Yerevanda mer yarışı: sorğu nə göstərir?
Yerevan Şəhər Şurasına sentyabrın 23-də keçiriləcək seçkidə 12 ictimai-siyasi qüvvə iştirak edir. Proporsional üsulla seçilən 65 yerlik Şəhər Şurasında mandatların yarıdan çoxunu götürən qüvvənin siyahısına başçılıq edən şəxs mer postunu tutacaq. Heç bir qüvvə mandatların yarıdan çoxunu əldə etməsə,...
İşsizlikdən sığorta ödənişi necə verilir?
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “İşsizlikdən sığorta haqqında” qanunla bağlı bildiriş yayıb. Qeyd olunur ki, 1 yanvar 2018-ci ildən qüvvəyə minən qanuna əsasən, dövlət orqanının və ya hüquqi şəxsin ləğvi və ya işçilərin sayı və ya ştatların ixtisarı nəticəsində əmək münasibətlərinə xitam...
İnsan İnkişafı İndeksi: ölkələr necə sıralanır?
BMT İnsan İnkişafı İndeksi açıqlayıb. 189 ölkəni əhatə edən hesabat orta ömür uzunluğu, təhsil müddəti, adambaşına ümumi daxil məhsul, sosial müdafiə, sağlamlıq, mədəni inkişaf, gender bərabərliyi, cinayətkarlığın səviyyəsi, ətraf mühitin qorunması, əhalinin qərarların qəbulunda iştirakı göstəricilə...
Azadlığın 100 ili
Novator.az 15 sentyabr paradından fotoları təqdim edir. Azərbaycan paytaxtının Azadlıq meydanında keçirilmiş hərbi parad Bakı şəhərinin azad edilməsinin 100 illiyinə həsr olunub. 1918-ci il sentyabrın 15-də Azərbaycan Ordusu Qafqaz İslam Ordusu ilə birlikdə Bakını erməni və bolşevik işğalçılarından ...
20 minlik təlimlər başladı
Sentyabrın 17-də Azərbaycan Ordusunun müxtəlif qoşun növləri, qisimləri, birlik və birləşmələri genişmiqyaslı əməliyyat-taktiki təlimlərə başlayıb. Müdafiə Nazirliyinin rəsmi məlumatına görə, sentyabrın 22-dək davam edəcək təlimlərə 20 mindən artıq şəxsi heyət, 200-dən çox tank və digər zirehli texn...
17 sentyabr məzənnələri
Mərkəzi Bank sentyabrın 17-də avro (1,9781 manat), ingilis funt sterlinqi (2,2239 manat) və türk lirəsini (0,2757 manat) ucuzlaşdırıb. ABŞ dollarının rəsmi kursu 1,7 manat səviyyəsində saxlanıb. Bahalaşan gürcü larisi banklara 0,6527, Rusiya rublu 0,025 manata təklif olunur (Məzənnələr). Novator.az ...
Prezidentin oğlu əsgər andı içib
Sentyabrın 16-sı Dövlət Təhlükəsizliyi Xidmətinin N saylı hərbi hissəsində gənc əsgərlərin andiçmə mərasimi keçirilib. Prezident, ali baş komandan İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri mərasimdə iştirak ediblər. Gənc əsgərlər sırasında prezidentin oğlu Heydər Əliyev də olub. İ...
Parad bəyanatları
“Son 15 ildə Azərbaycan iqtisadiyyatı 3,2 dəfə artıb, ölkə iqtisadiyyatına 250 milyard dollar sərmayə qoyulub”. Prezident İlham Əliyev sentyabrın 15-i paytaxtın Azadlıq meydanında Bakı şəhərinin azad edilməsinin 100 illiyinə həsr olunmuş paradda belə deyib. Parada Türkiyə prezidenti Rəcəb Teyyub Ərd...
Tanrının parlaq obrazı
Fəxri Uğurlu Dini kitablarda deyildiyinə görə, Allah insanı özünə bənzər yaradıb. Nə deməkdi özünə bənzər? Minerallardan tutmuş məməlilərə qədər milyon-milyon varlığa canını qoyan, milyon-milyon güzgüdən özünə baxan Yaradıcı Güc, nəhayət, insanda öz surətini tam, bütöv, boyaboy görə-göstərə bilib. B...
“Güclü siyasi iradəmiz, güclü iqtisadi potensialımız var”
“Biz müstəqil siyasət aparırıq, heç kimdən asılı deyilik”. AZƏRTAC-ın məlumatına görə, prezident İlham Əliyev sentyabrın 14-ü Bakının Maştağa qəsəbəsindəki 28 nömrəli tam orta məktəbin açılış mərasimində, müəllim və şagirdlərlə görüşündə belə deyib. Dövlət başçısı deyib ki, bu il Bakı şəhərində 19 m...
