. Rejimin iyulun 1-də başa çatması nəzərdə tutulmuşdu. 2020-ci il martın 31-dən hökm sürən xüsusi karantin rejimi hazırda ölkəyə giriş-çıxış...
Prezident komando hərbi hissəsinə baş çəkib
AZƏRTAC-ın 23 iyun məlumatına görə, prezident, ali baş komandan İlham Əliyev Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birində yaradılan şəraitlə tanış olub, hərbi hissəyə döyüş bayrağını təqdim edib. Tədbirdə çıxış edən İlham Əliyev deyib ki, 2020-ci ilin Vətən müharibəsindən sonra Müdafiə Na...
Söyüdlünü qapatmağın hüquqi əsası varmı?
Gədəbəyin Söyüdlü kəndinin sakinləri iyunun 20-də aksiya keçirib, ərazidəki qızıl mədəninin tullantılarının ekologiyaya mənfi təsir göstərdiyini vurğulayıblar. Polis aksiyanı dağıdıb. Xəsarət alanlar, tutulanlar var. Bu olay ölkədə böyük əks-səda doğurub. İyunun 21-də baş nazir Əli Əsədov Söyüdlüdək...
Vəkillər Kollegiyası Elçin Sadıqovu məsuliyyətə cəlb edir
Vəkillər Kollegiyası vəkil Elçin Sadıqov barəsində intizam icraatına başlayıb. Elçin Sadıqov yazır ki, Vəkillərin İntizam Komissiyasının 24 iyun iclasına dəvət alıb. Novator.az bildirir ki, Elçin Sadıqov 2022-ci il sentyabrın 10-da, jurnalist Əvəz Zeynallı ilə eyni gündə tutulub. Baş Prokurorluğun İ...
Söyüdlüdə qızılı hansı şirkət çıxarır?
Gədəbəyin Söyüdlü kəndinin sakinləri iyunun 20-də aksiya keçirib, ərazidəki qızıl mədəninin tullantılarının ekologiyaya mənfi təsir göstərdiyini vurğulayıblar. Polis aksiyanı dağıdıb. Xəsarət alanlar, tutulanlar var. Bu olay ölkədə böyük əks-səda doğurub. İyunun 21-də baş nazir Əli Əsədov Söyüdlüdək...
Rəsmi: Bakıda orta maaş 1200 manatı döyür
Azərbaycan paytaxtında muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı 2023-cü il mayın 1-nə 1172,4 manata çatıb. Hesabatı Bakı Şəhər Statistika İdarəsi yayıb. Rəsmi məlumata görə, yanvar-may aylarında paytaxt sənayesində istehsal və xidmətlərin həcmi 25,2 milyard manat olub. 2022-ci ilin yanvar-may a...
33 aktiv xəstə var
Ümumi hesabata görə, Azərbaycanda 831918 nəfər koronavirusa yoluxub, onların 10282-si vəfat edib, 33-ü aktiv xəstədir, qalanları sağalıb. 2019-cu ilin dekabrında Çində üzə çıxıb dünyanı bürüyən infeksiyaya Azərbaycanda ilk yoluxma 2020-ci il fevralın 28-də, xəstəlikdən ilk ölüm martın 12-də qeydə al...