Siftə qolsuz və xalsız alındı
UEFA Avropa Liqasının qrup raundunda Azərbaycanı təmsil edən Ağdamın “Qarabağ” komandası ilk oyunundan qolsuz və xalsız ayrılıb. Novator.az-ın məlumatına görə, E qrupunda yarışan Azərbaycan klubu sentyabrın 20-si Portuqaliyanın paytaxtı Lissabonda yerli “Sportinq” komandasına 0:2 hesabı ilə uduzub. ...
Cəhənnəmdən keçmiş mələk (89)
Avtobioqrafik roman Müəllif: BİRCƏ Üçüncü bölüm Cəhənnəmdən cəhənnəmə Yükün ağır yeri yenə böyük qardaşımın çiyninə düşdü. Səməndər məktəbli qızlarının geniş otağını boşaldıb cer-cehizimi, barxanamı ora yığdırdı, evimi evinə daşıdı, evimi evinə sığdırdı. Cavidlə mənə rahat, xudmani bir otaq düzəltd...
Döyüş atışları icra olunub
Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri ilə bağlı yeni rəsmi bilgi yayılıb. Müdafiə Nazirliyinin 20 sentyabr məlumatına görə, poliqonlarda və təlim sahələrində gündüz vaxtı döyüş atışları icra olunub. Motoatıcı, tank, raket-artilleriya, zenit-raket bölmələri, hava hücumundan müdafiə vasitələri,...
Sosial inkişaf: Norveç birincidir
“Deloitte” beynəlxalq konsaltinq şirkəti 2018-ci il üzrə Sosial İnkişaf İndeksi açıqlayıb. Novator.az-ın məlumatına görə, indeks sosial xidmətlərin əlçatanlığı, ekoloji vəziyyət və cəmiyyətin inkişaf dərəcəsi göstəricilərinə əsaslanır. Sosial inkişaf reytinqinin ilk pilləsində Norveç dayanır. İkinci...
Yarmarkada 75 nəfər iş tapdı
Ağdamın Quzanlı qəsəbəsində keçirilən əmək yarmarkasına 504 boş iş yeri çıxarılıb. AZƏRTAC-ın 20 sentyabr məlumatına görə, 18 idarə, müəssisə və təşkilatın təqdim etdiyi iş yerləri üzrə əməkhaqqı 130-500 manat məbləğində olub. Yarmarkada 300-dən artıq işaxtaran vətəndaş iştirak edib. Onların 75-i öz...
Ölkələrdə orta ömür uzunluğu
BMT-nin hər il tərtib etdiyi İnsan İnkişafı İndeksində əsas meyarlardan biri orta ömür uzunluğu göstəricisidir. Novator.az bildirir ki, son reytinqdə orta ömür uzunluğuna görə Honkonq öndə dayanır: 84,1 yaş. Yaponiyada orta ömür uzunluğu 83,9 yaş, İsveçrədə 83,5 yaş, İspaniyada 83,3 yaş, Sinqapurda ...
İntiqam Əliyevin işi: Avropa Məhkəməsi Azərbaycanı cərimələdi
Avropa İnsan Hüquqları Məhkəməsi azərbaycanlı hüquqşünas İntiqam Əliyevin şikayəti üzrə qərarını açıqlayıb. İntiqam Əliyev 2014-cü il avqustun 8-də tutulub, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə vergidən yayınma, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, qanunsuz sahibkarlıq, mənimsəmədə tə...
Yerevan seçkisi ilə bağlı sorğunun nəticələri
Newsarmenia.am saytı Yerevan meri postuna namizədlərlə bağlı sorğunun nəticələrini açıqlayıb. Portalın “Facebook” səhifəsində keçirilmiş sorğuya 434 nəfərin qatıldığı bildirilir. Sentyabrın 23-də Yerevan Şəhər Şurasına seçki keçiriləcək. Seçkidə 12 ictimai-siyasi qüvvə iştirak edir. Proporsional üsu...
On ildə ilk dəfə: Rusiya əhalisi azalır
Federal Statistika Xidməti Rusiya əhalisinin sayını açıqlayıb. Novator.az-ın məlumatına görə, hesabatda 2018-ci ilin yanvar-iyul aylarında ölkə əhalisinin 91 min 900 nəfər azaldığı qeyd olunur. Mühacir axını nəzərə alınmayanda isə 7 aylıq azalma 170 min 500 nəfər göstərilir. Hesabatda 2017-ci ilin e...
Bu il Azərbaycan nefti 11 dollara yaxın bahalaşıb
Sentyabrın 20-də bir barrel “AzəriLayt”ın – Azərbaycan neftinin qiyməti 80,69 dollara yüksəlib. AZƏRTAC xəbər verir ki, London birjasında brent markalı neftin bir barreli 79,76 dollara, Nyu-York birjasında layt markalı neftin bir barreli 71,73 dollara satılır. Azərbaycanın 2018-ci il büdcəsində neft...