Ölkələr üzrə ixrac
2018-ci ilin yanvar-avqust aylarında Azərbaycanın 12 milyard 879,9 milyon dollarlıq ixracı qeydə alınıb. Novator.az ayrı-ayrı ölkələr üzrə göstəricilərə diqqət yetirib. Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, yanvar-avqust arası Rusiyaya 411,9 milyon dollarlıq məhsul ixrac olunub. Türkiyəyə ixr...
Ermənistanda ikinci uşağa görə müavinət artır
Sentyabrın 14-də Ermənistan hökuməti müavinət qanununa dəyişikliklər layihəsini təsdiqləyib. Novator.az-ın məlumatına görə, layihə ikinci uşaq üçün müavinət məbləğinin üç dəfə artırılaraq 150 min drama (300 dollardan bir az çox) çatdırılmasını nəzərdə tutur. Qanun layihəsinin parlamentə təqdim oluna...
İcazəsiz ov edənlərin tüfəngləri əlindən alınıb
Ekologiya və Təbii Sərvətlər Nazirliyi əməkdaşlarının bu ilin son üç ayında keçirdiyi reydlər zamanı ölkə ərazisində icazəsiz ov edən 35 nəfər saxlanılıb. Onlardan 29 ov tüfəngi, patron və müxtəlif ov alətləri götürülüb. Nazirliyin mətbuat xidmətindən Novator.az-a bildiriblər ki, “Ovçuluq haqqında” ...
Prezident yeni məktəbdə çıxış edib
Sentyabrın 14-ü Bakının Maştağa qəsəbəsindəki Savalan yaşayış massivində 28 nömrəli tam orta məktəbin açılış mərasimi olub. AZƏRTAC xəbər verir ki, mərasimə prezident İlham Əliyev qatılıb. Təhsil müəssisəsi 960 şagird yerlikdir. Məktəbdə kimya, fizika, biologiya, hərbi, informatika, texnologiya, fən...
11 qrup, 151 məhbus
Novator.az Siyasi Məhbusları Müdafiə Mərkəzinin tərtib etdiyi siyahıya nəzər salıb. Hüquq müdafiəçiləri Leyla Yunus, Oqtay Gülalıyev, Elşən Həsənovun yaratdığı mərkəz siyasi məhbus saydığı 151 nəfəri 11 qrupa bölüb. Jurnalist və bloqçular bölümündə bu şəxslər var: Seymur Həzi, Əfqan Muxtarlı, Mehman...
Təlim nə tapşırıq qoyur?
Sentyabrın 17-dən 22-dək Azərbaycan Ordusunun genişmiqyaslı əməliyyat-taktiki təlimləri keçiriləcək. Müdafiə Nazirliyinin məlumatına görə, təlimlərə 20 mindən artıq şəxsi heyət, 200-dən çox tank və digər zirehli texnika, 120-dən çox müxtəlif çaplı raket və artilleriya qurğusu, yaylım atəşli reaktiv ...
Avro və başqaları…
Sentyabrın 14-də avronun rəsmi kursu 1,9883 manata yüksəlib. Novator.az-ın məlumatına görə, Mərkəzi Bank gürcü larisi (0,6513 manat), ingilis funt sterlinqi (2,2302 manat), Rusiya rublu (0,0248 manat) və türk lirəsini də (0,2773 manat) bahalaşdırıb. Məzənnələri aşağı düşən 1 Argentina pesosu 0,0429 ...
Gənc fəalın məhkəməsi: 7 il həbs təklifi verilib
Bakı Ağır Cinayətlər Məhkəməsi Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalı Orxan Baxışlının işi üzrə prosesi sentyabrın 18-də davam etdirəcək. AXCP Gənclər Komitəsinin üzvü Orxan Baxışlı mayın 6-sı Bakıda tutulub. Mayın 8-də Yasamal Rayon Məhkəməsi onun barəsində həbs qətimkan tədbiri seçilib. Gənc f...
Qorunan əmanətlərdə yenilik
Konstitusiya Məhkəməsinin Plenumu Nazirlər Kabinetinin sorğusu əsasında “Əmanətlərin sığortalanması haqqında” qanunun 2.1.2.6-cı maddəsini şərh edib. Novator.az bildirir ki, həmin maddəyə əsasən, müəyyən edilmiş həddən yuxarı illik faiz dərəcəsi ilə qəbul edilmiş əmanətlər qorunan əmanətlərə – Əmanə...
Avrasiya İqtisadi İttifaqı: ərzaq neçəyədir?
Ərzaq məhsullarının Avrasiya İqtisadi İttifaqı ölkələri üzrə müqayisəli qiymətləri yayılıb. Avrasiya İqtisadi İttifaqını 2014-cü ildə Rusiya, Qazaxıstan və Belarus yaradıb. 2015-ci ildə Ermənistan və Qırğızıstan da bu quruma daxil olublar. Novator.az-ın məlumatına görə, Ermənistanda mal ətinin kiloq...