11 ayın ov reydləri
Ekologiya və Təbii Sərvətlər Nazirliyi bildirir ki, 2017-ci ilin 11 ayı ərzində keçirilmiş reydlər zamanı qanunsuz ovla məşğul olan 165 vətəndaş saxlanıb, onlardan 145 ov tüfəngi, 601 patron, 69 quş və heyvan götürülüb. Rəsmi hesabata görə, 131 nəfərə 133793 manat məbləğində cərimə və iddia tətbiq o...
Cəbhə xəttində mükafat
Müdafiə naziri general-polkovnik Zakir Həsənov cəbhə zonasındakı bölmələrə baş çəkib. Mod.gov.az-ın 26 dekabr məlumatına görə, nazir üzbəüz düşmən mövqelərini müşahidə edib, ön xətdəki vəziyyətlə tanış olub. Hərbi hissələrdən birində yeni inşa edilən dayaq məntəqəsinin, digərində hərbi texnika üçün ...
Özəlləşdirmə sistemində yenilik
Azərbaycanın özəlləşdirmə sistemində yenilik tətbiq olunub. Əmlak Məsələləri Dövlət Komitəsinin rəsmi məlumatına görə, əmlak almaq üçün hərracın keçirildiyi yerə gəlməyə ehtiyac yoxdur – evdən, iş yerindən, hətta xarici ölkədən internet vasitəsilə hərraca qatılmaq mümkündür. Elektron hərrac ilk dəfə...
Rəsmilərin qeyri-rəsmi sammiti
Prezident İlham Əliyev dekabrın 26-da MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edib. Rusiyanın paytaxtı Moskvada, “Novo-Oqaryovo” dövlət iqamətgahına keçirilən qeyri-rəsmi sammitə Rusiya prezidenti Vladimir Putin, Belarus prezidenti Aleksandr Lukaşenko, Moldova prezidenti İqor Dodon, Ermənis...
Rəhim Qazıyevə həbs cəzası verilib
Keçmiş müdafiə naziri Rəhim Qazıyevə inzibati həbs cəzası verilib. O, 10 sutkalığa həbs olunub. Məlumatı jurnalist Əvəz Zeynallı sosial şəbəkədə yayıb. Həbs qərarı dekabrın 26-da Nərimanov Rayon Məhkəməsində çıxarılıb. Məhkəmə qərarından sonra Rəhim Qazıyevin paytaxt polisinin inzibati həbs məntəqəs...
Hansı nümayəndələr vəkil ola bilər?
Vəkillər Kollegiyası pullu hüquqi xidmətlər sahəsində fərdi sahibkar qismində fəaliyyət göstərənlərin namizədliyi ilə bağlı məlumat yayıb. Bildirilir ki, Mülki Prosessual, İnzibati Prosessual məcəllələrə və “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanuna edilmiş dəyişikliklərə əsasən, 2018-ci il y...
Mərkəzi hakimiyyət orqanlarının büdcədəki payı
Novator.az mərkəzi hakimiyyət orqanlarının 2018-ci ilin dövlət büdcəsindəki payına nəzər salıb. Prezident Administrasiyası büdcədən 91,6 milyon manat, Milli Məclis 25,4 milyon manat, Nazirlər Kabineti 8,5 milyon manat alır. Xarici İşlər Nazirliyi üçün 10 milyon manat nəzərdə tutulur. Müdafiə Nazirli...
Məhkəmə hesab edir ki, AXCP sədrinin müşaviri islah olunmayıb
Dekabrın 26-da Suraxanı Rayon Məhkəməsində AXCP sədrinin həbsdə olan müşaviri Məmməd İbrahimin cəzasının yarıdan çoxunu çəkməsiylə əlaqədar vaxtından əvvəl azadlığa buraxılması haqda müraciətinə baxılıb. Məhkəmə prosesi Məmməd İbrahimin saxlandığı 16 saylı Cəzaçəkmə Müəssisəsində keçirilib. Hakim El...
“Ölü jurnalist material hazırlaya bilməz”
Seymur KAZIMOV Bu gün dünyaya demokratiya örnəyi sayılan Qərb ölkələrinin mediası indiki zirvəsinə asanlıqla çatmayıb. ABŞ-da nəşr olunan ilk qəzetin ilk nömrəsi həm də onun son nömrəsi olmuşdu, çünki dörd səhifəlik qəzetdə hinduların problemlərinin qabardılması kimlərinsə xoşuna gəlməmişdi. Fransad...
İşsizlikdən sığorta sistemi barədə arayış
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi işsizlikdən sığorta sisteminin tətbiqi barədə arayış yayıb. İşəgötürənlərə müraciətdə qeyd olunur ki, 2018-ci il yanvarın 1-dən “İşsizlikdən sığorta haqqında” qanun qüvvəyə minir. Həmin qanunla işçilərini işsizlikdən sığorta etdirmək, əməkhaqqı fondundan v...
