Bölgələr üzrə Ramazan təqvimləri
Həmçinin bax: Ramazan təqvimi: 2021 Azərbaycanın paytaxtı və bölgələri üzrə Ramazan təqvimləri hazırlanıb. Novator.az xəbər verir ki, təqvimləri Qafqaz Müsəlmanları İdarəsi ilə Milli Elmlər Akademiyasının Şamaxı Astrofizika Rəsədxanası bilikdə tərtib edib. Novator.az Qafqaz Müsəlmanları İdarəsinə is...
Prezident Naxçıvana səfər edib
Prezident İlham Əliyev mayın 16-da Naxçıvan Muxtar Respublikasına səfər edib. Naxçıvan şəhərinin hava limanında dövlət başçısını Ali Məclisin sədri Vasif Talıbov, yerli hökumətin üzvləri qarşılayıb. AZƏRTAC xəbər verir ki, İlham Əliyev Şərur şəhərinin və ətraf kəndlərin içməli su təchizatı və kanali...
Yeni məzənnələr
Mərkəzi Bank mayın 16-da bir çox xarici valyutanı ucuzlaşdırıb. Novator.az-ın məlumatına görə, avro 2,0115, Rusiya rublu 0,0273, türk lirəsi 0,3821 manata enib. Çin yuanı (0,2669 manat) və ingilis funt sterlinqi də (2,2958 manat) dəyər itirib. Bahalaşan gürcü larisi banklara 0,6996 manata təklif olu...
Parisdə Qarabağ görüşü
Xarici işlər naziri Elmar Məmmədyarov mayın 15-i Parisdə ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa), Endrü Skofer (ABŞ) və ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşiklə görüşüb. Rəsmi məlumata görə, görüşdə Azərbaycan və Ermənistanda seçki proseslərinin başa ...
Maliyyə Nazirliyi nə hesabatlar verəcək?
Prezident İlham Əliyev fərman imzalayaraq Maliyyə Nazirliyinin dövlət qurumlarına verdiyi hesabatların formalarını və onların təqdim edilməsi qaydasını təsdiqləyib. Novator.az-ın məlumatına görə, dövlət qurumlarının dövlət xəzinədarlığı məlumatlarına real vaxt rejimində çıxışının təmin edilməsi qayd...
Şəxsi həyat və media
Ülkər Natiqqızı “Nazirlik oğurlanıb zorlanan müəlliməni sevindirdi – İstədiyi yerdə işləyəcək”. Bu xəbər başlığını görəndə bir anlıq düşünməyə başladım ki, xəbərdə vacib olan informasiya hansıdır? Bir qadının zorlandıqdan sonra işlə təmin olunması, yoxsa nə? Müəllimə nəyə sevinməlidir? İşlə tə...
Ramazan təqvimi
Həmçinin bax: Ramazan təqvimi: 2021 Qafqaz Müsəlmanları İdarəsi Novator.az saytına 2018-ci ilin Ramazan təqvimlərini təqdim edib. Azərbaycanın paytaxtını və bölgələrini əhatə edən təqvimləri idarə Milli Elmlər Akademiyasının Şamaxı Astrofizika Rəsədxanası ilə birgə hazırlayıb. Bu il Ramazan ayının i...
Xarici ticarət və sərmayə göstəriciləri açıqlanıb
Bu ilin yanvar-mart aylarında Azərbaycanın hüquqi və fiziki şəxsləri 146 ölkədəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 92 ölkəyə məhsul ixrac olunub, 136 ölkədən məhsul alınıb. Novator.az bildirir ki, Dövlət Statistika Komitəsinin rəsmi hesabatına görə, üç ayda xarici ticarət dövri...
Orta əməkhaqqı 532 manatı ötüb
2018-ci il aprelin 1-nə Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 milyon 532,3 min nəfər olub. Novator.az-ın məlumatına görə, Dövlət Statistika Komitəsi bildirir ki, onların 888,9 min nəfəri dövlət sektorunda, 643,4 min nəfəri qeyri-dövlət sektorunda fəaliyyət göstərib. Yanvar-mart...
Ramazan ayı: günlər və fitrə zəkatının məbləği açıqlandı
Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası Ramazan ayının başlanması ilə bağlı fətva verib. Novator.az-ın məlumatına görə, fətvada deyilir ki, Azərbaycan Milli Elmlər Akademiyasının Şamaxı Astrofizika Rəsədxanasının hesablamasına görə, Ramazan ayının 1-i may ayının 17-nə düşür. Həmin gün Ay görün...