Çempionlar Liqası: 13 klubun titulu var
2018-2019 mövsümündə UEFA Çempionlar Liqasının qrup mərhələsində yarışan 32 komandadan 13-ü əvvəllər bu turnirin qalibi olub. Novator.az bildirir ki, A qrupunda yer alan “Borussiya” (Dortmund, Almaniya) 1955-ci ildə yaradılmış, 1991-ci ilə qədər Çempionlar kuboku adlanmış turnirdə 1 dəfə hamını üstə...
Etimad İsmayılov qətlə yetirilib
Ədalət Partiyasının sədri İlyas İsmayılovun oğlu Etimad İsmayılov sentyabrın 19-u Türkiyənin İstanbul şəhərində öldürülüb. İş adamı olan Etimad İsmayılovun öz ofisində odlu silahla qətlə yetirildiyi xəbər verilir. Türkiyə polisi qətldə şübhəli bilinən iki nəfəri tutub. Onlardan birinin azərbaycanlı ...
Təlim bölgəsində göstərişlər
Müdafiə naziri Zakir Həsənov sentyabrın 19-u təlimlərin keçirildiyi bölgələrdə səhra şəraitində yerləşdirilən hərbi hissələrin şəxsi heyətinin, döyüş texnikasının, aviasiya vasitələrinin, raket və artilleriya qurğularının döyüşə hazırolma və döyüş qabiliyyətini yoxlayıb. Mod.gov.az-ın məlumatına gör...
Pambıq bahalaşdı
Kənd Təsərrüfatı və İqtisadiyyat nazirliklərinin məsul işçiləri pambıq istehsalı və emalı şirkətlərinin rəhbərləri ilə görüş keçirib. AZƏRTAC-ın 20 sentyabr məlumatına görə, görüşdə pambığın hər tonunun alış qiymətini 50 manat artırmaq barədə razılıq əldə olunub. 1-ci növ pambığın tonuna 650 manat, ...
Sabitlik və dəyişmələr
Sentyabrın 20-də avronun rəsmi məzənnəsi 1,9852 manata yüksəlib. Novator.az-ın məlumatına görə, Mərkəzi Bank Rusiya rublu (0,0255 manat) və türk lirəsini də (0,2716 manat) bahalaşdırıb. Bir çox rəsmi kurs isə sabitdir. ABŞ dolları 1,7, gürcü larisi 0,6495, ingilis funt sterlinqi 2,2354 manat səviyyə...
Güzəştli mənzil sistemində yeni rəhbər
Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinə yeni sədr təyin edilib. Prezident İlham Əliyevin 19 sentyabr sərəncamı ilə bu post Sadiq İzzət oğlu Sadıqova həvalə olunub. Bu təyinata qədər Sadiq Sadıqov İdarə Heyəti sədrinin müavini idi. Mənzil İnşaatı Dövlət Agentliyi prezident İlham Əliyevin 20...
Daxili istehsal sərəncamında nələr var?
Prezident İlham Əliyev qeyri-neft sektorunda rəqabətə davamlı daxili istehsalın dəstəklənməsinə sərəncam verib. Sentyabrın 19-da imzalanan sərəncamla dövlət başçısı Nazirlər Kabinetinə rəqabət qabiliyyətli məhsullar istehsalının təşkili üçün “Azərbaycanda ilk” investisiya təşviqi mexanizmi; sahibkar...
Əkrəm Əylisli baş prokurora müraciət edib
Yazıçı Əkrəm Əylisli baş prokuror Zakir Qaralova açıq məktub ünvanlayıb. Contact.az-ın məlumatına görə, müraciətdə bunlar qeyd olunur: “2016-cı ilin mart ayında İtaliyanın Venesiya şəhərində keçiriləcək beynəlxalq ədəbi forumda iştirak etməyə gedərkən hava limanında əsassız olaraq saxlandıqdan sonra...
Vergi orqanlarına müraciətlər 10,5% azalıb
2018-ci ilin avqust ayında vergi orqanlarına daxil olmuş 7926 müraciətin 83,8%-i ərizə, 16,1%-i şikayət, 0,2%-i təklif xarakterlidir. Vergilər Nazirliyinin rəsmi hesabatına görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə müraciətlərin sayı 10,5% azalıb. Avqust müraciətlərinin 38,6%-i müxtəlif arayışlar...
Köçəryan: “Hər bir ehtiyatsız ifadə gərginliyi artırır”
Ermənistanın sabiq prezidenti Robert Köçəryan Rusiyanın “Kommersant” qəzetinə müsahibə verib. Novator.az-ın məlumatına görə, sabiq prezident baş nazir Nikol Paşinyanın Qarabağ siyasətini tənqid edib. O qeyd edib ki, hər bir danışıq istənilən müharibədən yaxşıdır: “Kütlənin qarşısında şüar söyləmək y...