Nazir cəbhə xəttində
Müdafiə naziri general-polkovnik Zakir Həsənov düşmənlə qarşıdurma xəttindəki mövqelərdə döyüş növbəsi çəkən əsgərlərlə görüşüb. Mod.gov.az-ın 26 dekabr məlumatına görə, əməliyyat şəraiti barədə məruzədən sonra nazir səngərlərdə hərbi qulluqçuların döyüş və mənəvi-psixoloji hazırlığı, sosial-məişət ...
Media 2018-in büdcəsindən nə qədər pul alır?
Novator.az 2018-ci ilin dövlət büdcəsində media sahəsi üçün nə qədər vəsait nəzərdə tutulmasına diqqət yetirib. Dövlət büdcəsinin (Qanun) gəlirləri 20 milyard 127 milyon manat, xərcləri 21 milyard 47 milyon manat məbləğində təsdiq edilib (Detallar). 2018-ci ildə radio, televiziya və nəşriyyat işinə ...
1990 (3)
İlham İSMAYIL Yanvarın 19-da xəbər gəldi ki, Xanlar cəbhəçiləri bizim əsirləri dəyişməyimizə etiraz ediblər, hətta Asəf müəllimin evinə gediblər. İttiham da bu olub ki, guya biz pul müqabilində əsir dəyişmişik. Haqsızlıq hər zaman məni əsəbiləşdirib. Həyatda hələ çox haqsızlıq görəcəyəm. Ömrümdən-gü...
İki ASC bir fondda birləşdi
Prezident İlham Əliyevin imzaladığı fərmanlarla “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyəti ilə “Azərbaycan Respublikasının Kredit Zəmanət Fondu” Açıq Səhmdar Cəmiyyəti birləşdirilib. Yeni qurum Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu adı alıb. Nizamnaməsinə görə, İpoteka və...
Sinif yoldaşları (16)
Povestin əvvəli: 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 Xülya CƏFƏROVA Sinif yoldaşları (povest) 15 Sığınacaqdan öncə Həyatın üst-üstə vurduğu zərbələr Arzunu şil-küt etmişdi. Böyük ümidlərlə qədəm qoyduğu gənclik illəri arzularını puça çıxarmışdı. Atası müflisləşmişdi və ...
Qida Təhlükəsizliyi Agentliyinə sədr təyin edilib
Qoşqar İlahi oğlu Təhməzli Qida Təhlükəsizliyi Agentliyinin sədri təyin edilib. Sərəncamı prezident İlham Əliyev dekabrın 25-də imzalayıb. Novator.az xatırladır ki, dövlət başçısının 13 noyabr fərmanı ilə Qida Təhlükəsizliyi Agentliyinin əsasnaməsi və strukturu təsdiq edilmişdi. Agentlik qida məhsul...
Dollarda sabitlik 13 günə çatdı
Mərkəzi Bank dekabrın 26-da Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirib, ABŞ dollarının məzənnəsi 1,7001 manat səviyyəsində qalıb. Bu rəsmi kursu dekabrın 13-dən bəri dəyişmir. Novator.az-ın məlumatına görə, bu gün avro, Rusiya rublu və türk lirəsi dəyər artırıb, gürcü larisinin kursun...
2018-ci ilin dövlət büdcəsi
Prezident İlham Əliyev 2018-ci il dövlət büdcəsi qanununu imzalayıb. Qanun parlamentdə dekabrın 1-də qəbul olunmuşdu. Həmin gün deputatlar büdcə zərfinə daxil olan başqa qanun layihələrinə də səs veriblər. Novator.az-ın məlumatına görə, dövlət büdcəsinin gəlirləri 20 milyard 127 milyon manat, xərclə...
Eşq və xəyanət (10)
Aynur MƏSİMOVA (TƏMKİN) Yazın gəlişi ilə Şahanə ev-eşiyi tökür, bir dəqiqə belə dayanmırdı. Evin bütün yükünü çiynində çəkir, gah çardaq süpürür, gah aynabəndin divarını-tavanını sürtür, şüşələri silirdi. Gülpəri Şahanəyə kömək etmək istəyən qızına imkan vermir, qızın başına tərs oyun açırdı. Şahanə...
Hökm oxundu. Jurnalist narazıdır
Bir nəfərin ölümü, bir nəfərin ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətməkdə təqsirləndirilən “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) işçisi Seymur Qarayevin mühakiməsi başa çatıb. Dekabrın 25-i Nərimanov Rayon Məhkəməsinin hakimi Samir Məmmədovun çıxardığı hökmə əsasən, S...