Həsrətindəyəm (29)
Firuzə DAVUDQIZI Biz tezliklə evdən çıxdıq. Qapının ağzında bizi gözləyən maşına əyləşdik. Elşad bizi xeyli arxaya, iş yoldaşının ata evinə gətirdi. Bizi oğlanın anası Almaz xalaya əmanət edib, muğayat olmasını xahiş etdi. Yola düşəndə Hüseyn atasının getdiyini hiss edərək çığırıb ağlamağa başladı. ...
Maaşlar necə artıb?
Mayın 1-dən Milli Məclis sədrinin aylıq vəzifə maaşı 2475 manata qaldırılıb. Novator.az bildirir ki, deputatın statusunu tənzimləyən qanun Milli Məclis sədrinin maaşında artımın müəyyən faizlərlə sədrin müavinlərinə, komitə və komissiya rəhbərlərinə, onların müavinlərinə, həmçinin deputatlara tətbiq...
Sabitlik və dəyişmələr
Mayın 15-də ABŞ dollarının rəsmi kursu 1,7 manat, Rusiya rublunun məzənnəsi 0,0275 manat səviyyəsində saxlanıb. Novator.az-ın məlumatına görə, bahalaşan gürcü larisi banklara 0,6974 manata satılır. Avro (2,0252 manat) və türk lirəsi (0,388 manat) isə ucuzlaşıb (Məzənnələr). Mərkəzi Bank dolları mart...
Separatizm ocağında yeni lider
İspaniyanın Kataloniya vilayətinin parlamenti mayın 14-də Kim Torranı hökumət başçısı seçib. O, 135 nəfərlik parlamentdə 66 səs alıb. Kim Torranın namizədliyini Kataloniya hökumətinin sabiq başçısı Karles Puçdemont irəli sürüb. Novator.az bildirir ki, Kim Torra 1962-ci ildə Kataloniyada doğulub. Bar...
Brüsseldə köçkün harayı
Xarici işlər naziri Elmar Məmmədyarov mayın 14-ü Belçikanın paytaxtı Brüsseldə keçirilən “Yaxın Şərqdə etnik və dini zorakılığın qurbanları” mövzulu beynəlxalq konfransda çıxış edib. Mfa.gov.az-ın məlumatına görə, nazir deyib ki, 2017-ci il İŞİD-in məğlub edilməsi baxımından mühüm il olub: “Onun nəz...
Nazir hərbi təyinatlı obyektlərin açılışına qatılıb
Müdafiə naziri general-polkovnik Zakir Həsənov hərbi təyinatlı obyektlərin açılışında iştirak edib. Mod.gov.az-ın məlumatına görə, nazir yanacaq sürtgü materialları anbarı, avtomobillərin texniki təmiri və qulluğu məntəqəsi ilə tanış olub, tapşırıqlar verib. Sonra Zakir Həsənov hərbi hissələrdən bir...
Dalaşmaq güc gələndə yemək məsləhətdir
ABŞ-ın Ohayo Universitetinin alimləri sevən cütlüklər arasındakı münaqişələrin səbəblərini araşdırıblar. Novator.az-ın məlumatına görə, sorğu keçirən tədqiqatçılar müəyyən edib ki, orqanizmdə qlükoza çatışmazlığı ailə münaqişəsi riskini artırır. Alimlər bildirir ki, qanında qlükoza normada olan şəxs...
Prezident: “İşlədik, çalışdıq, nəticəsini görürük”
“Bu layihələr Azərbaycanın geosiyasi önəmini böyük dərəcədə artırır”. AZƏRTAC-ın məlumatına görə, mayın 14-də Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin açılışında çıxış edən prezident İlham Əliyev belə deyib. Dövlət başçısı qeyd edib ki, bir neçə il bundan əvvəl limanın tikintisi ilə bağlı q...
Ərdoğan və daha beş nəfər
Türkiyədə prezidentliyə namizədlərin qeydiyyatı başa çatıb. Novator.az-ın məlumatına görə, seçki iyunun 24-də parlament seçkisi ilə birgə keçiriləcək, bununla ölkədə prezident idarə üsulu tətbiq olunacaq. Prezident kürsüsü uğrunda 6 nəfər yarışır. Hakim Ədalət və İnkişaf Partiyasının sədri olan dövl...
Bakıda yeni dəniz limanı
Mayın 14-də prezident İlham Əliyev Qaradağ rayonunun Ələt qəsəbəsində Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin açılışında iştirak edib. AZƏRTAC xəbər verir ki, liman 117 hektar ərazini əhatə edir və 12 yanalma körpüsünə malikdir. Limanın yükaşırma imkanı illik 15 milyon ton yük, o cümlədən ...