Qiymət 82 dollara gedir
Mayın 23-də Azərbaycan neftinin qiyməti artıb. AZƏRTAC xəbər verir ki, “AzəriLayt” markalı neftin bir barreli 1,42 dollar bahalaşaraq 81,32 dollara satılır. London birjasında brent markalı neftin bir barreli 79,01 dollara, Nyu-York birjasında layt markalı neftin bir barreli 71,93 dollara təklif olun...
Qida təhlükəsizliyi: gömrükdə “bir pəncərə” tətbiq ediləcək
Qida Təhlükəsizliyi Agentliyinin maddi-texniki bazasını gücləndirən prezident sərəncamı imzalanıb. Novator.az bildirir ki, mayın 22-də rəsmiləşən sərəncam bəzi qurumların, avadanlıqların, inzibati binaların və bir sıra ştat vahidlərinin İqtisadiyyat Nazirliyindən, Kənd Təsərrüfatı Nazirliyindən, Döv...
Kənd təsərrüfatı sahəsində yeni qurum
Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan Kənd Təsərrüfatının İqtisadiyyatı Elmi Tədqiqat İnstitutu publik hüquqi şəxs statuslu Aqrar Tədqiqatlar Mərkəzinə çevrilmə yolu ilə yenidən təşkil edilir. Novator.az-ın məlumatına görə, dövlət başçısı İlham Əliyevin 22 may fərmanında qərar aqrar sahədə ...
İki agentliyin statusları rəsmiləşdi
Prezident İlham Əliyev mayın 22-də fərman imzalayaraq Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinin və Dövlət Mülki Aviasiya Agentliyinin əsasnamələrini təsdiqləyib. Novator.az xatırladır ki, Dövlət Dəniz Administrasiyası və Dövlət Mülki Aviasiya Administrasi...
Həsrətindəyəm (31)
Firuzə DAVUDQIZI O gecə qayınanamın halı yenə pis idi. Həkim çağırdılar. İynə vurulduqdan sonra özündə olmadı. Hamı dağılışıb ev boşalandan sonra mən də yatağıma uzandım. Qorxudan otağın qapısını içəridən bağlamışdım. Hüseynin yanına uzanıb, ona baxa-baxa saçlarını sığallayırdım. Nazilə hələ gəlib ç...
22 may məzənnələri
Mərkəzi Bank mayın 22-də bir neçə valyutanı bahalaşdırıb. Novator.az-ın məlumatına görə, avro 2,0016, gürcü larisi 0,6967, Rusiya rublu 0,0276 manata yüksəlib. Dəyər itirən ingilis funt sterlinqi banklara 2,2805, türk lirəsi 0,3709 manata satılır. ABŞ dollarının rəsmi qiyməti isə 1,7 manat səviyyəsi...
Naxçıvan şəhərində zəlzələ
Mayın 22-si Naxçıvan şəhərində 3,4 bal gücündə zəlzələ baş verib. Respublika Seysmoloji Xidmət Mərkəzi bildirir ki, yeraltı təkanlar saat 6:32-də qeydə alınıb. Ocağı 7 kilometr dərinlikdə yerləşən zəlzələ Naxçıvan şəhəri və yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.
Hökumət and içdi
Ermənistan hökumətinin üzvləri and içiblər. Novator.az-ın məlumatına görə, baş nazir Nikol Paşinyanın iştirak etdiyi mərasim mayın 21-i axşam prezident iqamətgahında – dövlət başçısı Armen Sərkisyanın hüzurunda keçirilib. Vətəndaş Sazişi Partiyasının sədri olan Nikol Paşinyan mayın 8-dən baş nazirdi...
Eşq və xəyanət (31)
Aynur MƏSİMOVA (TƏMKİN) Fariz Şahanəni görmək üçün hər gün işə getməzdən qabaq klinikanın önünə gəlir, onu uzaqdan seyr edir, lakin yaxınlaşmağa cəsarət etmirdi. Fariz Şahanəylə maraqlandığı bu qədər vaxtda onun boşandığından bixəbərdi. Şahanənin məhəbbəti gün keçdikcə daha dərindən kök atıb onun ür...
Prezidentlərin dəstək bəyanatları
Mayın 21-i Bakıda görüşən Azərbaycan və Serbiya prezidentləri İlham Əliyevlə Aleksandr Vuçiç mətbuata bəyanatlarla çıxış ediblər. AZƏRTAC-ın məlumatına görə, İlham Əliyev deyib ki, hər iki ölkə beynəlxalq təşkilatlar çərçivəsində daim bir-birini dəstəkləyir: “Bütün önəmli məsələlərdə bir-birimizə də...
