Görüşdə danışıq razılaşması
Sentyabrın 26-sı Nyu-Yorkda Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarovla Zöhrab Mnasakanyan bir araya gəliblər. Mfa.gov.az-ın məlumatına görə, ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa), Endrü Skofer (ABŞ) və ATƏT sədrinin şəxsi nümayə...
Nağdsız ödəniş: yeni proqram təsdiqlənib
Prezident İlham Əliyev sərəncam imzalayaraq rəqəmsal ödənişlərin genişləndirilməsi proqramını təsdiqləyib. Novator.az-ın məlumatına görə, sərəncama əsasən, 2018-2020-ci illəri əhatə edən dövlət proqramının strateji məqsədi vətəndaş, biznes subyektləri və dövlət strukturları arasında nağdsız ödəniş m...
Mədət Quliyev yeni pillədə
Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyevə general-polkovnik ali hərbi rütbəsi verilib. Sərəncamı prezident İlham Əliyev sentyabrın 26-da imzalayıb. Novator.az bildirir ki, Mədət Quliyev 1958-ci ildə Gəncə şəhərində anadan olub. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını və ...
Ukraynada prezident seçkisi ilə bağlı yeni sorğu keçirilib
Ukraynada 2019-cu ilin yazına nəzərdə tutulan prezident seçkisi ilə bağlı daha bir sorğu keçirilib. Novator.az-ın məlumatına görə, sorğunu Kiyev Beynəlxalq Sosiologiya İnstitutu sentyabrın 8-dən 23-nə qədər yaşı 18-dən yuxarı 2026 respondentlə müsahibə formasında aparıb. Sentyabrın 26-da açıqlanan n...
Paşinyana cavab gəldi
Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdir müavini Hikmət Hacıyev Ermənistanın baş naziri Nikol Paşinyanın BMT Baş Məclisinin 25 sentyabr iclasındakı çıxışına münasibət bildirib. Çıxışında Dağlıq Qarabağ münaqişəsinə də toxunan baş nazir Azərbaycanı danışıqlara hörmətsiz...
Milli Məclis necə buraxıla bilər?
Azərbaycanda növbəti parlament seçkisi 2020-ci ilin noyabr ayının 1-də keçirilməlidir. Ancaq zaman-zaman mediada növbədənkənar parlament seçkisi ehtimalı barədə mülahizələr yer alır. Novator.az bildirir ki, Azərbaycan Konstitusiyasının 84-cü maddəsinə görə, Milli Məclisin hər çağırışının səlahiyyət ...
Naxçıvanda orta maaş 430 manata çatıb
Naxçıvan Muxtar Respublikasının Dövlət Statistika Komitəsi 8 aylıq göstəriciləri açıqlayıb. Novator.az bildirir ki, hesabata görə, 2018-ci ilin yanvar-avqust aylarında muxtar respublikada 1,7 milyard manatlıq ümumi daxili məhsul istehsal olunub, bu da 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,4 fa...
Dövlət Duması qadına güzəşt layihəsinə razılaşdı
Sentyabrın 26-da Rusiya parlamentinin aşağı palatası – Dövlət Duması pensiya yaşını yüksəldən qanun layihəsinə yenidən baxıb. İndi Rusiyada kişilər 60, qadınlar 55 yaşında pensiyaya çıxır. İyulda Dövlət Duması kişinin pensiya yaşını 65-ə, qadının pensiya yaşını 63-ə qaldıran layihə qəbul edib. Novat...
Peyk təbriki
Sentyabrın 26-da Azərbaycanın “Azerspace-2” peyki orbitə buraxılıb. Prezident İlham Əliyev bu münasibətlə xalqı səslənərək deyib: “Son beş il ərzində Azərbaycan orbitə 3 peyk çıxara bilib. Azərbaycan bu gün dünyanın kosmik klubunun üzvüdür və dünyanın kosmik sənayesində öz mövqelərini möhkəmləndirir...
Türkmənistanda “kommunizm” ləğv olunur
Türkmənistanda pulsuz qaz, elektrik enerjisi, içməli su və xörək duzu verilməsi 2019-cu il yanvarın 1-dən dayandırılır. Novator.az-ın məlumatına görə, qərar ali hökumət qurumu olan Xalq Şurasının 26 sentyabr iclasında qəbul edilib. Yenilik azad bazar münasibətlərinin inkişafı, eləcə də kommunal xidm...