Həbsdəki AXCP üzvünün vəziyyəti ağır olaraq qalır
Xalq hərəkatının fəallarından olan AXCP üzvü Mirfeyzulla Seyidov Bakı İstintaq Təcridxanasının kamerasından tibb hissəsinə köçürülüb. Bunu “Turan”a vəkil Cavad Cavadov deyib. Mirfeyzulla Seyidov mayın 9-da tutulub. Mayın 10-da Nərimanov Rayon Məhkəməsi onun barəsində 3 aylıq həbs qətimkan tədbiri se...
Prezident serbiyalı həmkarı ilə görüşüb
Serbiya prezidenti Aleksandr Vuçiç mayın 21-dən Azərbaycanda rəsmi səfərdədir. Rəsmi qarşılanma mərasimindən sonra ali qonaq prezident İlham Əliyevlə təkbətək bir araya gəlib. AZƏRTAC xəbər verir ki, görüşdə ikitərəfli münasibətlərin siyasi, iqtisadi və digər sahələrdə uğurla inkişaf etdiyi vurğulan...
Əcnəbilərin qeydiyyatında yenilik
Mayın 21-dən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda olduğu yer üzrə qeydiyyata alınması Dövlət Miqrasiya Xidmətinin (DMX) regional miqrasiya idarələri ilə paralel olaraq ölkədə fəaliyyət göstərən bütün “ASAN xidmət” mərkəzlərində həyata keçirilir. Dövlət Miqrasiya Xidməti ilə Vət...
Sabitlik, enmə, yüksəliş
Mayın 21-də ABŞ dollarının (1,7 manat) və Rusiya rublunun (0,0273 manat) rəsmi məzənnələri dəyişməyib. Mərkəzi Bank kursları düşən avronu 1,9978, ingilis funt sterlinqini 2,2839, türk lirəsini 0,3765 manata satır. Gürcü larisi isə bahalaşaraq banklara 0,6958 manata təklif olunur (Məzənnələr). Dollar...
Nikolas Maduro yenidən seçilir
Venesuelada mayın 20-də keçirilmiş prezident seçkisinin ilkin nəticələri açıqlanıb. Novator.az-ın məlumatına görə, dövlət başçısı Nikolas Maduro 68%-ə yaxın səslə önə çıxıb. Milli Seçki Şurası dövlət başçısının ən yaxın müxalif rəqibi Enri Falkonu 45%-dən çox fərqlə qabaqladığını bəyan edib. 21% səs...
Cəbhədə yeni gərginlik necə şərh olunur?
Xarici İşləri Nazirliyi cəbhə xəttindəki son hadisəyə münasibət bildirib. Mayın 20-də Azərbaycan-Ermənistan sərhədinin Naxçıvan Muxtar Respublikası sahəsində düşmən təxribatının qarşısını alarkən Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Tatarov Adil Əli oğlu şəhid olub. Müdafiə Nazirliyi bəyan ed...
Ukrayna MDB ilə üzülüşür
Mayın 19-da Ukrayna prezidenti Pyotr Poroşenko ölkəsinin Müstəqil Dövlətlər Birliyinin bütün nizamnamə orqanlarındakı təmsilçilərini geri çağıran fərman imzalayıb. Novator.az bildirir ki, MDB-nin əsası Rusiya, Belarus və Ukrayna dövlət başçılarının 8 dekabr 1991-ci ildə imzaladığı sazişlə qoyulub. 2...
Naftalanın icra başçısı dəyişdi
Mayın 18-də prezident İlham Əliyev Natiq Musa oğlu Aslanovu Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edib. Dövlət başçısının daha bir sərəncamı ilə Rövşən Hüseyn oğlu İbrahimov Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin olunub. Natiq Aslanov 2010-cu il yanvarın 25-dən Nafta...
Ümumi daxili məhsul: dörd ay və əvvəlki dövrlər
Dövlət Statistika Komitəsinin rəsmi hesabatına görə, 2018-ci ilin yanvar-aprel aylarında ölkədə 22,9 milyard manatlıq, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,2 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal edilib. Əhalinin hər nəfərinə düşən ÜDM 2346 manata bərabər olub. Novator.az bildirir ki, y...
360 nəfərdən 71-i iş tapdı
Qəbələ Rayon Məşğulluq Mərkəzi əmək yarmarkası keçirib. AZƏRTAC-ın 18 may məlumatına görə, əmək yarmarkasına qatılan şəxslərə 34 idarə, müəssisə və təşkilat 210 boş iş yeri təqdim edib. Vətəndaşlara 150-600 manat arası əməkhaqqı təklif olunub. Yarmarkada iştirak edən 360 nəfər işaxtaran və işsiz vət...