Yalçın İmanovun şikayəti təmin olunmadı
Sentyabrın 26-da Ali Məhkəmədə hüquqşünas Yalçın İmanovun şikayətinə baxılıb. Vəkillik fəaliyyəti dayandırılmış Yalçın İmanov Ali Məhkəməyə Gəncə Apellyasiya Məhkəməsinin qərardadlarından şikayət etmişdi. Novator.az-ın məlumatına görə, İnzibati-İqtisadi Kollegiyanın hakimi Nigar Rəsulbəyovanın sədrl...
Universitetdə məşğulluq tədbiri
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti sentyabrın 26-sı Odlar Yurdu Universitetində “Karyerada ilk addım” devizi altında aktiv məşğulluq tədbiri keçirib. AZƏRTAC xəbər verir ki, tədbirdə biznes, bank, sığorta şirkətləri və xidmət sahəsi sektorlarının işəgötürən ...
Jurnalistin həbs müddəti azaldılıb
Sentyabrın 26-sı Ali Məhkəmədə Jam.az saytının baş redaktoru Fikrət Fərəməzoğlunun şikayətinə baxılıb. Fikrət Fərəməzoğlu 2017-ci il iyunun 30-dan həbsdədir. O, hədə-qorxu ilə külli miqdarda rüşvət almaqda təqsirli bilinərək 7 il müddətinə azadlıqdan məhrum olunub. Hökm Bakı Ağır Cinayətlər Məhkəməs...
Paşinyan BMT tribunasında
Ermənistanın baş naziri Nikol Paşinyan sentyabrın 25-i Nyu-Yorkda, BMT Baş Məclisinin sessiyasında çıxış edib. Novator.az-ın məlumatına görə, Dağlıq Qarabağ münaqişəsinə də toxunan baş nazir Azərbaycanı danışıqlara hörmətsiz münasibətdə ittiham edib, rəsmi Bakını münaqişəni hərbi yolla həll etmək id...
Erməni nazir Azərbaycandan gileylənib
Ermənistanın xarici işlər naziri Zöhrab Mnasakanyan sentyabrın 25-i Nyu-Yorkda ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa), Endrü Skofer (ABŞ) və ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşiklə görüşüb. Novator.az-ın məlumatına görə, nazir ölkəsinin Dağlıq Qarab...
“AzəriLayt”da sıçrayış
Azərbaycan nefti bahalaşıb. AZƏRTAC-ın 26 sentyabr məlumatına görə, “AzəriLayt”ın bir barrelinin qiyməti 83,56 dollara yüksəlib. London birjasında brent markalı neftin bir barreli 81,81 dollara, Nyu-York birjasında layt markalı neftin bir barreli 72,13 dollara satılır. Azərbaycanın 2018-ci il büdcəs...
Valyutaların mövqeyi
Sentyabrın 26-da bir çox valyuta bahalaşıb. Novator.az-ın məlumatına görə, avro 1,9996, gürcü larisi 0,649, Rusiya rublu 0,0259 manata yüksəlib. Mərkəzi Bank dəyər itirən türk lirəsini 0,2754 manata satır. ABŞ dollarının rəsmi kursu isə yenə 1,7 manatdır (Məzənnələr). Bu qiymət martın 7-dən qüvvədəd...
“Azerspace-2”nin dövrü başladı
Azərbaycanın “Azerspace-2” peyki Fransa Qvianasındakı Kuru kosmodromundan orbitə buraxılıb. Peyk orbitə sentyabrın 26-na keçən gecə “Arianespace” şirkətinə məxsus daşıyıcı raketlə göndərilib. “Azerspace-2”nin Avropa, Cənub-Qərbi Asiya, Yaxın Şərq, Afrika ölkələrini əhatə edəcəyi bildirilir. Novator....
Roma bəyanatları
Birinci vitse-prezident Mehriban Əliyeva sentyabrın 25-i Romada Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə və İtaliya ilə münasibətlərə həsr olunmuş konfransa qatılıb. O, çıxışında Azərbaycan Xalq Cümhuriyyətinin müsəlman aləminin ilk demokratik respublikası olduğunu vurğulayıb: “Biz fəxr edirik k...
Azərbaycan turizmdə tərəqqi reytinqinə düşüb
Bloomberg.com turizmlə bağlı yeni statistika açıqlayıb. Hesabata əsasən, Azərbaycan 2017-ci ildə turizm istiqamətləri arasında ən çox tərəqqi eləmiş 10 ölkə arasına düşüb. Bir ildə Azərbaycanı ziyarət edənlərin sayının 20% artdığı vurğulanır. Novator.az-ın məlumatına görə, turizmdə inkişaf reytinqin...